Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   38   39   40   41   42   43   44   45   ...   102

_________Milli Kitabxana_________ 
 
126
 
nın, Molla Tağı  oğlu Məhəmmədin, Mərzə  Bəylərin,  Şair Aydı-
nın, Aşıq Əzizin, Şair Məhəmmədin, Usta Abdullanın, Aşıq Ələs-
gər ocağından çıxan çoxsaylı sənətkarların həyatı, yaradıcılıq və 
ifaçılıq qüdrəti Göyçə  aşıq mühitinin təşəkkül və inkişaf özünə-
məxsusluğundan soraq verir[8]. Adları qeyd olunan bu ulu sənət-
karlar öz yaradıcılıqlarında  şifahi xalq ədəbiyyatından bəhrələn-
miş, xalqın ruhunu, mənəviyyatını, onun müdrikliyini, milli xü-
susiyyətlərini yaratdıqları  sənət  əsərlərində koloritə çevirmiş  və 
poetik məharətlə ifadə etmişlər. 
Bəllidir ki, Göyçə aşıq mühiti özünün ən kamil və yetkin çağ-
larını XIX-XX yüzilliklərdə keçirmişdir. Lakin həmin sənət zirvəsi 
heç də birdən-birə fəth olunmamışdır. Əvvəlki yüzilliklərdə gedən 
yaradıcılıq axtarışları, xalq ruhundan gələn mənəvi-estetik təkan-
ların cilalandırıcı, kamilləşdirici gücü, ecazkar folklor örnəklərinin 
yaratdığı tükənməz bədii potensiya uzun bir zaman ərzində  Aşıq 
Ələsgər, Aşıq Musa, Aşıq Nəcəf, Məmmədhüseyin, Növrəs İman, 
Aşıq Talıb ucalığının poetik üslubi təşəkkülünü hazırlamışdır. 
Ümumən Azərbaycan aşıqlığının klassik sənət təcrübəsinə də-
rindən yiyələnən, digər aşıq mühitlərində yetişmiş Qurbani (Dirili), 
Abbas Tufarqanlı, Xəstə Qasım, Abdal Gülablı, Aşıq Valeh və 
başqa bu sıradan olan ustadların saz-söz irsini incəliyinə qədər mə-
nimsəyən, qədim türk dastançılıq ənənələrini, o cümlədən də Azər-
baycan xalq dastançılığının sənətkarlıq keyfiyyətlərini yaradıcı 
şəkildə əks etdirən Göyçə mühitinin özü də unikal sənət örnəkləri – 
saz-söz inciləri, dolğun dastanlar, zərif aşıq havaları ortaya qoy-
muşdur. ”Göyçə gözəlləməsi”, “Köhnə Göyçə”, “Göyçəgülü”, 
“Göyçə Qaragözü”, “Heydəri”, ”Nəcəfi”, “Ağır Şərili”, “Şahsevə-
ni”, “Məmmədsöyünü” kimi melodik zənginliyə malik saz havaları 
Göyçə aşıq mühitinə məxsus bəstəçiliyin tarixi yadigarlarıdır. 
Göyçə  aşıq mühitinin sənət mənzərəsi göstərir ki, bu mühit 
əvvəlki yüzilliklər ərzində hazırlanmış tarixi təcrübəni həm ifaçı-
lıq, həm də yaradıcılıq istiqamətində  uğurla davam etdirmişdir. 
Odur ki, sözü gedən mərhələnin sənət həyatının bağlı olduğu ilkin 
qaynaqları ümumiləşdirici bir baxışla gözdən keçirmək, XIX əsr 


_________Milli Kitabxana_________ 
 
127
 
Göyçə  aşıqlığını  ərsəyə  gətirən tarixi yol İrəvan xanlığına daxil 
olan digər ərazilərdə də saz-söz adamlarının sənət həyatı qarşılıqlı 
şəkildə bəhrələnməyə şərait yaratmışdır. İrəvan xanlığı əraziləri-
nin folklor örtüyü, xüsusən aşıq sənəti tarixi baxımdan sufi-dərviş 
ocaqları ilə sıx şəkildə təşəkkül tapmışdır. Bu mühitin yaranma-
sında məşhur Miskin Abdal ocağının misilsiz rolu olmuşdur. Bir 
tərəfdən Miskin Abdal ocağından çıxan dərviş-aşıqlar, başqa bir 
tərəfdən də kənardan gələn (əsasən Cənubi Azərbaycandan) mis-
sioner haqq aşıqları Göyçə aşıqlığını biçimləndirmiş, bu hal ətraf 
ərazilərə də öz təsirini göstərmişdir.  
Irəvan ədəbi mühitinin folklor örtüyü bütün zamanlarda özü-
nün rəngarəngliyi ilə seçilmiş, məzmun, forma, ideya cəhətdən 
təkmilləşən və bu və ya digər növə aid şifahi xalq ədəbiyyatı nü-
munələri bütün dövrlərdə öz dəyərini saxlamışdır. Yazıya köçü-
rülməmiş nümunələr ağızdan-ağıza, nəsildən-nəsilə keçərək yaşa-
mış, ümumən folklora daxil olan bütün növ əsərlər xalqımızın hə-
yatında onun özü ilə birgə yaşamış və yaşamaqdadır. 
Göyçə aşıq mühiti tarixi baxımdan sufi-dərviş ocaqları ilə sıx 
şəkildə  təşəkkül tapmış bir sənət ocağıdır. Bəs “Miskin Abdal 
ocağı”nın  əsasını qoymuş  və Göyçə  aşıqlığının babası sayılan 
Miskin Abdal kimdir? 
Miskin Abdal 1430-cu ildə ulu Göyçənin Zərgərli (Sarıya-
qub) kəndində Məhəmməd kişinin ailəsində dünyaya göz açmış-
dır. Onun əsl adı Hüseyn olmuş, həyatı qeyri-adiliklər içində keç-
mişdir. Atası  Məhəmməd (Məmmədcəfər)  Şah  İsmayılın atası 
Şeyx Heydərin yaxın dostu olmuşdur. Rəvayətə görə, Şah İsmayıl 
öz Qızılbaş dəstəsi ilə Şirvan tərəfə üz tutarkən Göyçə mahalın-
dan keçməli olur. Hər yerdə yüksək hörmət və məhəbbətlə qarşı-
lanan gələcək Azərbaycan  şahı bu mahalın təbii gözəlliklərinə, 
adamlarının dini təəssübkeşliyinə heyran qalır [118]. Müsəlman-
çılığın, islamçılığın güclənməsində Miskin Abdal adlı bir şəxsin 
xüsusi əməyi olduğunu ona deyirlər. Şah İsmayıl üzünü görmədi-
yi, lakin hədsiz məhəbbətlə sevdiyi bu din xadimi ilə görüşür. 
Görüşdə Miskin Abdal İsmayıla saz bağışlayır. O, çox xoşhal 


_________Milli Kitabxana_________ 
 
128
 
olur. Vəd edir ki, zəfərlə qayıtdıqdan sonra yenə bu torpaqdan 
(Göyçə mahalından – Z.M.) keçəcək, bu ulu torpağın, onun qədir-
bilən xalqının qonağı olacaqdır. Xalq onu böyük ehtiramla yola 
salır. Miskin Abdal bu gəncə  uğurlar, qələbə diləyir. Yürüşünü 
zəfərlə başa çatdıran İsmayıl vədinə əməl edir... Göyçədən özü ilə 
Təbrizə on iki aşıq aparır. Miskin Abdalı da saraya dəvət edir. 
Deyilənə görə, bundan sonra onların bir çox görüşləri olmuş, ara-
larında səmimi dostluq münasibəti yaranmışdır. Ustad aşıqların 
söylədiyinə görə, “Şahsevəni” saz havasını da Miskin Abdal Şah 
İsmayılın şərəfinə bəstələmişdir. 
Miskin Abdal Hüseynin bağlı olduğu sufi-dərviş sistemi, tə-
səvvüf dünyagörüşü ilə əlaqədar götürdüyü rəmzi-ürfani ad – ti-
tuldur. O, öz şeirlərində də bu ad-titulu təxəllüs kimi işlətmişdir: 
 Qoymayın, Miskin Abdal qəzada həlak olacaq, 
  Ey könül, gəl düş havadan, axırın xak olacaq. 
Başqa bir şeirində isə: 
   
Bəd illərdən satın aldın pis günü
Çağırıb dumanı, tökdün çiskini. 
Gözü yaşlı qoydun Cida Miskini, 
Eylə gülə-gülə tamaşa, dağlar. 
Miskin Abdalın şeirlərində “Qocadağ”, ”Maymaqdağ” və baş-
qa bu kimi yer adlarının çəkilməsini nəzərə alan bəzi tədqiqatçılar 
onun gah Qazaxda, gah Hallavar Pəmbəyində, gah da Gədəbəydə 
anadan olduğunu göstərməklə çaşbaşlıq yaratmışlar. Dəqiq elmi 
mülahizələrə əsaslanmadan tarixi faktları saxtalaşdırmışlar. Miskin 
Abdalın  əzəli və  əbədi yeri Sarıyaqub kəndi olmuş, ona Səfəvi 
dövləti tərəfindən verilmiş şəhadətnaməyə vurulan möhürün orta-
sındakı ”1515” rəqəmi, bu şəhadətnamənin 1820-ci ildə Göyçə ma-
halının Çaxırlı kəndinin kəndxudası tərəfindən yenidən təsdiq edil-
məsi barədəki sənəd də deyilənlərə tutarlı sübutdur [177] . 
Miskin Abdal bir şair kimi aşıq sənətini sinədəftər etməklə, 
onlarla gəncə bələdçi və ustad olmuşdur. Şeirləri yazıya alınma-
dığı və çoxusunun itib-batdığından onun yaradıcılığının bəzi nü-
munələri zəmanəmizə gəlib çatmışdır. Odur ki, aşıq sənətinin for-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə