Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   94   95   96   97   98   99   100   101   102

_________Milli Kitabxana_________ 
 
296
 
tismarla dolu” olan bu xalqların təfəkkür və nitq tərzinin bir-biri-
nə yaxınlığını özünün məşhur romanında yüksək qiymətləndir-
mişdir: “Xalqımız (erməni xalqı  –  Z.M.) onların dilini o qədər 
bəyənmişdir ki, mahnılarımız, nağıllarımız, zərb-məsəllərimizin 
hamısı türkcədir”(azərbaycancadır –  Z.M.). Ədibin “hər iki xalq 
“Durna” mahnısını, Koroğlunun, Kərəmin, Aşıq Qəribin mahnıla-
rını oxuyur” kəlamının daimi aktual olduğınu xatırladır. Ədəbiy-
yatşünas Yervand Şahəziz yazır: “Abovyan xalqı sevər, milli şo-
vinizmdən və millətçi  əqidələrdən uzaq duran şəxs idi. Onun 
əsərləri ümumbəşər qardaşlığını  təbliğ edən zəngin mənbədir”. 
Ölməz  şairimiz Səməd Vurğunun “İnsan qəlbinin, Zaqafqaziya 
xalqları dostluğunun  əsl dəmirçisi” adlandırdığı Derenik Demir-
çyan (1877-1956) deyirdi: “Zaqafqaziya xalqları öz böyük yazıçı-
ları olan Axundov və Abovyanın simasında bu tarixi dostluğun, 
qardaşlığın ən cəsur və sədaqətli bayraqdarlarını görürdülər”,  
Ümumən Azərbaycan  ədəbi mühitinin, eyni zamanda bu 
mühitin tərkib hissəsi kimi diqqəti çəkən Qərbi Azərbaycanın 
İrəvan və Tiflis ədəbi mühitlərinin görkəmli sənətkarları ilə yara-
dıcılıq  əməkdaşlıqlarını inkişaf etdirən və xalqlar dostluğunun 
tərənnümçüsü olmuş çoxsaylı erməmi sənətkarlarından Qazros 
Ağayan (1840-1911), Aleksandr Şirvanzadə (1858-1934), Hakop 
Hakopyan (1866-1937), Hovhannes Tumanyan (1869-1923), 
Avetik  İsahakyan (1875-1957) və başqaları Zaqafqaziya xalqla-
rının uzunəsrlik dostluğunu, qardaşlığını bədii əsərlərində böyük 
məhəbbətlə vurğulamışlar.  
Qazros Ağayanın (1840-1911) Azərbaycan dilini, onun folk-
lorunu, ümumən ədəbiyyatını həddindən artıq sevdiyinə görə qəh-
rəmanlıq eposu “Koroğlu”nun müxtəlif boylarına dair hekayələr 
yazmış, özünün “Koroğlu” “nəslindən” olduğunu söyləmişdir. 
Q.Ağayan “erməni xalqı, xüsusilə onun müğənniləri azərbaycan-
ca öyrənməkdə  və bu dildə danışmaqda heç bir çətinlik çəkmə-
mişlər, bu dil (Azərbaycan dili – Z.M) erməni üçün elə bil doğma 
dildir” ifadələrini vaxtı ilə öz soydaşlarının nəzərinə çatdırmışdır. 


_________Milli Kitabxana_________ 
 
297
 
Aleksandr  Şirvanzadəni(1858-1934) erməni və Azərbaycan 
xalqları arasındakı tarixi dostluğun canlı ensiklopediyası, dahi 
nəğməkarı adlandırmışlar. Onun “Bakıdan məktublar” silsiləsin-
dən olan yazılarında beynəlmiləlçilik motivləri çox inandırıcı 
bədii təsvirlərlə verilmişdir. “Zaqafqaziya özünün üç əsas milləti 
ilə bir növ sacayağı təşkil edir. Onun bir ayağını sındırsanız qa-
zan çevrilər. Mən bu sözləri ölkəmizin  əmin-amanlığı xatirinə, 
bütün üç millətə olan məhəbbətin xatirinə deyirəm”.[165]  
Bu cür pafoslu ifadələrin müəllifi Aleksandr Şirvanzadənin 
“Sankt-Peterburqskiye vedomosti” qəzetinə  məktubunda azərbay-
canlıların adına kölgə salan sənədlər yaymağa çalışdığına görə gör-
kəmli maarifçi Əhməd Ağaoğlu “Kaspi” qəzetinin 1905-ci il 147-
ci sayında onu qələmi ilə millətlər arasında nifaq salmaqda ittiham 
etmişdir. Vaxtı ilə edlən bu tənqiddən nəticə  çıxaran  ədib sovet 
adamlarını yüksək  əxlaqi keyfiyyətlərlə silahlandıran və onlara 
yüksək bədii-estetik zövq aşılayan ədəbiyyatı zənginləşdirməyi ya-
zıçıların mənəvi borcu sayırdı. İctimai quruluşun tələblərindən sap-
mayan sənətkar səhvlərini beynəlmiləlçi olması ilə üst-basdır et-
məyə çalışmışdır. O, Azərbaycan və erməni xalqlarının dostluğu və 
qardaşlığına həsr olunan yazıların müəllifi olduğuna cəhd göstər-
mişdir. Bunu nəzərə alan Məhərrəm Bayramov özünün “Aleksandr 
Şirvanzadə və Azərbaycan” adlı fundamental elmi dissertasiyasını 
yazmışdır. Monoqrafiyada Aleksandr Şirvanzadənin Cəlil Məm-
mədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevlə olan dostluq mü-
nasibətləri, ictimai-siyasi əlaqələri öz əksini tapmışdir[144].  
Ermənilərin bədxahlığı haqqında dünyanın tanınmış adam-
larının, o cümlədən Zaqafqaziya xalqlqrının psixologiyasına, məi-
şətinə yaxından bələd olan V.L.Veliçkonun [206-63], İ.Q.Çavça-
vadzenin məşhur kəlamlarını [57-3] oxuyan hər kəs onların, yəni 
ermənilərin millətçi-şovinist fikirlərinə laqeyd qala bilmir. On-
ların mövcud olmayan, lakin uydurulan “Böyük Ermənistan” xə-
ritəsinin yetişməkdə olan soydaşlarının zehiniyyətində tərbiyə et-
mək üçün dəridən-qabıqdan çıxan “vətənpərvərləri” dərsliklərin-
də paytaxtı Tiflis olan, Voronejə qədər böyük bir ərazini əhatə et-


_________Milli Kitabxana_________ 
 
298
 
diyini utanadan onlara məxsus olduğunu tarixiləşdirən[50] erməni 
“alimləri” tarixi abidələri üzərindəki yazıları pozmaq yolu ilə 
nəinki Azərbaycan abidələrini, hətta gürcü çarlığının keçmişi əks 
etdirən qədim provaslav məbəd və kilsələrini ələ keçirərək, üzə-
rində uydurmalar həkk etməsi, coğrafi yer adlarını  dəyişdirərək 
erməniləşdirmələri hələ on doqquzuncu əsrin sonlarında “Əkinçi” 
qəzetində  Həsən bəy Zərdabi ermənicə  çıxan “Mişaq” (Mişaq 
“muzdur”, “fəhlə” mənasını ifadə edir, məramı becərmək, becə-
rən və emal edən, hazırlayan mənalarını verir) qəzetinin redakto-
ru Arsruniyə qonşu xalqı(azərbaycanlıların – Z.M) təhqir etdiyini, 
onun tarixinə böhtan atdığını xatırladırdı[165].  
Ermənilərin başqa millətlərə iftira və böhtan atmaları, onla-
rın torpaqlarına, maddi-mədəniyyətinə göz dikib özlərininki kimi 
qələmə verməsi, məqamı çatanda xaincəsinə talançılığa əl atma-
ları barədə çoxsaylı faktlara etirazlar vardır. “Mahiyyti yalan və 
saxtakarlıqdan, qəsd və fitnəkarlıqdan ibarət olan bədnam “ermə-
ni məsələsi” XVIII əsrdən ayaq tutaraq yerimiş, nəticə etibarilə 
Qafqaz ocağında bic(zina) Ermənistan dövləti yaradılmış və onun 
hüdudları genişləndirilməkdə davam etmişdir. Azərbaycandan 
qoparılan yağlı tikələr lüm-lüm udulduqca iştah da artmış, yeni 
qurbanlar tələb olunmuşdur. XX əsrin ilk illərində Nəriman Nə-
rimanovun Stalinə göndərdiyi “Ucqarlarda inqilabımızın tarixinə 
dair” məruzəsində Mərkəzin Azərbaycanı simasızlaşdırmaq siya-
sətindən hiddətlə  bəhs edirdi: “...Mərkəz... ucqar respublikaların 
daxili işlərinə qarışmaq məqsədilə qəsdən bu “beynəlmiləlçiləri” 
irəli çəkir, müdafiə edir” [157-34]. Nəriman Nərimanov “bu 
beynəlmiləlçilər” dedikdə Mərkəzdən xüsusi mandatla göndərilən 
“ixtiyar sahiblərini”  –  milli dövlət quruculuğuna kobudcasına 
müdaxilə edən, Azərbaycanda açıq-aşkar ruslaşdırma və erməni-
ləşdirmə siyasəti yeridən, Azərbaycan xalqının milli hisslərini be-
lə  təhqir etməkdə  çəkinməyən mikoyanları, mirzoyanları, kirov-
ları, serebrovskiləri... nəzərdə tutur, onların apardığı iyrənc siya-
sətə son qoyulmasını tələb edirdi. “...Kommunizm bayrağı altında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə