Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   36   37   38   39   40   41   42   43   ...   102

_________Milli Kitabxana_________ 
 
120
 
sosioloji göstəricilər xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda 
yaşayan qeyri-türk mənşəli etnoslar, xalqlar Azərbaycan türkcəsi 
əsasında deyil, Azərbaycan türkcəsinin tarixi birləşdiricilik missi-
yasında ünsiyyətə girib Azərbaycan xalqını, Azərbaycan cəmiy-
yətini təşkil edirlər. Etnik cəhətdən tərkibcə mürəkkəb və kifayət 
qədər zəngin tarixə malik olsa da, Azərbaycan xalqı istənilən qə-
dər bütövdür və mütəşəkkildir. Azərbaycan xalqının tarixini də-
rindən öyrəndikcə türkologiyanın azərbaycanşünaslığın metodo-
loji qida mənbəyi olduğunu, eyni zamanda azərbaycançılıq türko-
logiyanın üzvi tərkib hissəsi kimi özünü göstərir. 
Azərbaycanşünaslıq elmi-nəzəri sistem kimi geniş yayılmış-
dır. Bu sistem dünyanın müxtəlif ölkələrində, vaxtilə böyük əra-
zidə – tarixi Azərbaycanda məskunlaşmış azərbaycanlıların dünya-
görüşünə çevrilməkdə olan azərbaycançılıq ideologiyasının elmi-
metodoloji əsasını təşkil edir. Azərbaycan xalqının mənşəyinin for-
malaşması barədə müxtəlif konsepsiyaların mövcudluğunu göstə-
rirlər. Azərbaycan xalqının iki mərhələdə formalaşdığı – I mər-
hələni eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə 
qədərki böyük bir dövrün, ikinci mərhələni isə ondan sonrakı yü-
zilliklərin əhatə etdiyi söylənir [9]. Azərbaycan xalqı birinci mər-
hələdə əsasən irandilli etnosların təmərküzləşməsi nəticəsində for-
malaşmışdır.  İkinci mərhələdə isə xalqın türkləşməsi daha geniş 
mənada özünü göstərmişdir. Bu proses klassik ədəbiyyatda, mə-
dəniyyətdə, incəsənətdə  və onun yaranmaqda olan statik, həm də 
dinamik sənət növlərində formalaşmaqla müşahidə olunmuşdur.  
Klassik mədəniyyət daha çox regional “ümummüsəlman-
türk, folklor mədəniyyəti isə ümumtürk etnik konteksində forma-
laşmışdır. Yeni dövrün başlanğıcına doğru folklor mədəniyyəti 
milli intibahın təsiri ilə klassik mədəniyyətin formalaşmağa baş-
layan əsas xüsusiyyətlərini özündə ehtiva etmişdir.  
Folklorun mənası xalq birliyi, xalq hikməti deməkdir. Bu ter-
minin XIX əsrin əvvəllərindən bir termin kimi işlədilməsi məqbul 
sayılmışdır. Folklor başqa xalqlarda olduğu kimi, Azərbaycan 
xalqının həyatında da özünəməxsusluğu və spesifik xüsusiyyətləri 


_________Milli Kitabxana_________ 
 
121
 
ilə diqqəti cəlb edən bədii yaradıcılıqdır. Onun epik, lirik və dra-
matik növləri vardır.  Əfsanə, nağıl, rəvayət, lətifələr, atalar söz-
ləri, zərbi-məsəl, dastan və sair epik növə, qədim əmək və möv-
süm-mərasim nəğmələri, laylalar, bayatılar, aşıq  şeirləri lirik 
növə, xalq dramları  və tamaşaları isə dramatik növə aid edilir. 
Qədim zamanlardan bəri yaranmış, formalaşmış və ənənələrə mü-
vafiq olaraq sabitləşmiş adları sadalanan bu şifahi xalq ədəbiyyatı 
nümunələrinin özünəməxsus qanunları vardır.  
İslam dünyagörüşü milli mədəniyyətimizin təşəkkülü prose-
sinə poetik təfəkkürün  əsas mənbələrindən biri olmaqla möhtə-
şəm təsir göstərmiş, aşıq sənətinin təşəkkülünə isə münbit zəmin 
yaratmışdır. Bu baxımdan, aşıq sənətinin milli Azərbaycan mədə-
niyyətinin  əsasını  təşkil etdiyini söyləmək mümkündür. Ədəbi-
bədii təfəkkürümüzdə gedən milliləşmənin  ədəbiyyatda, mifolo-
giyamızda canlanmasını, aşıq yaradıcılığının, ədəbi prosesimizin 
inkişafına güclü təkan verdiyini bir daha yəqinləşdiririk.  
Azərbaycanın, xüsusən də keçmiş İrəvan xanlığına daxil olan 
ərazilərin, xalqımızın qədim tarixi barədə  məlumatlar daha çox 
şifahi xalq ədəbiyyatı nümunələrində yer almış, günümüzə qədər 
gəlib çıxmışdır. Keçmiş  İrəvan xanlığının Göyçə, Vedibasar, 
Gərnibasar, Zəngibasar, Sərdarabad, Sürməli mahallarını  əhatə 
edən, Azərbaycan, Türkiyə, İran və Ermənistanın bugünki dövlət 
sərhədlərinin kəsişdiyi bir məkanda yerləşən İrəvan çuxuru da bu 
mənada diqqət mərkəzində olmalıdır [28]. 
Tarixi-coğrafi mövqeyinə görə, Dərələyəz, Zəngəzur, Gərni-
basar və İrəvan mahalları ilə çevrələnən bu ulu diyar yüzillər bo-
yu öz adlı-sanlı, mərd-igid bahadırları, bir də qüdrətli saz-söz is-
tedadına malik adamları ilə  şöhrətlənmişdir. Göyçə mahalının 
çox-çox qədim zamanlardan qaynar folklor həyatı üstünə köklən-
miş region olduğunu vurğulamaq vacibdir.   
Kimya elmləri doktoru, şair-publisist, saz-söz sərrafı, mlli mu-
siqi alətlərimizın tayı-bərabəri olmayan ustası, sazbənd və tarbənd 
Pənah (Göyçə) Qurbanov “Xalq qəzeti”nin 2008-ci ilin sentyabr-
oktyabr saylarında bəşər sivilizasiyasını  şərtləndirən məsələlərin 


_________Milli Kitabxana_________ 
 
122
 
bir sıra elmi aspektlərini qələmə almış, bütün dövrlərdə bəşər hə-
yatında, onun intellektinin inkişafında incəsənətin bir-biri ilə  sıx 
bağlı olan iki növünün, musiqi və poeziyanın rolunun böyük mə-
nəvi qüvvəyə malik olduğunu elmi cəhətdən səciyyələndirmişdir. 
Təxminən “2700 il bundan əvvəl yaşamış tarixdə  məşhur əsərlər, 
dastanlar müəllifi Homerin zamanında Yunanıstanda mövcud olan 
musiqi alətində çalmasını, özünün qoşduğu sözləri öz çaldığı mu-
siqi alətinin tələb etdiyi ardıcıllıqla müşayiət etməsini xüsusilə 
qeyd edir. Haqlı olaraq göstərir ki, sözlərin ardıcıllıqla, musiqi ilə 
həmahəng düzülüşü  şeir adlandırılırdı. Sonralar yunan poeziya-
sının təsiri altında, bəlkə də müstəqil olaraq dünyanın bütün xalq-
ları sözlərin musiqili düzülüşündən istifadə edərək şeir yazdılar və 
belə şeir növü vəzni sərbəst şeir adlandırıldı.  
Bir qədər sonra dünyanın Ərəbistan adlanan başqa bir bölgə-
sində muğam musiqisi geniş yayıldı. Bu musiqi də yunanlarda 
olduğu kimi, sözlərin özünə uyğun düzülüşünü tələb etdiyi üçün 
həmin musiqiyə uyğun gələn təzə vəzn – əruz vəzni, təzə şeir for-
ması – qəzəl meydana gəldi... Bir az gec dünyanın Türküstan ad-
lanan böyük bir bölgəsində  Dədə Qorqud dünyaya gəldi. Dədə 
Qorqud o vaxt türk simli aləti qopuzda çalır və həmin musiqinin 
tələblərinə uyğun düzülüşə malik söz birləşmələri ilə musiqini 
müşaiyiət edirdi. Sözlərin düzülüşünün türk variantı da musiqinin 
tələbinə görə idi və aydındır ki, yunanlarda olduğu kimi, sərbəst 
vəzndə idi. Dövrün tələbinə görə sözlərin düzülüşünün türk va-
riantı – musiqinin onları müşayiət etməsi də tarixi bir uzun inki-
şaf yolu keçərək formalaşmışdır. Sözlərin sərbəst  şeir vəznində 
olmasına gəldikdə düşündürücü sual ortaya çıxır: belə şeir forma-
sının türk dünyasında yaranması Yunanıstan variantının təsiri ilə 
yaranmışdır, yoxsa müstəqil olaraq bu proses baş vermişdir? Də-
də Qorqud dastanı boylarının müəyyən hissələrinin sərbəst  şeir 
formasında olması deyilənləri təsdiq edir. 
Poeziya dünyanın bütün xalqlarının həyatına gəlməli və hə-
yatın bütün sahələrində hökm sürən ibtidaidən aliyə, sadədən mü-
rəkkəbə prinsipinə tabe olmalı idi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə