Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   37   38   39   40   41   42   43   44   ...   102

_________Milli Kitabxana_________ 
 
123
 
İslam dininin Şərqdə, həm də türk dünyasında yayılması İslam 
dini ilə bərabər ərəb mədəniyyətinin də həmin ölkələrə nüfuz etmə-
sinə səbəb oldu. Tezliklə Azərbaycan türkləri həm muğam adlandı-
rılan musiqini, həm də muğamın tələb etdiyi əruz vəzninin qəzəl 
formasını  mənimsədi, həm muğamda, həm də  əruz vəznli  şeirdə 
bütün  Şərqdə aparıcı mövqe qazandı. Poeziyadakı birinciliyi 
N.Gəncəvinin və onun ardıcıllarının sayəsində əldə saxladıq, musi-
qidə isə o mövqeyi Əbdülqədir Marağayinin sayəsində əldə etdik. 
Qopuz da öz içində olmaqla əsrdən-əsrə inkişaf etmiş, öz 
möhtəşəm melodiyalarını yaratmışdır. Qopuz çalan musiqiçilər 
ozan, yanşaq adlanırdı. Qopuz əsrdən-əsrə  təkmilləşərək kamil 
bir alətə – saza [97] çevrildi, ozanları yeni bir adla “aşıq” deyə 
çağırdılar. Son zamanlara qədər hər üç ad – ozan, yanşaq, aşıq ad-
ları  işlənirdi. Bizim günlərdə ancaq “aşıq” sözü dəbdədir, o da 
“aşiq” sözündən yaranmışdır” [30]. Milliliyə qədərki Azərbaycan 
mədəniyyəti klassik mədəniyyət və folklor mədəniyyəti olmaqla 
iki istiqamətdə inkişaf etmişdir. Aparıcı mövqedə dayanan klassik 
mədəniyyət Azərbaycan mədəniyyətinin strukturunda İslam kom-
pleksinin çevikliyini şərtləndirməklə, yeni dövrün başlanğıcına 
doğru folklor mədəniyyəti milli intibahının təsiri ilə klassik mə-
dəniyyətin əsas xüsusiyyətlərini özündə ehtiva etməklə formalaş-
mağa başlamışdır. Milli mədəniyyətimizin təşəkkülü prosesinə İs-
lam dünyagörüşü poetik təfəkkürün  əsas mənbələrindən biri ol-
maqla möhtəşəm aşıq sənətinin təşəkkülünə münbit zəmin yarat-
mışdır. Məsələyə bu baxımdan yanaşıldıqda aşıq sənətinin milli 
Azərbaycan mədəniyyətinin əsasını təşkil etdiyini söyləmək daha 
doğru olar [3]. Ədəbi-bədii təfəkkürümüzdə gedən milliləşmə 
ədəbiyyatda, mifologiyamızda canlanaraq ədəbi prosesimizin in-
kişafına güclü təkan verdiyini aşıq yaradıcılığından, dastanlardan 
əməli nümunələr gətirməklə fikrimizi tamamlaya bilərik.  
Ümumən Türk dünyasında, o cümlədən  İrəvan xanlığının 
əhatə etdiyi ərazilərin folklor örtüyündə şifahi söz sənəti və aşıq 
yaradıcılığı bütövlükdə ədəbi mühitin formalaşmasından müstəs-
nalıq təşkil edir. Əsirlərdən nəsillərə gəlib çatan şifahi xalq ədə-


_________Milli Kitabxana_________ 
 
124
 
biyyatının çoxsaylı janrlarının nümunələri mühitin tarixi özünə-
məxsusluğu barədə daha əhatəli təsəvvür yaradır. Azərbaycan 
Milli Elmilər Akademiyası Folklor İnstitutunun son illər ərzində 
ayrı-ayrı bölgələr üzrə toplayıb Azərbaycan folkloru antologiyası 
seriyasından nəşr etdirdiyi kitablar maraq doğurur [28]. Bu yazı-
da əsasən şifahi xalq yaradıcılığının aşıq sənəti və onun yaradıcı-
ları barədə söhbət açmaq olduqca zəruridir.  
Azərbaycan xalqının əsrlərdən bəri bu günkü nəsilə gəlib ça-
tan bədii sənət inciləri içərisində şifahi xalq ədəbiyyatı əvəzsiz bir 
xəzinə kimi diqqət mərkəzində olmuş  və tarix boyu da diqqət 
mərkəzində olacaqdır. Qədim oğuz ellərindən olan Şərur-Dərələ-
yəz, Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Karbibasar, Sərda-
rabad, Sürməli mahallarında da xalqımızın müxtəlif dövrlərdə 
yaratdığı nağıllar,  əfsanələr, dastanlar, bayatılar, tapmacalar, lay-
lalar, lətifələr, aşıq  şeirləri və s. məclislərin, ağır el yığnaqlarının 
bəzəyinə çevrilmişdir. Bütün bu yaradıcılıq nümunələri zehinlərə 
iz sala-sala, yaddaşlara yazıla-yazıla yeni-yeni sənət nümunələrinin 
yaranmasına, istedadlı  sənətkarların üzə  çıxmasına öz təsirini 
göstərmişdir. İrəvan xanlığı və onunla həmsərhəd mahallarda dün-
yaya göz açan hər bir sakini şad günündə də, qəmli vaxtlarında da 
saza bağlanmış, sevincini də, dərdini də aləmə sazla car etmişdir. 
Əsasən dağlıq  ərazidə yerləşən Göyçə mahalı öz ətrafında 
yüzdən çox kəndi cəmləşdirmişdir. Tarixi-coğrafi mövqeyinə gö-
rə Dərələyəz, Zəngəzur, Gəncəbasar və İrəvan mahalları ilə çev-
rələnən bu ulu diyar yüzillər boyu öz adlı-sanlı adamları, mərd-
igid bahadırları, bir də qüdrətli saz-söz istedadına malik adamları 
ilə  şöhrətlənmişdir. Göyçə mahalı çox-çox qədim zamanlardan 
qaynar folklor həyatı üstünə köklənmiş regionlardan biri kimi 
şifahi Azərbaycan  ədəbiyyatının qaynar ocaqlarından olmuşdur. 
Bu da səbəbsiz deyildir. 
Göyçə mahalının təbii gözəllikləri, buz bulaqları, ayna suları, 
dərin dərələri, sərt qayaları, elatın yayladığı yaylaqları, mərd və cə-
sur insanları xalq yaradıcılığının inkişafı üçün münbit zəmin ol-
muşdur. Çünki saz-söz mühiti təkcə istedadlı sənət adamlarının ya-


_________Milli Kitabxana_________ 
 
125
 
radıcılığı ilə yox, həm də “tarixi-coğrafi ərazinin, iqlim şəraitinin, 
güzəran biçiminin və yaşam tərzinin bir toplu, bir bütöv halında” 
[6] qovuşuğa girib vəhdət yaratması ilə meydana gəlir. Bu mənada 
Göyçə mahalının təbii-coğrafi [7] relyefdən tutmuş etnoqrafik hə-
yat tərzinəcən bütün atributları istər zəngin folklor arealının, istərsə 
də koloritli saz-söz mühitinin təşəkkül tapmasına güclü təkan verə 
bilmişdir. Orta əsrlərdən etibarən Göyçədə gündən-günə güclənən 
sənət ahənginin özülü el həyatının xarakteri, həmin çevrənin axar-
baxarlı, bar-bəhrəli zəngin iqlim şəraiti ilə birbaşa bağlı olmuşdur. 
Təbiətin iqlim gözəlliyi el-ulusun mənəvi dünyasındakı  zənginlik 
və gözəlliklə biri-birini tamamlamışdır. Dədə Qorqud boylarında 
adı  çəkilən Göyçənin sözü-söhbəti də yüzillər boyunca oğuz ru-
huna bağlı qalmışdır. Bu mahalın elat danışığı öz kaloriti, canlı və 
obrazlı dinamizmi ilə əsl folklor dili kimi araşdırıcıların diqqətini 
cəlb etmişdir.  Göyçə sinədəftər ağsaqqal-ağbirçəklərin, zəngin 
repertuara malik söyləyici-informatorların sıx şəkildə məskun 
olduğu folklor bölgələrindən biri olmuşdur. Burada saza-sözə 
hədsiz bağlılıq və qeyri-adi həssaslıq mövcud olduğundan hər 
əlinə saz götürən Göyçədə özünü sənətkar elan etməyə cəsarət 
etməmişdir. Saz çalmağı, söz oxumağı bu eldə  uşaqdan-böyüyə 
hamı bacarmışdır. Saza-sözə toydan-toya, məclisdən-məclisə deyil, 
demək olar ki, hər gün müraciət olunmuş, üz tutulmuşdur. Saz-söz, 
poeziya göyçəlinin gündəlik həyatının ayrılmaz tərkib hissəsinə 
çevrilmişdir. O, çöldə-bayırda iş görəndə,  əkin-biçinlə, bağ-
bağatla, qoyun-quzu bəsləməklə  məşğul olanda da, nəfəs dərib 
dost-tanışla, yar-yoldaşla əhvallaşanda da, evdə oğul-uşağa öyüd-
örnək verəndə də dilində-könlündə şeir gəzdirib-dolaşdırmışdır. 
Göyçəyə  məxsus folklor mühitinin formalaşmasında qissə-
xan-dərvişlərin, dünyagörmüş qocaların, el sinədəftərlərinin, mol-
laların, aşıqların söylədikləri qaravəllilər, hədislər, sehrli nağıllar, 
məhəbbət və qəhrəmanlıq dastanları mühüm rol oynamışdır. 
Göyçədə ilk el aşığı kimi tanınan və sənətini başqalarına öy-
rədən Ağ  Aşığın, el şairlərindən Alməmmədin, Məmmədhüsey-
nin, ustad aşıqlardan Aşıq Alının, Aşıq Məhərrəmin, Aşıq Musa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə