_________Milli Kitabxana_________
138
poetik kamillik və gözəllik gətirmişdir. Digər bölgələrə yayılma nə-
ticəsində onun şeirləri bəzən başqalarının əsərləri ilə qarışdırılmış,
bununla əlaqədar olaraq sonralar folklor toplayıcıları da
bəzi dola-
şıqlıqlara yol verməyə məcbur olmuşlar. Məsələn, Göyçə aşıq mü-
hitindən bəhrələnən, aşıq poeziyasının kamil bilicilərindən olan, La-
çın rayonunun Alxaslı kənd sakini, mərhum el sənətkarı Aşıq Kərəm
Bəylərovun yaddaşından Dədə Ələsgərin zəngin poetikasının üç
şeiri əhvalatla birgə mənim tərəfimdən yazıya alınmışdır. Bu, Ələs-
gərin kitablarına daxil edilməyən “Gözlərinə qurban”, “Sənəm, gəl”
və “Şəvəkarda” rədifli şeirlərdir. Yeri gəlişkən qeyd olunmalıdır ki,
Dərə Ələsgərin 1999-cu ildə “Şərq-Qərb” nəşriyyatında çapdan çı-
xan kitabına bu məlumatların əlavə edilməsi unudulmuşdur. Bu qoş-
malar olmuş əhvalatla birlikdə “Şuşa” qəzetinin 27-30 mart 1976-cı
saylarında [140], “Sovet kəndi” qəzetinin 1984-cü ilin 99-cu sayında
[143-418, 420], həm də Azərbaycan Ensiklopediyası NPB tərəfin-
dən 1997-ci ildə nəşr olunan “XX əsr Göyçə aşıq mühiti (1920-50-ci
illər)” monoqrafiyasında öz əksini tapmışdır [140-19].
Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiy-
yat İnstitutunun 1963-cü il nəşri olan “Aşıq Ələsgər” kitabında
“Qanan ola” rədifli qoşmanın Alxaslı kəndində Sənəm adlı bir qı-
za deyildiyi, 1934, 1935 və 1937-ci il
nəşrlərində üç bənddən iba-
rət olduğu göstərilir. Əslində həmin şeirdə Sənəmin adı çəkil-
mir. ”Sənəm, gəl!” qoşmasının Salman Mumtazın tərtib etdiyi “El
şairləri” kitabında Xəstə Qasım tərəfindən deyildiyi göstərilir.
Xəstə Qasıma məxsus olan şeirlə Aşıq Ələsgərin “Sənəm,
gəl!” qoşmasını müqayisə edəndə hər iki şeirin ilk bəndinin ikinci
və üçüncü misraları uyğun gəlir. Ancaq qalan bəndləri bir-
birindən məzmunlarına görə fərqlənir:
Yenə gözəllərdə gəlhagəl oldu,
Yaşıllı, zərbablı, allı Sənəm, gəl!
Ovçusun
görəndə maral baxışlım,
Özü
hallı, yüzü xallı Sənəm, gəl!
Aşıq Ələsgərin “Sənəm, gəl!” qoşmasında isə birinci bənd
aşağıdakı kimidir:
_________Milli Kitabxana_________
139
Səni gördüm, əl götürdüm dünyadan,
Yaşıllı, zərbablı, allı Sənəm, gəl!
Ovçusun
görəndə maral baxışlım,
Ay üzü, birçəyi xallı Sənəm, gəl!
Aşıq Ələsgərin poetik irsinin və ustadlıq fəaliyyətinin 20-50-
ci illər XX əsr Göyçə aşıq mühitinin sənət həyatına
təsiri hər han-
sı bir qüdrətli saz-söz sənətkarının təsirindən müqayisəyəgəlməz
dərəcədə güclüdür. Göyçə aşıq mühiti XIX əsrin ikinci yarısından
başlayaraq bütün XX əsr boyu Aşıq Ələsgər sənəti ilə nəfəs al-
mışdır və indi də belədir.
1963-cü ildə nəşr olunan “Aşıq Ələsgər ” kitabında İrəvan
aşıqlarından Xəstə Həsən adlı birisinin Xəstə Qasımın “daümül ov-
qat” qafiyəli müstəzad qıfılbəndini öz əsəri kimi yazdırıb, bir üzü-
nü Aşıq Ələsgərə, bir üzünü də Aşıq Misgin Bürcüyə göndərdiyi
göstərilir. Aşıq Ələsgər qıfılbəndi həmin müstəzad ilə açır və qıfıl-
bəndin Xəstə Qasımın əsəri olduğunu xatırladır...
Xəstə Həsənin
ədəbi oğru olduğu faktına uzun illər sükutla yanaşılsa da, folklor
araşdırıcısı Əli Şamil “Xəstə Həsənin doğum və ölüm tarixinə dair
bəzi mülahizələr” adlı yazısında anlaşılmazlığa aydınlıq gətirmiş-
dir. İslam Ələsgər “Aşıq Ələsgərin əsərləri, dastan-rəvayətlər, xati-
rələr” kitabının (Baki, 1999) 561-ci səhifəsində [170-106, 111]
göstərir ki, aşığın şəyirdlərinin
qeydlərinə görə, İrəvan yaxınlığın-
dakı Kankan kəndində keçirilən bir şənlik məclisində Xəstə Qa-
sımdan söz düşmüş, onun bağlamalarının hələ heç kəs tərəfindən
açılmadığını etiraf etmişlər. Həmin kənddə yaşayan Abutalıb (o,
Aşıq Ələsgərlə siğə qardaş imiş) deyir ki,
nə cür çətin bağlama ol-
sa, Aşıq Ələsgər açar. Bir atdan mərc gəlirlər, Xəstə Qasımın bağ-
lamasını “Xəstə Həsən” adı ilə yazıb, bir üzünü Aşıq Ələsgərə, bir
üzünü isə Miskin Bürcüyə göndərirlər. Aşıq Ələsgər bağlamanı
açır... Aşıq Ələsgər bağlamanın cavabını göndərəndən bir qədər
sonra Abutalıbdan ona məktub gəlir. O, məktubda əhvalatın necə
olduğunu və mərci apardığını Aşıq Ələsgərə bildirir.
Təxminən bir əsrdən bir qədər az Aşıq Ələsgərin yaddaşlarda
qalan, yazıya alınmayan bir qoşması barədə oxuculara “Vediba-
_________Milli Kitabxana_________
140
sar” qəzetinin 1-15 avqust 2008-ci il tarixli sayında “Şeir ilk dəfə
nəşr olunur” başlığı altında maraqlı bir hadisə diqqəti cəlb edir:
ötən əsrin əvvəllərində İrəvan xanı Hüseynəli
xan ətraf mahalla-
rın tanınmış simalarını İrəvandakı Göy məsciddə keçirilən Aşura
təziyəsinə dəvət edir. Tədbir iştirakçıları arasında ömrünün ka-
millik dövrünü yaşayan Aşıq Ələsgər və həmin illərdə gənc olma-
sına baxmayaraq, kifayət qədər şöhrət
qazanan Abbasqulu bəy
Şadlinski də iştirak etmişdir. Dədə Ələsgər məclisə daxil olanda
Abbasqulu bəy onu ilk dəfə gördüyü üçün məclis iştirakçılarının
birindən onun kim olduğunu soruşur. Bəyin soruşması ustad aşı-
ğın nəzərindən qaçmır və aşağıdakı “Məscidin” şeirini deyir:
Nabələddim, mən oldum sənə bələd,
Kantardan
1
rast oldu yolu Məscidin
2
.
Qasım otağıdır hər bir hücrəsi,
Behiştin bağıdır dalı Məscidin.
Ədalət zənciri çəkilib ərşdən,
Hüseynalı xanı getsin behiştə,
Pənah xan da gərək olsun bu işdə,
Vurulub Irana teli Məscidin.
Mərmərdən kərpici, çindən suvağı,
Həzrət Xızıra badə verdi saqi,
Hazır oldu imam Məhəmməd Tağı,
Çarhovuz üstündə gülü Məscidin.
Qüsur yoxdur Məhəmmədin dilində,
Quranında, ayəsində, dinində,
Mömin ağlar Aşuranın günündə,
Abi-leysan olub seli Məscidin.
Qul Ələsgər deyər, Abbasqulu xan,
Sakinim Göyçədir, bilginən pünhan,
1
Göy məscidə gedən yol,
2
İrəvandakı Göy məscid nəzərdə tutulur.