_________Milli Kitabxana_________
284
bəxş etmiş, dünya filalogiyası dahi şairlər məbədgahında artıq oz
yerini çoxdan tutduğuna görə ona (Nizamiyə) minnətdardırlar ”.
Stepan Zoryan. Böyük Azərbaycan şairi,
“Covet Ermənistanı” qəzeti , 21 sentyabr,
1947, N 222(erməni dilində)
4.5. Erməni elitasının etirafları və onun doğurduğu qə-
naətlər
Təcavüzkar Ermənistan Respublikasının və onun havadarla-
rının əsassız iddia və tələblərini erməni alimlərinin,
tarixçilərinin, si-
yasətçilərinin və din xadimlərinin özləri də müxtəlif dövrlərdə tən-
qid və etiraf etmişlər. Bunu aşağıda sadalanan etiraflar, fikir və mü-
lahizələr təsdiq edir. Azərbaycanın tarixçi alimləri Atamoğlan Məm-
mədli və Nuridə Allahverdiyevanın
Azərbaycan, ingilis, alman,
fransız və rus dillərində müxtəlif mənbələrdən toplayıb geniş oxucu
kütləsinə təqdim etdikləri “
Erməni elitasının etirafları” toplusun-
dan daha aydın görmək olur. Bu topluda cəmləşən yazıların hamısını
deyil, dissertasiyada nəzərdə tutulan dövrə aid olan ümdə məsələlərə
diqqəti yönəldəcəyəm: 1828-ci ildə məşhur “Türkmənçay” müqavi-
ləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı,
rus əskərləri
olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni
yaradılan erməni ocaqları olmayacaqdı... Təkcə son onillikdə (60-
70-ci illərdə) Vətənə 200 yüz mindən çox erməni köçmüşdür.
Zori Balayan. “Ocaq”, səh.120, 192, 273
Daşnaq nümayəndələri ətraflarına çoxlu könüllü dəstələri yı-
ğaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlil-
ləri amansızcasına doğrayıb tökürdülər.
A.Lalayan.1918-20-ci illərdəki qırğınlar haqqında.
“İnqilabi Şərq” jurnalı, N 2-3, 1936. Moskva
_________Milli Kitabxana_________
285
Bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk
məhəlləsində daş-kəsək yığnaqlarından başqa bir şey qalmamışdı.
Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni
hal Xankəndindəki türk məhəllələrinin də başına gətirilmişdi...
Bakıda ermənilər ingilislərin yardımı ilə böyük neft şəhərini
ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar.
Ohanes Apresyanın xatirələrindən. Leonard Ramesden
Hartvill. “İnsanlar belədir. 1918-22-ci illər Azərbaycan
hadisələri bir erməninin xatirələrində”. ABŞ, İndiaparolis,
“Bobbs Meril kompani” nəşriyyatı, 1928.
Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının
səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizmi-
nə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin
amansız qəddarlığıdır.
Amerikalı erməni yazıçı L.Z.Sürməliyan. “Xanımlar
və cənablar, müraciətim sizədir” kitabından.
Azərbaycan torpaqlarında erməni əyaləti yaradan rus mə-
murları Çar Rusiyası generalının 1828-ci il mart tarixli ali fərma-
nını rəhbər tuturdular:
“Silоyyu trаktаtа s Pеrsiyеy, zаklyuçеnnоqо 10 fеvrаlyа
1828 q., prisоyеdinеniyе k Rоssii Хаnstvо Nахçivаnskоyе pоvе-
lеvаyеm vо vsех vеlах imеnоvаt оtnınе оblаstyu Аrmyаnskоy”.
Sеntrаlnıy Qоsudаrstvеnnıy Istоriçеskiy Аrхiv Rоssiyskоy
Fеdеrаsii, fоnd 880,
оpis 5, dеlо 389, list 18 оb.
Çağdaş ermənilərin sevimli yazıçısı Raffi (Akop Melik
Akopyan) “Samvel” adlı əsərində erməni
etnosunun tarixi haq-
qında bunları etiraf edir: “Bizim quru tariximiz tarixçiyə çox az
bilgi verməkdədir. Bizim ədəbiyyatımız kilsə yazılarından o yana
gedə bilməmişdir”.
Rаffi (Аkоp Mеlik Аkоpyаn), Samvеl.
Izdаtеlstvо Аistаn, Yеrеvаn, 1971, s.16.
_________Milli Kitabxana_________
286
Erməni yazıçısı V.Papazyan XX əsrin əvvəllərində ermənilə-
rin inkişafı barədə məlumat verərək yazırdı: “Erməni xalqı tama-
milə cahil, avam, vəhşi və başlıcası şüursuz vəhşiləri idi. Adamlar
daha çox basqın və talançılıqla məşğul olurdular... Onlar bir şi-
mallı kimi təkcə ovla yaşayırdılar”.
Stepan Şaumyan. İzbrannie proizvedeniya. Tom.1, s. 390.
Erməni daşnaqlarının başçılarından biri olmuş A.Əmiryan
yazırdı ki, “təkcə İrəvan quberniyasında daşnaqlar tərəfindən 200
azərbaycanlı kəndi dağıdılmışdır”.
Bakı fəhləsi, 28.05. 1918.
Erməni tarixçisi Lalayan yazırdı ki, “əksinqilabi daşnaq hö-
kumətinin daxili siyasətinin mahiyyəti ölkə zəhmətkeşləri arasın-
da milli nifrəti qızışdırmaqdan, Ermənistan ərazisində yaşayan
azərbaycanlı əhalisini fiziki cəhətdən məhv etməkdən ibarət idi”.
Tarixi yazışmalar. M., 1938, s79- 107.
Ermənilərin keçmişi ilə maraqlanan tarixçi Qaraqaşyan ya-
zırdı ki, “ermənilərin keçmişi haqqında tarix və ya salnamə sayıla
biləcək məlumatlar yoxdur”.
Kapakaşyan. Istoriya vostoçnoqo voprosa. London, 1905.
Bu gün ermənilərin ədəbiyyat
sahəsində az-çox nələri varsa ,
bütün bunlar türk xalqları ilə, xüsusən də sonralar Azərbaycan
türkləri ilə qonşu olmaları sayəsində əldə edilmişdir. Bu işdə poe-
ziya sahəsi də istisna deyildir. Erməni müəllifi Qukasyan akade-
mik M.Abeqyanın belə bir fikrini təsdiq edirdi ki,
erkən orta çağ
erməni poeziyasında qafiyəli şeir Azərbaycan və başqa türk dil-
lərinin təsirilə meydana gəlib. Bu fikirləri incəsənət sahəsinə də
şamil etmək olar. Belə ki, erməni əsilli akademik Marr, erməni-
lərin başqa xalqların təsiri altında
mədəni cəhətdən müəyyən
inkişafa çatdıqlarını belə qələmə almışdır: “Aninnim erməni
incəsənəti öz yüksək inkişafını erməni çarları dövründə deyil,
erməni dövlətinin süqutundan sonra tapmışdı”.