Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   60   61   62   63   64   65   66   67   ...   102

_________Milli Kitabxana_________ 
 
193
 
özünə  məqsəd qəbul edəcəkdir”. Aydın olur ki, Azərbaycan-er-
məni ədəbi əlaqələrinin öyrənilməsində yeni hadisə olan bu araş-
dırma inqilabdan əvvəlki Azərbaycan ictimai həyatının bütöv bir 
mənzərəsini səciyyələndirir, ədəbi əlaqələrin tarixinin başlıca mə-
qamlarını əks etdirir. 
Ermənilər Azərbaycan musiqisində özlərinə yaxınlıq, doğ-
malıq hiss etmiş, uzun müddət bu müsiqinin təsiri altında olmuş 
və öz müsuqisinin olmamasından  şikayətlənərək “... məgər indi 
erməniyə türk mahnıları oxumaq kifayətdirmi?”- deyə milli mu-
siqinin inkişaf etməsini arzu etmişlər. Aleksandr Kalantaryansın 
“Mışak” qəzetində dərc edilmiş “Bakıdan məktub”sərlövhəli mə-
qaləsində də erməni xalqının milli ruhuna uyğun olmaması, onun 
əsasən Azərbaycan və fars mahnılarının təsiri altında olmasından 
bəhs edilir. Bu məqsədlə  tənqid olunaraq deyilir: “Erməni mü-
ğənnisinin özünəməxsus yüksək xüsussiyyətləri yoxdur. Onun 
oxuduqlarının məzmunu çox zaman türk və  ya  fars  mahnıları 
olur...”(“Mışak”, 1873, 29 noyabr). Bu cümlələrin hazırki şərait-
də “Sarı gəlin” mahnısını vaxt ilə ifa edən erməni müğənnilər bu 
türk mahnısını öz adlarına çıxmaq cəhdlərindən əl çəkmirlər. Mu-
siqisi, sözləri büsbütün azərbaycan türkcəsində olan bu mahnını 
erşəni mahnısı adlandırmaq nə  dərəcədə  məntiqə uyğundur?!.. 
Bu, son dərəcə, düşüncəsizlikdir.  
 
3.1. İrəvandakı “Molla Nəsrəddin”çilər
 
“Molla Nəsrəddin”in fəaliyyət göstərdiyi müddətdə onun 
məqsəd və  məramına, tutduğu yola sadiq olan mütərəqqi fikirli 
ziyalıların böyük bir dəstəsinin formalaşması, bu dəstənin, daha 
doğrusu, Qərbi Azərbaycanın İrəvan  ədəbi mühitinin yetirmələri 
olan bir çox məşhur nümayəndələrinin imzaları öz zamanında 
oxucu kütləsinə tanış idi. Onların imzasını  İrəvandakı “Molla 
Nəsrəddin”çilər adı ilə izləyir, məqalə və felyetonlarında təlqin 
olunan fikirlərinə olduqca böyük hörmət və  həssaslıqla yanaşır-
dılar. Kim idi İrəvandakı “Molla Nəsrəddin”çilər? Bizə adları 


_________Milli Kitabxana_________ 
 
194
 
bəlli olan Məmmədəli Nasir Hacı Məmmədzadə, Əli Məhzun Rə-
himov, Mirzə  Məhəmməd Axundov, Cabbar Əsgərzadə, Məşədi 
Mehdi Sadıqzadə, Paşa Səfərov və bir də çoxlarının adı, soyadı 
və təxəllüsü dəqiqləşdirilməyə, tədqiqatçı araşdırmalarına zərurət 
duyulan tanımadıqlarımız . 
İrəvan  ədəbi mühitindəki “Molla Nəsrədin”çilərin görkəmli 
nümayəndələrindən biri kimi Azərbaycan ədəbiyyatı tarixində xid-
mətləri olan Məmmədəli Nasir Hacı Məmmədzadənin nəvəsi yazı-
çı-publisist  Şəfəq Nasirin apardığı elmi-tədqiqatlarla bağlı “Azər-
baycan” qəzetinin [166] 29 mart 2006-cı il tarixli sayında ilk dəfə 
tədqiqatda rubrikası ilə verilən “Molla Nəsrəddin”in yazarların-
dan” məqaləsi bizim çoxlarımıza aydın olmayan kölgəli məqam-
lara bir aydınlıq gətirir. Müəllif haqlı olaraq qeyd edir ki, zamanın-
da Cəlil Məmmədquluzadənin yaxından tanıdığı, yaradıcılıq müna-
sibətində olduğu, nədən və necə yazmağı öyrətdiyi bu qələm sa-
hiblərinin indiyədək lazımınca öyrənilməməsi, tədqiq olunmaması, 
sözün həqiqi mənasında bu bədii söz ustalarına qısqanclıqla yana-
şılması ədəbiyyatımızda bir boşluq kimi diqqəti cəlb edir.  
“Molla Nəsrəddin” jurnalının İrəvan ədəbi mühitihdəki geniş 
tədqiq olunmamış nümayəndələrindən biri Məmmədəli Nasir 
Hacı Məmmədzadədir.  
M.Ə.Nasir 1899-cu ildə  İrəvan  şəhərində anadan olmuşdur. 
Onun atası Hacı  Məmməd  ərəb və fars dillərini mükəmməl bilən 
dünyagörüşlı insanlardanıymış. O, qonşu məmləkətlərdə nəşr olu-
nan qəzet və məcmuələrə abunəçi-müştəri olmağa maraq göstərər, 
onların  ələ keçən nömrələrini maraqla mütaliə edərdi. Atanın bu 
mütaliəsi oğlu Məmmədəlinin uşaqlıqdan diqqətindən yayınmadığı 
üçün fürsət düşəndə bir bucağa çəkilər, qəzet və jurnalları oxuyar-
dı. İrəvan camaatının yaşam tərzini, ictimai vəziyyətini digər xalq-
larla müqayisə edərdi. Gördüklərini, eşitdiklərini, müşahidələrini 
ümumiləşdirərək İrəvanda və Bakıda nəşr olunan “Zəngi” (sonralar 
“Sovet Ermənistanı”), “Rənbcər”, “İqbal”, “Sədayi-həqq” və bu ki-
mi mətbu orqanlarda nəşr etdirərdi. Nəşr olunan yazılarında əsasən 
avam, yazıq, savadsız, fanatizmin təsirinə qapılan, çıxış yolunu al-


_________Milli Kitabxana_________ 
 
195
 
lahtaalanın “dərgahında” axtaran, məzlum və hüquqsuz camaatı bu 
acınacaqlı hala düçar edən mühiti tənqid atəşinə tuturdu...  
Xoş  təsadüf nəticəsində  Məmmədəli “Molla Nəsrəddin”in 
onların evlərinə ayaq açmasını, 13 yaşlarında olarkən bir payız 
günündə evlərinə bir kişinin gəlməsini, salam-kalamdan sonra 
atası Hacı Məmmədə müraciət edərək:  
“... Hacı, bir neçə ildir ki, Tiflisdə “Molla Nəsrəddin” adında 
məcmuə  çıxmağa başlamışdır. Ancaq oxucusu azdır. Bu, məc-
muənin bağlanmasına səbəb ola bilər. Biz ona hər cəhətdən kö-
mək göstərməliyik. Gəlişimdən məqsədim sizi həmin məcmuəyə 
müştəri yazmaqdır. 
– Xan, bilirsiniz ki, sizə  nə  qədər hörmətim var. Yolunuzda 
pul nədir ki, canımı belə əsirgəmərəm. Ancaq xahiş edirəm, məni o 
dinsiz məcmuəyə müştəri yazmayasız” – deyib, cibindən bir qızıl 
onluq çıxartdı və qonağın qabağına qoydu. Qonaq bir söz demədən 
dəftərinə nə isə qeyd edərək gülə-gülə atamla xudahafizləşib getdi.  
Məmmədəli müəllim bu əhvalatı bir vaxtlar ona poçtda mək-
tub və  qəzetlərlə  bərabər  şəkilli bir jurnalın verildiyini, xəlvətə 
çəkilib  şəkillərə baxdığını, atasından yayınaraq həmişə “Molla 
Nəsrəddin” nömrələrini oxuduğunu, sonra da evin ələ keçməyən 
yerində gizləncdə saxladığını,  İrəvandan bəhs edən yazıların al-
tında verilən “Yetim cücə”, “Məhkəmə pişiyi” imzalarının müəl-
lifini tanımaq istəyini doğmalarına danışmışdır. Yeznəsi Əli Məh-
zuna adı gedən jurnal üçün tənqidi məqalə yazdığını söyləmiş, 
Əli Məhzun onu özüylə Tiflisə aparmış,  əvvəlcə dostu Əliqulu 
Qəmküsarla, ertəsi gün jurnalın redaksiyasına gedərək Məmmə-
dəlini Cəlil Məmmədquluzadəyə təqdim edərək “bu da bala “mol-
la nəsrəddinçi”dir – deyib, oğlanın barəsində ədibə məlumat ver-
mişdir... Bu görüşdən bir neçə  həftə keçməmiş  Məmmədəli Na-
sirin “Qarınqulu bəy” imzası ilə qiraətxanadan yazdığı  məqaləsi 
dərc olunmuşdur.  İrəvanda bu tənqidi yazıdan xəbər tutan möv-
humatçılar onu yazanın dinə sataşdığına görə tapılıb öldürülməsi-
nə fitva verirlər. Məhəmmədəli  şəhərin  əhalisi arasında dolaşan 
söz-söhbətin mahiyyətini dərk etmədiyi üçün rastlaşdığı adamlara 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə