_________Milli Kitabxana_________
299
daşnaklar öz işlərini görür...” [157-31]; “Azərbaycanın
taleyi
erməni daşnaklarına tapşırılır” [157].
Tarixçi alim Firdovsiyyə Əhmədovanın 1998-ci ildə “Elm və
həyat” nəşriyyatında çapdan çıxmış “Nəriman Nərimanov – ideal
və gerçəklik” monoqrafiyasında qeyd edir ki, Nəriman Nərima-
nov haqlı olaraq Azərbaycanın mübahisəsiz tarixi torpaqlarının-
Qarabağ, Zəngəzur, Naxçıvanın, Ordubad, Şərur-Dərələyəz qəza-
sının və başqa ərazilərin Ermənistana verilməsi məsələsinə öz
kəskin münasibətini bildirmiş, yeganə ümidini Leninə bağlamış,
bu barədə V.İ.Leninə məktubunda daha qətiyyətlə yazmışdi:
“Mən bilmək istərdim ki, mərkəz biz müsəlmanlara necə baxır və
belə mühüm məsələləri bizsiz necə həll edə bilir...Mən açığını
deyəcəyəm, mərkəz Qarabağ və sair haqqında qərarları ilə bizim
silahımızı əlimizdən aldı, hər zaman
müsəlman kommunistlərin
Azərbaycanı Rusiyaya satdığını söyləyən musavat provokasiyası-
nı gücləndirdi, əsaslandırdı: həmin Rusiyaya ki, eyni vaxtda Er-
mənistanın və Gürcüstanın müstəqilliyini tanıyır və nədənsə
Azərbaycanda Sovet hakimiyyəti qurulunadək mübahisəsiz vila-
yətləri indi mübahisəli hesab edir... Dəhşətli vəziyyət yaranmış-
dır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azər-
baycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz,
Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana ve-
rir... ...Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat et-
mək olmaz ...mən qəti surətdə bildirirəm: Əgər
Siz də bizim dəlil-
lərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırıl-
mağımız barədə Mərkəz qarşısında məsələ qoyaq...” ifadələrini
vurğulamaqla, böyük ədib, vətənpərvər dövlət xadimi valqının,
vətəninin taleyindən son dərəcədə narahatlığını bildirmişdir.
“Lək-lək” bağlanandan sonra İrəvanda ictimai-ciyasi sahədə
baş verənlərin xalq kütlələrinə çatdırılması və əhalinin baş verən-
lərlə hali edilməsi sahəsində azərbaycanlıların bir mətbu orqana
ciddi ehtiyacı vardı. Göstərilən ciddi-cəhdlər
və təşəbbüslər nəti-
cə etibarilə “Bürhani həqiqət” jurnalının 1917-ci il yanvar ayının
1-də ilk nömrəsinin işıq üzü görməsi ilə nəticələndi. Onun müdiri
_________Milli Kitabxana_________
300
və mühərriri tanınmış şair və publisist Əli Hacı Zeynalabdinzadə
Rəhimov (Məhzun), naşir isə İrəvanın nüfuzlu ziyalılarından Hə-
sən Mirzazadə Əliyev idi. Məcmuə “Luys” mətbəəsində həftədə
iki dəfə şəkilli-bəzəkli çap olunmaqla yanaşı, öz ətrafında yerli
maarif fədailərindən tanınmış mollanəsrəddinçi şair Cabbar Əs-
gərzadə (Aciz), fars, rus dillərində dərsliklər müəllifi Mirzə Cab-
bar Məmmədov, şairə Səriyyə xatun, ziyalılardan Nuğanlı Vahid,
Rəhim Hacı, Təhvil İrəvani və başqalarını toplaya bilmişdir. Bu
məcmuə oxucusunu cəhalət və zəlalət zülmətindən xilas etmək,
nicata çatdırmaq, ölkədə və dünyada
baş verən ictimai-siyasi,
sosial hadisələrin mahiyyətini həqiqi olaraq xarakterizə etmək
üçün fəaliyyətinə daha çox önəm verirdi.
“Bürhani həqiqət”in 25 fevral 1917-ci il 3-cü nömrəsində
maraqlı ədəbi, bədii və siyasi həyatın özəlliklərindən xəbər verən
maraqlı yazılar dərc olunmuşdur. Cabbar Əsgərzadə Acizin bura-
da işıq üzü görən “Mənim eşqim” şeirində:
Gözəl bir fikir, ali bir təmənnadır bənim eşqim,
Müqəddəs bir, munis bir şanlı xülyadır bənim eşqim.
Tuluye şəmsidən xoşdur cahan ara üfüqlərdə,
Münəvvən nurlandılan nəzəhət əfzadır bənim eşqim.
Bənim eşqim mənəzzhədir çiçəklənmiş mənazərdən,
Zimistan məhtabəndən dil aradır bənim eşqim.
Bir eşqə malikəm, qərində hər qəzamətta yoğdur...
Fəzalardan , səmalardan məaladır bənim eşqim.
Bir eylə eşqidir kim, qeyri mümkün vəsfi tərifin
Ki, hər eyib küdurətdən məmradır bənim eşqim.
Deyildir cismi nə cövhər mürəkkəb nə ərzi haşa,
Buna məhbubən bir simayi-kəbradır bənim eşqim.
O ki, hər gəz bulanmaz həss salım olmayan kimsə,
Ki, sirri kəşf olanmaz bir müəmmadır bənim eşqim.
_________Milli Kitabxana_________
301
Günəş nuru camalından onun bir zərrədir naciz,
Şəb, ya da ayə bəzək zülfi Leylidir bənim eşqim.
O eşqə ki, əzəmət hüsnəki görənlər oldular sacidə,
Həmişə qibləgahi əhli mənadır bənim eşqim.
İrəvan ədəbi mühitində istər yazılı, istərsə də şifahi ədəbiyyatın
təşəkkül tapmasında və inkişafında çoxsaylı sənətkarların, ustad və
ifaçı aşıqların, şairlərin, Qafqazda nəşr olunan mətbu orqanlarda im-
zası tanınan publisistlərin, naşirlərin sayı kifayət qədər çox idi. On-
ların sırasında Səriyyə Xatunun da adına tez-tez rast gəlinir.
Səriyyə Xatun İrəvan xanlarından olan Əli xanın nəslindəndir,
özü də Əli xanın oğlu Cəmil bəyin qızıdır. O, 1908-ci ildə qədim
İrəvan şəhərində anadan olmuş [162-19],
ilk təhsilini də doğma şə-
hərində almışdır. Ömrünün otuz ilini İrəvanın zəngin ədəbi-bədii,
zamanın təlatümlərlə, ziddiyyətlərlə dolu ictimai-siyasi mühitində
keçirən Səriyyə Xatun gördüklərini, olmuş tarixi faktların yaddaş-
larda ilişib qalan və gələcək nəsillər tərəfindən onların təfsilatı ilə
halı olmasına ciddi ehtiyac duyulmasını nəzərə alaraq, həmin xati-
rələrin yaradıcılıqla qələmə alınmasını hər şeydən üstün tutmuşdur.
Qırğınlara, məcburi köçürmələrə məruz qalan və olmazın əzablar-
dan
təngə gələn, müsibətlərin, azərbaycanlıların başına ermənilərin
zaman-zaman gətirdiyi işgəncələrin canlı şahidi olan bu yaradıcı
insan ömrünü, gününü mənəvi əzablardan qurtarmaq, azad nəfəs
almaq, sıxın tılardan birdəfəlik qurtarmaq üçün Bakıya üz tutur.
Doğma şəhəri İrəvan mühitində öz gözləri ilə gördüyü, qulaqları
ilə eşitdiyi, yaşadığı ictimai haqsızlıqları bədii nümunələrdə əks et-
dirmiş, sanki sinəsində cəmləşdirdiyi yaşantılarının
poetik tərcü-
manını yazdığı bayatılarında əks etdirmişdir. Mənəvi sarsıntılarla
izah olunan ayrılıqların, yurd-yuva həsrətinin ömrünün sonunadək
qəlbinin dərinliklərində doğurduğu duyğular yaşadığı təzadlı həya-
tını bayatı və kövrək nəğmələr meydanına çevirmişdir. Bu bayatı-
lar Qərbi Azərbaycan adlandırılan böyük bir ərazidə yaşayan azər-
baycanlıların həyatına, mədəniyyət və mənəviyyatına vurulan zər-