Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   88   89   90   91   92   93   94   95   ...   102

_________Milli Kitabxana_________ 
 
278
 
əsərlərini azərbaycan və erməni dilində yazırdılar. 20-25 aşıq öz 
şerlərini erməni dilində yazırdılar”. 
Erməni aşıqları. I cild,  
İrəvan, 1937, səh.19. (erməni dilində) 
 
 
 
Q.Levonyan (XX əsr) – folklorçu, teatrşünas 
“Bu məktəbdə (türk-osman-erməni aşıq məktəbi) hər hansı 
bir aşığın erməni dilində yazmaq və oxumaq bacarığı nadir haldır. 
Onlar öz mahnılarını türk dilində, yəni , Osman hökmranlığı döv-
lətinin dilində bəstələyirdilər”. 
Q.Levonyan. Aşıqlar və onların sənəti,  
İrəvan, 1944, səh.37 (erməni dilində). 
 
Mesrop Canaşyan – ədəbiyyatşünas 
“Aşıq sənəti türklərin, farsların təsiri altında idi (İran nəzərdə 
tutulur, çünki farslarda aşıq sənəti olmayıb – redaktorun qeydi). Bu 
təsir onların ləqəblərində, yazdıqları  şeirlərin formalarında öz ək-
sini tapıb və qorunub saxlanıb.Zümzümələrin sayı 60-dan çoxdur.” 
 M.Canaşyan. Xarici erməni ədəbiyyatının tarixi, I cild, 
Venesiya, S.Qazar nəşriyyatı, 1953, səh.119 (erməni dilində)
 
 
Manuk Abeqyan (1865-1944) – ədəbiyyatşünas,  
folklorçu və dilçi, Ermənistan EA-nın həqiqi üzvü. 
“Bizim  əlimizin altında bayatıların 1700 qədər müxtəlif va-
riantları var.Təəssüflənirik ki, bizim dil çoxmənalı sözlərlə zəngin 
deyil, bizim dilimizdə də təkmənalı ifadələr azdır, ona görə də biz 
bizə yaxın olan türk (Azərb.-İ.Abbaslı) dilinə müraciət edirik.” 
   
M.Abeqyan. Xalq havaları,  
Vaqarşabat, 1904, səh.35 (erməni dilində). 
 
Qraçia Açaryan (1876-1954) – məşhur dilçi,  
ədəbiyyatşünas, Ermənistan EA-nın həqiqi üzvü. 


_________Milli Kitabxana_________ 
 
279
 
“XI əsrdən türklərin ermənilərə tərəf yürüşləri başladı, bu da 
dilin formalaşmasına təsir edirdi.” 
“Türk-tatar dilində cümlələrin quruluşu, cümlədə sözlərin 
yerləşməsi Hİnd-Avropa və erməni dillərinin quruluşundan çox 
fərqlənir. Məsələn, Hİnd-Avropa dillərində cümlənin quruluşu 
erməni dili ilə eynidir. 
Mən quşu ağacda oxuyan gördüm
Türk-tatar dilində, cümlənin sonundan başlayaraq, fikir belə 
ifadə olunur: 
Mən ağacda oxuyan quş gördüm. 
Məhz türk-tatar dilinin təsirindən sonra erməni dilinin qram-
matik qanunları  dəyişib, hansılarını  aşağıda göstərilən misalda 
görmək olar: 
Ağacda oxuyan quş gördüm”. 
 
Qr.Açaryan. – Erməni ədəbiyyatının yeni tarixi.  
Vaqarşabat, 1906, səh.9-10 (erməni dilində) 
 
Q.Manandyan və Qr.Açaryan. 
“Görünür, bu şerlərin öz ölçüsü və havası var idi. Belə ki, 
onları yazan müəllif ilə bağlayırlar.Onların sayı  həqiqətən çox 
idi.1524-cü ildə Budaq 1000 çox nəsimi (şeir növü) bilirdi.Hesab 
edək ki,Onların müəyyən bir hissəsi Nəsimi tərəfindən yazılsada, 
qalanları da onun adı ilə bağlıdır.Xalq böyük məhəbbətlə nəsildən 
nəsilə Nəsiminin bu şerlərini ötürür.Budaqdan 128 il sonra belə, 
1652-ci ildə,bu şer nümunələri mövcud idilər. 
Nəsiminin dərisini söydulat, edam etdilər.Edam tarixi məlum 
deyil.Ancaq edam 1524-cü ildən qabaq olmayıb”. 
Q.Manandyan və Qr. Açaryan.Yeni erməni fədailəri  
(1155-1843).Vaqarşabat.1903, cəh.721.(erməni dilində). 
   
 
 
 
Avetik İsaakyan (1875-1957) – məşhur şair,  
Ermənistan EA-nın həqiqi üzvü. 
“Hacıbəyov öz operalarını yaradaraq, Azərbaycanın zəngin 
və bənzərsiz xalq musiqisindən istifadə edirdi. Onun musiqisi 


_________Milli Kitabxana_________ 
 
280
 
erməni xalqı üçün həmişə doğma olmuşdur. Bu musiqi erməni və 
Azərbaycan xalqlarının yaxınlaşması üçün gözəl vasitə idi. ” 
Av.İsaakyan. Seçilmiş əsərləri, IV tom,  
İrəvan, 1951, səh.44 (erməni dilində). 
 
“Nizami poeziyasının gücü bu gün də Islam aləmində hökm-
ranlıq edən şairlərdən üstündür.  
   
 
Yenə orda, səh.97. 
“İmkan daxilində, Nizami real həyata möcüzə  gətirib və 
Azərbaycan xalq məişəti ilə onu zənginləşdirərək, Azərbaycan və 
Qafqazın tarixi keşçmişi və coğrafi adlarıyla bağlamışdır. ” 
Yenə orda, səh.99. 
 
“Qardaş Azərbaycan xalqının bayatılardan ibarət olan zəngin 
şeir sərvəti var. Təbiətə yaxın olan xalq bayatı vasitəsilə özünün 
həyatdakı obrazını açmışdır. Bayatı yazanların adları  məlum ol-
masa da, o məlumdur ki, onlar xalqın arasındandırlar.Onlar- öv-
ladlarını itirmiş analardır,məcburi köçkünlərdir, aşiq olanlardır”. 
   
 
 
Yenə orda, səh.156. 
 
“Azərbaycan xalqının nəfəsi, bayatının nəfəsi – bütün gözəl-
liyi ilə dağ havasıdır, həm də  qəm, kədər, qüssə, qəhrəmanlıq, 
əzab-əziyyət deməkdir.” 
   
 
 
 
 
 
Yenə orada. 
 
“Erməni xalqı da bayatını çox sevir, bununla belə həm azər-
baycan, həm də erməni bayatılarını böyük məhəbbətlə oxuyurlar. 
Ancaq Zəngəzur və Qarabağ erməniləri azərbaycanlılar kimi baya-
tını yaxından hiss edirlər və öz arzularını bayatı ilə ifadə edirlər.” 
Yenə orda, səh.157. 
 
“Yüzilliklərlə Azərbaycan və erməni xalqı bir torpaqda, bir 
günəşin altında yaşayıblar, biri-birinə böyük ümidlər bəsləyiblər. 
Əsrlərin sənət növü olan atalar sözləri və deyimlər, mahnı və mu-
siqilər ermənilər üçün həmişə doğma olublar.Xalq qəhrəmanı Ko-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə