Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   57   58   59   60   61   62   63   64   ...   102

_________Milli Kitabxana_________ 
 
183
 
Aşıq Məhəmməd Kotuzlunun şeirlərini dini təhsil almış qay-
nı Ağamalı yazıya köçürmüşdür.  
1918-1920-ci illərdə erməni daşnaklarının hücumları zamanı 
Aşıq Məhəmməd də doğma yurdunu tərk etmiş, Sədərəkdə vəfat 
etmiş, məzarı kəndin köhnə qəbristanlığındadır. Aşıq Məhəmmə-
din “Məscidin”, “Qanadında Ayla Günün nişanı”, “Səndən mənə 
bir imdad”, “Qoşma”, “Sənin”, “İbrahim Xəlil”, “Məni”, “Ay ga-
vır” adlı şeirləri vardır. Onun “Məscidin” qoşması məşhurdur, hə-
min qoşmanın son bəndində Abbasqulu ağanın düşmən hiyləsin-
dən hifz olunmasını ilahi qüvvələrdən diləyir: 
...Qul Məhəmməd deyər Abbasqulu xan, 
Sakinim Kotuzdu, bilginən pünhan. 
Sənə kömək olsun qadiri-sübhan, 
Dörd yerdən qurşanıb beli məscidin. [28-406] [180]  
Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin qolu aşıq ya-
radıcılığıdır. Aşıq sənətinin imkanlarından bacarıqla istifadə edən 
sənətkarlardan biri də Aşıq Məhərdir. Onun xalq yaradıcılığı sa-
həsinndə öz dəstixətti olsa da, şeirləri nə sağlığında, nə  də ölü-
mündən sonra oxculara geniş təqdim olunmamışdı. Bu söz sərra-
fının həyatı haqqında yaşlı nəslin yaddaşlarına və xatirələrinə mü-
raciət etmək zərurətinə ehtiyac duyulmuşdur. Aşıq Məhər çoxsay-
lı sənət adamlarının yetişdiyi Pəmbək mahalının Hallavar kəndin-
də 1870-ci ildə kasıb bir muzdur ailəsində anadan olşuşdur. O, 
kiçik yaşlarında anasını itirmiş, atası  Cəfər kişinin himayəsində 
böyümüşdür. Məhər lap uşaq yaşlarından kəndin varlı adamlarına 
nökərçilik etmiş, yaşamaq üçün min bir əziyyətlərə düçar olmuş-
dur. O, sinədəftər idi, gözəl və məntiqi cəhətdən güclü şeirlər de-
yərmiş. Təhsil görməsə də, qeyri-adi istedadı sayəsində böyük bir 
irs qoyub getmişdir. Aşıq Məhərin məclisiərində  iştirak etmiş 
yaşlı nəslin söyləmə-xatirələrinə görə, o, sözün məqamında bəda-
hətən qoşma, təcnis, bayatı deyərmiş  və dediklərini də uzun 
müddət yadında saxlayarmış. 
Aşıq Məhər 30 yaşında Qonşu Yuxarı Kilsə (Dızman) kən-
dində yaşayan Mustafa kişinin qızı Fatimə ilə ailə qurmuş, Qız-


_________Milli Kitabxana_________ 
 
184
 
yetər adlı yeganə övladı dünyaya gəlmişdir. Aşıq Məhər yeganə 
övladını hədsiz məhəbbətlə sevmiş, boya-başa çatdırmış, ev-eşik 
sahibi etmişdir.  
Onun ədəbi irsi elmi-bədii cəhətdən çox qiymətli və təqdirə 
layiqdir. “Erməni”, “Gəlmişəm”, “Yaxşıdır”, “Gəlibdir”, “Gəlir”, 
“Deyim”, “Olur”, “Sədi qardaş”, “Əzizin”, “Yoxdur”, “Dağlar”, 
“Kasıbın” və bir çox başqa rədifli şerlərində ictimai-siyasi motiv-
lər, yeni quruluşun ziddiyyətləri tərənnüm olunur. Sevgi-məhəb-
bət ruhunda yazdığı “Bu evdə” şeiri diqqəti çəkir: 
Şükür, tanrı, sənin min bir adına, 
Göründü Abbasın yarı bu evdə. 
Qayım-qədim olsun təzə gərdəyi, 
Başacan yeyilsin barı bu evdə. 
 
Qaravat bağlandı, gərdək quruldu, 
Könüllər şad oldu , ürək duruldu
Kəbinlər kəsildi, nigah vuruldu,  
Açıldı xonçanın gülü bu evdə. 
 
Artıq olsun bu gəlinin hörməti, 
Başından tökülsün malı, dövləti, 
Bir cüt corab Aşıq Məhər xələti, 
Gətirsin geydirsin qarı bu evdə.  
Aşıq Məhər 1937-ci ilin dekabrında uzun sürən ürək xəstəli-
yindən vəfat etmişdir.  
Mühitin aşıqları  və onların yaradıcılıqları haqqında verilən 
məlumatlarla qənaətlənmək olar. Ümumiyyətlə, İrəvan ədəbi mü-
hitində, xüsusən də onun aparıcı qolu sayılan aşıq sənətinin inki-
şafında qonşu  ədəbi mühitlərin qarşılıqlı  əlaqələrinin bir-birinə 
təsiri böyük rol oynamışdır. Mühitin qonşu, doğma mühitlərdən 
Kəlbəcər, Gədəbəy, Qars, Sürməli, Urmiyə, Göyçə, Ağbaba, To-
vuz, Şəmkir, Qazax, Borçalı ədəbi mühitləri ilə qarşılıqlı əlaqələri 
müxtəlif zaman kəsiyində tarixi, ictimai-siyasi zərurət üzündən 
yaşayış yerlərini dəyişən sənət adamlarının əvvəlki yaşayış yerlə-
rinin yaradıcılıq üslubuna sadiq qalmaları sənət ənənələrini yaşat-


_________Milli Kitabxana_________ 
 
185
 
malarına meydan vermişdir. Bu mühitlərin saz-söz adamlarının 
biri-birindən yaradıcılıqla bəhrələnməsi mühitləri istər-istəməz 
yaxınlaşdırmışdır. Sanki bəzi nəzərə çarpan ümdə  cəhətlərlə ya-
naşı, aşıq poeziyası nümunələri, saz havalarının ifası baxımından 
çalqı və avaz eyniliyi dinləyicilər tərəfindən fərqləndirilməmişdir. 
Adları çəkilən ərazilərin aşıq məktəblərinin sənətkarlarının yara-
dıcılıq və ifaçılıq sahəsindəki oxşarlıqları maraq doğurur. Bu aşıq 
mühitlərində formalaşan sənətkarların keşməkeşli həyatı,  ədəbi-
mədəni əlaqələri, etnik qohumluq münasibətləri baxımından biri-
birləri ilə  qırılmaz tellərlə bağlılığı olmasından xəbər verir. Bu 
bağlılıq indi də vardır. 
Qeyd olunmalıdır ki, İrəvan  ədəbi mühitinin əhatə etdiyi 
ərazilərdə istər klassik şeir üslubu, istərsə də xalq şeiri üslubunun 
sintezi diqqəti cəlb edir. El şairlərinin və ustad-yaradıcı aşıqların 
mövzu çevrəsi forma cəhətdən eyniyyət təşkil edir, lakin məzmun 
baxımından üslub müxtəlifliyi vardır. Burada dini şeirlər, Quran 
qissələrindən istifadə, təriqət şeirləri, satirik şeirlər, süjetli şeirlər 
həm yazılı, həm də  şifahi  ədəbiyyatda Borçalı  və digər  ədəbi 
mühitlərdə olduğu kimi poetik yaradıcılıq istiqamətləridir. [145-
103,105] 
 


_________Milli Kitabxana_________ 
 
186
 
III FƏSİL  
 
MƏTBUAT VƏ ƏDƏBİ PROSESİN  
PROBLEM VƏ İSTİQAMƏTLƏRİ 
 
Zaqafqaziyanın inzibati-mədəni mərkəzi olan Tiflisdə icti-
mai-siyasi səciyyə daşıyan  ədəbi-publisist materiallara daha çox 
yer ayran, rus dilində  çıxan ilk qəzet “Tiflisskoe vedomosti” 
(“Tiflis əxbari”) olmuş, ilk nömrəsi 1828-ci ilin iyun ayının 4-də 
çıxmışdır. Həmin qəzet 1829-cu ildə gürcü dilində, 1832-ci ildə 
isə Azərbaycan dilində nəşr olunmuşdur.  
Azərbaycan dilində buraxılan “Tiflis əxbarı”nın nömrələri-
nin əldə olunmadığını qeyd edən mərhum alimimiz Nazim Axun-
dov “Tiflisdə tatar dilində  qəzetin nəşr edilməsi haqqında” Gür-
cüstanın tarix arxivində saxlanılan 114-cü fondun 142-ci qovlu-
ğunun 35-ci səhifəsində məlumatın olduğunu göstərmişdir. 
Zaqafqaziyada azərbaycanca çap olunan ikinci qəzet “Qaf-
qazın bu tərəfinin xəbərləri”dir. “Zaqafqazskiy vestnik” adlı qəzet 
1838-ci ildən rus dilində, 1845-ci ildən gürcü və Azərbaycan dil-
lərində Tiflisdə çıxmış və bir neçə il nəşri davam etmişdir.  
Mollanəsrəddinçilərin şöhrəti Yaxın və Orta Şərqə yayılmış-
dır. Mollanəsrəddinçilər XIX əsrdə yaşamış M.F.Axundov, 
H.Zərdabi, S.Ə.Şirvani kimi Azərbaycan yazıçı, maarifpərvər de-
mokratlarının və ictimai xadimlərinin ənənələrini XX əsrin əvvəl-
lərində böyük məharətlə davam etdirmişlər.  
XX əsr Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində “Molla 
Nəsrəddin” jurnalının özünəməxsus yeri olduğu ədəbi aləm üçün 
danılmaz faktdır.  Ədəbiyyatımızın görkəmli nümayəndələrindən 
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, 
Ə.Nəzmi, Ə.Qəmküsar, E.Sultanov və onlarca başqaları öz əsər-
lərini “Molla Nəsrəddin” jurnalı və “Molla Nəsrəddin” ənənələri-
nə sadiq olan digər satirik mətbu orqanlar vasitəsilə Zaqafqaziya
Orta Asiya, İran, Türkiyə  və bir çox türkdilli ölkələrin xalqları 
arasında yaymaq üçün ədəbi-bədii publisistikanın bütün janrları-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə