Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   47   48   49   50   51   52   53   54   ...   102

_________Milli Kitabxana_________ 
 
153
 
Bilin, bu yerlərdə ədalət yoxdu,  
Heç bilmirəm , kimə gedim dada mən ?! 
-deyən el nəğməkarı ümidini itirmir, gələcəyə inam bəsləyir, ob-
razlı  şəkildə “zimistanın nobahar” olacağını gözləyir. Mövcud 
quruluşla razılaşmayan aşıq, xalqı  əsarətdən qurtaran , hamıya 
xoşbəxtlik bəxş edən, onun öz sözləri ilə desək, “viranə könülləri 
abad eləyən” ədalət divanının tez gəlməsini arzulayır: 
Aşıq Musanın yaradıcılığında vətən məhəbbəti çox güclüdür. 
Ana təbiətin gözəlliklərindən doymayan, onu min bir dil ilə vəsf 
edən, uca dağlarını, səfalı yaylaqlarını, buz bulaqlarını, qoyun-
quzu sürülərini, doğma ellərini tərifləyən aşıq, qürbət ellərə yönü 
düşəndə, şənlik məclisləri keçirsə də, yenə kədərlənir, vətən həs-
rəti çəkir. Bu baxımdan onun “Balabançı”, “Dağlar”, “Görüşmə-
yə”, “Göndərrəm” rədifli qoşmaları daha səciyyəvidir. O, quca-
ğında boy atdığı, havası ilə nəfəs aldığı doğma diyarı Göyçəni ye-
ri gəldikcə  tərifləmiş, ona xüsusi bir şeir də  həsr etmişdir [84]. 
Həmin şeirdə Göyçənin təbii gözəlliklərini sadalamaqla, həm də 
oranın insanlarının məhəbbət əhli olmasını, qonağa göstərdikləri 
hörməti iftixarla qeyd etmişdir: 
Hər dağdan ucadı Çalmalı dağı, 
Car olur köksündən Qumlu bulağı
*

Əziz saxlayırlar gələn qonağı, 
Dad verir dəhanə balı Göyçənin. 
Aşıq Musanın “Bir gün”, “Kəklik”, “Gülə-gülə”, “Köynək-
cək”, “İndi”, “Dilbər”, “Biri yaz”, “Var”, “Dilim”, “Olmaz”, “Ağ 
ola” gəraylı  və qoşmaları, “Ağlar”, “Mənnən”, “Ay üzə-üzə”, 
“Əyər-əyər” kimi təcnisləri aşıq şeirinin nadir inciləridir. Bu şeir-
lər etnoqrafik cəhətdən daha zəngindir. Onların məzmununda 
Göyçənin həyat tərzi, adət-ənənəsi, xalq məişətinin bir sıra xü-
susiyyətləri bədii boyalarla təsvir olunub. Onun müxəmməslərin-
də bu məziyyət daha dolğun əksini tapmışdır. “Samavar” şeirində 
süfrə məclisinin geniş təsviri verilib: 
                                                 
*
 Çalmalı, Qumlubulaq Kəlbəcərlə Göyçə mahalının sərhəddində yerlə-
şən dağ və bulaq adlarıdır. 


_________Milli Kitabxana_________ 
 
154
 
Başında vardı çayniki, ətrafında var stəkan
Özü xasdı, bolməsi xas, var nişanı zər stəkan, 
Sazı çalım məclisində dolansın dilbər stəkan, 
Bəlkə bir az şəfa tapa , bu xəstə canım stəkan. 
 
Samavarım, sən coşanda yar dolanır, 
Özü zər, libası zər, qəddi qələmkar dolanır. 
Çox çəkir zəhmətini, buxağında tər dolanır, 
Bundan artıq söz deməyə yoxdu kamalım, samavar. 
Təsərrüfata, rəncbərliyə yaxşı bələd olan aşıq özü təsərrüfat 
alətləri – xış, kotan düzəldir, əkin və biçin vaxtı saz götürməzmiş, 
ancaq təsərrüfatla məşğul olarmış, təsadüfi deyil ki, aşığın qəbir 
daşının arxa üzünə xış(cüt)şəkli çəkilmişdir. 
Aşıq Musa dodaqdəyməz cığalı  təcnisin kamil nümunələrini 
yaratmışdır. O, klassik ədəbi irsə yaxşı bələd olduğundan [152] onun 
bədii ifadə formalarından məharətlə  bəhrələnmişdir. M.P.Vaqif 
ədəbi irsinə yaxından bələd olan aşığın qoşmalarında  şairin ruhu 
aydın duyulur. Onun “Ağ ola” rədifli qoşması Vaqifin həmin rədifli 
qoşması ilə eyni ruhda səslənir, elə bil hər ikisi bir mənbədəndir: 
Dərdini anlaya, qədrini bilə, 
Əlində məhrəba istəkan silə. 
Alçaqdan danışa, ucadan gülə, 
Geyinə, sallana, damağ çağ ola.  
Çox incə zövqə  və  həssas təbiətə malik olan ustadın ustadna-
mələri də məclislərdə layiqli yer tutur və indi də estetik əhəmiyyətini 
saxlamaqdadır. Onun “Dilim”şeiri bu baxımdan daha ibrətamizdir.: 
Dilim, bu öyüdü sənə deyirəm, 
Çox dünya malına sarışma, dilim. 
Çalış sən həmişə öz əməyini ye, 
Haram mal yeməyə alışma , dilim! 
 
Bir məclisə vardın, nitqin olsun lal, 
Əyləşənlər səndən dərk etsin kamal. 
Dindirsələr dillən, dinməsən lal qal, 
Hərcayı danışıb, gülüşmə, dilim. 


_________Milli Kitabxana_________ 
 
155
 
Mənim sözlərimi saxla amanat, 
Sidqinən dost olan tez tapar murad. 
Istəsən ki, başın ola salamat,  
Ağzına gələni danışma, dilim. 
 
Musa oda alışmayıb, nə lazım, 
Bivəfayla barışmayıb, nə lazım? 
Haqqın özü sirr açmayıb, nə lazım? 
Gəl gördüyün sirri sən açma, dilim. 
Məhəmməd Alməmmədoğlu  Aşıq  Ələsgərin qardaşıdır. 
Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançı-
lıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban 
Məhəmməd kimi tanınıb. Onun bədahətən şeir demək qabiliyyəti, 
yaxşı hafizəsi varmış. Ailələrində babası da, atası da, qardaşları 
da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birin-
dən fərqləndirmək çətinlik törətsə  də,  Şair Məhəmmədin  şeirlə-
rində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, eldə-
obada baş verən hadisələr onun gözündən yayınmamış, böyük 
sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-ba-
ba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zama-
nın ağır sınaqlarını “Fələk” rədifli  şikayətnaməsində  təfsilatı ilə 
təsvir edə bilmişdir. İngilis silahı ilə silahlanan erməni millətçilə-
rinin qəddarcasına Göyçəyə divan tutması, mahalda törədilən qır-
ğınlar, qaçanların dağlarda borana düşüb qırılması tarixi bir sənəd 
nümunəsidir: 
Ingilisdən gələn şalon, 
Göyçəni qoydu viran. 
Öləni öldü, qaçanı 
Dağlarda düşdü borana. 
Ac qaldı, uşaq ağlaşdı, 
Hamı yön tutdu arana.  
Çiynimizə xurcun verdin, 
Döndərdin hammala, fələk.  
Şair Məhəmməd “Məhəmməd və gürcü ğızı”, “Məhəmmədin 
Qars səfəri”, “Məhəmmədin Çələbiyan səfəri” və “Məhəmmədin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə