_________Milli Kitabxana_________
293
səyyahları, siyasətçiləri milli və dini mənsubiyyətlərindən asılı ol-
mayaraq öz qeydlərində obyektiv söyləməyi insani borc saymışlar.
Görkəmli alim Fazil Qaraoğlunun zəngin arxiv sənədləri və
ilkin mənbələr əsasında ermənilərin tarixindən, sosial-iqtisadi hə-
yatından, mədəniyyətindən, yaşadıqları bölgələrdə ətrafa olan
münasibətlərindən və türklərə qarşı törətdikləri zalımlıqlardan
bəhs edən “Ermənilər və həqiqətlər” kitabı adamlarımızın, xüsu-
sən də müasir gənclərimizin bu əsərdən faydalanacaqları, kimin
kim olduğunu öyrənmək üçün əvəzsiz bir mənbədir.[88-43,44,49]
Müəllif “Osmanlı idarəsində ermənilər” sərlövhəsi altında verdiyi
araşdırmasında tarixi faktları mötəbər mənbələr əsasında çözələ-
yir: “Fateh Sultan Mehmət İstanbulu fəth etdikdən (29 may 1453)
sonra özünü Roma imperatorluğunun yeganə qanunu varisi say-
mışdı, Bizansa son qoyduqdan sonra rumlara lütf və ehsan etdiyi
din və vicdan hürriyyətini ermənilərdən də əsirgəməmişdir. Er-
mənilərin Osmanlı idarəsinin altına girməzdən əvvəl nə siyasi, nə
də iqtisadi bir təşkilatlanmaları vardı. O bölgələrdəki güclü döv-
lətlər onları yüzillər boyunca bir qul kimi çalışdırmış, onlara bir
haqq verməyi düşünməmiş, din və iqtisadi mövzularda özləri ilə
birləşmələri üçün onları təzyiq altında tutmuşdular. Erməniləri bu
vəziyyətdən qurtaran, və onlara hər cür haqqı verən, erməniləri
himayəsi altına alan Fateh Sultan Mehmət İstanbulu fəth etdikdən
sonra erməniləri dini inamlarında sərbəst buraxmış”dır. Osmanlı
idarəsindəki ermənilər ...ancaq islamın xoşgörüşündən faydalana-
raq dövlətin güclü zamanlarında əllərində hər hansı bir pislik et-
mə imkanı olmadığı üçün sadiq bir varlıq olaraq düşünmüşlər”.
Bu hal onların türklərin adət-ənənəsini, mədəniyyətini, folkloru-
nu, ədəbiyyatını mənimsəməyə, ən məhsuldar torpaqların sahibi
olmalarına imkan yaratmışdır. Erməni tarixşünası Vartanyanın
qeyd etdiyi kimi “...Türkiyə ermənisi rus ermənisinə görə erməni
mədəniyyəti, dili, tarixi və ədəbiyyatı baxımından çox güclü və
sərbəst idi. XIX əsrin əvvəllərində ermənilik bir millət olaraq hələ
Avropada bilinmirdi... yəhudilər kimi vətənsiz, milliyyətsiz, sər-
səri olaraq tanıyırdılar”[88-49].
_________Milli Kitabxana_________
294
Professor Fazil Qaraoğlunun rəsmi sənədlər əsasında “Nur-
lar” nəşriyyatında 2008-ci ildə işıq üzü görən “Ermənilər və həqi-
qətlər” kitabının II cildində daha səciyyəvi məsələlər öz əksini
tapmışdır. Bu kitabda uzun illər arxivlərdə qorunan sənədlər əsa-
sında ermənilərin ərazi tələblərinin və soyqırım iddialarının yala-
na əsaslandığını üzə çıxaran çox qiymətli elmi, həm də dünya
ictimaiyyətini maraqlandıran faktlar vardır. İki cilddən ibarət 935
səhifəlik materialı əhatə edən əsərin I cildində 1923-cü ilə qədər ,
II cildində isə müasir günümüzə qədər erməni məsələsinə aydın-
lıq gətirən Osmanlı dövlətinin, eləcə də böyük dövlətlərin 577
arxiv sənədlərindən və elmi əsərlərindən istifadə edilmişdir.
Arxiv sənədlərinə əsaslanan elmi tədqiqatlar tarixi hadisələrə
siyasi baxımdan yanaşmaları aradan qaldırar, həqiqətləri ən ob-
yektiv şəkildə əks etdirər. Xüsusilə bu qədər siyasiləşdirilmiş er-
məni məsələsi kimi həssas bir mövzuda aparılan tədqiqatlar rəsmi
sənədlərə söykənməli və obyektiv olmalıdır. Qərb ictimaiyyətin-
də erməni soyqırımı iddialarının doğruluğu isbatlanmamış bəzi
subyektiv yayımlara əsaslanır. Buna görə də Qərb ölkələrində
siyasi yaxınlaşma ilə ələ alınan erməni mövzusu tarixin əsl mən-
bələrinə müraciət edilərək qiymətləndirilməlidir.
“Ermənilər və həqiqətlər” kitabı erməni məsələsinə dair tari-
xi həqiqətləri dolaşıqlığa salanlara tutarlı bir cavabdır. Burada
beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün çox məlumat-
lar verilmiş, bir çox ölkələrin rəsmi sənədləri ilə erməni məsə-
ləsinin bir xəyal olduğu isbat edilmişdir. Kitabın elmi əhəmiyyəti
barədə tarixi sənədlərə söykənən fikirlərini yazan müəllif Nisa-
xanım Mehdiyeva 1923-cü ildə imzalanan “Lozanna müqavilə-
si”ndə ermənilər haqqında heç bir hökm verilmədiyini vurğula-
mış, Türkiyə-Ermənistan məsələsinin Lozannada tamamilə həll
edildiyini göstərmişdir. Eyni zamanda, ermənilərin müxtəlif id-
dialar irəli sürmələrinin faydasız olduğunu bir daha xatırlatmışdır.
Onu da qeyd etməyi unutmamışdır ki, türk arxivlərində tədqiqat
aparmadan erməni məsələsi haqqında yazılan hər hansı bir əsər
dolğun ola bilməz. Erməni mövzusuna aid Qərb ölkələrində nəşr
_________Milli Kitabxana_________
295
edilən bəzi əsərlər Osmanlı dövlətinin arxivlərindəki rəsmi mən-
bələrə əsaslanmadığına görə, subyektiv olmuşdur.[160]
Azərbaycan şairi Nəsiminin şeirlərini əzbər bildiklərinə və
xalq arasında yaydıqlarına, inamlarından və etiqadlarından dön-
mədiklərinə görə Budax Amtesi və Xaçatur Tiqranaqertsi “diri-
diri soyulmuşlar.” Təbiiliyilə diddəti cəlb edən bu dostluq sarsıl-
mamış, xalqlarımızın mənəvviyyatına, varlığına hopmuşdur. Za-
qafqaziya xalqlarının böyük nəğməkarı Sayat-Nova (1712-1795)
Azərbaycan, erməni və gürcü dillərində zəngin bədii-ədəbi irs ya-
ratmış, xalqlar dostluğunun poetik nəğmələrini yazmışdır. Sayat-
Novanı məşhurlaşdıran qardaş xalqların adət-ənənələrini, dilini,
folklorunu, yaşayış tərzini dərindən mənimsəməsi olmuşdur. O,
həm də beynəlmiləlçilik kimi ümumbəşəri ideyaların tərənnüm-
çüsü olmuşdur.
Azadlıq nəğməkarı M.Nalbandyan (1829-1866) yazmışdır:
“Əsrlər boyu ermənilər və azərbaycanlılar birlikdə elə şən həyat,
sarsılmaz dostluq və əməkdaşlıq yaratmışlar ki, belə əməkdaşlıq,
mədəni əlaqə heç avropalılar arasında da yoxdur”. Mətbuatı xalq-
la ziyalılar arasında tribuna adlandıran M. Nalbandyan xalqın
həyatını düzgün əks etdirən ədəbiyyata güzgü kimi baxır, poezi-
yanı xalqların tarixi-poetik gündəliyi hesab edirdi. O, insan qəl-
bini təlatümə gətirən Azərbaycan, erməni və gürcü musiqisindəki
bənzərliyi hər üç xalqın təfəkkür tərzinin yaxınlığında, həm də
qonşuluq və əməkdaşlıq münasibətlərində görürdü.
M.Nalbandyan “İnsan azadlıq üçün yaranmışdır”- deyən sə-
nətkar milli qürur hissini xalqlar dostluğunda görməklə , şərq dil-
ləri üzrə alimlik dərəcəsi alarkən Azərbaycan və gürcü dillərindən
imtahan vermiş, Azərbaycan dilindən “əla” qiymətləndirilmişdir.
Milli qürur hissini xalqlar dostluğunda görən vətənpərvər sənət-
kar millətçiliyin barışmaz düşməni olmuş, “Qoy hər bir xalq öz
milli simasını qoruyub saxlasın”demişdir.[164]
Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin əqidə dostu
olan, Azərbaycan xalqını, onun dilini və mədəniyyətini ürəkdən
sevən Xaçatur Abovyan(1805-1848) bütün həyatları “zülm və is-
Dostları ilə paylaş: |