Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   86   87   88   89   90   91   92   93   ...   102

_________Milli Kitabxana_________ 
 
272
 
maneraları sarıdan oxşardırlar, səbəb isə, asiyalı olaraq eyni şə-
raitdə yaşayırlar. Milləti adı və dini ilə seçən insanlar təbii-psixo-
loji səbəbi başa düşə bilməzlər.Türk erməninin şikayət dolu, kə-
dərli havasına qulaq asıb həzz alır, erməni isə türkün (azərbay-
canlının) ifasından həzz alır. Və onların hər ikisi üçün Betxovenin 
simfoniyaları, Motsartın “Don Juan”ı “səhrada bir səs” kimi səs-
lənir. Hər birisi min dəfə “Durna, hardan gəlirsən”, Koroğlunun 
“Eyvazın gümüş  kəməri” mahnısına, eləcə  də  Kərəmin və  Aşıq 
Qəribin mahnılarını ifa etməyə üstünlük verirlər”. 
M.Nalbadyan. Əsərlərinin tam toplusu, III cild, 
Yerevan.1940, səh.183-184.(erməni dilində).  
 
Qədim melodiyalar və mahnılar “...havaların böyük hissəsi 
türklərdən (azərb.) götürülüb. Ermənilər yaşayan bir çox yerlərdə 
olmuşam, hər dəfə çalışırdım ki, təmiz erməni sözü eşidim. 
Ancaq bu günə kimi bu sözü eşidə bilməmişəm ” . 
M.Nalbadyan. Əsərlərinin tam toplusu. I cild,  
Yerevan,1945, səh.276 (erməni dilində). 
 
Elə türk (azərb.) sözləri var ki, bütün millət (ermənilər) tərə-
findən istifadə olunur. 
Bu sözlərin əhəmiyyətli mənası qədim erməni dilində olma-
sına baxmayaraq, türk sözləri xalqın danışıq dilində özlərinə elə 
yer eləyiblər ki, onları öz dialektlərindən “qoparıb” özlərinin çox-
dan yaddan çıxmış xalq üçün artıq mövcud olmayan sözlərini 
dialektlərinə qaytara bilmirlər. 
  
M.Nalbadyan. 
Əsərlərinin tam toplusu, III tom, 
Yerevan, 1940, səh 183-184 (erməni dilində). 
 
Qazaros Aqayan (1840-1911) – məşhur yazıçı, pedaqoq. 
“Erməni dilinin qrammatikası türk (azərb.) hətta qrammati-
kasına çox bənzəyir, erməni xalqı, aşıqlar onun öyrənilməsində, 
sonra isə hətta türk (azərb.) dilində azərbaycan dilində danışmaq-
da çətinlik çəkmirdilər. Hətta indi də bir çox erməni yazıçısı var 
ki, türk (azərb.) dilində çox gözəl danışırlar, uzaqda yaşamaqları-


_________Milli Kitabxana_________ 
 
273
 
na baxmayaraq, ermənilər üçün türk dili əziz, doğma dil kimidir. 
Onu da qeyd etmək istəyirəm ki, türk (azərb.)dilində ermənilərin 
asanlıqla mahnı ifa etməyi ondan irəli gəlir ki, iki dilin forması və 
düşüncə tərzi eynidir” . 
  
Q.Aqayan. 
Seçilmiş əsərləri, III tom, 
Yerevan,1940, səh.331(erməni dilində)  
 
Erməni aşıqları “mahnıları  (şerləri) erməni dilində yox türk 
(azərb.) dilində  bəstələyirdilər. Erməni dilində oxumaq adəti 
bizim aşıqlar arasında yayılmayıb”. 
   
 
 
Yenə orda, səh.25-26. 
 
O vaxtların mahnıları arasında “bayatı ən əsas və ən çox ya-
yılmış idı. əlbəttə ki, elə mahnılar var ki, hansını ki, yalnız aşıqlar 
bilirdi, ancaq elələri də var ki, aşıq olmayanlar bilirdi. Ancaq 
bayatını hamı bilir: balacadan böyüyə kimi, qadınlar da, kişilər 
də. Öz kədərlərini, qəmlərini, qayğılarını bayatıyla ifadə edirdilər; 
sevgini, xəyallarını, ayrılığı;  şikayətlərini, ölənləri üçün göz 
yaşlarını, bütün fikir və hisslərini bayatı ilə ifadə edirdilər”.  
   
 
 
 
Yenə orda, səh. 325. 
 
Bayatıda “ birinci, ikinci və dördüncü sətir eyni sözlə bitir. 
Bu söz birinci sətirdə müəyyən deyil, ikinci və üçüncü sətirdə 
müxtəlif mənalar daşıyır. Ona görə bayatı türk (azərb.) dilində 
deyilir, çünki türk (azərb.) dilində bir sözün bir neçə mənası ola 
bilər, erməni dilində belə imkanlar yoxdur”. 
Yenə orda, səh.325. 
 
“Vaxt var idi ki, Aqvan (Alban) dövlətinin şahı Tər-tər şəhə-
rində yaşayıb. İndi ora dağılıb və şəhər Bərdə adlanır.O zaman bu 
şəhər Gəncə  və  Şuşa arasında yerləşirdi, Tər-tər çayının üstündə. 
Yaşıllıqla  əhatə olunmuş  şahın iqamətgahı  Tər-tər çayı boyunca 
yerləşirdi. Nəhəng çinarla, gözəl ağaclarla zəngin olan bu süni me-
şə heç nə ilə təbii meşədən geri qalmırdı. Hətta şəhərin ən hündür 
qalaları ağacların kölgəsində itirdilər.Saray dörd tərəfdən əzəmətli 


_________Milli Kitabxana_________ 
 
274
 
hasarla  əhatə olunurdu, ancaq bu, heç də  qəfəsə  bənzəmirdi, 
əksinə, bu ərazidə keçi və maral sürüləri azad ora-bura qaçırdılar”. 
  Q.Aqayan. Seçilmiş əsərləri,  
İrəvan, 1939, səh 117 (erməni dilində). 
   
 
 
 
“İstedadlı, vergili aşıq, həmçinin də  Dədə  Aşıq (aşıq sənə-
tinin sayılan ağsaqqalı), dərin hafizəyə malik olmalıdır.Mən elə 
hafizəni nəzərdə tuturam, hansı ki, illərlə, aylarla sinələrində yı-
ğılanı danışa bilsinlər.Yaxşı aşıq öz dövrünün aşıq dastanlarını və 
keçmiş oxuyan aşıqların məşhur mahnılarını əzbər bilməlidirlər. 
Doğrudan da, əgər kor aşıq əvvəldən axıradək “Əsli və Kə-
rəm”, “Abbas və Gülgəz”, “Xurşud və Mehri”, “Şahmar  Əli”, 
“Şah  İsmayıl”, “Ərəb qızı”, “Koroğlu”, “Tutuquşu” lətifələrini, 
çoxlu dastanlar var ki, adlarını indi yadıma sala bilmirəm, amma 
başqa aşıqların ifasında eşitmişəm, əzbər bilirsə, deməli aşıqların 
fenomenal hafizələri olduğunu qətiyyətlə demək olar”. 
Q.Aqayan. Müasir şifahi erməni mahnıları.  
”Daraz” jurnalı.1893.№ 9. səh.140.(erməni dilində). 
 
“Koroğlunun qəhrəmanlığı ölkəmizin bütün xalqları arasında ya-
yılmışdır. Türklər (azərbaycanlılar) onu türk (azərb.) sayırlar, kürdlər 
– kürd, ermənilər isə azərbaycanlılaşmış erməni sayırdılar. Onun türk 
(azərb)” və kürd dilində olan mahnılarını yalnız ermənilər ifa edirlər, 
digər xalqlar isə onun mahnılarını öz dillərində ifa edirlər”. 
 
   “Daraz” 
jurnalı, 1893, №5. 
   
Ovanes Tumanyan (1869-1923 ) – Məşhur yazıçı və şair. 
“Tatar (azərb.) mahmnılarında nağıl etmək  –  bu  əsas deyil. 
Mahnıların çoxu əfsanə, rəvayət xarakteri daşıyır, sanki bu mah-
nılar məşhur olmayan zamanlardan bizə çatmış, eləcə də məşhur 
olmayan xanəndələr tərəfindən ifa olunmuş böyük poemaların bir 
parçasıdır. Məsələn, Koroğlu və onun atı haqqında mahnı”.  
 O.Tumanyan. 
Sayat-Nova, 
İrəvan, 1945, səh.13.(er.dilində). 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə