Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   41   42   43   44   45   46   47   48   ...   102

_________Milli Kitabxana_________ 
 
135
 
  
Yazıq Aydın günahkardı, 
  

çəkdiyi ahu-zardı. 
  
Yüz 
illərə barabardı, 
  
Yazım mənim, yazım mənim. 
Aydın yaşadığı sirli-sehrli dünyanın keşməkeşlərinə  həssas-
lıqla yanaşan, düşünən və düşündürməyi bacaran qüdrətli bir el 
sənətkarı idi. Həyatın ağır imtahanları ilə üzləşməyə  məcbur ol-
muş bu əyilməz insanın yaradıcılığında zaman və onun fitnə-
fəsadları öz dolğun bədii təcəssümünü tapmışdır. Onun şeirlərin-
də dövrün eybəcərlikləri çox zaman ünvansız olsa da, kəskin 
ittiham və etiraz obyektinə çevrılır: 
Üzün qara olsun, ay çərxi-fələk, 
Kimləri gör kimə möhtac eylədin. 
Qızılı tullayıb zibilliklərə, 
Sən misi götürüb bir tac eylədin. 
 
Kim ki, fitnə qurdu, tökdü nahaq qan, 
Ona dövlət verdin hey yorulmadan. 
Kim ki, vətən üçün keçdi canından, 
Onu bu dünyada sən ac eylədin.[140-38] 
Aydın təbiəti, onun əsrarəngiz gözəlliklərini tərənnüm edər-
kən mahir bir rəssama çevrilir. Onun şeirlərini oxuduqca gözlə-
rimiz önündə ecazkar, poetik tablolar canlanır.Dağlar, laləli, nər-
gizli çöllər, yamyaşıl çəmənlər, durnagözlü bulaqlar insan qəlbini 
vəcdə gətirir: 
Xəyal məni bir cənnətə aparır, 
Gözümün önündə bağlar görünür. 
Hündürlü-alçaqlı səf çəkib duran 
Yamacı yamyaşıl dağlar görünür. 
Şair Aydının yaradıcılığında Göyçə gözəllərinin təsviri, on-
ların ülvi və təmiz məhəbbəti diqqəti cəlb edir: 
Göz var ki, adamın qəlbini sıxar, 
Göz də var aşiqin evini yıxar. 
Aydınam,çətin ki, yadımdan çıxar. 
Canımı odlara yaxan gözlərin. 


_________Milli Kitabxana_________ 
 
136
 
Danışıq dilinə, xalq təfəkkürünə yaxınlıq, sadəlik, təbiilik, 
səmimilik Aydın poeziyasının mayasıdır.  Şeirlərində  bədii dilin 
ahəngdarlığı, yığcamlığı oxucu qəlbinə asanlıqla yol tapır. 
Şairin “Deyirlər”, “Görünür”, “Gözlərin”, “Gəlsin”, “Endi”, 
“Bir gün kimi” rədifli şeirləri məclislərimizdə aşıq və müğənnilər 
tərəfindən sonsuz məhəbbətlə oxunur. Onun “Yaralıdı”, “Düşdü” 
şeirləri ilk dəfə 1964-cü ildə “Telli saz ustadları” kitabında çap 
edilmişdir. “Endi”, “Gəlin”  şeirlərinin Aşıq Talıbdan və  Aşıq 
Ağayardan yazıya alındığını İ.Ələsgərov öz namizədlik disserta-
siyasında göstərmişdir[83]. 
Şair Aydının hafizələrdə uyuyan şerlərinin toplanıb küll ha-
lında çapına böyük ehtiyac vardır. O, 1915-ci ildə 90 yaşında və-
fat etmiş, doğma kəndi Şişqayada dəfn olunmuşdur. 
Aşıq  Ələsgər Azərbaycan aşıq poeziyasının, aşıq sənətinin 
inkişafında böyük xidmətləri olan dahi sənətkardır. Ulu ustad bu 
müqəddəq sənətin zirvəsində dayanmışdır. Hələ sağlığından bu 
günümüzə  qədər onun haqqında fikir söyləyən görkəmli  şəxsiy-
yətlər – alimlər, yazıçılar və digər şeir-sənət xiridarları da bu qə-
naətdə olmuşlar.  
Tutduğu mövqeyindən asılı olmayaraq, xalqımızın hər bir 
övladı  Aşıq  Ələsgəri sonsuz məhəbbətlə sevmiş, qoşma və  gə-
raylılarını  əzbərləmiş, yaddaşlarında mühafizə edə-edə  gələcək 
nəsillərə ərməğan etmişdir. 
Görkəmli alim İslam Ələsgər babasının 175 illiyinə ithaf et-
diyi “Aşıq Ələsgərin əsərləri; dastan-rəvayətlər, xatirələr” kitabı-
nın əvvəlində Dədə Ələsgərin XX əsrdə və XXI əsrin ötən müd-
dətində Azərbaycanda, Türkiyədə  işıq üzü görən çoxtirajlı  nəşr-
ləri barədə oxuculara yığcam məlumat vermişdir. “Şərq-Qərb” 
nəşriyyatının 1999-cu ildə çapdan buraxdığı bu kitabda Aşıq 
Ələsgərin 109 qoşmasını, 33 təcnis və dodaqdəyməzini , 12 diva-
nisini, 23 müxəmməsini, 17 gəraylısını, 9 bağlamasını. 19 həcv 
və hərb-zorbasını, 3 deyişməsini, 2 qəzəlini, 12 dastan-rəvayətini, 
20 xatirəni, ulu ustada sənətkarların 11 bənzətməsi daxil edil-
mişdir [113-561,14,19]. 


_________Milli Kitabxana_________ 
 
137
 
Göyçə aşıq mühitinin formalaşmasında “Ələsgər ocağı” şüb-
həsiz ki, böyük bir ədəbi məktəb rolunu oynamışdır. Bu məktəb 
mahalın Ağkilsə, Zod, Nərimanlı, Daşkənd, Qaraqoyunlu, Sarıya-
qub, Canəhməd, Kəsəmən, Böyük Məzrə, İnəkdağı, Şişqaya, Şor-
ca, Subatan, Babacan, Ağbulaq, Cil, Qoşabulaq və digər kəndlə-
rində el şairləri, sənətkar və ifaçı aşıqların üzə çıxmasına həm zə-
min yaratmış, həm də bu söz sərraflarının  şöhrətlənməsinə, so-
raqlarının uzaqlara yayılmasına mənəvi bir zəmanət olmuşdur. 
Ağ Aşıq – Aşıq Alı xətti boyunca gələn sənət şəcərəsinin ən 
uğurlu və qüdrətli davamçısı olan Aşıq Ələsgər sözün həqiqi mə-
nasında Göyçə aşıq mühitinin sənət zirvəsi sayılır. Aşıq Ələsgər 
1821-ci il mart ayının 22-də Novruz bayramı günü anadan olmuş, 
1926-cı il mart ayının 7-də  vəfat etmiş, doğma kəndi Ağkilcə 
kəndində dəfn olunmuşdur. Aşıq Ələsgər həm öz ecazkar, möhtə-
şəm poetik yaradıcılığı, həm də aşıqlığın sənət şəbəkəsini geniş-
ləndirmək üçün həyata keçirdiyi ustadlıq fəaliyyəti ilə Göyçə aşıq 
mühitinə tarixi şöhrət gətirmişdir: 
  
Adım Ələsgərdi, mərdi-mərdana, 
  
On 
iki 
şəyirdim işlər hər yana. 
Aşıq  Ələsgər saz-sözünün ecazlı  təsiri altında hələ onun öz 
sağlığında onlarla istedadlı Göyçə əhli saza-sözə bağlanmış, belə-
liklə də, “Ələsgər ocağı” yaranmağa başlamışdır. Burada ailə, nə-
sil içərisindən çıxmış istedadların da ayrıca yeri olmuşdur. Təsa-
düfi deyildir ki, məhz Aşıq  Ələsgərin sənət aləminə  gəlişindən, 
saz-söz ulduzuna çevrilməsindən sonra Göyçədə  aşıqlığa meyl 
daha da güclənmiş, söz düzüb qoşanların sayı böyük sürətlə art-
mışdır.  Ələsgər sehrinin təsiri altında saza-sözə bağlananların 
xeyli qismi 20-50-ci illərdə də yaşayıb yaradırdılar. 20-ci illər bö-
yük sənətkarın ömrünün son illərini  əhatə eləsə  də, hər halda 
həmin dövrdə Göyçə  aşıq mühitində  Ələsgər nəfəsinin,  Ələsgər 
nüfuzunun sənət aləmində tanınaraq, ocaq, ziyarət yeri olaraq 
canlı şəkildə yaşaması faktının özü son dərəcə əhəmiyyətlidir. 
Ələsgər şeirinin səs-sorağı təkcə Göyçə mühitini deyil, bütöv-
lükdə Azərbaycan mahallarını bürümüş, saz-söz aləminə  təravət, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə