Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   45   46   47   48   49   50   51   52   ...   102

_________Milli Kitabxana_________ 
 
147
 
Dərdim olub el ziyada
Yetən yoxdur bu fəryada. 
Arsız-qəmsiz bu dünyada, 
Heç bilmirəm dözüm, neynim? 
Aşıq Ələsgər Ustad Abdullanın istedad və qabiliyyətini yük-
sək qiymətləndirdiyi bir şeirində yazdığı kimi: 
Ustadlarda mən də gördüm bir dənə, 
Zoddu Abdullanın kamalına baş.  
Bu misraların məzmununda onun sənət dostları arasında daha 
çox təcnis ustası kimi tanınmasına işarədir. Çünki aşıq şeirinin ən 
mükəmməl şəkli təcnisdir və sənətkar burada həm xüsusi istedada
həm də xalq dilinin incəliklərinə  bələd olmalıdır. Onun ya-
radıcılığına bu baxımdan yanaşanda Usta Abdulla xalq dilinin ma-
hir bilicisi kimi məzmunu, mətləbi sözə qurban vermir, eyni cinsli 
sözlərin düzümündə məzmun bütövlüyünə daha çox üstünlük verir.  
Göyçənin Zod kəndindən olan el şairi Haci Əliş ağa (1838-
1919) yaxşı saz çalar, müxtəlif janrlarda şeirlər yazarmış. Hacı 
Əliş  ağa  Əmiraslan oğlu Kəsəmənli 1838-ci ildə Zod kəndində 
doğulmuşdur. Ilk təhsilini kənddə xüsusi məktəbdə almışdır. Əliş 
ağanın atası  Əmiraslan ağa dövrünün müəyyən savad görmüş, 
elm və maarifə qayğı göstərən, özü də  aşıqsayağı  şeirlər yazan, 
gözəl saz tutmağı bacaran bir şəxsi olmuşdur. Əmiraslan ağa oğlu 
Əlişi də ziyalı kimi görmək istəyirdi. Rəsmi sənəd olmasa da, 
yerli ağsaqqalların söylədiklərinə görə, Zodda seminaryaya bən-
zər üçillik məktəb olmuşdur. Bu məktəbə ibtidai təhsil almış  və 
ya  şəxsi məktəblərdə oxumuş  gənclər qəbul olunurmuşlar. Çox 
güman ki, Əliş ağa bu məktəbdə təhsil almış, biliyini genişləndir-
mək üçün başqa  şəhərlərə getməyi arzulamışdır. Atası  Əliş  ağa-
nın elmə olan marağını duyub, onu Qori Müəllimlər Seminariya-
sına göndərir. Istər kənd məktəbində, istərsə də seminariyada Əliş 
ağa ərəb, fars və rus dillərini mükəmməl öyrənir. Elmə və maarifə 
dərin maraq göstərən Əliş ağa Şərq ədəbiyyatını, eləcə də Azər-
baycan klassiklərinin  ədəbi irsini öyrənir, özü də  həm klassik, 
həm də xalq şeiri şəkillərində əsərlər yazır. 


_________Milli Kitabxana_________ 
 
148
 
Təhsilini tamamlayıb doğma yurda qayıdan Əliş ağa Göyçə 
saz-söz mühitində, ümumiyyətlə Göyçə mədəni həyatında yaxın-
dan iştirak edir. Dövrünün savadlı ziyalısı olan Mirzə  Bəylər
Usta Abdulla və Ələsgər ocağı ilə əlaqə saxlayır, dostluq edir. 
Hacı  Əliş  ağa bir müddət dövlət idarələrində  də  işləmiş 
(1880-1885), İrəvan quberniyasında və Qarabağ xanlığında müx-
təlif vəzifələrdə çalışmışdır. Şairin “Arzular” şeiri Qarabağ xati-
rələrindən doğulmuşdur: 
Qarabağ mahalı çox abad olsun, 
Çarbudaq çinarı könlüm arzular. 
Heç qəmgin olmasın, daim şad olsun, 
Mənə qəmküsarı könlüm arzular. 
 
Heç çıxmaz yadımdan yolun nişanı, 
Bəzirgan, Ağdivan, bir də Kolanı. 
Marağanın düzü tək dağdağanı, 
Getdiyim yolları könlüm arzular. 
 
Tanımazdım nə sultanı, nə xanı, 
Dolandım bir aya cümlə-cahanı. 
Tutub əldə qızıl quşu, tərlanı, 
Etdiyim ovları könlüm arzular. 
 
Adıgözəl bəy Qarabağın sərdarı, 
Azad ağa camaatın rəhbəri. 
Ağdamı, Bərdəni, bir də Tərtəri
Gəzdiyim yerləri könlüm arzular. 
 
Yandırdı canımı yarın fərağı, 
Könüldən çıxmayır heç ixtiyarı. 
Kabinet, ispalnı, həm zal otağı, 
O zal otaqları könlüm arzular. 
Əlbəttə,  şeirdəki  Əliş  ağanın Qarabağdakı  həyatı, xüsusən 
Mirzə Adıgözəl bəyin dövründə işləməsi, Qarabağ mahalını gəzib 
yaxından tanıması haqqındakı  təəssüratlar tarixi sənəd kimi də 


_________Milli Kitabxana_________ 
 
149
 
maraq doğurur. Göyçənin bəzi el şairləri kimi Hacı  Əliş  ağa da 
həm aşıq şeiri şəkillərində, həm də divan ədəbiyyatının müxtəlif 
formalarında şeirlər yazmışdır. 
Hacı Əliş ağa “Molla Nəsrəddin” məcmuəsi ilə yaxından əla-
qə saxlamış, jurnalın abunəçisi olmuş, Sabirsayağı satirik şeirlər 
yazıb göndərmişdir. “Bizlərin də  dərdinə qalsan, ay molla əmi” 
mətləsi ilə başlayan  şeiri jurnalda dərc olunmuşdur. Onun “A 
molla”  şeri bu münasibətlə yazılmışdır. Müsəlmanlara xitabən 
deyilən, sünni-şiə mübahisəsini aradan götürməyə  həsr olunan 
şeirindən yaddaşlarda qalan iki misranı nümunə göstərmək olar. 
   
Yüz il ibadət eyləsə də, 
  
Hacı girməz cənnətə, 
  
Olmasa 
səndən bir ixtiyar, Əli! 
Hacı  Əliş  ağanın “Dünya”, “Ağaxan”, “Möhlət”, “Axtarı-
ram”, “Ağlar” və başqa şeirləri onun zəngin dünyagörüşünə ma-
lik olduğunu göstərir. 
Hacı  Əliş  ağa 1902-ci ildə dövlət vəzifələrindən uzaqlaşıb 
Göyçəyə qayıdır və buranın maarif və  ədəbi mühitində  iştirak 
edir. 1918-ci ildə daşnaqların törətdikləri qırğın Hacı  Əliş  ağanı 
da doğma yuvasından didərgin salır, Gəncəyə köçür. Dəhşətli qır-
ğınlara dözə bilməyən Hacı Əliş ağa 1919-cu ildə vəfat edir. O, 
Göyçə ədəbi mühitinin geniş dünyagörüşlü, savadlı ziyalısı kimi 
yaddaşlarda qalmışdır [152-160]. 
Görkəmli tədqiqatçı alimimiz İslam Ələsgərov özünün “Aşıq 
Ələsgər və XIX əsr Göyçə  aşıqları” monoqrafiyasında “Ələsgər 
ocağı”nın yetirməsi olan el şairlərindən Aşıq Ələsgərin atası Al-
məmməd (təxminən 1790-1875), Aşiq Musa Səfəroğlu (1830-
1912),  şair Məhəmməd (1853-1937), Şair Bəşir (1867-1934), 
Şair  Əbdüləzim (1873-1943) və digərlərinin tərcümeyi-halları, 
bədii yaradıcılıqları barədə əhatəli məlumat vermişdir. Bu ocağın, 
XX əsrin qismətinə düşən Aşıq Qurban, Aşıq Talıb, Aşıq Nəcəf, 
Növrəs İman, Aşıq Musa, Şair Həşim, Aşıq Əli, İsmixan Didər-
gin, Haqverdi kimi söz sərraflarını da “Ələsgər ocağı” toplusunda 
oxucularla görüşdürmüşdür [85-289]. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə