_________Milli Kitabxana_________
290
mazyana, həm də ustalıqla erməniləşdirildiyini qeyd etmək əvəzi-
nə, göstərilən faktlar özü buna imkan versə də, üstündən o za-
mankı kommunist rejiminin sərt qadağalarından ehtiyat edir. Mə-
sələn: Q.Levonyan 1944-cü ildə İrəvanda nəşr etdirdiyi “Aşıqlar
və onların sənətkarlığı” monoqrafiyasında azəricə yazan erməni
aşıqların sayının 400-dür deməsi” və G.Tarverdiyana istinad edə-
rək XIX əsrdə azəri dilində söz qoşan erməni aşıqlarının “1300
nəfərdir” faktını görkəmli Azərbaycan folklorşünası Əhliman
Axundov inandırıcı saymamışdır. Bu fikirlərini “Ədəbiyyat və in-
cəsənət” qəzetinin 14 sentyabr 1963-cü il tarixli 37-ci sayında da
dərc etdirmişdi. Həmin dövrdə azərbaycanlı aşıqların sayı ümumi
əhalinin say tərkibinə müvafiq olaraq erməni aşıqlarından daha
çox olmuşdur. Təəssüf ki, erməni alimlərinin özlərinin yalançı,
uydurma, bayağı tarixlərini yaratmaq üçün xəlvəti yeritdikləri si-
yasət soydaşlarımızı, xüsusən də aparıcı sahələrdə çalışanlarımızı
dərindən düşündürməmişdir. Zaman-zaman yaşadığımız ərazilər-
də ermənilər ya bilavasitə, ya da bilvasitə məskunaşdırılmış, mad-
di-mədəniyyət abidələrimiz, xalqımıza məxsus olan ərazilərdəki
toponimlərimiz, coğrafi adlarımız, milli musiqi və mahnılarımız,
rəssamlıq və toxuculuq nümunələrimiz erməniləşdirilmişdir. Bu
məsələ indi bizim hər birimizi bir azərbaycanlı kimi ciddi düşün-
dürməli, ideoloji cəhətdən mübarizəmizin konturlarını müəyyən-
ləşdirməlidir.
Azərbaycanın qədim və zəngin ədəbi irsi Şərqin ədəbi-mədə-
ni inkişaf tarixində öz əhəmiyyətli yerini tutmuşdur. Ta qədim za-
manlardan bizim günlərədək Azərbaycanın dünyada məşhur olan
çoxsaylı xadimləri, dahiləri bir çox xalqların tanınmış adamları
tərəfindən hörmətlə yad edilmişdir. Çox təəssüflər olsun ki, Azər-
baycanın Şərqin mədəni inkişafına verdiyi töhfələri onun qonşu-
luğunda yaşayan ölkələrin xalqları çox qısqanclıqla qəbul etmiş,
daha doğrusu xəbislik edərək üstündən sükutla keçmişlər. Azər-
baycanın dahilərinin, zəka sahiblərinin, elm, ədəbiyyat və sənət
adamlarının Şərqin mədəniyyətinin inkişafı, tərənnüm edilməsi
sahəsindəki əməli fəaliyyətlərini dünya ictimaiyyətinə çatdırmaq-
_________Milli Kitabxana_________
291
da təhriflərə yol vermişlər. Lakin həqiqətlərin olduğu kimi dünya
ictimaiyyətinə çatdırılmasında dünyanın susduğunu yəqinləşdirən
sağlam düşüncəli insanlar tarixi faktları aşkarlamaqdan çəkinmə-
mişlər. Azərbaycanın tarixi torpaqları, ədəbiyyatı, incəsənəti və
mədəniyyətini diqqət mərkəzində saxlayan ermənilər bunları mə-
nimsəyərək özününküləşdirmək xülyasından əl çəkməmiş, düş-
mənçilik mövqeyində dayanmışlar.
Haylar Azərbaycanın əsrlərlə formalaşan mədəni irsini, tarixi
torpaqlarını hissə-hissə mənimsəmişlər.
Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən 1954-cü ildə nəşr
olunan “Erməni nəsri antologiyası”nda[59-165] XIX əsrin sonu
və XX əsrin əvvəllərində yazıb-yaradan 33 yazıçının tərcümeyi-
halı, həmçinin onların nəsr əsərlərindən nümunələr verilmişdir.
Bu qələm sahiblərinin əksəriyyəti Türkiyə, İran, Gürcüstan və
İrəvanın bu və ya digər yaşayış məskənlərində doğulanlardır ki,
14 nəfəri klassik, 19 nəfəri Sovet ədəbiyyatının nümayəndəsidir.
Bu erməni müəlliflərindən X.Abovyan, Q.Ağayan, H.Paronyan,
A.Şirvanzadə, Muratsan, V.Parazyan, O.Tumanyan, S.Zaroyan,
A.İsahakyan, H.Sevuns, X.Tapalsyan və başqalarının əsərlərini
Azərbaycan dilinə Calal Məmmədov, Kövsər Tarverdiyeva, Ən-
vər Məmmədxanlı, Mirzə İbrahimov, Qılman Musayev, Mir Ca-
lal, Əli Fərəcov, Şəmsəddin Abbasov və başqaları tərcümə etmiş-
dir. Onlardan biri haqqında; Əslən Van şəhərindən olan Vrtanes
Papazyan (1866-1920) Eçmiadzində Gevorkyan məktəbində oxu-
muş, burada aldığı təhsillə kifayətlənməmiş, əvvəlcə Bakıya gəl-
miş, sonra Konstantinopola (İstanbula), oradan da Cenevrəyə və
Moskvaya gedir. XIX əsrin 80-ci illərindən bədii yaradıcılığa
başlayan V.Papazyan yaradıcılığının ilk dövrlərində məhdud bur-
jua zehniyyətinin mənfi təsiri altında qalsa da, burjua millətçili-
yindən “uzaqlaşır”, “realist” ədəbiyyat cəbhəsində dayanır, özünü
“demokratik” cəbhənin nümayəndəsi kimi göstərir. Əslində isə
yazıları onu qatı millətçi kimi tanıtdırır. Türkiyədə yaşayan ermə-
nilərin həyatından bəhs edən bir sıra hekayə, oçerk və məqalələ-
rində erməni zəhmətkeşlərinin “Türkiyə hakim dairələri tərəfin-
_________Milli Kitabxana_________
292
dən necə əsarətdə saxlanıldığını” tərənnüm edir. Həmçinin bəy-
lərin, paşaların, erməni müamiləçilərinin və torpaq sahiblərinin
vəhşiliklərini, erməniləri kölə halına salmalarını qələmə alsa da,
bu faktlarda qərəzkarlıq baxımından təsvir edildiyi, bu təsvirlərin
müsəlmanlar, xüsusən də türklər əleyhinə yönəldildiyi qabarıq
hiss olunur, ictimaiyyətin diqqətini yayındıran məkrli erməni si-
yasətinin əsas konturlarından adamı baş açmağa sövq edir. Təh-
silini başa vurub Zaqafqaziyaya qayıtdıqdan sonra müəllimlik
edir, sonra İrana gedir, İran xalqının tarixini öyrənməklə məşğul
olur, “Aləmgir”, “Azərfəza” və “Asi” romanlarını yazır, bədii pri-
yomlardan istifadə etməklə feodal mütləqiyyətini və İngiltərə
müstəmləkəçilərini tənqid edir, xalqı müharibəyə, üsyana çağırır.
Ümumən götürüldükdə, erməni yazıçılarının əksəriyyətinin
mövzu dairəsində təsvir olunan hadisələrin əsas ideyasını türklərə
və Osmanlı imperiyasına qarşı yonəldilən qərəzli, həm məkrli,
həm də qatı düşmənçilik hissləri əsas yer tutur. Rus işğalından
sonra İrəvan quberniyasının müxtəlif ərazilərində məskunlaşdırı-
lan ermənilər müsəlmanlara qarşı heç bir əsası olmayan iftiralar,
böhtanlar atmaqla, müxtəlif dövlətlərin ərazilərində məskunlaş-
mış, özləri tərəfindən müsəlmanlara qarşı törədilən soyqırımının
üstünü ört-basdır etməklə “erməni soyqırımı” adı ilə dünyaya ha-
ray salmaq üçün dəridən-qabıqdan çıxmışlar. “Daşnaqsutyun”un
proqram və məramnaməsində nəzərdə tutulan məsələləri ardıcıl-
lıqla həyata keçirmək üçün müsəlman kəndlərini talan edir, odla-
yır, uşaqları, qocaları qəddarcasına qətlə yetirir, maddi-mədəniy-
yət abidələrini darmadağın edir, canını güc-bəlayla vandalların
əlindən qurtaranları isə öz dədə-baba yurdlarından didərgin salır,
əraziləri erməniləşdirir, guya “türklərin ermənilərə qarşı soyqı-
rımı siyasəti yeritdiyini” o zamanın mətbu orqanlarında, qəzet və
jurnallarında, bədii ədəbiyyat nümunələrində dünyaya yayırdılar.
Türk torpağının çörəyi və suyu ilə yaşayıb mövcudluğunu
təmin edən, sonradan türk xalqına, həmçinin bütün Türk dünyasına
düşmən kəsilən, müsəlmanlara qarşı tarixdə görünməmiş qət-
liamlar törədən ermənilər barəsində dünyanın tanınmış tarixçiləri,
Dostları ilə paylaş: |