Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   40   41   42   43   44   45   46   47   ...   102

_________Milli Kitabxana_________ 
 
132
 
rizmlər işlətməyə daha çox diqqət yetirmişdir. Məsələn, “Yəni 
nə” rədifli qoşmasındakı “Namərd ilə ülfət qılmaq yəni nə?”, 
“Müxənnətlər yaxşı gündə dost olur”, “Həqiqət  şərtilə baxgilən 
sözə”, “Ağıl bir qumaşdır kimsənə satmaz, Əsli comərd olan zikr-
siz yatmaz ”, “Gedən getdi, daha geri qayıtmaz” kimi nəsihətamiz 
misralar onun könül dünyasının əsas cizgilərini əks etdirir. 
Şair Məmmədhüseyn yaradıcılığı XX əsr Göyçə ədəbi mühitini 
Molla Şəfi qızı Başxanım, Aşıq Cavad, Aşıq Nəcəf, Xəyallı Həsən, 
Aşıq Alqayıt, Aşıq Hacı, şair Fəzi, Şuriyə, Coşqun Ağababa və digər 
el şairlərinin sənət yoluna işıq salmış, doğma kəndi Daşkəndin adını 
saz və sözlə əbədiləşdirmişdir. ”Məmmədsöyünü” adlı güclü melo-
dik təsirə malik saz havası da onun barmaqlarından yadigardır. 
Göyçənin sazını-sözünü dünyaya yayan sənətkarların  ən 
görkəmlilərindən biri də Aşiq Alı Mirzə oğludur. O, 1801-ci ildə 
Göyçənin Qızılvəng kəndində dünyaya gəlmişdir. Aşıq Alı 17 
yaşında aşıqlığa başlamış, bir çox saz havalarının yaradıcısı 
olmuşdur. Məşhur Ağ  Aşığın yanında  şagirdliyə başlayan Aşıq 
Alı özü sənətkar kimi yetkinləşdikdən sonra Aşıq  Ələsgər, Aşıq 
Məhərrəm, Aşıq Qulu, Aşıq Məsim, Aşıq Meydan və  Aşıq  İsə 
kimi sənətkarlara ustadlıq etmişdir. 
Çoxsaylı  şagirdlər yetirən Aşıq Alının özündən sonra gələn 
aşıqların yaradıcılığına müsbət təsiri olmuşdur. Onun şeirlərində-
ki vətən məhəbbəti, el dərdi, mənəvi saflıq, təbiətin gözəllikləri-
nin qorunması  məsələləri çox sənətkarlıqla nəzmə  çəkilmiş, za-
manın dözülməzliyinə, varlıların ədalətsizliyinə, din xadimlərinin 
riyakarlığına qarşı barışmaz fikirlər öz bədii ifadəsini tapmışdır. 
Aşıq Alının “Getdi”, ”Dolandırır”, ”Diyarında” rədifli qoşmala-
rındakı poetik fikirlər deyilənlərə nümunədir. Onun bu qəbildən 
olan şerləri ölümündən sonrakı dövrlərdə də poetik yaradıcılıqda 
özünəməxsus iz buraxmışdır.  
On ildən artıq Ağ Aşığa şəyirdlik edən Alı ustadı ilə Yaxın 
Şərq ölkələrinə - İrana, Türkiyəyə, Qafqazın vilayətlərinə səfərlər 
etmiş, məclislər aparmış, ərəb, fars dillərini öyrənmiş, İslam gö-
rüşlərinə dərindən bələd olmuşdur. O, bütün türk dünyasına əvəz-


_________Milli Kitabxana_________ 
 
133
 
siz mədəniyyət inciləri bəxş edən aşıq sənətini mükəmməl öyrən-
miş, onu yeni poetik incilərlə zənginləşdirmişdir. Həmin dövrün 
yaradıcı aşıqları və el şairləri Aşıq Alı şeirlərinin təsiri altında bir 
çox qoşma və  gəraylılar söyləmişlər. Bütövlükdə XIX yüzillik 
Göyçə aşıqlığı kimi, XX yüzillikdəki aşıqlıq da öz repertuarında 
Aşıq Alı irsinə geniş yer vermiş, onun ifaçılıq [140-15], məharə-
tinin və yaradıcılıq keyfiyyətlərinin qorunub yaşadılmasına xüsu-
si diqqət yetirmişdir. 
Alının Bəsti ilə ailə qurması  və bu şirin həyat salnaməsinə 
“Bəstinamə” adlı dastan qoşması,  şeirlərinin  əksəriyyətini ona 
həsr etməsi bir tarixdir: 
Həbibimdi, təbibimdi Bəsti yar, 
Uydu könlüm o dildara dolandı. 
Vəfasız dünyanın vəfalı yarı, 
Əmr eylədi, düz ilqara dolandı. 
 
Tay olmaz sədrinə bir qeyri sinə
Qoymadı qoynuna bir qeyri sinə. 
Yarı meyl etmədi bir qeyrisinə, 
Gəldi neçə zülfi qara dolandı. 
 
Yazı haxdan oldu, o, doldu yandı, 
Hərdən əbri təki o,doldu yandı. 
Sevda aləmində od oldu, yandı, 
Alı səməndərdi, nara dolandı. 
Aşıq Alı  Ələsgərlə, başqa  şəyirdləri ilə Türkiyədə olmuş, 
Anadolunun kəndlərində toy məclisləri keçirmişdir. “Aşıq Alnın 
Türkiyə  səfəri” dastanı da bu səfər zamanı yaranmışdır. Onun 
aşıqlar tərəfindən el şənliklərində oxunan şeirləri indi də məclis-
lərin bəzəyidir. 
Göyçədə  aşıq  şeirinin inkişafına güclü təsir göstərmiş el 
şairlərindən biri də  Şişqayalı  Aydindir.  Aydın Ramazan oğlu 
1825-ci ildə  Şişqaya kəndində anadan olmuşdur. O, uşaq yaşla-
rından həyatın acı  sınaqlarına sinə  gərmiş, ömrünü əzab-əziyyət 
içərisində keçirmişdir. Nökərçilik etmiş, savad almağa imkanı 


_________Milli Kitabxana_________ 
 
134
 
olmamışdır. Şeirə, sənətə lap uşaqlıqdan könül vermiş, sazlı-sözlü 
Göyçə  məclisləri onun mənəvi məktəbi olmuşdur. Aydın 15-16 
yaşlarından bədahətən şeir söyləməklə yaradıcılığa başlamış, toy-
larda, el şənliklərində özünün baməzə hərəkətləri, gülməli söhbət-
ləri ilə camaatı əyləndirmişdir. 
Sazın-sözün coşub-çağladığı, ustad sənətkarların məclis açıb 
cövlan elədiyi bir mahalda şair adını qazanmaq həm Aydını, həm 
də onun doğma kəndi Şişqayanı dillər əzbərinə çevirmişdir. Çox-
ları ona ustad yanına getməyi, aşıq sənətini öyrənməyi məsləhət 
görsə də o, bənnalıq etməyi, papaq və kürk tikməyi üstün tutmuş-
dur. Şeir, poeziya isə ömrü boyu onun varlığına hakim kəsilmişdir. 
Dövrün, zamanın ziddiyyətləri, həyatın məşəqqətli anları ilə 
qarşılaşan Aydın, yaradıcılığında ictimai-siyasi motivləri təsvir 
etməklə haqsızlığa,  ədalətsizliyə dözməyərək xalqın istək və ar-
zularının tərənnümçüsü olan el sənətkarı zirvəsinə yüksələ bil-
mişdir. Şairin zülmə, ədalətsizliyə qarşı çevrilmiş şeirlərindən tə-
sirlənən kənd yoxsulları 1877-ci ildə varlı torpaqlarının bölüşdür-
məsinə cəhd göstərmişdir. Bundan təşvişə düşənlər el şairinə qəsd 
etmək, onu aradan götürmək istəyirlər. Bundan xəbər tutan şairin 
böyük qardaşı Eyvaz qəsdin təşkilatçısını aradan götürür... Aydın 
qardaşları Eyvaz və İsmixanla birlikdə Sibirə sürgün etdirilir. El 
sənətkarının həyatının ağır illəri onu çətin imtahanlar qarşısında 
qoyur. Vətənindən on ildən də çox uzaqlarda yaşaması onun məğ-
rur ruhunu, gələcəyə olan nikbin inamını qıra bilmir... 
   
Qəm eyləmə, dəli könül, 
   
Ağlayanlar gülər bir gün. 
   
Rəhmə gələr çərxi fələk
  
Göz 
yaşını silər bir gün, - deyir. 
Sürgünü başa vuran eı şairi Vətənə qayıdır, bir müddət Ba-
kıda fəhləlik edir. Özünün ictimai-siyasi məzmunlu bir sıra şeir-
lərini məhz “neft və milyonlar səltənəti”ndə yaradır. 1892-ci ildə 
Aydını el-obası böyük məhəbbətlə qarşılayır. Bu səmimi görüş-
dən qəlbi riqqətə gələn şair iztirab, kədər, qüssə dolu xatirələrini 
poetik misralarla həmyerlilərinə çatdırır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə