_________Milli Kitabxana_________
302
bələrin, yurd-yuvasından perik düşənlərin, didərgin olanların sanki
acı, eyni zamanda təəssüf doğuran tərcümeyi-halıdır.
Ermənilərin adını erməniləşdirdikləri Ağrıdağının məğrur-
luq, ucalıq rəmzi olduğunu sinədən dediyi bayatıların məzmunun-
da əks etdirilən məna çalarlarında tərənnüm edilməsi xüsusilə
oxucuya bir doğmalıq təlqin edir. Bu bayatılar yurd həsrətinin nə
demək olduğunu vurğulayır:
Ağrıdağı ağrımdı,
Hər yarama sarğımdı,
İrəvanın bağları
Mənim qara bağrımdı.
Başqa bir bayatıda:
İrəvan qana düşdü,
Qəfil talana düşdü.
Təbriz, Gəncə gəlmədi
Qollarım yana düşdü.
İrəvanın bağları,
Çiçək açıb tağları.
Kim geriyə döndərər
Ötüb keçən çağları?..
_________Milli Kitabxana_________
303
NƏTİCƏ
İrəvan ədəbi mühitinin tarixilik, ədəbi-bədii istiqamətdə
araşdırılması, mühitin ictimai-siyasi problemlər üzrə tədqiqi araş-
dırılan dövrün bir çox mühüm hadisələrinin elmi cəhətdən anla-
şılmasına aydınlıq gətirir. Mühitin müxtəlif dövrlərinə dair aparıl-
mış mövcud tədqiqatlarda yazılı və şifahi ədəbiyyatın tanınmış
nümayəndələrinin həyatının, yaradıcılığının öyrənilməsi, İrəvan
xanlığının əhatə etdiyi ərazilərin tarixi və regional özünəməxsus-
luğu, mühitin folklor örtüyündə şifahi söz sənətinin və aşıq yara-
dıcılığının özəlliklərinin, mətbuatın, ədəbi prosesin problemləri-
nin, istiqamətlərinin, həmçinin ədəbi prosesin ideya-bədii axtarış-
lar baxımından nəzərə çatdırılan spesifik cəhətlərinin mühüm
əhəmiyyət kəsb etməsinə diqqət yönəldilmişdir. Bu sadalananları
aparılan tədqiqat problemindən də aydın görmək mümkündür.
Araşdırmalardan müəyyənləşdirilir ki, Azərbaycan ədəbiyyatının
aparıcı bir qolu olan İrəvan ədəbi mühiti səviyyəsində yaradıcı zi-
yalıların həyat və fəaliyyətinin elmi əsaslarla öyrənilməsi onun
ümumi problemlərini tədqiq etmək istiqamətində daha çox məq-
sədə uyğundur.
İrəvan ədəbi mühiti ümumi Azərbaycan ədəbi mühitləri içə-
risində dövrün ictimai-siyasi cəhətdən kəskin münaqişələr, müha-
ribələr və savaşlarla, ermənilər tərəfindən azərbaycanlıların soy-
qırımı, kütləvi qətliamlarla müşayiət olunmaqla yanaşı, burada
şairlər, yazıçılar, aşıqlar, ümumiyyətlə, bütün qələm sahibləri öz
yaradıcılıqlarında müasiriləri olduqları zaman kəsiyində baş ve-
rən hadisələrin təfərrüatını yaradıcılıqlarında geniş xalq kütlələri-
nə çatdırmaq üçün senzuradan, təqiblərdən çəkinməmiş, olanlara
diqqəti cəlb etməyin zəruriliyini bədii sözün imkanları baxımın-
dan tarixiləşdirməyə qismən müvəffəq olmuşlar. Zəngin tarixi
olan bu ədəbi mühitin araşdırılması daha aktualdır. Qərbi Azər-
baycan – İrəvan xanlığı adlanan bu məkanda çoxsaylı qüdrətli sə-
nətkarlar yaşayıb yaratmış, ədəbi-bədii sənətin inkişafında əvəz-
siz xidmətləri ilə zəngin bir irs qoymuşlar.
_________Milli Kitabxana_________
304
Aparılan araşdırmalar üzrə gəlinən əsas qənaət ondan ibarət-
dir ki, İrəvan ədəbi mühiti Azərbaycan ədəbi mühitinin ayrılmaz
tərkib hissəsi kimi bu ədəbiyyatın tarixən keçdiyi inkişaf zəmi-
nində təşəkkül tapmış və zəngin ənənələri ilə başqa mühitlərdən
fərqlənmişdir. Zəngin və çoxçalarlı bir ədəbi mühit kimi mövcud-
luğu ilə diqqəti cəlb etsə də, bu mühitin elmi baxımdan sistemli
şəkildə araşdırılmasına bir növ az əhəmiyyət verilmişdir. İrəvan
xanlığının məruz qaldığı tarixi məhrumiyyətlərin yazılı və şifahi
ədəbi mənbələrdə öz əksini tapan səciyyəvi cəhətlərinin elmilik
baxımından qələmə alınması dövrün hakim ictimai qurluşunun
xeyrinə olmadığından ədəbi nümunələr təhlildən, elmi araşdırma-
lardan kənarda qalmışdır. Tarixi kökləri və zəngin yaradıcılıq
ənənələri olan Azərbaycanın Qərbində, xüsusən də İrəvan xanlı-
ğının əhatə etdiyi ərazilərdə ədəbi mühitin formalaşması istiqa-
mətində görülən işlərin ardıcıllığı o qədər də qənaətləndirici xa-
rakter daşımamışdır. İrəvan ədəbi mühitinin xanlıq dövründən
başlayaraq Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və ondan
sonrakı dönəmdə, həmçinin Sovet hakimiyyətinin ilk illərində ya-
ranan ədəbi nümunələrə, qəzet və jurnallarda dərc olunan müxtə-
lif səpkili yazılara, el şairlərinin, yaradıcı aşıqların ictimai-siyasi
vəziyyəti əks etdirən yaradıcılığına monoqrafiyada müraciət edil-
mişdir. Onu da qeyd etmək yerinə düşər ki, zaman-zaman İrəvan
xanlığında, xanlığ quberniyaya çevriləndən sonra burada hökm-
ran olan ictimai-siyasi quruluş və rejimlərin dəyişməsi mühitin
ədəbi-mədəni, ictimai-siyasi həyatına az təsir göstərməmişdir.
Tədqiqatda araşdırılması məqsədəuyğun sayılan dövrün ədəbi-bə-
dii nümunələri əsas etibarı ilə əski əlifba ilə qələmə alındığından
anadilli yazılı ədəbi nümunələrin qeyri-türk mənşəli millətlərin
əlinə düşən nüsxələri ya məhv edilmiş, ya da bu və ya digər ölkə-
lərin kitabxanalarının, arxivlərinin gözə görünməyən, əl çatmayan
künclərinə atılmışdır. Ədəbiyyatımızın, mədəniyyətimizin, mənə-
vi dəyərlərimizin, ədəbi-bədii və folklor örnəklərimizin mövzu və
məna istiqamətləri baxımından tariximizi əks etdirən və qorunub
saxlanılan dəyərli elmi variantlarının kütləvi surətdə məhv edil-
_________Milli Kitabxana_________
305
məsi, bəzən də erməniləşdirilməsi İrəvan ədəbi mühitinin zəngin
irsinin böyük bir hissəsinin zaman-zaman yaddaşlardan silinməsi-
nə səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, mühitin tanınan
qələm sahiblərinin ədəbi-bədii fəaliyyətini əks etdirən, müxtəlif
mənbələrdə öz əksini tapan yazıların imkan daxilində tapılıb araş-
dırılmasına təşəbbüs göstərilmiş, İrəvanda nəşr olunan “Lək-lək”
satirik jurnalın transliterasiya edilərək tədqiqata cəlb edilmiş,
“Bürhani-həqiqət ” jurnalının materiallarından istifadə edilmişdir.
Qeyd olunmalıdır ki, Azərbaycanın tarixi, ədəbiyyatı, mədə-
niyyəti, incəsənəti və şifahi söz yaradıcılığı barədə tədqiqatda er-
mənilərin müxtəlif dövrlərdə azərbaycanlıların və türklərın milli-
mədəni dəyərlərini özündə ehtiva edən qaynaqlardan və ədəbi
mənbələrdən verilən təkzibolunmaz faktlar maraq doğurur. Ermə-
ni ədəbi qaynaqlarında və Erməni elitasının etiraflarında “Azəri-
erməni ədəbi əlaqələrinin, həmçinin Azərbaycan həqiqətləri”nin
əks etdirilməsinə tarixi, poetik, elmi və ədəbi qiymət verən məş-
hur söz adamlarının erməni, rus və Azərbaycan dilli mətbuat sə-
hifələrindən iqtibaslara araşdırmada da yer ayrılmışdır.
Ədəbi mühitin elmi araşdırma müstəvisində təhlili həm də qə-
dimliyi və zənginliyi ilə burada daim diqqət mərkəzində olan aşıq
sənətinin keçdiyi yola da xüsusi yer verilmiş, sözü gedən ərazinin
bu sahədəki adlı-sanlı söz sərraflarının, saz şairlərinin, el şairlərinin
yaradıcılıqlarına müraciət edilmişdir. Eyni zamanda, İrəvan ədəbi
mühitinin məktəbdarlıq, teatr truppalarının yaranması, kitab nəşri
və mətbuat sahəsində nail olduğu tarixi faktların ümumiləşdiril-
məsinə, habelə digər ümdə məsələlərə toxunulmuşdur.
Bu mühitin yetişdirmələri olan Mirzə Hüseyn Ağa, Heydər
Hüseynov, Cəlal Məmmədov, Cəfər Vəlibəyov, Talıb Musayev,
Qəşəm Aslan, Qədir Aslan, Bağır Bağırov, Zərbəli Qurbanov,
İslam Ələsgər, Əli Fərəcov, Kövsər Tarıverdiyeva, Yahya Qarai-
manlı, İsmayıl Mahir, Həsən Kərimov, İsmixan Didərgin, Əkbər
Yerevanlı, Mirəli Seyidov, Cabbar Əsgərzadə, Həbib Həsənov,
Mehdi Həsənov, Vahid Rəcəboğlu, Həsən Mirzəyev, Zəhra Əli-
yeva, Zərifə Budaqova, Budaq Budaqov, Hidayət Orucov, Əh-
Dostları ilə paylaş: |