_________Milli Kitabxana_________
183
Aşıq Məhəmməd Kotuzlunun şeirlərini dini təhsil almış qay-
nı Ağamalı yazıya köçürmüşdür.
1918-1920-ci illərdə erməni daşnaklarının hücumları zamanı
Aşıq Məhəmməd də doğma yurdunu tərk etmiş, Sədərəkdə vəfat
etmiş, məzarı kəndin köhnə qəbristanlığındadır. Aşıq Məhəmmə-
din “Məscidin”, “Qanadında Ayla Günün nişanı”, “Səndən mənə
bir imdad”, “Qoşma”, “Sənin”, “İbrahim Xəlil”, “Məni”, “Ay ga-
vır” adlı şeirləri vardır. Onun “Məscidin” qoşması məşhurdur, hə-
min qoşmanın son bəndində Abbasqulu ağanın düşmən hiyləsin-
dən hifz olunmasını ilahi qüvvələrdən diləyir:
...Qul Məhəmməd deyər Abbasqulu xan,
Sakinim Kotuzdu, bilginən pünhan.
Sənə kömək olsun qadiri-sübhan,
Dörd yerdən qurşanıb beli məscidin. [28-406] [180]
Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin qolu aşıq ya-
radıcılığıdır. Aşıq sənətinin imkanlarından bacarıqla istifadə edən
sənətkarlardan biri də Aşıq Məhərdir. Onun xalq yaradıcılığı sa-
həsinndə öz dəstixətti olsa da, şeirləri nə sağlığında, nə də ölü-
mündən sonra oxculara geniş təqdim olunmamışdı. Bu söz sərra-
fının həyatı haqqında yaşlı nəslin yaddaşlarına və xatirələrinə mü-
raciət etmək zərurətinə ehtiyac duyulmuşdur. Aşıq Məhər çoxsay-
lı sənət adamlarının yetişdiyi Pəmbək mahalının Hallavar kəndin-
də 1870-ci ildə kasıb bir muzdur ailəsində anadan olşuşdur. O,
kiçik yaşlarında anasını itirmiş, atası Cəfər kişinin himayəsində
böyümüşdür. Məhər lap uşaq yaşlarından kəndin varlı adamlarına
nökərçilik etmiş, yaşamaq üçün min bir əziyyətlərə düçar olmuş-
dur. O, sinədəftər idi, gözəl və məntiqi cəhətdən güclü şeirlər de-
yərmiş. Təhsil görməsə də, qeyri-adi istedadı sayəsində böyük bir
irs qoyub getmişdir. Aşıq Məhərin məclisiərində iştirak etmiş
yaşlı nəslin söyləmə-xatirələrinə görə, o, sözün məqamında bəda-
hətən qoşma, təcnis, bayatı deyərmiş və dediklərini də uzun
müddət yadında saxlayarmış.
Aşıq Məhər 30 yaşında Qonşu Yuxarı Kilsə (Dızman) kən-
dində yaşayan Mustafa kişinin qızı Fatimə ilə ailə qurmuş, Qız-
_________Milli Kitabxana_________
184
yetər adlı yeganə övladı dünyaya gəlmişdir. Aşıq Məhər yeganə
övladını hədsiz məhəbbətlə sevmiş, boya-başa çatdırmış, ev-eşik
sahibi etmişdir.
Onun ədəbi irsi elmi-bədii cəhətdən çox qiymətli və təqdirə
layiqdir. “Erməni”, “Gəlmişəm”, “Yaxşıdır”, “Gəlibdir”, “Gəlir”,
“Deyim”, “Olur”, “Sədi qardaş”, “Əzizin”, “Yoxdur”, “Dağlar”,
“Kasıbın” və bir çox başqa rədifli şerlərində ictimai-siyasi motiv-
lər, yeni quruluşun ziddiyyətləri tərənnüm olunur. Sevgi-məhəb-
bət ruhunda yazdığı “Bu evdə” şeiri diqqəti çəkir:
Şükür, tanrı, sənin min bir adına,
Göründü Abbasın yarı bu evdə.
Qayım-qədim olsun təzə gərdəyi,
Başacan yeyilsin barı bu evdə.
Qaravat bağlandı, gərdək quruldu,
Könüllər şad oldu , ürək duruldu,
Kəbinlər kəsildi, nigah vuruldu,
Açıldı xonçanın gülü bu evdə.
Artıq olsun bu gəlinin hörməti,
Başından tökülsün malı, dövləti,
Bir cüt corab Aşıq Məhər xələti,
Gətirsin geydirsin qarı bu evdə.
Aşıq Məhər 1937-ci ilin dekabrında uzun sürən ürək xəstəli-
yindən vəfat etmişdir.
Mühitin aşıqları və onların yaradıcılıqları haqqında verilən
məlumatlarla qənaətlənmək olar. Ümumiyyətlə, İrəvan ədəbi mü-
hitində, xüsusən də onun aparıcı qolu sayılan aşıq sənətinin inki-
şafında qonşu ədəbi mühitlərin qarşılıqlı əlaqələrinin bir-birinə
təsiri böyük rol oynamışdır. Mühitin qonşu, doğma mühitlərdən
Kəlbəcər, Gədəbəy, Qars, Sürməli, Urmiyə, Göyçə, Ağbaba, To-
vuz, Şəmkir, Qazax, Borçalı ədəbi mühitləri ilə qarşılıqlı əlaqələri
müxtəlif zaman kəsiyində tarixi, ictimai-siyasi zərurət üzündən
yaşayış yerlərini dəyişən sənət adamlarının əvvəlki yaşayış yerlə-
rinin yaradıcılıq üslubuna sadiq qalmaları sənət ənənələrini yaşat-
_________Milli Kitabxana_________
185
malarına meydan vermişdir. Bu mühitlərin saz-söz adamlarının
biri-birindən yaradıcılıqla bəhrələnməsi mühitləri istər-istəməz
yaxınlaşdırmışdır. Sanki bəzi nəzərə çarpan ümdə cəhətlərlə ya-
naşı, aşıq poeziyası nümunələri, saz havalarının ifası baxımından
çalqı və avaz eyniliyi dinləyicilər tərəfindən fərqləndirilməmişdir.
Adları çəkilən ərazilərin aşıq məktəblərinin sənətkarlarının yara-
dıcılıq və ifaçılıq sahəsindəki oxşarlıqları maraq doğurur. Bu aşıq
mühitlərində formalaşan sənətkarların keşməkeşli həyatı, ədəbi-
mədəni əlaqələri, etnik qohumluq münasibətləri baxımından biri-
birləri ilə qırılmaz tellərlə bağlılığı olmasından xəbər verir. Bu
bağlılıq indi də vardır.
Qeyd olunmalıdır ki, İrəvan ədəbi mühitinin əhatə etdiyi
ərazilərdə istər klassik şeir üslubu, istərsə də xalq şeiri üslubunun
sintezi diqqəti cəlb edir. El şairlərinin və ustad-yaradıcı aşıqların
mövzu çevrəsi forma cəhətdən eyniyyət təşkil edir, lakin məzmun
baxımından üslub müxtəlifliyi vardır. Burada dini şeirlər, Quran
qissələrindən istifadə, təriqət şeirləri, satirik şeirlər, süjetli şeirlər
həm yazılı, həm də şifahi ədəbiyyatda Borçalı və digər ədəbi
mühitlərdə olduğu kimi poetik yaradıcılıq istiqamətləridir. [145-
103,105]
_________Milli Kitabxana_________
186
III FƏSİL
MƏTBUAT VƏ ƏDƏBİ PROSESİN
PROBLEM VƏ İSTİQAMƏTLƏRİ
Zaqafqaziyanın inzibati-mədəni mərkəzi olan Tiflisdə icti-
mai-siyasi səciyyə daşıyan ədəbi-publisist materiallara daha çox
yer ayran, rus dilində çıxan ilk qəzet “Tiflisskoe vedomosti”
(“Tiflis əxbari”) olmuş, ilk nömrəsi 1828-ci ilin iyun ayının 4-də
çıxmışdır. Həmin qəzet 1829-cu ildə gürcü dilində, 1832-ci ildə
isə Azərbaycan dilində nəşr olunmuşdur.
Azərbaycan dilində buraxılan “Tiflis əxbarı”nın nömrələri-
nin əldə olunmadığını qeyd edən mərhum alimimiz Nazim Axun-
dov “Tiflisdə tatar dilində qəzetin nəşr edilməsi haqqında” Gür-
cüstanın tarix arxivində saxlanılan 114-cü fondun 142-ci qovlu-
ğunun 35-ci səhifəsində məlumatın olduğunu göstərmişdir.
Zaqafqaziyada azərbaycanca çap olunan ikinci qəzet “Qaf-
qazın bu tərəfinin xəbərləri”dir. “Zaqafqazskiy vestnik” adlı qəzet
1838-ci ildən rus dilində, 1845-ci ildən gürcü və Azərbaycan dil-
lərində Tiflisdə çıxmış və bir neçə il nəşri davam etmişdir.
Mollanəsrəddinçilərin şöhrəti Yaxın və Orta Şərqə yayılmış-
dır. Mollanəsrəddinçilər XIX əsrdə yaşamış M.F.Axundov,
H.Zərdabi, S.Ə.Şirvani kimi Azərbaycan yazıçı, maarifpərvər de-
mokratlarının və ictimai xadimlərinin ənənələrini XX əsrin əvvəl-
lərində böyük məharətlə davam etdirmişlər.
XX əsr Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində “Molla
Nəsrəddin” jurnalının özünəməxsus yeri olduğu ədəbi aləm üçün
danılmaz faktdır. Ədəbiyyatımızın görkəmli nümayəndələrindən
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi,
Ə.Nəzmi, Ə.Qəmküsar, E.Sultanov və onlarca başqaları öz əsər-
lərini “Molla Nəsrəddin” jurnalı və “Molla Nəsrəddin” ənənələri-
nə sadiq olan digər satirik mətbu orqanlar vasitəsilə Zaqafqaziya,
Orta Asiya, İran, Türkiyə və bir çox türkdilli ölkələrin xalqları
arasında yaymaq üçün ədəbi-bədii publisistikanın bütün janrları-
Dostları ilə paylaş: |