_________Milli Kitabxana_________
147
Dərdim olub el ziyada,
Yetən yoxdur bu fəryada.
Arsız-qəmsiz bu dünyada,
Heç bilmirəm dözüm, neynim?
Aşıq Ələsgər Ustad Abdullanın istedad və qabiliyyətini yük-
sək qiymətləndirdiyi bir şeirində yazdığı kimi:
Ustadlarda mən də gördüm bir dənə,
Zoddu Abdullanın kamalına baş.
Bu misraların məzmununda onun sənət dostları arasında daha
çox təcnis ustası kimi tanınmasına işarədir. Çünki aşıq şeirinin ən
mükəmməl şəkli təcnisdir və sənətkar burada
həm xüsusi istedada,
həm də xalq dilinin incəliklərinə bələd olmalıdır. Onun ya-
radıcılığına bu baxımdan yanaşanda Usta Abdulla xalq dilinin ma-
hir bilicisi kimi məzmunu, mətləbi sözə qurban vermir,
eyni cinsli
sözlərin düzümündə məzmun bütövlüyünə daha çox üstünlük verir.
Göyçənin Zod kəndindən olan el şairi
Haci Əliş ağa (1838-
1919) yaxşı saz çalar, müxtəlif janrlarda şeirlər yazarmış. Hacı
Əliş ağa Əmiraslan oğlu Kəsəmənli 1838-ci ildə Zod kəndində
doğulmuşdur. Ilk təhsilini kənddə xüsusi məktəbdə almışdır. Əliş
ağanın atası Əmiraslan ağa dövrünün müəyyən savad görmüş,
elm və maarifə qayğı göstərən, özü də aşıqsayağı şeirlər yazan,
gözəl saz tutmağı bacaran bir şəxsi olmuşdur. Əmiraslan ağa oğlu
Əlişi də ziyalı kimi görmək istəyirdi. Rəsmi sənəd olmasa da,
yerli ağsaqqalların
söylədiklərinə görə, Zodda seminaryaya bən-
zər üçillik məktəb olmuşdur. Bu məktəbə ibtidai təhsil almış və
ya şəxsi məktəblərdə oxumuş gənclər qəbul olunurmuşlar. Çox
güman ki, Əliş ağa bu məktəbdə təhsil almış, biliyini genişləndir-
mək üçün başqa şəhərlərə getməyi arzulamışdır. Atası Əliş ağa-
nın elmə olan marağını duyub, onu Qori Müəllimlər Seminariya-
sına göndərir. Istər kənd məktəbində,
istərsə də seminariyada Əliş
ağa ərəb, fars və rus dillərini mükəmməl öyrənir. Elmə və maarifə
dərin maraq göstərən Əliş ağa Şərq ədəbiyyatını, eləcə də Azər-
baycan klassiklərinin ədəbi irsini öyrənir, özü də həm klassik,
həm də xalq şeiri şəkillərində əsərlər yazır.
_________Milli Kitabxana_________
148
Təhsilini tamamlayıb doğma yurda qayıdan Əliş ağa Göyçə
saz-söz mühitində, ümumiyyətlə Göyçə mədəni həyatında yaxın-
dan iştirak edir. Dövrünün savadlı ziyalısı olan
Mirzə Bəylər,
Usta Abdulla və Ələsgər ocağı ilə əlaqə saxlayır, dostluq edir.
Hacı Əliş ağa bir müddət dövlət idarələrində də işləmiş
(1880-1885), İrəvan quberniyasında və Qarabağ xanlığında müx-
təlif vəzifələrdə çalışmışdır. Şairin “Arzular” şeiri Qarabağ xati-
rələrindən doğulmuşdur:
Qarabağ mahalı çox abad olsun,
Çarbudaq çinarı könlüm arzular.
Heç qəmgin olmasın, daim şad olsun,
Mənə qəmküsarı könlüm arzular.
Heç çıxmaz yadımdan yolun nişanı,
Bəzirgan, Ağdivan, bir də Kolanı.
Marağanın düzü tək dağdağanı,
Getdiyim yolları könlüm arzular.
Tanımazdım nə sultanı, nə xanı,
Dolandım bir aya cümlə-cahanı.
Tutub əldə qızıl quşu, tərlanı,
Etdiyim ovları könlüm arzular.
Adıgözəl bəy Qarabağın sərdarı,
Azad ağa camaatın rəhbəri.
Ağdamı, Bərdəni, bir də Tərtəri,
Gəzdiyim yerləri könlüm arzular.
Yandırdı canımı yarın fərağı,
Könüldən çıxmayır heç ixtiyarı.
Kabinet, ispalnı, həm zal otağı,
O zal otaqları könlüm arzular.
Əlbəttə, şeirdəki Əliş ağanın Qarabağdakı həyatı, xüsusən
Mirzə Adıgözəl bəyin dövründə işləməsi, Qarabağ mahalını gəzib
yaxından tanıması haqqındakı təəssüratlar tarixi sənəd kimi də
_________Milli Kitabxana_________
149
maraq doğurur. Göyçənin bəzi el şairləri kimi Hacı Əliş ağa da
həm aşıq şeiri şəkillərində, həm də divan ədəbiyyatının müxtəlif
formalarında şeirlər yazmışdır.
Hacı Əliş ağa “Molla Nəsrəddin” məcmuəsi ilə yaxından əla-
qə saxlamış, jurnalın
abunəçisi olmuş, Sabirsayağı satirik şeirlər
yazıb göndərmişdir. “Bizlərin də dərdinə qalsan, ay molla əmi”
mətləsi ilə başlayan şeiri jurnalda dərc olunmuşdur. Onun “A
molla” şeri bu münasibətlə yazılmışdır. Müsəlmanlara xitabən
deyilən, sünni-şiə mübahisəsini aradan götürməyə həsr olunan
şeirindən yaddaşlarda qalan iki misranı nümunə göstərmək olar.
Yüz il ibadət eyləsə də,
Hacı girməz cənnətə,
Olmasa
səndən bir ixtiyar, Əli!
Hacı Əliş ağanın “Dünya”, “Ağaxan”, “Möhlət”, “Axtarı-
ram”, “Ağlar” və başqa şeirləri onun zəngin dünyagörüşünə ma-
lik olduğunu göstərir.
Hacı Əliş ağa 1902-ci ildə dövlət vəzifələrindən uzaqlaşıb
Göyçəyə qayıdır və buranın maarif və ədəbi mühitində iştirak
edir. 1918-ci ildə daşnaqların törətdikləri qırğın Hacı Əliş ağanı
da doğma yuvasından didərgin salır, Gəncəyə köçür. Dəhşətli qır-
ğınlara dözə bilməyən Hacı Əliş ağa 1919-cu ildə vəfat edir. O,
Göyçə ədəbi mühitinin geniş dünyagörüşlü, savadlı ziyalısı kimi
yaddaşlarda qalmışdır [152-160].
Görkəmli tədqiqatçı alimimiz İslam Ələsgərov özünün “Aşıq
Ələsgər və XIX əsr Göyçə aşıqları” monoqrafiyasında “Ələsgər
ocağı”nın yetirməsi olan el şairlərindən Aşıq Ələsgərin atası
Al-
məmməd (təxminən 1790-1875),
Aşiq Musa Səfəroğlu (1830-
1912),
şair Məhəmməd (1853-1937),
Şair Bəşir (1867-1934),
Şair Əbdüləzim (1873-1943) və digərlərinin tərcümeyi-halları,
bədii yaradıcılıqları barədə əhatəli məlumat vermişdir. Bu ocağın,
XX əsrin qismətinə düşən Aşıq Qurban, Aşıq Talıb, Aşıq Nəcəf,
Növrəs İman, Aşıq Musa, Şair Həşim, Aşıq Əli, İsmixan Didər-
gin, Haqverdi kimi söz sərraflarını da “Ələsgər ocağı”
toplusunda
oxucularla görüşdürmüşdür [85-289].