Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   85   86   87   88   89   90   91   92   ...   102

_________Milli Kitabxana_________ 
 
269
 
barədə filoloq alimlərdən Yusif Rüstəmzadənin, Əkbər Yerevan-
lının, prof. Abbas Səmədovun, prof.Teymur Əhmədovun və baş-
qalarının, erməni elitasının  ədəbi qaynaqlardan, qəzet və jurnal-
lardan, rəsmi dövlət sənədlərindən zaman-zaman toplayaraq ümu-
miləşdirdikləri fikirləri Atamoğlan Məmmədli və Nurida Allah-
yarovanın (Mea Culpa... Confession of Armenian elite, s. 3-50.) 
hazırlayıb tərtib etdikləri topludan Azərbaycan oxucularına tanış-
dır. Bunlardan bir sıra seçmələri də oxucuların mütaliəsinə çat-
dırmaq yerinə düşərdi: 
Arakel Təbrizli – XVII əsr tarixçisi 
“Koroğlu (bu həmin Koroğludur ki, indi aşıqlar tərəfindən 
ifa olunan çoxlu saz havaları yaradıb). 
Giziroğlu Mustafabəy min insanın arasından (O, Koroğlunun 
dostudur, bir çox mahnılarında onun adını çəkib). 
Sonra o biri Mustafa bəy. 
Qaraqaş, Dəli Nəsib, Yola Sığmaz, Tanrı Tanımaz, Göyəba-
xan Çıplaq, Kosa-Kosa, Qırlı, Qara Saat, Ağacan Piri. Onlar ha-
mısı Cəlalılər olublar...” 
Arakel Davrijetsi.Tarix.  
Vaqaşbat, 1896, səh.87 (erməni dilində). 
 
Xaçatur Abovyan (1805-1848) – Yeni realist ədəbiyyatın  
banisi, yazıçı, maarifçi-demokrat, pedaqoq. 
“Yeganə  mənbəyi olan ərəb və fars dilinə, müdrikliyin, el-
min və digər dərin düşüncələrə müsəlmanlar arasında hörmət Al-
laha inam və düzgünlükdən irəli gəlir. 
Hətta orta əsrlərdə qədim dillər haqqında belə fikirlər söylə-
nirdi.Ancaq öz poetizminə, səslənməsinə və axarına görə, qram-
matik nöqteyi nəzərdən tatar dili (azərbaycan dili) bütün başqa 
dillər arasında yeganə dildir” . 
X.Abovyan. Seçilmiş əsərləri.V tom,  
Yerevan, 1950, səh. 174 (erməni dilində)  
 
“Erməni xalqı tatar (azərbaycan dilindən) dilindən çox söz 
və ifadə götürüb, hansı ki, bu gün də istifadə olunur. ” 


_________Milli Kitabxana_________ 
 
270
 
   
 
 
 
Yenə orda, səh.48. 
 
“Mən bayatını ona görə yazmışam ki, ermənilərdə, erməni di-
linin şirin səslənməsi naminə, erməni dilində belə şeirlər oxunsun, 
hansılarını türklər (azərbaycanlılar) stol arxasında, bu və ya digər 
məclislərdə oxuyurlar.Şer və mahnı kimi heç nə dili şirinləşdirmir. 
Mən ümid edirəm ki, xalqım ən yaxşı nümunələr yaradacaq” . 
X.Abovyan. Əsərlərinin tam külliyatı. II cild, 
Yerevan, 1948, səh.189 (erməni dilində). 
“Hər dəfə qonaqlığa gedəndə, şəhərdə gəzəndə, fikrimi top-
layıb, diqqətlə xalqın nədən şənlənib həzz aldığına fikir verirəm. 
Və hər dəfə mən görürəm ki, onlar meydanda Kor Aşığın oxuma-
ğına qulaq asıb heyrətlənirlər, hətta ağızlarının suyu axır. 
Toyda və başqa məclislərdə sazəndəsiz, saz çalan (ifaçı aşıq) 
olmasa yeməyə başlamaq olardımı? Deyilənlər türk (azərb.) 
dilində olardı, çoxları heç bir söz də başa düşmürdü, lakin bunu 
görən və qulaq asan hər bir insanın qəlbi elə bir cənnətə gedirdi” . 
X.Abovyan. Erməni yaraları.  
Yerevan, 1939, səh.9 (erməni dilində). 
 
“Bizim yeni dilimizin (aşxarabar) yarı hissəsi türk və fars di-
lindən olan sözlərdən ibarətdir. Bu dillər bizim xalqın zövqünü 
elə oxşayıb ki, ermənilər öz dilini qoyub, türkcə oxumağa, nağıl, 
atalar sözləri danışmağa davam edirdilər, səbəb? Çünki onlar bu-
na öyrəşiblər” . 
   
 
 
 
Yenə orda , səh. 80-81. 
 
“Xalq (erməni xalqı) aşxarabar (xalq dili) öz məzmunu və 
formasına görə qədim erməni dilindən (qrabar) tamamilə fərqlə-
nir və hər cəhətdən tatar ( azərbaycan)dilinə bənzəyir. Adi söhbət 
zamanı ermənilər nəinki tək sözlər, hətta tam cümlələri və ifadə-
ləri türk (Azərbaycan) dilində söyləyirlər” . 
   
 
 
 
Yenə orda, səh. 41-42  
 


_________Milli Kitabxana_________ 
 
271
 
“Türk (Azərbaycan) dili bizdə elə geniş yayılıb ki, onu hətta 
qadınlar və uşaqlar da başa düşür.Ona görə də xalq arasında hər 
birinin tatar (Azərbaycan) dilində  şerlərin yaradılması  və oxun-
ması adi hala çevrilib.” 
X.Abovyan. Naxaşaviq. 
Yerevan, 1940, səh.48 (erməni dilində) . 
 
“Qədim və yeni erməni dilini biri-birindən fərqləndirən danı-
şıq manerası  və sintaksis quruluşudur. Bu nöqteyi-nəzərdən qə-
dim erməni dili (qrabar) Avropa dillərinə oxşayır, yeni erməni 
dili (aşxabar) türk (Azərbaycan) dilinə” . 
   
 
 
 
Yenə orda, səh.45. 
 
Kim bilmir ki, insanın qəlbi qaralanda, heç bir qılınc, heç bir 
dərman, yuxu – söz, xüsusən də oxşama ifa aşıq havası və bayatı 
kimi təsir etmir” . 
X.Abovyan. Seçilmiş əsərləri, III cild, 
Yerevan. 1948, səh.144 (erməni dilində). 
   
 
 
 
 
“Aşıqların Kərəm, Aşıq Qərib, Keşişoğlu haqda saz havası 
çalıb, mahnı ifa edib onlar haqda rəvayətlər danışıb, yenidən saz-
da çalmağa başlayanda məclisdə hamını valeh edibdilər, heç kəs 
daha yemək, içmək istəmirdi. Onlar əllərinə saz alıb gecə-gündüz 
dağlarda, yamaclarda gəzib, Allahın köməkliyi ilə o gözəli görüb, 
gecə-gündüz ondan gözlərini çəkməyib-baxmaq, ona mahnı bəs-
tələyib, onun gözəl ətrini duyub ağlını itirmək istəyirdilər”. 
X.Abovyan. Əsərləri toplusu. IV cild, 
Yerevan.1947, səh.3 (erməni dilində). 
 
Mikael Nalbadyan (1829-1866) – Yazıçı, tənqidçi,  
filosof, inqilabçı-demokrat. 
“Bu gün türk (azərbaycanlı) və erməni, demək olar ki, bir di-
yarda yaşayır. Bu xalqlar eyni təbiətin təsirinə məruzdurlar.Yaxın 
zamanlara qədər, demək olar ki, bir dövlətin himayəsində idilər. 
İkisi də Asiyadadır, ikisi də  Şərqdəndirlər, xasiyyətcə, danışıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə