Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   52   53   54   55   56   57   58   59   ...   102

_________Milli Kitabxana_________ 
 
168
 
qalmış, Gədəbəy rayonunun Söyüdlü kəndində  məskunlaşmış  və 
burada da vəfat etmişdır. Aşiq Savad Şəfiqizinin həyat yoldaşı Te-
mirdən saz çalmaq öyrənməsi onun ictimai mövzularda qoşmalar 
yazmağında az rol oynamamışdır. O, aşıqlıq etmiş, məclislərdə, el 
şənliklərində özünün, xüsusən də ustad sənətkarların dillər  əzbəri 
olan şeirlərini oxumuşdur. Onun “Olarmı”, “Götür” rədifli qoşması 
və gəraylısı vətən həsrətinə həsr olunmuşdur. 
Başxanım  Şəfiqızının qoşmalarında vətən sevgisi, övlad 
məhəbbəti, sənətə qiymətlə yanaşı, bir nisgil də hiss olunur. Bö-
yük Vətən müharibəsində  həlak olmuş iki oğlunun dərdi onun 
poetik misralarında öz əksini tapmışdır: 
   
Fələyin özü də sağalda bilməz, 
   
Bədənimdən bir cüt qolum kəsilib. 
  
Sözüm 
kəndirlənib, kəlməm dolaşır, 
  
Sitəm xəncəriylə dilim kəsilib, – 
deyən şair “Gəlin”, “Sən götür” rədifli şeirlərində və silsilə baya-
tılarında çəkdiyi qəm-qüssəni, tökdüyü göz yaşını, fələyin sitəmi-
ni bədii dillə tərənnüm edir. Onun şeiriyyəti oğlu şair Xəyallı Hə-
sənin yaradıcılığına bir təkan, bir ədəbi məktəb olmuşdur. Dayısı 
Molla Hacı  Rəhimin tərbiyəsi ilə formalaşan Hacıyev Həsən 
Məhərrəm oğlu (1903-1966) dini təhsil alan, molla kimi tanınmış 
və şair Xəyallı Həsən kimi şöhrət qazanmışdır. O, dövrünün Aşıq 
Ələsgərin qardaşı oğlu Nəçəflə, Aşıq Hüseyn Bozalqanlı, Abdul-
la, Bəhmən Göyçəli, Aşıq Əsəd, Ağdabanlı Şəmşir və b. kimi sə-
nətkarları ilə dostluq etmiş, 2000 beytə yaxın şeir yazmışdır. Tək-
cə şeir yazmaqla kifayətlənməmiş, xalqın yaddaşından dastan və 
nağıllar toplamaqla məşğul olmuşdur. Onun arxivində çapı vacib 
olan böyük həcmli “Dərvişi Beççə” nağılı, “Abbas və Gülgəz”, 
“Qurbani və Pəri xanım” dastanlarının çap olunmamış variantları, 
el şairlərinin şeirləri vardır. 
Xəyallı Həsənin “Alındı”, “Gəl alım”, “Olar” rədifli şeirləri 
böyük sənətkar olduğunu, aşıq şeiri üslubunda əvəzsiz nümunələr 
yaratdığını göstərir. ”Nurlar” nəşriyyatında  şairin “Axtar məni” 
şeirlər kitabı 2006-cı ildə  işıq üzü görmüşdür. Həsən Xəyallının 


_________Milli Kitabxana_________ 
 
169
 
övladları Sərraf Şiruyə, Nəbi, Əmirxan, Aqil İman, nəvələri Qıl-
man İmanlı, Züfiyyə, Aqşin onun layiqli davamçılarıdır. Poeziya 
aləmində öz imzaları və çoxsaylı kitabları ilə məşhurdurlar. Sər-
raf  Şiruyə “Ağlama, bülbül, ağlama”(1994), “Ölümdən sonrakı 
ömür” (1997), “Bu ocağın odu sönməz” (1998), “Cəsurlar” 
(2000), “İgid ölər, adı qalar” (2000), “Ayrılığın sonu varmış” 
(2006), “Könlüm Göyçəni istər” (2006), “Tərtərin yaralı  cənga-
vərləri” (2006), “Mən haqqa sığınmışam” “Hər görüş bir xatirə-
dir” (2007), “Göyçədən gələn səslər” (2008), Zülfiyyə Şiruyəqızı-
nın “Mən bir sınmış budağam”, Qılman İmanın “Səni axtarırdım 
özümü tapdım” (2004), “Hardan düşdün yadıma sən” (2008) şeir-
lər kitabının müəllifləridir. Yeri gəlmişkən qeyd edim ki, Sərraf 
Şiruyə aşıq şeirinin “təcnis” janrında ən çox yazan, müasir Azər-
baycan ədəbiyyatında qüdrətli təcnis ustadı kimi tanınır.  
Məmməd (İrəvanlı) Cəfərov  1894-cü ildə  İrəvan quberni-
yasında Keşişkənddə anadan olmuşdur. O, öz tərcümeyi-halında 
yazır: “1904-10-cu illərdə muzdurluqla yaşamışam. 1910-1914-
cü illərdə Ukraynanın Tuva vilayətində su kəməri tunelində işlə-
mişəm... 1914-1917-ci illərdə Bakıda Musa Nağıyevin neft bu-
ruqlarında fəhlə  işləmişəm... 1917-1920-ci illərdə erməni-Azər-
baycan savaşında Bakıdan  İrəvana getdim. Orada da yaşamaq 
mümkün olmadı. 1920-1926-cı illərdə Gədəbəy mahalında yaşa-
mışam...” Didərginlik həyatı yaşadığı bu illərdə  aşıq Məmməd 
Cəfərov dərdini saza söyləmiş, onunla həmdərd olmuş, yaşayış 
yerini dəyişmiş, Ağdamın Qərvənd kəndində məskunlaşaraq həm 
təsərrüfatla məşğul olmuş, həm də  aşıq sənətini özünə peşə 
seçmiş, el şənliklərində çalıb-oxumuşdur.  
Məhərrəm Alçalı (1825-1910) Göyçənin Alçalı kəndindən-
dir. O, aşıqlar arasında Aşıq Məhərrəm kimi tanınmış el şairi- 
aşıqlarındandır. Onun həyatı çox məşəqqətli və ziddiyyətli keç-
miş, 1905-ci ildə ermənilərin Göyçədə törətdikləri qırğınlardan 
bərk sarsılmış, gördüyü hadisələri şeirlərində təsvir etmişdir: 
Yaşılbaş sonalar tərk oldu səndən, 
Həsrət qaldın gəlin-qıza, bulaqlar. 


_________Milli Kitabxana_________ 
 
170
 
Aşıq Məhərrəmin yaradıcılığında deyilənlərə görə ustadna-
mələr çoxluq təşkil etmişdir. Lakin bəziləri başqa aşıqların şeirlə-
rinə qarışdığından, çox az qoşmaları aşıqlar tərəfindən ifa olunur. 
“Bulaqlar” şeirindən onun təbiətə vurğunliğu daha aydın görünür: 
Qarlı dağlar alçaqlanmaz, ucalmaz, 
Leşkər çəkib xotkarlardan bac almaz. 
Orda gəzən qüssə çəkməz, qocalmaz, 
Yetirsə də sinni yüzə bulaqlar. 
 
...Məhərrəm arzular qəlsin baharın, 
Ərisin kirmələr, tökülsün qarın. 
Dahanda dad versin abı-kövsərin, 
Olsun içənlərə məzə bulaqlar. 
Muğum Məmmədov  1903-cü ildə  Göyçə mahalının Zağalı 
kəndində anadan olub, uşaqlıq illəri muzdurluqda keçsə də, qaç-
qınlığın başlandığı ilk vaxtlarda Gəncə şəhərinə köçmüş, saza, sö-
zə olan həvəsi onu Ağdaş diyarının Ləki kəndinə, oradan da Şə-
kinin Göybulaq kəndinə  gətirib çıxardıb. Ağır,  əzablı, yoxsul 
günlər keçirən Muğum 1927-ci ildə  Cəfərabadda məskunlaşıb. 
Burada təsərrüfat işlərində, müxtəlif vəzifələrdə çalışıb, təqib olu-
naraq həbsxanaya düşüb. Həbsxanadan qayıdandan sonra Şəki di-
yarında tanınmış aşıqlardan biri kimi, Göyçə aşıq sənətinin özəl-
liklərini iştirakçısı olduğu məclislərdə yayıb. 
XX yüzilliyin ortalarında Göyçə  aşıqlığında yüksək ifaçılıq 
məharəti göstərmiş ustad sənətkarlardan biri Aşıq Hümmət Mə-
hərrəm oğlu Daşdəmirov  (1876-1951) gənc yaşlarından  şeirə, 
saz sənətinə maraq göstərmiş, ustad yanında şəyirdlik etmiş, pe-
şəkar ifaçı aşıq kimi məclislər keçirmiş, ustadlıq etdiyi həmkən-
dlisi  Aşıq Rəcəb  Əli oğlu  Əhmədov  (1913 -2006) saz çalmağı 
ondan öyrənmişdir 
Аşıq Hümmət Dаşdəmirоv gənc yаşlаrındаn Göyçənin 
Inəkdаğı kəndində məşhur еl sənətkаrı Аşıq Qəhrəmаnın yаnındа 
şəyirdlik еtmiş, ustаdındаn хеyir-duа аlаndаn sоnrа pеşəkаr-ifаçı 
аşıq kimi məclislər keçirmiş, öz sənətini istəyində olanlara 
həvəslə öyrətmişdir. Həmkəndlisi  Аşıq Rəcəb, qаrdаşı  оğlu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə