Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   44   45   46   47   48   49   50   51   ...   102

_________Milli Kitabxana_________ 
 
144
 
El  şairi  Mirzə  Bəylərin  həyat və  sənət yolunda atası Kazı-
mın xüsusi rolu vardır. O, özü savadlı, tərəqqipərvər olduğu üçün 
oğlu Bəylərin təhsilinin qayğısına qalmış, oğlunun ərəb, fars, rus, 
fransız dillərində mükəmməl təhsil almasına nail olmuşdur. Doğ-
ma kəndi Zodda Axund Qafarın yanında 4 il ruhani məktəbində 
və təxminən 1870-1880-ci illərdə İrəvanda rus-tatar məktəbində, 
daha sonra Kəvərdə gimnaziyada təhsil almışdır. Çox dil bilmə-
sinə və yaxşı xəttat olmasına görə el arasında ona “Mirzə Bəylər” 
- deyə müraciət edərmişlər. Qabiliyyəti, istedadı ilə məşhur olan 
Mirzə Bəylər uzun müddət İrəvan quberniyasının dəftərxanaların-
da,  İqdırda təxminən 19 il general Koçelinin yanında tərcüməçi 
və katib, Irəvan quberniyasının Məzrə  qəza məhkəməsində Bo-
qoslovskinin katibi işləmiş, bundan sonra Türkiyəyə  işə göndə-
rilmişdir. Türkiyədə olarkən Məşhəd  şəhərinə ziyarətə getdiyinə 
görə ona Məşədi Bəylər deyə müraciət edirmişlər. M.Bəylər xid-
mət müddəti başa çatdıqdan sonra Zodda təsərrüfat işləri ilə məş-
ğul olur, eyni zamanda kənddə iki su dəyirmanı inşa edib, camaa-
tın ixtiyarına vermişdir. O, “Molla Nəsrəddin” jurnalının abunəçi-
si olmuş, şeirin, sənətin, sənətkarın qədrini bilmiş, Mirzə Ələkbər 
Sabir xəstə olarkən “Molla Nəsrəddin” yurnalı redaksiyasının ün-
vanına şairin müalicəsi üçün Hacı Əliş Ağa ilə birlikdə 20 manat 
qızıl pul göndərirlər. Mirzə Bəylər dövrünün görkəmli aşıqların-
dan Dədə Ələsgər və Aşıq Hüseyn Şəmkirli ilə dostluq etmişdir. 
Mirzə  Bəylərin dünyagörüşü, həyata baxışı, zamanın ağrı-acıla-
rından baş  çıxarması, dostluqda sədaqəti, çox dil bilməsi Aşıq 
Ələsgəri valeh etmiş, bir dost kimi onu xüsusi olaraq nəzmə çək-
miş, tarixiləşdirmişdir: 
  
Mövc 
edən dərya tək moc verir təbi, 
   
Məddahi-mövladı, budur səbəbi
  
Firəngi, rusi, farsı, türkü, ərəbi – 
  
Beş dilinnən var savadı Bəylərin.  
Şair Mirzə Bəylər bu şeiri oxumuş, deyilənlərə görə yüksək 
qiymətləndirilmiş, özünün “Ələsgər” rədifli şeiri ilə Aşıq Ələsgə-
rə öz ehtiram, təşəkkür, minnətdarlıq və tövsiyəsini bildirmişdir.  


_________Milli Kitabxana_________ 
 
145
 
Mirzə Bəylərin bir ziyalı və el şairi kimi Göyçənin ictimai-
mədəni həyatındakı  təsiri sonrakı dövrlərdə  də qabarıq  şəkildə 
nəzərə çarpmaqdadır. 20-50-ci illərin yaradıcı  və ifaçı  aşıqları, 
eləcə də el şairləri onun şeirlərinə hörmət və ehtiramla yanaşmış, 
poetik məharətinin incəliklərindən yaradıcı  şəkildə  bəhrələnmiş-
lər. Mirzə Bəylərin yaxın qohumlarından olan, Basarkeçərin Qa-
raqoyunlu kəndinin  şair oğlu  İbrahim Qurbanovun “Göyçə, sən-
dən kimlər keçdi” poemasında verilmiş şeirlərdən bir neçəsi Mir-
zə Bəylərə məxsusdur [124-99].  
İbrahim Qurbanov Mirzə Bəylərin oğlu Mirzə Əlinin qızı Gül-
zadənin oğludur. İbrahim Köçkün imzası ilə yaradıcılığını davam 
etdirən  İbrahim Qurbanov poetik nümunələr, mərkəzi mətbu or-
qanlarda dərc olunan publisistik məqalələr, “Ədəbi Ermənistan” 
almanaxında işıq üzü görən şeirlər, “Nurlan”, “Ağrıdağ”, “Nurlar”, 
“Səda” və “Təknur” nəşriyyatlarında “Sirli-sehirli dünya (204), 
“Göyçəli Göyçəsiz necə yaşasın?”, “Mirzə  Bəylər nəfəsiyəm” 
(2006), “Həkimin dünya dərdi” (2008), “Bir Hüseyn Arif vardı” 
(2008), “Qalan Göyçə” (2009) şeirlər kitablarının müəllifidir. 
XIX əsrin sonu və XX əsrin əvvəllərində Göyçə ədəbi mühi-
tində özünəməxsus yeri olan sənətkarlarından biri də el şairi Usta 
Abdulladir (1858- 1943). Abdullanın atası Rəhim dülgərlik sənə-
ti ilə yanaşı, sazbəndlik edər, arabir də şeir yazarmış. Rəhim sadə 
sənət adamı-xarrat olsa da, şeirə, sənətə, saza-sözə göstərdiyi bö-
yük marağa görə aşıqların tez-tez onun evinə toplaşıb deyişməsi-
nə, dastan və nağıl söyləməsi bir ənənəyə çevrilibmiş.  
Göyçə mahalının sənət həyatında böyük bir ədəbi məktəb ro-
lunu oynayan aşıq məclisləri Abdullanın taleyindən yan keçmə-
miş, onun zehnində dərin izlər buraxmışdır. Atasından dülgərlik, 
aşıqlardan şeir demək öyrənən Abdulla get-gedə dərin zəkalı, ge-
niş  məlumata malik olan bir söz sənətkarı kimi şöhrətlənmiş  və 
onun yazdığı  gəraylı, qoşma, müxəmməs, təcnis və s. az bir za-
man içində dillərdə  əzbər oxunmuş, doğma Göyçədən çox-çox 
uzaqlarda da aşıqların repertuarlarında özünə yer almışdır.  


_________Milli Kitabxana_________ 
 
146
 
Usta Abdullanın (Zodlu Abdulla – Z.M.) yaradıcılığında 
Aşıq Ələsgərin oğlu Bəşirlə mollaxanada təhsil alması və onların 
arasındakı dostluq əlaqələri xüsusi rol oynamışdır. 
Usta Abdullanın yaradıcılığında aşiqanə  şerlərlə yanaşı,  əx-
laqi-tərbiyəvi, yaşadığı zəmanədən şikayət, haqsızlığa, zülmə qar-
şı üsyankarcasına dərin nifrət, insanları mərdliyə, dostluğa, əmə-
yə, doğruçuluğa və səxavətə səsləyən ifadələr özünü göstərir: 
   
Səxavətsiz dövlət nəyə gərəkdir, 
   
Əgər yığsan bu dünyanın sanınca. 
   
Mərifət lazımdır bir insan üçün
   
Hökmü olsa Dağıstanın xanınca. 
 
   
Qəlbimdə gəzirəm Şeyxi-Sənanı, 
  
Belə qərar verib kərəmin kanı. 
  
Qanmazın yanında qananın canı, 
  
Üzüləcək, o da mətləb qanınca. 
 
   
Abdullayam, dostla ara dəyibdi, 
  
Çünki 
olub 
bəxti qara, dəyibdi. 
  
Sinəmə hesabsız yara dəyibdi, 
   
Qərar tutsa bir zənburun sanınca. 
Usta Abdulla şeirlərinin bu istiqamətdəki poetik ovqatı uzun 
zaman Göyçədəki yaradıcı  aşıqların, xüsusən də el şairlərinin 
yaradıcılığına güclü təsir buraxmışdır. Həmin  əhval 20-ci illərin 
sənət həyatında da duyulmaqdadır. El sənətkarının  şeirləri aşıq 
yaradıcılığının kamil nümunələridir.  Şeirlərinin ruhunda dövrün 
nəbzi duyulur. Şeirlırində daha çox şikayət, zamanın ziddiyyətləri, 
rüzgarın səmti bilinməyən küləkləri hədsiz qəm-kədər, qəlb ya-
rası yaratmışdır. Otən əsrin 40-cı illərinə qədər yaşayıb yaratması 
və mühitlə birbaşa əlaqədə olması da sözü gedən poetik ovqatın 
güclü mühafizəsində mühüm rol oynamışdır: 
Ay ağalar, ay qazılar, 
Mən bu dərdə dözüm , neynim? 
Düşdüm qəmin dəryasına, 
Qəvvas olub üzüm, neynim? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə