Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   50   51   52   53   54   55   56   57   ...   102

_________Milli Kitabxana_________ 
 
162
 
   
Mən Talıbam, hərzə-hədyan bilmənəm, 
   
Dərd əlindən dəqiqəsi il mənəm. 
  
Ölənədək ağlayaram, gülmənəm, 
  
Görməyincə ol İmanı, deyim mən. 
Aşıq Talıb 1979-cu ilin 21 mayında 102 yaşında Ağkilsə 
kəndində  vəfat etmişdir.XX yüzillik Göyçə  aşıqlığının saz-söz 
aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və ya onun 
xeyir-duası ilə qazanılmışdır. 
Göyçə  aşıq mühitinin ən sanballı nümayəndələrindən sayı-
lan, aşıq sənətini, xüsusən də Aşıq Ələsgərin uzaq sələflərinin və 
yaxın xələflərinin yaradıcılığını istənilən səviyyədə bilən saz-söz 
ustadlarından biri də Aşiq Nəcəfdir. Şagirdliyi və yetkin aşıqlığı 
20-50-ci illər arasına düşən bu istedadlı  sənətkarın Göyçə  aşıq 
mühitində özünəməxsus dəsti-xətti olmuşdur. Aşıq Nəcəf 1900-
ildə Ağkilsə kəndində doğulmuş, kiçik yaşlarından atadan ye-
tim qalmış, bu səbəbdən də ailənin ağırlığı onun üzərinə düşmüş-
dür. Mollaxanada təhsil alsa da, Dədə Ələsgərdən aşıqlığın sirlə-
rini öyrənmiş, yaşadığı dövrün ictimai-siyasi hadisələrinə həssas-
lıqla yanaşmış, onu şeirlərinin aparıcı mövzusuna çevirmişdir. 
Aşıq Nəcəf Göyçə  aşıqlığında saza-sözə  həssas münasibətin qo-
runub saxlanılmasında dəyərli xidmət göstərmişdir. 
  
Mahalım Göyçədi, Nəcəfdi adım, 
   
Ələsgər, İmandı mənim ustadım –  
deyən Aşıq Nəcəf ustadlardan gələn yüksək səviyyəli ifaçılıq və 
yaradıcılıq ənənələrinin yaşadılması və sənət aləminə yeni gələn 
şagirdlərə, saz-söz həvəskarlarına mənimsədilməsi işlərinə ürək-
dən bağlanmış, bu sahədə böyük qayğıkeşlik və  tələbkarlıq nü-
munəsi göstərmişdir. 
Göyçə aşıq mühitinin XX yüzillikdəki sənət həyatının bağlı 
olduğu yaxın qaynaqları üzə çıxarmaq baxımından Göyçə maha-
lında hörmət-izzəti ilə hamıya nümunə olan Aşıq Ələsgərin qar-
daşı  Məşədi Salehin oğlanları:  Növrəs  İman    Aşıq Musanın 
yaradıcılığının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu böyük 


_________Milli Kitabxana_________ 
 
163
 
sənətkarların yaddaşlardan qələmə alınan, arxivlərindən toplanan 
şeirləri zəngin poetik keyfiyyətlərə malik ədəbi irsdən soraq verir. 
Ədəbiyyat aləmində Növrəs  İman kimi tanınan  şair  İman 
1903-cü ildə Ağkilsə kəndində anadan olmuşdur. O, təhsilini doğ-
ma mahalının Hüseynquluağalı  kəndində molla məktəbində al-
mışdır. Sovet hakimiyyəti qurulduqdan sonra bir müddət Kəlbə-
cərin Seyidlər kəndində  kənd Sovetinin katibi işləmişdir. Özün-
dən  əvvəlki aşıq və el şairlərinin  şeirlərinə cavab yazmış  və bir 
çox açılmamış qifilbəndləri açmışdır. İmanın həyatına və yaradı-
cılığına dair yazılara, məlumatlara “Yeni kənd” jurnalının (1927) 
4-5 saylarında, Hümmət Əlizadənin “Azərbaycan aşıqları” (1930, 
II cild) toplusunda və  “Ədəbiyyat qəzeti”nin (1935, 23 aprel) 
“Xalq  ədəbiyyatı  səhifəsi”ndə rast gəlinir. Coşqun təbə, yüksək 
biliyə, möhkəm yaddaşa, bədahətən şeir demək qabiliyyətinə ma-
lik olan el şairinin çoxsaylı şeirlərinin əksəriyyəti öz əli ilə məhv 
edilmişdir. Müxtəlif illərdə “Dan ulduzu”, “İnqilab və  mədəniy-
yət” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə dərc olunan və aşıqla-
rın, el şairlərinin, sənətkarın başına gələn  əhvalatlardan az-çox 
xəbəri olanların yaddaşlarından qələmə alınan  şeirləri Növrəs 
İmanın həm tərcümeyi-halı, həm də uğursus taleyi barədə müəy-
yən təsəvvür yaratmışdır. O, əsrin 30-cu illərinə  qədər Tovuz 
rayonunun Aşağı Ayıblı kəndinin sakini, saz-söz xiridarı kimi ta-
nınan Məşədi Qədimlə dostluq münasibətində olmuş, görüşləri 
zamanı İman Məşədi Qədimin aşıq və şairlərin şeirlərindən ibarət 
nümunələr dəftərinə öz xətti ilə şeirlərini yazmışdır. Məşədi Qə-
dim İman itkin düşəndən sonra bu dəftəri ölənədək əziz bir yadi-
gar kimi saxlamış, onu İmanın yaxın qohumlarına çatdırmağı öv-
ladlarına vəsiyyət etmişdir. ”İtkin şairin tapılan dəftəri” Aşıq Ta-
lıbın oğlu Aşıq Haqverdiyə çatdırılmışdır. 
Növrəs İmanın xəstə olması, baş götürüb vətənindən getmə-
si, İrana və ya Türkiyəyə keçməsi, orada yaşaması və əcəli ilə öl-
məsi barədə müxtəlif güman və fərziyyələr vardır. 
Növrəs İmanın “Mənəm”, “Mənəm, mən”, ”Məni”, “Görünür”, 
“Kağız”, “Doyunca” və bu kimi şeirlərində doğma el-obasından ayrı 


_________Milli Kitabxana_________ 
 
164
 
düşdüyü, qürbətlərdə qəm-kədər içərisində yaşadığı xüsusilə vurğu-
lanır. ”Tərk olan vətəndən, yad olan eldən” mənəm, – deyir: 
...Çox çalışdım, cəfa çəkdim əlimdən, 
   
İncimədi bircə kimsə dilimdən. 
  
Aqibətdə cüda düşdüm elimdən, 
  
Alıbdı qürbətdə intizar məni. [84-200] 
Eyni rədifdə yazdığı başqa bir şeirində isə qəribliyin yaman 
dərd olduğunu, “fərmani qürbətdən”, “hökmü-xudadan”, “qəhri-
qəzadan”, nagahan tapdığı  ağrılardan bədənindəki  əzaların onu 
incitdiyini izhar edir: 
  
Bir 
yandan 
ayrılıq, elin fərağı, 
  
Yandırır cismimi atəş sayağı. 
   
İmanam, ömrümün növrəstə çağı 
  
Üzür 
işgəncələr, cəzalar məni. 
Növrəs  İman “Mənim” rədifli  şeirində ona bəxş etdiyi tale-
dən bir yana iqbalının çıxmadığını, xoş günə həsrət olduğunu, bi-
çarə Məcnun kimi könlünün bir yana sərf etdiyini göstərir: 
  
...Qürbətdə qovruldum, oldum füqara, 
  
Ayrılıb vətəndən düşdüm kənara. 
  
Növrəstə İmanam, mənəm biçara, 
   
Həsrətdi dərmana gözlərim mənim. 
Növrəs  İman XX əsr Göyçə  aşıq mühitinə çox güclü təsiri 
olan el şairidir. Aşıq Ələsgər onun gələcəyinə böyük ümidlər bəs-
ləmişdir. 20-50-ci illərin Göyçə aşıqlığı öz repertuarında Növrəs 
İman yaradıcılığına çox geniş yer vermişdir. Onun adının çəkil-
mədiyi, şeirlərinin oxunmadığı saz-söz məclisi olmamışdır. İtkin 
düşdüyü zamandan indiyə qədər Növrəs İmanın həm özünün göy-
nərtili itkinliyinə çoxsaylı şeirlər qoşulmuş, həm də şerlərinə nə-
zirələr yazılmışdır. 
“Ələsgər ocağı”nın yetirməsi, Növrəs  İmanın qardaşı  Aşıq 
Musa (1909-1948) da Göyçə mühitinin sənət havasında yetişmiş
saz havalarının ən mahir ifaçısı olmuş, Aşıq Hüseyn Cavana aşıq 
sənətinin incəliklərini öyrətməkdə bacarığını əsirgəməmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə