Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   39   40   41   42   43   44   45   46   ...   102

_________Milli Kitabxana_________ 
 
129
 
malaşmasından danışarkən ozan sənətindən aşıq sənətinə keçidin 
ilk böyük nümayəndəsi kimi Miskin Abdalın yaradıcılığının araş-
dırılması daha çox maraq doğurur. Onun “Unutma”, “A dağlar”, 
“Düşərsən” rədifli qoşmaları aşıq şeirinin ən yaxşı nümunələrin-
dəndir [46]. Bu şeirləri Gədəbəy rayonunun Çalburun kənd orta 
məktəbinin müəllimi Vaqif Məmmədovun yaddaşından köçürüb 
ilk dəfə oxuculara təqdim edən filologiya elmləri namizədi Yaqub 
Babayev olmuşdur: 
Hər adamla olma tanış, 
Yaz gününü eyləyər qış. 
Fikir eylə, sonra danış, 
Qəfil kəməndə düşərsən. 
 
Miskin Abdal, xəbərdar ol, 
Yoldaşlıqda düz ilqar ol. 
Yaman günə şükürdar ol, 
Dönüb hasanda düşərsən. 
Sonrakı yüzilliklərdə Miskin Abdalın ocağına mənsub dər-
viş-aşıqlar, eləcə də təsəvvüv dünyagörüşünü mənimsəmiş ustad-
lar Miskin Abdalın fikir və düşüncələrinin, o cümlədən də şeirlə-
rinin Göyçə mühitində və onun təsir dairəsində olan yaxın bölgə-
lərdə yayılmasına məxsusi diqqət yetirmişlər. Miskin Abdalın 
saz-söz irsi isə Göyçədə sənət mühitinin püxtələşməsinə ölçüyə-
gəlməz dərəcədə güclü təsir göstərmişdir.  
Miskin Abdal yaradıcılığının toplanması  və  nəşri sahəsində 
görülən işlər diqqətəlayiqdir. Onun 11 gəraylısı, 3 təcnisi, 1 de-
yişməsi, 6 divanisi, 23 qoşması, “Miskin Abdal və  Sənubər”, 
“Asdan  Şahla  İrvahamın nağılı”, “Miskin Abdalla Şah  İsmayıl” 
dastanları görkəmli tədqiqatçı filoloq alim Hüseyn İsmayılov 
tərəfindən kitab halında nəşr edilmişdir [148]. 
Bizim tədqiqat çevrəmizə daxil olan XX yüzilliyin iyirminci 
illərində Növrəs  İman heç təsadüfi deyildir ki, Miskin Abdal 
irsini mənimsəməyin istisnasız olaraq Göyçə aşıqlığının şərti ol-
duğunu belə bildirmişdir: 


_________Milli Kitabxana_________ 
 
130
 
  
Yaxşı bəyənmişəm Miskin Abdalı, 
   
Cəm imiş başında huşu, kamalı. 
Göyçədə  aşıq sənətinin inkişafında mühüm rol oynayan sə-
nətkarlar sırasında Ağ  Aşığın sənət fəaliyyəti də müstəsna tarixi 
əhəmiyyətə malikdir. Ağ  Aşıq Mərənddə Hüseyn Sərdarın aşığı 
olmuş, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamışdır. Əsl 
adı Allahverdidir. Basarkeçər rayonunun Qanlı  kəndindən olan 
Aşıq Mehdinin söylədiyinə görə, Mərənddən baş götürüb Dərələ-
yəzə, oradan da Göyçənin Kərkibaş  kəndinə  pənah gətirən Ağ 
Aşıq burada məskunlaşmışdır. O, birinci dəfə Göyçənin Zod kən-
dində keçirdiyi toy şənliyində söylədiyi dastanla hamını heyran 
etmişdir. Dinləyicilərin dastanı ilk dəfə eşitdiklərini və onlara bö-
yük təsir bağışladığını bilən Ağ Aşığın qırx gecə heç kəsin hələ 
eşitmədiyi nağılları, dastanları söyləmək qabiliyyəti alqışlarla 
qarşılanmış, camaatın xahişi ilə qırx gün bu kəndin qonağı olmuş-
dur. Səsi-sorağı mahalın hüdudlarından çox-çox uzaqlara yayılan 
Ağ Aşığın sazlı-sözlü dünyası onlarla sənətkarın yetişməsində bir 
ədəbi məktəb kimi öz təsirini göstərmişdir. Onun dillər  əzbəri 
olan qoşmalarından istifadə edən aşıqlar yaradıcılıqlarını da zən-
ginləşdirmişlər.  Əslində, XIX-XX yüzilliklərdə Göyçədə  fəaliy-
yət göstərən aşıqların, demək olar ki, əksər qisminin sənət şəcərə-
si birbaşa Ağ Aşığa (Allahverdiyə) bağlıdır. Bu fakt belə deməyə 
əsas verir ki, Göyçə aşıqlığının ideya-estetik başlanğıcı fəlsəfi-ür-
fani status kimi Miskin Abdal ocağına söykənirsə, mahalda sənət 
iqlimi Ağ Aşıq Allahverdi ilə hərəkətə başlayır. 
Bir maral baxışlı, tərlan cilvəli, 
Gəlib məni gördü, güldü, qayıtdı. 
Pünhanı göstərdi gül camalını, 
Buxağına şəbnəm doldu, qayıtdı. 
 
Mən görmüşəm gözəllərin çoxunu, 
Belə olmaz ancaq boyu-buxunu, 
Müşkanından çəkib xədəng oxunu, 
Yaralı sinəmə çaldı, qayıtdı. 


_________Milli Kitabxana_________ 
 
131
 
Gözləyərkən gözlərimə sataşdı, 
Xəstə canım eşq oduna tutuşdu. 
Şəhrayıdan qıya baxıb ötüşdü, 
Ağ Aşığa nəzər saldı, qayıtdı. 
Ağ Aşığın bu kimi şeir nümunələrinə sonrakı dövrlərdə təkcə 
Göyçədə deyil, Tovuz, Borçalı və Kəlbəcərdə də çoxsaylı nəzirələr 
qoşulmuşdur [21]. Heyif ki, onun yaratdığı qiymətli saz-söz inci-
ləri heç də hələ tam şəkildə yaddaşlardan toplanıb xalq ədəbiyyatı 
xəzinəsinə təhvil verilməmişdir. Onun yalnız “Olmaz” və “Qayıt-
dı” rədifli qoşmaları aşıqlar kitabında nəşr edilmişdir [21-36]. 
Bir çox tədqiqatçılar və  Ağ  Aşığı öyrənənlər uzun müddət 
Allahverdi adlı aşıqların və el şairlərinin şeirlərini bir nəfərin adı-
na – Kərkibaşlı Ağ Aşıq təxəllüslü Allahverdinin adına yazmışlar. 
Bu da onun tərcümeyi-halında qeyri-dəqiqliyin yaranmasına sə-
bəb olmuşdur. Bu pərakəndəliyə Ə.Şamilov özünün “Aşıq Alının 
ustadı kimdir?”, “Bir daha Ağ Aşıq haqqında” [169] məqalələrin-
də aydınlıq gətirmiş, Kosacanlı (Şərur) Ağ Aşıqla Kərkibaşlı Ağ 
Aşığı bir-birindən ayırmışdır. 
Əvvəlki tarixi mərhələlərdə olduğu kimi, 20-50-ci illərdə də 
Ağ  Aşıq sənətinə, onun ustad ruhuna Göyçədə böyük ehtiram 
göstərilmiş, mühitin yetişdirdiyi bütün aşıqlar onu özlərinə sənət 
mayağı – yol göstərən saymışlar. 
XIX əsr Göyçə ədəbi mühitinin tanınmış el şairlərindən Daş-
kəndli  Məmmədhüseynin (1800-1880) yaradıcılığı da sonrakı 
dövrlər üçün bir məktəb rolunu oynamışdır. Onun dillər əzbəri olan 
qoşma, gəraylı, təcnis, divani, müxəmməs və deyişmələri yeni 
yaradıcı qüvvələrin yetişməsinə  əvəzsiz təsir göstərmişdir.  Şeir-
lərinin mayasını düzlük, mehribançılıq, mərdlik, igidlik, halallıq, 
duz-çörəyə  sədaqət,  şöhrətə uymamaq, xəyanətkarlıqdan uzaq ol-
maq kimi mühüm cəhətlər təşkil edir, bütün zamanlarda Göyçə 
mahalında bu insani keyfiyyətlərə xüsusi diqqət yetirilmişdir. 
Şair Məmmədhüseyn də insani keyfiyyətlərin yüksək bədii 
dildə  tərənnümünə ayrıca fikir verən bir sənətkar olmuş,  şeirlə-
rində bu qayəni ifadə edən orijinal ifadələr, atalar sözü və afo-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə