_________Milli Kitabxana_________
202
duğu müddətdə Azərbaycan ictimai-siyasi və ədəbi fikrin inkişafı-
na müəyyən kömək göstərmiş, azadlıq, tərəqqi və demokratiya ide-
yalarına xidmət etmişdir. Məcmuə ictimai-satirik və yumor dili ilə
siyasi irticanı, geriliyi, ətaləti, cəhaləti özünə tənqid hədəfi seçmiş-
dir. O, anlaşıqlı dili və demokratik məzmunu sayəsində Zaqafqa-
ziyada, ümumən Qafqazda olan azərbaycanlılar içərisində çox ya-
yılmış nəşrlərdən biri olmuşdur”[181] .
Yeri gəlmişkən qeyd edim ki, görkəmli tarixçi-alim, yorul-
maz tədqiqatçı, Qərbi Azərbaycan ədəbi mühitinin çoxlarımıza
istənilən səviyyədə bəlli olmayan müəyyən məqamlarına arayıb-
axtardığı arxiv sənədlərindən aydınlıq gətirən İsrafil Məmmədov
özünün bu yaxınlarda ictimai fikir tariximizin qəribsəyən üfiqləri
seriyasından işıq üzü görən “İrəvan dəftəri” kitabının təkrar nəşri
ilə oxucularımıza daha maraqlı məqamları xatırladır.
Müəllif burada “İrəvanda Azərbaycan mətbuatı”, “Kitab nəş-
ri”, “Dövri mətbuat”, “Molla Nəsrəddin” və Ermənistan”, “Lək-
lək”, “Bürhani-həqiqət” məcmuələri başlıqları altında XİX əsrin
sonu və XX əsrin başlanğıcında İrəvanda baş verən ictimai-siyasi
olayların xronologiyasını vermişdir. Həmçinin o zamankı dünya-
da hökm sürən hərkə-hərkiliyi, dini-xurafat buxovunda əzab çə-
kənlərin çıxılmaz vəziyyətini, “möminlərə” pənah gətirənlərin acı
taleyinə, gedən proseslərə biganə qalan şəhvət düşgünlərinin hey-
siyyatsızlığını oxuculara çatdıran, bu eybəcərlikləri satira atəşinə
tutan ədəbi-bədii materialları ümumiləşdirməklə həmin məcmuə-
lərdə öz əksini tapan konkret faktlarla səciyyəvi təhlillər vermişdir.
“Lək-lək”in bütün nömrələrinin üz qabığında abunə qiyməti
və mündəricatı ilə yanaşı, redaksiyanın yerləşdiyi ünvanı bildiri-
lir . “Məsləkimizə müvafiq və millətimizə mənfəətli olan hər cür
xəbər təhrirat üçün məcmuəmuzin səhifələri açığdır. İmzasız
yazılar dərc olunmadığı kibi marğasız gondərilən məktublar da
ğəbul olunmaz. Yazılar açığ türk dilində olmalıdır. Adres dəyiş-
dirənlər yeddi ədədini qəpiklik marka göndərməlidir. Dərc olun-
mayan yazılar əldə olunmaz.”cümlələri ilə məcmənin məqsəd və
məramı oxucuların diqqətinə çatdırılır.
_________Milli Kitabxana_________
203
Məcmuə fəaliyyətə başladığı andan onun ətrafında cəmləşən
qələm sahibləri “Molla Nəsrəddin” ənənələrinə sadiqliklərini nüma-
yiş etdirməyə böyük səylə yanaşırdılar. Tədqiqatçı alim İslam Ağa-
yev mətbuat və publisistika problemlərindən apardığı elmi araşdır-
malarında göstərir ki, “Molla Nəsrəddin” jurnalı Əliqulu Qəmküsa-
rın (1880-1919) redaktorluğu ilə daha geniş ədəbi mübarizə cəbhəsi
yaratdığı bir zamanda jurnalın səhifələrində Əli Rza Şamçızadə (Da-
banı çatdağ xala) Gəncədən, Cabbar Əsgərzadə (Aciz) İrəvandan,
Salman Mümtaz Əsgərov (Xortdan bəy) Aşqabatdan, Zeynal Məm-
mədov (Səffəl) Təbrizdən, Sabit Manafzadə (Dastançı) Aşqabaddan,
Əli Nəzmi (Məşədi Sicimqulu) Gəncədən, Məhəmmədəli Sidqi Ba-
kıdan jurnala yazırdılar. “Məlik Naqqal” imzası 1914-cü ildə molla-
nəsrəddinçi şair və publisist Cabbar Əsgərzadə Acizin redaktorluğu
ilə İrəvanda çıxan “Leylək” jurnalında təsadüf edilir. Sual olunur,
1914-cü ildə Tiflisdə dərc edilən “Molla Nəsrəddin” jurnalının re-
daktoru Qəmküsar ilə İrəvanda çıxan “Leylək” arasında hansı cəhət-
dən əlaqə ola bilərdi? Bu suala cavab vermək üçün, hər şeydən əv-
vəl, “Leylək” redaktorunun şəxsiyyətinə diqqət yetirilməlidir. Çün-
ki, “Leylək”in redaktoru Cabbar Əsgərzadə “Molla Nəsrəddin”inin
köhnə əməkdaşlarından idi. O öz jurnalına dostlarını dəvət edə bi-
lərdi. Bu məcmuələrdə M.S.Ordubadi (Hərdəmxəyal), Ə. Qəmküsar
(Məlik Naqqal) imzaları ilə çıxış etmişdilər[112-427, 447]. Söz yox
ki, məcmuələrdə müxtəlif imzalarla çıxış edən çoxsaylı qələm
sahibləri ictimai-siyasi və mədəni həyatda baş verən hadisələrə həs-
saslıq göstərir, hamı üçün maraqlı və aktual olan həyat həqiqətlərini
əks etdirən müxtəlif məzmunlu şeirləri, hikmətli sözləri, İrəvan, Or-
dubad, Gəncə, Mərənd, İstanbul, Təbriz, Tiflis və digər şəhərlərdən
əldə olunan xəbərləri və felyeton əvəzi yazıları maraq dairəsində
saxlamaqla məcmuənin səhifələrini daha oxunaqlı etməkdə bütün
imkanlardan istifadə edirdilər.
Jurnalın səhifələrində mollanəsrəddinçi yazıçılardan C.Əsgər-
zadə Aciz (Lək-lək, Müqəllid və s), Əli Məhzun Rəhimov (Yetim
cücə), M.S.Ordubadi (Hərdəmxəyal), M. Mir Fətullayev və başqa-
ları iştirak etmişlər. Bədii cəhətdən müəyyən mənada bir qədər zəif
_________Milli Kitabxana_________
204
çıxmasına baxmayaraq, “Lək-lək” oxucuların rəğbətini qazanmış-
dır. Sonuncu on ikinci nömrədə mündəricat verilməsə də, “Axtar”
başlığı ilə “Lək-lək”in aqibəti barədə oxucular məlumatlandırılır.
Qeyd olunur ki, bəzi səbəblərə görə məcmuənin bağlanacağı, müş-
tərilərinə onun əvəzinə daha mükəmməl, daha nəfis, daha parlaq və
oxunaqlı “Çınqı” adlı satirik jurnal çıxacaqdır. Həmin yeni nəşr
olunacaq “Çınqı” Əli Məhzun Hacı Zeynəlabdinzadə və “Lək-lək”
müdirlərindən Hacı Əsgərzadənin təht müdiriyyətlərində olub, İrə-
vanın maarifpərvər cavanlarının maddi və mənəvi köməkliyi ilə
nəşr olunacaqdır. “Lək-lək”in 10-cu nömrəsinə əlavə şəklində
“Lək-lək” can verir” adlı uşaqlar üçün nəzmlə yazılmış alleqorik
bir kitabça çap etmişdir. Həmin əsərdə müxtəlif sinif və təbəqələrin
həyatına istehzalı nəzər salınmışdır [24-17]. Oğrular, damdələnlər,
şərab içənlər, nəşəxorlar, qumarbazlar, yolkəsənlər, rəzalət bataqlı-
ğında çabalayanlar, zəhmətkeş insanların imkanlarından öz məna-
feləri üçün hər an yararlananlar, ictimai-siyasi hadisələrin cəmiy-
yətdə doğurduğu əks-səda məcmuənin əsas mövzularındandır.
“Molla Nəsrəddin” jurnalının ənənələrinə sadiq qalmaq yolunda
mövcud imkanlarından qədərincə istifadə edən “Lək-lək”çilər so-
sial mənşəcə aşağı təbəqəyə mənsub olan sadə, kasıb, yoxsul, məz-
lum kütlələrə rəğbət bəsləməyin, tüfeylilərə qarşı barışmaz mövqe-
də dayanmağın mahiyyətini geniş xalq kütlələrinə çatdıran mütə-
rəqqi ziyalılar olduqlarını nümayiş etdirə bilmişilər. “Molla Nəs-
rəddin”də olduğu kimi, “Lək-lək”də də ən çox böyük əhəmiyyət və
diqqət verilən məsələlər, ilk növbədə, müsəlman – islam dünyasın-
dakı vəziyyət, çatışmazlıqlar, dövlətçilik sahəsindəki uyğunsuzluq-
lar, dini-xurafat, orucluq, məhərrəmlik ayinlərinə verilən rəvac,
milli münasibətlərin kəskinləşməsi istiqamətində yeridilən siyasət,
xeyriyyəçilik, maarif, ədəbiyyat, qadınlara münasibət və bu kimi
məsələlər öz həllini əsasən tapmışdır.
“Molla Nəsrəddin” jurnalının, “Əkinçi” qəzetinin yenidən
bir bütöv halında transliterasiya edilməsi ədəbi publisistika sahə-
sində çöx böyük və həm də önəmli hadisələrdəndir. Şərqdə yayı-
lan bu nüfuzlu mətbuat abidələrinin yenidən nəşri ənənəsinə sa-
Dostları ilə paylaş: |