Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   90   91   92   93   94   95   96   97   ...   102

_________Milli Kitabxana_________ 
 
284
 
bəxş etmiş, dünya filalogiyası dahi şairlər məbədgahında artıq oz 
yerini çoxdan tutduğuna görə ona (Nizamiyə) minnətdardırlar ”. 
Stepan Zoryan. Böyük Azərbaycan şairi,  
“Covet Ermənistanı” qəzeti , 21 sentyabr, 
1947, N 222(erməni dilində) 
 
 
 
4.5. Erməni elitasının etirafları  və onun doğurduğu qə-
naətlər 
 
Təcavüzkar Ermənistan Respublikasının və onun havadarla-
rının əsassız iddia və tələblərini erməni alimlərinin, tarixçilərinin, si-
yasətçilərinin və din xadimlərinin özləri də müxtəlif dövrlərdə tən-
qid və etiraf etmişlər. Bunu aşağıda sadalanan etiraflar, fikir və mü-
lahizələr təsdiq edir. Azərbaycanın tarixçi alimləri Atamoğlan Məm-
mədli və Nuridə Allahverdiyevanın Azərbaycan, ingilis, alman, 
fransız və rus dillərində müxtəlif mənbələrdən toplayıb geniş oxucu 
kütləsinə təqdim etdikləri “Erməni elitasının etirafları” toplusun-
dan daha aydın görmək olur. Bu topluda cəmləşən yazıların hamısını 
deyil, dissertasiyada nəzərdə tutulan dövrə aid olan ümdə məsələlərə 
diqqəti yönəldəcəyəm: 1828-ci ildə məşhur “Türkmənçay” müqavi-
ləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əskərləri 
olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni 
yaradılan erməni ocaqları olmayacaqdı... Təkcə son onillikdə (60-
70-ci illərdə) Vətənə 200 yüz mindən çox erməni köçmüşdür.  
Zori Balayan. “Ocaq”, səh.120, 192, 273 
 
Daşnaq nümayəndələri ətraflarına çoxlu könüllü dəstələri yı-
ğaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlil-
ləri amansızcasına doğrayıb tökürdülər.  
A.Lalayan.1918-20-ci illərdəki qırğınlar haqqında.  
“İnqilabi Şərq” jurnalı, N 2-3, 1936. Moskva 
 


_________Milli Kitabxana_________ 
 
285
 
Bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk 
məhəlləsində daş-kəsək yığnaqlarından başqa bir şey qalmamışdı. 
Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni 
hal Xankəndindəki türk məhəllələrinin də başına gətirilmişdi... 
Bakıda ermənilər ingilislərin yardımı ilə böyük neft şəhərini 
ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar. 
Ohanes Apresyanın xatirələrindən. Leonard Ramesden 
Hartvill. “İnsanlar belədir. 1918-22-ci illər Azərbaycan 
hadisələri bir erməninin xatirələrində”. ABŞ, İndiaparolis, 
“Bobbs Meril kompani” nəşriyyatı, 1928. 
 
Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının 
səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizmi-
nə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin 
amansız qəddarlığıdır. 
Amerikalı erməni yazıçı L.Z.Sürməliyan. “Xanımlar  
və cənablar, müraciətim sizədir” kitabından.  
 
Azərbaycan torpaqlarında erməni  əyaləti yaradan rus mə-
murları Çar Rusiyası generalının 1828-ci il mart tarixli ali fərma-
nını rəhbər tuturdular: 
“Silоyyu trаktаtа s Pеrsiyеy, zаklyuçеnnоqо 10 fеvrаlyа 
1828 q., prisоyеdinеniyе k Rоssii Хаnstvо Nахçivаnskоyе pоvе-
lеvаyеm vо vsех vеlах imеnоvаt оtnınе оblаstyu Аrmyаnskоy”. 
Sеntrаlnıy Qоsudаrstvеnnıy Istоriçеskiy Аrхiv Rоssiyskоy 
Fеdеrаsii, fоnd 880,  
оpis 5, dеlо 389, list 18 оb.  
 
Çağdaş ermənilərin sevimli yazıçısı Raffi (Akop Melik 
Akopyan) “Samvel” adlı  əsərində erməni etnosunun tarixi haq-
qında bunları etiraf edir: “Bizim quru tariximiz tarixçiyə çox az 
bilgi verməkdədir. Bizim ədəbiyyatımız kilsə yazılarından o yana 
gedə bilməmişdir”. 
Rаffi (Аkоp Mеlik Аkоpyаn), Samvеl.  
Izdаtеlstvо Аistаn, Yеrеvаn, 1971, s.16. 


_________Milli Kitabxana_________ 
 
286
 
 
Erməni yazıçısı V.Papazyan XX əsrin əvvəllərində ermənilə-
rin inkişafı barədə məlumat verərək yazırdı: “Erməni xalqı tama-
milə cahil, avam, vəhşi və başlıcası şüursuz vəhşiləri idi. Adamlar 
daha çox basqın və talançılıqla məşğul olurdular... Onlar bir şi-
mallı kimi təkcə ovla yaşayırdılar”. 
Stepan Şaumyan. İzbrannie proizvedeniya. Tom.1, s. 390.  
Erməni daşnaqlarının başçılarından biri olmuş A.Əmiryan 
yazırdı ki, “təkcə İrəvan quberniyasında daşnaqlar tərəfindən 200 
azərbaycanlı kəndi dağıdılmışdır”.  
Bakı fəhləsi, 28.05. 1918. 
 
Erməni tarixçisi Lalayan yazırdı ki, “əksinqilabi daşnaq hö-
kumətinin daxili siyasətinin mahiyyəti ölkə zəhmətkeşləri arasın-
da milli nifrəti qızışdırmaqdan, Ermənistan  ərazisində yaşayan 
azərbaycanlı əhalisini fiziki cəhətdən məhv etməkdən ibarət idi”.  
Tarixi yazışmalar. M., 1938, s79- 107. 
 
Ermənilərin keçmişi ilə maraqlanan tarixçi Qaraqaşyan ya-
zırdı ki, “ermənilərin keçmişi haqqında tarix və ya salnamə sayıla 
biləcək məlumatlar yoxdur”. 
 Kapakaşyan. Istoriya vostoçnoqo voprosa. London, 1905.  
 
Bu gün ermənilərin ədəbiyyat sahəsində az-çox nələri varsa
bütün bunlar türk xalqları ilə, xüsusən də sonralar Azərbaycan 
türkləri ilə qonşu olmaları sayəsində əldə edilmişdir. Bu işdə poe-
ziya sahəsi də istisna deyildir. Erməni müəllifi Qukasyan akade-
mik M.Abeqyanın belə bir fikrini təsdiq edirdi ki, erkən orta çağ 
erməni poeziyasında qafiyəli  şeir Azərbaycan və başqa türk dil-
lərinin təsirilə meydana gəlib. Bu fikirləri incəsənət sahəsinə  də 
şamil etmək olar. Belə ki, erməni əsilli akademik Marr, erməni-
lərin başqa xalqların təsiri altında mədəni cəhətdən müəyyən 
inkişafa çatdıqlarını belə  qələmə almışdır: “Aninnim erməni 
incəsənəti öz yüksək inkişafını erməni çarları dövründə deyil, 
erməni dövlətinin süqutundan sonra tapmışdı”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə