Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   87   88   89   90   91   92   93   94   ...   102

_________Milli Kitabxana_________ 
 
275
 
Atrbet (Mubayadcan Sarkis Mkrtiçi) (1860-1937) – Yazıçı 
və tarixçi, islam dini və sektantlıq haqqında  
bir çox əsərlərin müəllifi. 
“Məhsəti (yəni, “aya bənzər”) Gəncədəndir. O, məna ilə dolu 
olan rübailəri ilə məşhurdur”. 
“Məhsəti İslama qarşı olub. O, öz çirkin əməlləri üçün hərəm-
xanalarda qadınlardan istifadə edən dini fanatlara qarşı çıxırdı”. 
“Məhsəti ədəbi arenaya gələnə qədər şairlər öz bəxtsiz talelə-
rindən gileylənirdilər. Ancaq Məhsəti öz şerləri ilə bütün əzab çə-
kənlərin simasını dəyişdi. Məhsətidən qabaqkı nəsil din tərəfdar-
ları ilə açıq dava aparırdılar.Ancaq Məhsəti hicri təqviminə görə 
V əsrdə (xristianlara görə XII əsrdə) onların qadınların hüquqla-
rını pozan qanunlarına qarşı çıxdı”. 
 “Məhsəti ömrünün sonunadək qadın azadlığına olan məhəb-
bətini tərənnüm edərək öz ideyaları uğrunda mübarizə aparıb”. 
\Q.Antonyan. Azərbaycan və erməni xalqları arasında ədəbi 
münasibətlər, Bakı, 1955, səh.121 (erməni dilində). 
   
 
Q.Axverdyan – XIX əsrin ədəbiyyatşünası. 
“Allah tərəfdarı olan aşıqlar belə hesab edirdilər ki, erməni 
dili  şerlərdə yaradan və müqəddəslər haqda oxuyanda lazım 
olurdu. Dini mahnılar, nəsihətlər erməni sözləri ilə deyilirdi, əks 
halda bu dinə qarşı cinayət idi.Ancaq gözəl poetik hisslər fars, 
türk dilində, hətta osman ləhcəsi ilə ifadə olunurdu.” 
Q.Axverdyan. Sayat-Nova,  
Moskva, 1852, səh.3-4 (erməni dilində). 
    
 
Abr. Zaminyan – XIX əsrin sonu-XX əsrin  
əvvəlində ədəbiyyatşünas. 
“Qanzaqlı (Gəncəli) Nizami bənzərsiz “İskəndərnamə”ni yazıb. 
Şübhəsiz bu qibtə etməyin nəticəsidir. Bu səbəbdən XIII əsrin sonun-
da Xaçatur Qaçaretsi köhnə, cırıq “İskəndərin” erməni dilində olan 
tərcüməsini tapmış, onu köçürtmüş, bu əsərə  ən yaxşı giriş  və  rəy 
yazmışdır, hansı ki, “İskəndərə” görə büdpərəstlik əsəri sayılırdı”. 
Abr.Zaminyan. Erməni ədəbiyyatının tarixi, I hissə, 


_________Milli Kitabxana_________ 
 
276
 
Yeni Naxçıvan,1915, səh.212 (erməni dili) .    
 
“Həsən bəy (Zərdabi) Məlikov adlı ali təhsilli bir gənc türk 
bütün qadağa və maneələri dəf edərək, ilk dəfə Bakıda türk dilin-
də qəzet dərc edəcək. Biz oxucularımızın diqqətini bu sevincli xə-
bərə cəlb etmək istərdik”. 
“Mşaq” qəzeti, 1875, № 8 (erməni dilində). 
Leo (Arakel Babaxanyan) (1860-1932) – məşhur tarixçi,  
yazıçı və tənqidçi, professor. 
“Aşıqlar həyat, məişət haqda olan nağıllarında, mahnılarında 
türk (azərb.) dilində oxumağı üstün tuturdular, çünki bu dil daha 
ifadəli, zəngin, axarlıdır, nəyinki erməni dili”. 
 
   Leo. 
Ermənistanın tarixi, III tom, 
İrəvan, 1946, səh.1072 (erməni dilində).    
 
“Erməni aşıq sənətinin az, demək olar ki, əhəmiyyətsiz bir 
hissəsi öz ədəbiyyatımıza aiddir.İri əsərlərin böyük hissəsi (dastan-
lar, qəhrəmanlıq nağılları) türk (azərb.-İ.Abbaslı) dilində yazılıb”. 
Yenə orada. 
 
“Türk (azərb.) xalqı böyük mədəni inkişaf, həmçinin hərtərəfli 
sənət bacarığı göstərir. Bu bacarıq  əsasən  şifahi  ədəbiyyatda biruzə 
verir. Şifahi ədəbiyyat atalar sözləri və deyimlərlə zəngindir. Bu mi-
sallara görə türk (azərb.) xalqı bir çox mədəni dəyərlərin daşıyıcısı 
olan digər xalqlarla bərabər dünyagörüşün formalaşmasında öz yerini 
tutur. Türk atalar sözləri rus və digər xalqların atalar sözlərinə bənzə-
yir. Müqəddəs rəvayətlər kimi bu atalar sözlərində həkk olunan fikir-
lər türk (azərb.) xalqı üçün böyük əhəmiyyət kəsb edir. Əsrlərin təc-
rübəsi bu atalar sözlərində öz əksini tapır.Ona görə onlar müəllif fi-
kirləri kimi təqdim olunurlar. Doğrudan da – atalar sözləridirlər” . 
Yenə orda, səh.100. 
 
Osmanlılar nahaq yerəXocanı osman türkü sayırlar.Ancaq di-
gər türk xalqları arasında bu tarixi şəxsiyyət Molla Nəsrəddin adı 
altında tanınır. Təxminən Şərqin bütün xalqları lətifələr və nümu-


_________Milli Kitabxana_________ 
 
277
 
nələrin yaradılmasında iştirak ediblər. Ola bilər ki, bəzi lətifələrin 
Nəsrəddinə ya sadəcə Xoca, Mollaya heç bir aidiyyəti yoxdur. 
 Yenə orda, səh.100. 
 
Aleksandr Şirvanzadə (1858-1935) – məşhur yazıçı, dramaturq 
“Sizə məlumdur ki, mən Azərbaycan vətəndaşı olaraq, Vətə-
nimin mədəni məsələləri ilə, xüsusən də türk ( azərb.) teatrı  və 
ədəbiyyatının vəziyyəti ilə maraqlanıram. Ona görə də, mən türk 
xalqının mədəni sferada oilan uğurlarını görəndə  fərəh hissi 
keçirdirəm. Böyük Oktyabr İnqilabı nəticəsində, doğudan da, türk 
fəhlə sinfinin yaradıcılıq ruhu çar zincirlərini sındırmağa nail ol-
muşdur. Bundan sonra sürətli inkişaf dövrü başlamışdır. Türk 
(azərb.) teatrının fövqəladə inkişafı məni çox sevindirir. 
...Sizi əmin edərəm ki, bu məni hədsiz dərəcədə sevindirir ”. 
Ədəbiyyat və İncəsənət Muzeyinin Elmi arxivi. 
“Şirvanzadə fondu”. № 143/77 (erməni dilində). 
 
Tridat Baleyan (XIX əsrin sonu XX əsrin əvvəli) –  
dini xadim, folklor yığan, nəşriyyatçı). 
“Aşıq alətlərinin adları türk dilindədirlər  –  saz, santur, ka-
man, və ya kamança, bağlama”. 
Erməni aşıqları. Tridat Baleanın yığıcısı. I cild,  
İzmir, Mamuryan nəşriyyatı, 1911, səh. 9 (erməni dilində). 
 
“Hətta şeirləri adları da türk dilindədir: qoşma, dastan, qələn-
dər, müstəzad-qələndər, müxəmməs-qələndər, divani, qəzəl, rü-
bai-divani, müsəddəs divani, səmii, müsəddəs-səmai, naxşikar, 
səmai, ədəklisəmai, dubeydi, müxəmməs, təcnis, zəncirləmə, ləb-
dəyməz, əlifləmə, sətrənc, qitə, qəsidə, nəqarət və s.”. 
   
 
 
 
Yenə orda, səh.9-10. 
 
Geqam Tarverdyan (XX əsr) məşhur folklor  
yığıcısı, nəşriyyatçı. 
“Erməni aşıqlarından yığdığım  şerlərin müəyyən hissəsi ta-
mamilə azərbaycan dilindədir. Qalan aşıqların böyük hissəsi öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə