_________Milli Kitabxana_________
296
tismarla dolu” olan bu xalqların təfəkkür və nitq tərzinin bir-biri-
nə yaxınlığını özünün məşhur romanında yüksək qiymətləndir-
mişdir: “Xalqımız (erməni xalqı – Z.M.) onların dilini o qədər
bəyənmişdir ki, mahnılarımız, nağıllarımız, zərb-məsəllərimizin
hamısı türkcədir”(azərbaycancadır – Z.M.). Ədibin “hər iki xalq
“Durna” mahnısını, Koroğlunun, Kərəmin, Aşıq Qəribin mahnıla-
rını oxuyur” kəlamının daimi aktual olduğınu xatırladır. Ədəbiy-
yatşünas Yervand Şahəziz yazır: “Abovyan xalqı sevər, milli şo-
vinizmdən və millətçi əqidələrdən uzaq duran şəxs idi. Onun
əsərləri ümumbəşər qardaşlığını təbliğ edən zəngin mənbədir”.
Ölməz şairimiz Səməd Vurğunun “İnsan qəlbinin, Zaqafqaziya
xalqları dostluğunun əsl dəmirçisi” adlandırdığı Derenik Demir-
çyan (1877-1956) deyirdi: “Zaqafqaziya xalqları öz böyük yazıçı-
ları olan Axundov və Abovyanın simasında bu tarixi dostluğun,
qardaşlığın ən cəsur və sədaqətli bayraqdarlarını görürdülər”,
Ümumən Azərbaycan ədəbi mühitinin, eyni zamanda bu
mühitin tərkib hissəsi kimi diqqəti çəkən Qərbi Azərbaycanın
İrəvan və Tiflis ədəbi mühitlərinin görkəmli sənətkarları ilə yara-
dıcılıq əməkdaşlıqlarını inkişaf etdirən və xalqlar dostluğunun
tərənnümçüsü olmuş çoxsaylı erməmi sənətkarlarından Qazros
Ağayan (1840-1911), Aleksandr Şirvanzadə (1858-1934), Hakop
Hakopyan (1866-1937), Hovhannes Tumanyan (1869-1923),
Avetik İsahakyan (1875-1957) və başqaları Zaqafqaziya xalqla-
rının uzunəsrlik dostluğunu, qardaşlığını bədii əsərlərində böyük
məhəbbətlə vurğulamışlar.
Qazros Ağayanın (1840-1911) Azərbaycan dilini, onun folk-
lorunu, ümumən ədəbiyyatını həddindən artıq sevdiyinə görə qəh-
rəmanlıq eposu “Koroğlu”nun müxtəlif boylarına dair hekayələr
yazmış, özünün “Koroğlu” “nəslindən” olduğunu söyləmişdir.
Q.Ağayan “erməni xalqı, xüsusilə onun müğənniləri azərbaycan-
ca öyrənməkdə və bu dildə danışmaqda heç bir çətinlik çəkmə-
mişlər, bu dil (Azərbaycan dili – Z.M) erməni üçün elə bil doğma
dildir” ifadələrini vaxtı ilə öz soydaşlarının nəzərinə çatdırmışdır.
_________Milli Kitabxana_________
297
Aleksandr Şirvanzadəni(1858-1934) erməni və Azərbaycan
xalqları arasındakı tarixi dostluğun canlı ensiklopediyası, dahi
nəğməkarı adlandırmışlar. Onun “Bakıdan məktublar” silsiləsin-
dən olan yazılarında beynəlmiləlçilik motivləri çox inandırıcı
bədii təsvirlərlə verilmişdir. “Zaqafqaziya özünün üç əsas milləti
ilə bir növ sacayağı təşkil edir. Onun bir ayağını sındırsanız qa-
zan çevrilər. Mən bu sözləri ölkəmizin əmin-amanlığı xatirinə,
bütün üç millətə olan məhəbbətin xatirinə deyirəm”.[165]
Bu cür pafoslu ifadələrin müəllifi Aleksandr Şirvanzadənin
“Sankt-Peterburqskiye vedomosti” qəzetinə məktubunda azərbay-
canlıların adına kölgə salan sənədlər yaymağa çalışdığına görə gör-
kəmli maarifçi Əhməd Ağaoğlu “Kaspi” qəzetinin 1905-ci il 147-
ci sayında onu qələmi ilə millətlər arasında nifaq salmaqda ittiham
etmişdir. Vaxtı ilə edlən bu tənqiddən nəticə çıxaran ədib sovet
adamlarını yüksək əxlaqi keyfiyyətlərlə silahlandıran və onlara
yüksək bədii-estetik zövq aşılayan ədəbiyyatı zənginləşdirməyi ya-
zıçıların mənəvi borcu sayırdı. İctimai quruluşun tələblərindən sap-
mayan sənətkar səhvlərini beynəlmiləlçi olması ilə üst-basdır et-
məyə çalışmışdır. O, Azərbaycan və erməni xalqlarının dostluğu və
qardaşlığına həsr olunan yazıların müəllifi olduğuna cəhd göstər-
mişdir. Bunu nəzərə alan Məhərrəm Bayramov özünün “Aleksandr
Şirvanzadə və Azərbaycan” adlı fundamental elmi dissertasiyasını
yazmışdır. Monoqrafiyada Aleksandr Şirvanzadənin Cəlil Məm-
mədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevlə olan dostluq mü-
nasibətləri, ictimai-siyasi əlaqələri öz əksini tapmışdir[144].
Ermənilərin bədxahlığı haqqında dünyanın tanınmış adam-
larının, o cümlədən Zaqafqaziya xalqlqrının psixologiyasına, məi-
şətinə yaxından bələd olan V.L.Veliçkonun [206-63], İ.Q.Çavça-
vadzenin məşhur kəlamlarını [57-3] oxuyan hər kəs onların, yəni
ermənilərin millətçi-şovinist fikirlərinə laqeyd qala bilmir. On-
ların mövcud olmayan, lakin uydurulan “Böyük Ermənistan” xə-
ritəsinin yetişməkdə olan soydaşlarının zehiniyyətində tərbiyə et-
mək üçün dəridən-qabıqdan çıxan “vətənpərvərləri” dərsliklərin-
də paytaxtı Tiflis olan, Voronejə qədər böyük bir ərazini əhatə et-
_________Milli Kitabxana_________
298
diyini utanadan onlara məxsus olduğunu tarixiləşdirən[50] erməni
“alimləri” tarixi abidələri üzərindəki yazıları pozmaq yolu ilə
nəinki Azərbaycan abidələrini, hətta gürcü çarlığının keçmişi əks
etdirən qədim provaslav məbəd və kilsələrini ələ keçirərək, üzə-
rində uydurmalar həkk etməsi, coğrafi yer adlarını dəyişdirərək
erməniləşdirmələri hələ on doqquzuncu əsrin sonlarında “Əkinçi”
qəzetində Həsən bəy Zərdabi ermənicə çıxan “Mişaq” (Mişaq
“muzdur”, “fəhlə” mənasını ifadə edir, məramı becərmək, becə-
rən və emal edən, hazırlayan mənalarını verir) qəzetinin redakto-
ru Arsruniyə qonşu xalqı(azərbaycanlıların – Z.M) təhqir etdiyini,
onun tarixinə böhtan atdığını xatırladırdı[165].
Ermənilərin başqa millətlərə iftira və böhtan atmaları, onla-
rın torpaqlarına, maddi-mədəniyyətinə göz dikib özlərininki kimi
qələmə verməsi, məqamı çatanda xaincəsinə talançılığa əl atma-
ları barədə çoxsaylı faktlara etirazlar vardır. “Mahiyyti yalan və
saxtakarlıqdan, qəsd və fitnəkarlıqdan ibarət olan bədnam “ermə-
ni məsələsi” XVIII əsrdən ayaq tutaraq yerimiş, nəticə etibarilə
Qafqaz ocağında bic(zina) Ermənistan dövləti yaradılmış və onun
hüdudları genişləndirilməkdə davam etmişdir. Azərbaycandan
qoparılan yağlı tikələr lüm-lüm udulduqca iştah da artmış, yeni
qurbanlar tələb olunmuşdur. XX əsrin ilk illərində Nəriman Nə-
rimanovun Stalinə göndərdiyi “Ucqarlarda inqilabımızın tarixinə
dair” məruzəsində Mərkəzin Azərbaycanı simasızlaşdırmaq siya-
sətindən hiddətlə bəhs edirdi: “...Mərkəz... ucqar respublikaların
daxili işlərinə qarışmaq məqsədilə qəsdən bu “beynəlmiləlçiləri”
irəli çəkir, müdafiə edir” [157-34]. Nəriman Nərimanov “bu
beynəlmiləlçilər” dedikdə Mərkəzdən xüsusi mandatla göndərilən
“ixtiyar sahiblərini” – milli dövlət quruculuğuna kobudcasına
müdaxilə edən, Azərbaycanda açıq-aşkar ruslaşdırma və erməni-
ləşdirmə siyasəti yeridən, Azərbaycan xalqının milli hisslərini be-
lə təhqir etməkdə çəkinməyən mikoyanları, mirzoyanları, kirov-
ları, serebrovskiləri... nəzərdə tutur, onların apardığı iyrənc siya-
sətə son qoyulmasını tələb edirdi. “...Kommunizm bayrağı altında
Dostları ilə paylaş: |