_________Milli Kitabxana_________
208
olan və Rus qoşunlarının tərkibində vuruşan 120 mindən çox
erməni əsgəri və zabiti, hər biri on min silahlını birləşdirən 4
erməni könüllü birliyi Cənubi Qafqazda cəmləşmiş[151], bunlarla
birlikdə 200 min erməni qaçqını da yerləşdirilmişdir. Ermənilərin
“Qərbi Ermənistan” adlandırdıqları “Qərbi Azərbaycan”da - İrə-
van quberniyasında azərbaycanlıların yaşadıqları dədə-baba yurd-
larını ələ keçirmək üçün zəmin yaratmışdılar.
Rusiyada çarizmin devrilməsi, 1917-ci ildə boyük Oktyabr in-
qilabının qələbəsindən sonra iqtidara gələn bolşeviklər bu baxım-
dan özlərinin siyasi düşmənlərini, şübhəli saydıqları şəxsləri məhv
etmək, sürgün edilməsinə, qovulmasına nail olmaq üçün dinc və
günahsız insanları yurd-yuvasından silah gücünə deportasiyaya
məruz qoymağa hər vasitə ilə nail olduğunu əks etdirən sənədlər,
tarixi materiallar, dövri mətbuatda dərc olunan məqalə və infor-
masiyalar, ədəbi-bədii əsərlərdə verilən təkzibolunmaz faktlar, öm-
rünü-gününü qürbətlərdə sürgündə keçirən yaşlı nəslin yaddaş-
larında mühafizə edilən olmuş əhvalatlar xalqımızın taleyindən yan
keçməyən məşəqqətlərin acı nəticələrindən xəbər verir.
İrəvan quberniyasında inqilabın qələbəsindən bir neçə ay ke-
çəndən sonra ermənilər azərbaycanlıların yaşadıqları ərazilərə si-
lahlı basqınları, xüsusən də Novruz bayramı günlərində davamlı
basqınları olmuş, Pəmbək nahiyəsinin Arcut kəndində, Gözəldərə
və digər kəndlərdə insanlığa yaraşmayan şəkildə çoxsaylı müsəl-
man əhali vəhşicəsinə qətlə yetirilmişdir. Bu faktlar təfərrüatı ilə
Türkiyənin arxivlərində saxlanılan sənədlərdə, əsasən də Kazım
Qarabəkir Paşanın “1917-1920-ci illər arasında Ərzincandan İrə-
vana erməni zülmü” kitabında ermənilərin törətdikləri kütləvi
qırğınlar barədə sənədli faktlar ictimaiyyətə çatdırılmışdır:
“29.04 1918-ci ildə Gümrüdə 500 araba ilə Akılkələyə köçürül-
məkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək
yox edilmişdir; min əskər, iki pulemyot və iki topla silahlanmış
ermənilər Qağızmanın şərqindəki Qulp (Duzluca) və İrəvan böl-
gəsindəki müsəlman kəndlərini dağıtmış, qadın, uşaq və kişiləri
qırmışlar”. Bu cür dəhşətli qırğınlar həmin ilin müxtəlif aylarında
_________Milli Kitabxana_________
209
ardıcıllıqla müxtəlif günlərdə Vedibasarın, Novo-Bayazetin, Göy-
çənin, Calaloğlunun, Dilicanın, Qırmızı nahiyənin müsəlmanlar
yaşayan kəndlərində daşnak Andronikin qoşunları tərəfindən qəd-
darcasına həyata keçirilmişdir. Həmin bu ərazilərdə öldürülən və
qırılan əhalinin yaşadığı kəndlər “ölü” kəndlərə çevrilmişdir. No-
vo-Bayazet qəzasının Göyçə rayonunun şərq və şimal bölgəsinin
müsəlman kəndlərinə edilən basqınlar nəticəsində onların 22-si da-
ğıdılmış, yandırılmış, demək olar ki, bu kəndlərdə müsəlman əhali
qalmamışdır. Bu qəzanın müsəlmanlar yaşayan 84 kəndi məhv
edilmişdir. Söyünquluağalı, Qayabaşı, Qoşabulaq, Daşkənd, Baş
Şorca, Ayaq Şorca, Canəhməd, Sarıyaqub, Kiçik Qaraqoyunlu,
Böyük Qaraqoyunlu, Ağkilsə, Zod, Zərzibil, Qaraiman, Kəsəmən,
Bala Məzrə, Böyük Məzrə, Şişqaya, Hacı Qərib və digər kəndlərin
əhalisinin malı-mülkü qarət edilmiş, dağıdılmışdır. Bu kəndlərin
var-dövlətinin talan edilməsini daşnak könüllülər hərəkatının təkcə
bir dəstəsi tərəfindən türklərə divan tutulması, onların məhv edil-
məsi barədə erməni müəllifi A.Lalayan qeyd edir və “mən Basar-
keçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım” – deyə,
daşnak “başkəsəni” Vahramın dili ilə qələmə almışdır. Daşnak da-
vam edərək deyir: “Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə
ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını
su quyusuna doldurub, üstündən ağır daşlar tökəsən ki, onlardan
əsər-əlamət qalmasın. Mən elə də etdim”...
Sovet hakimiyyətinin quruculuq adlandırılan ilk illərində to-
talitar rejimə tabe olmaqdan imtina edən müxtəlif qurumlar və
partiyalarla yanaşı bir çox xalqlar həm təqiblərə, həm işgəncələrə,
həm sürgünlərə, yekun nəticədə isə zorla kütləvi surətdə doğma
yurlarından deportasiyaya məcbur edilirdilər. Bu kütləvi aksiya-
lara məruz qalan xalqlar içərisində Azərbaycanlılara qarşı edilən
haqsızlıqların, deportasiya tədbirlərinin miqyası daha geniş idi.
İrəvan quberniyasının əhatə etdiyi ərazilərdən azəri türklərinin
qovulması, Orta Asiyanın, İranın, Türkiyənin müxtəlif ərazilərinə
köçürülməsi, deportasiyası ermənilərin “Böyük Ermənisyan” ya-
ratmaq siyasətinin hansı mənbələrdən qidalandığını açıq-aydın
_________Milli Kitabxana_________
210
xatırladır. Bu barədə elmi araşdırmada yeri gəldikcə məlumat-
qeydlər edilmişdir. Lakin Qərbi Azərbaycan ərazisində azərbay-
canlılara qarşı törədilən qanlı qırğınlar, qətliamlar, soyqırımı, So-
vet dövlətinin “beynəlmiləlçilik” nümunəsi adı altında qəbul etdi-
yi qərarlar, verdiyi rəsmi, qeyri-rəsmi göstəriş və sərəncamlar,
danılmaz tarixi faktlara söykənən sənədlər barədə daha müfəssəl,
daha yığcam məlumatlardan bəhs etmək lazımdır. Bu sənədlər
sırasında 1920-1940-cı illərdə İttifaqın və Azərbaycanın bir çox
rəhbərlərinin “səxavəti üzündən” yaşayış məskənlərimizin Ermə-
nistana verilməsinə dəstək olan sənədlərdəki faktlara lazımı əhə-
miyyət verilməmişdir.
İstər 1920-ci illərdə, istərsə də ondan sonrakı dövrlərdə İrə-
van xanlığı ərazisində xalqımızım başına İttifaqın aparıcı rəhbər-
lərinin həm açıq, həm gizli göstərişləri əsasında həyata keçirilən
ədalətsiz tədbirlər barədə mətbuat səhifələrində verilən xəbər və
korespondensiyalar kifayət qədər olsa da, bu aşkarlığı təmin edən
məsələlər əksər hallarda sükutla qarşılanırdı. Ermənistanda azər-
baycanlılara qarşı yeridilən məkrli siyasətdən əhalinin xəbərdar
olması üçün ana dilində 1921-ci ildən etibarən “Kommunist”,
sonralar “Rəcbər”, “Zəngi”, “Qızıl Şəfəq”, “Kommunist”, “Sovet
Ermənistanı” adı ilə nəşr olunan qəzet aşkarlığın təmin edilmə-
sində öz sözünü kütlələrə çatdıra bilirdi.
Ermənistan rəhbərlərinin 1943-1945-ci illərdə Dağlıq Qara-
bağın Ermənistana birləşdirilmək üçün SSRİ rəhbərliyinə müra-
ciətləri geniş xalq kütlələrindən gizlədilmiş, məhdud dairədə mü-
zakirə olunmuşdur. Lakin 1947-ci ilin 23 dekabrında “1948-
1953-cü illərdə yüz mindən çox azərbaycanlının Ermənistandan
Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi tədbirlər haqqın-
da” SSRİ Nazirlər Sovetiinin 4083 nömrəli qərarı, həmin məz-
munda ikinci bir qərarla 1948-ci il mart ayının 10-da İosif Vissa-
rionoviç Stalinin (Cuqaşvili) imzası ilə məkrli, xəyanətkar siyasət
xalqımızı hər cür dəhşət və fəlakətlərlə üzləşdirdi. İttifaq rəhbər-
liyinin bu mənfur qərar və göstərişlər yerlərdə icraçılar tərəfindən
həyata keçirilməyə başlandı.
Dostları ilə paylaş: |