Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   46   47   48   49   50   51   52   53   ...   102

_________Milli Kitabxana_________ 
 
150
 
Alməmməd  Aşıq  Ələsgərin atasıdır. O, Göyçə mahalının 
Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan 
adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 
qız atası olduğu üçün həmişə  zəhmətə qatlaşmış, Kəlbəcər  əra-
zisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq dü-
zəldərək satar, ailəsini dolandırarmış.  
Alməmməd aşıqlıq eləməsə  də, ustad aşıqların  şerlərini  əz-
bərdən söyləyər, özü də  həvəsi gələndə  şeirlər qoşarmış. Onun 
şeirləri tez-tez aşıq məclislərində  eşidilərmiş. Bu nəslin  şeir ya-
zanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən 
qarışıq düşmüşdür. Alməmmədin qoşduğu, çox incə  mətləblərə 
toxunan düşündürücü  şeirləri olmuşdur. “Görmədim” divanisini 
M.P.Vaqif üslubunda söyləmişdir: 
Dünya, sənin gərdişinlə başa vuran görmədim, 
Qəhr oldu aləm, qəhr işindən, can qurtaran görmədim. 
Bilmirəm ki səbəb nədi, şadı qəmgin eylədin? 
Abadanı viran qoydun, artdı haran görmədim. 
 
Kəsilməz mürdə karvanı, qəflə işlər, köçər gedər, 
Nə İmranlar nakam qoydun, didəsindən yaş gedər. 
Yetmiş iki millət var, əli səndən boş gedər! 
Yanısınca malı-dövlət, pul aparan görmədim. 
 
Alməmmədəm, bu dünyada bir nişanam qalmadı, 
Getdi əldən qohum-qardaş, atam, anam qalmadı. 
Süleyman tutdu dünyanı, dedi: mənəm, qalmadı. 
Bir kəs ilə heç düz ola sənin aran görmədim. 
El şairi Alməmmədin “Görmədim”lə yanaşı, “İnsan”, “Şirin-
şirin”rədifli daha iki qoşması da oxuculara tanışdır [85-5,7]. 
Aşıq Musa Səfəroğlu Göyçə mahalının Ağkilsə kəndində ana-
dan olmuşdur. Qeyd olunmalıdır ki, indiyədək onun barəsində olan 
yazılarda yanlışlığa yol verilmiş, Göyçənin Qaraqoyunlu kəndindən 
olduğu göstərilmişdir. Bu səhvlik vaxtı ilə Azərbaycan Sovet Ensik-
lopediyasında da təkrar olunmuşdur. Lakin İslam Ələsgər bu anla-
şılmazlığa aydınlıq gətirmiş, əsil faktları diqqətə çatdırmışdır. 


_________Milli Kitabxana_________ 
 
151
 
Aşıq Musa ilk təhsilini xüsusi məktəbdə alıb. İkinci məktəbi 
Göyçə aşıq mühiti olub. O, ustadlardan aşıq şeirinin incəliklərinə 
yiyələnib, saz havalarının mahir ifaçısı kimi tanınıb. Yalnız bun-
dan sonra uzaq səfərlərə çıxıb. 
Aşıq Musanın yaradıcılığı çox zəngin olmuşdur. Təəssüf ki
şeirlərinin çoxu itib-batmışdır. Əldə olunan şeirlərinin əksər his-
səsi Göyçənin Sarıyaqub kəndində yaşamış, axırıncı qaçqınlıqda 
Gəncəbasara pənah gətirmiş və vətən həsrətinə dözməyərək, dün-
yasını dəyişmiş nəvəsi, “Torpağında izim qalan Göyçə” kitabının 
müəllifi Müşkül Musadan yazılıb oxuculara təqdim olunmuşdur. 
Müşkül Musa babasının adını daşımaqla həm də onun sənətini 
yaşatmışdır. 
Aşıq Musanın  əldə olunan şeirləri onun yaradıcılığı barədə 
fikir söyləməyə imkan verir. Onun şeirləri içərisində  aşıq yara-
dıcılığının bütün növlərinə aid nümunələr vardır ki, bu da onun 
yaradıcılığının forma rəngarəngliyindən xəbər verir. Bir çox 
şeirlərindən ehtimal etmək olur ki, onun “Dağıstan səfəri” adlı bir 
dastanı da varmış.  
Aşıq Musa aşıq şeirinin ən mürəkkəb şəkillərindən məharətlə 
istifadə edib. Bir çox sənətkarların yetişməsində  əlindən gələni 
əsirgəməyib. Söz düşəndə qocaman sənətkarlar Musanın hazırca-
vab, qürurlu, şəxsiyyətinə hörmət edən, heç kəsdən çəkinməyən, 
sözü üzə şax deyən adam olduğunu danışardılar. Deyilənlərə görə, 
Musanın düşmənləri çox olub, hətta onu bir vaxtlar təqib də edib-
lər. El aşığı ömrünün bir qismini səfərlərdə keçirib. Dəfələrlə 
Türkiyə və İrana səfərlər edib. Aşıq Ələsgərlə Türkiyə səfərinə dair 
dastan da yaranıb. Şeirlərindən bəlli olur ki, Aşıq Musa şair kimi 
kamil sənətkar olmuşdur. Onun “Nə günahı telli sazın?” gəraylısı 
yalnız lirizmi ilə deyil, həm də tutarlı  məzmunu ilə  aşıq  şeirində 
xüsusi yer tutur. Sazı cadugar mollalardan müdafiə edən aşıq deyir: 
Məclisləri abad eylər, 
Nə günahı telli sazın? 
 Məlul könüllər şad eylər, 
Nə günahı telli sazın? 


_________Milli Kitabxana_________ 
 
152
 
Yeki şəcər, yeki dəmir, 
Ara vurmur, yalan demir, 
Qazı kimi rüşvət yemir, 
Nə günahı telli sazın? 
 
... Musa vəsfin söylər saza,  
Ruh verir gəlinə, qıza. 
Oxşamayır şeyidbaza, 
Nə günahı telli sazın? 
Aşıq yaradıcılığına dair məqalə  və kitab yazan bir çox elm 
adamları din xadimlərinin aşıq musiqisini haram buyurmağı ba-
rədə dolayısı ilə açdığı söhbətlərində həmişə Aşıq Musanın yuxa-
rıdakı şeirini misal çəkmiş, söz sənətinin paklığını və müqəddəs-
liyini aşığın ifadələri ilə bir daha təsdiq etmişdir. 
Sazı, aşıq sənətini din xadimlərinin haqsız hücumlarından 
qoruyan aşıq göstərir ki, sazın və saz çalmağın heç bir günahı 
yoxdur. Əksinə, saz məclisləri abad edir, qəmli könülləri şadlan-
dırır. Saz insana ruhi qida verir. Saz çalmağın günah olduğunu id-
dia edən ruhaniləri ifşa edir. Aşıq bu şeirində bir-birinə zidd olan 
iki cəbhəni – saz sənəti ilə onun haram olduğunu deyənlər cəbhə-
sini qarşılaşdırır. Hansı  cəbhənin  əməlləri günah sayılmalıdır? 
Şənlik məclislərinə yaraşıq verən, insanların könlünü açan, həyatı 
sevməyə, onu duymağa çağıran, təbiət və insan gözəlliklərini vəsf 
edən, onlara mərdlik, səxavətlilik, düzlük, vətənpərvərlik, qəhrə-
manlıq duyğuları aşılayan saz sənətimi, yoxsa saz sənətini haram 
buyuranların ara vurmaları, yalan danışmaları, rüşvət yemələri, 
şeytançılıqları, cadu yazmaları, sələmçiliklə xalqı soymaları kimi 
əməllərimi?! Cavab özlüyündə aydındır. 
Aşıq Musanın yaradıcılığında dövrünün ictimai haqsızlıqları-
na qarşı bir etiraz sədası duyulmaqdadır. Zəhmətkeşlərin ağır hə-
yat  şəraiti, ağaların, bəylərin, mülkədarların özbaşınalığı, çar çi-
novniklərinin xalqa amansız divan tutmaları, xüsusilə yaz əkinçi, 
qış dilənçi olan kəndlilərin keçirdiyi məşəqqətli günlər aşığı 
hədsiz dərəcədə kədərləndirir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə