_________Milli Kitabxana_________
69
təbliğatçısı “Əkinçi” (1875-1877), Tiflisdə çıxan “Ziya” (1879),
”Ziyayi Qafqaz” (1880-1884), “Kəşkül”dən (1880-1891) xeyli
sonra işıq üzü görə bilmişdir [136-9]. Bu da öz növbəsində xalqın
maariflənməsini təmin edən yetkin xadimlərin yetişməsinə imkan
verməmiş, əsrlər boyu əldən-ələ keçən İrəvan quberniyasında mə-
dəniyyət və maarifin tərəqqisinə qayğısızlığın nəticəsi kimi ictimai
fikrin ləngiməsinə səbəb olmuşdur. Nadanlığın və cəhalətin qəsdən
daha çox mühafizə olunduğu bir quruluşda nəşriyyat, çap işinin
təşkilinə diqqət yox dərəcəsində idi. Daha doğrusu, mütəxəssis
qıtlığı var idi. Ərəb əlifbasının yaratdığı çətinliklər üzündən şriftlər
və digər çap ləvazimatları istehsalına başlamağa heç kəs girişmirdi.
Mətbuatın, maarifin inkişafında müsbət rol oynayacaq vasitələrin
qarşısına xurafat sədd çəkmişdi.
Qərbi Azərbaycan ərazisində fəaliyyət göstərən azərbaycanlı
məktəblərində, xüsusən də İrəvan məktəblərində dərs deyən
müəllimlərin dərslik hazırlaması və həmin dərsliklərin Tiflisdə və
başqa şəhərlərdə çap etdirilməsi işinə başlanılmışdı. Müəllim Mə-
həmmədvəli Qəmərli 1899-cu ildə “Atalar sözü ” kitabını, yazıçı
Eynəlibəy Sultanov 1904-cü ildə iki pərdəli “Tatarka” pyesini
doğma Azərbaycan dilində nəşr etdirmişdir.
Sözü gedən dövrdə İrəvanda yeni məktəblərin açılması, dərs-
lik və bədii əsərlərin nəşri, teatr həvəskarlarının tamaşaları, mət-
buat milli mədəniyyətin və maarifin dirçəlməsindən xəbər verirdi.
Maarifpərvər ziyalılar bu şəhərdə mətbəə olmadığından 1871-
1898-ci illərdə yazdıqları dərslikləri, bədii əsərləri və xarici ölkə
ədəbiyyatından etdikləri tərcümələri Təbriz, Tiflis, Baxçasaray
şəhərlərində nəşr etdirirdilər. İrəvanda Azərbaycan dilində kitab
nəşri XIX yüzilliyin sonlarına təsadüf edir. Qərbi Azərbaycan
ədəbi mühitində folklor örnəklərinin nəşrinə təşəbbüs XIX əsrin
sonlarından başlanmışdır. Həmin dövrdən etibarən ötən əsrin 20-
ci illərinə kimi milli folklor mətnlərinin çapı ilə yanaşı, poetik söz
sənətindən tərcümə nümunələri də işıq üzü görmüşdür. Filologiya
elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Folklor
İnstitutunun professoru İsrafil Abbaslı Azərbaycan folklorşünaslı-
_________Milli Kitabxana_________
70
ğı tarixində yaşadığı dövrün tanınmış ziyalısı və maarif xadimi
olan Məmmədvəli Qəmərlinin tərtibi ilə işıq üzü görmüş “Atalar
sözü” kitabının nəşrindən (1899) yüz on ildən artıq bir vaxt keçsə
də, qədim Azərbaycan torpağı, Türk-Oğuz yurdu İrəvanın adı ilə
bağlı olan bu kitabı transliterasiya edərək 2003-cü ildə “Səda
nəşriyyatı”nda yenidən çapına nail olmuşdur. “Atalar sözü”nün
yeni nəşri barədə “Respublika” qəzeti öz oxucularına geniş məlu-
mat vermişdir [160]. Azərbaycan folklorşünaşlığı tarixində müs-
təqil janr kimi ilk orijinal “Atalar sözü” kitabının çap işi İrəvanın,
xüsusən də Qəmərlinskilər nəslinin tanınmış simalarından olan
Məmmədvəli Qəmərlinin adı ilə bağlıdır. Bu əsərə daxil edilən
750-yə yaxın atalar sözü, məsəllərin linqvonetik və mövzu cəhət-
dən zənginliyini müəllif öz dövründə diqqət mərkəzində saxlaya
bilmişdir. İrəvan bölgəsinin ləhcəsinin, danışıq tərzi ilə bağlı olan
hikmətli sözlərin regional səciyyə daşıdığını diqqətə çatdıra bil-
mişdir. Mətbuatımızın banisi Həsən bəy Zərdabi ilk “Atalar sö-
zü”nün nəşr olunmasının əks-səda doğurduğunu, bir ədəbi-mə-
dəni hadisə olduğunu təqdir etmiş, hətta bu önəmli hadisəyə
“Molla Nəsrəddin”jurnalı da ilk nömrəsində yer ayırmışdır.
Müəllifin ön sözdə yazılmış mülahizələri faktlara əsaslanır.
Qeyd edilir ki, Azərbaycanın qədim elm-mədəniyyət mərkəzlərin-
dən olan Bakı, Təbriz, Gəncə, İrəvan, Zəncan kimi şəhərlərdə,
həmçinin azərbaycanlılardan ibarət diasporanın məskunlaşdığı İs-
tambul, Tiflis tək paytaxtlarda onlarla folklor kitabları həyata və-
siqə almışlar. Naşiri Həsənbəy Zərdabi olan “Türk nəğmələri məc-
muəsi” (B., 1901, təkrar nəşr: 1909), “Seyfəlmülk və Mələkə xa-
nım”, “Sərgüzəşt və səfərnameyi şahzadə Seyfəlmülk Mirzə”
(Təbriz, 1903, 1904), “Kitabi-Mehri Mah” (Təbriz, 1908) nağıl-
dastanları, Əlabbas Müznibin hazırladığı “Şeyx Bəhlul lətifələri”
(B., 1910), Aşıq Sumbatın şeirləri (B., 1911), Y.V.Çəmənzəminli-
nin adı ilə bağlı “Məlik Məmməd”in nağılı (B., 1911), Kərimbəy
İsmayılovun “Nağıllar məcmuəsi” (B., 1911), “Kitabi-Mehri Mah”
(Təbriz, 1911), “Aşıq Qərib” dastanı (Gəncə, 1912), F.Köçərlinin
“Balalara hədiyyə” (B, 1912), Ağa Həsən Mirzəzadənin “Məlik
_________Milli Kitabxana_________
71
Məmməd və Yəmən padşahının nağılı” (B., 1912), “Bəhram və
Güləndam” (Təbriz, 1913), “Kərəm ilə Əsli” (B., 1913), “Şahzadə
Əbülfət və Rəna xanım” (B., 1918), “Hekayeyi Şirin Fərhad ilə”
(ilsiz) dastanları, Mirzə Abbas Abbaszadənin “Arvad ağısı, bayatı,
haxışta, sevgi, layla, qaynana-gəlin sözləri” (B., 1914, təkrar nəşr:
1918), Ağasıbəy Gəraybəyovun “Gülməli nağıllar” (B., 1915),
“Mahnılar”, “Milli nəğmələr” (B., 1919) və sair kimi kitablar milli
folklorumuzun mövzu və məzmun zənginliyindən soraq verir.
“Əmsali-loğman, yaxud qırx iki nağıl və hekayə” (ərəb di-
lindən tərcümə edən Ü.Cəlal, B., 1889), “Molla Nəsrəddin məz-
həkəsi” (farscadan çevirəni Ə.Müznib, B., 1909, təkrar nəşr:
1911), “Əlibaba və qırx quldur” (rus dilindən çevirəni Məmməd-
sadıq Axundov, B., 1910, təkrar nəşr: 1914), 1910-1912-ci illərdə
Əlabbas Müznib tərəfindən fars dilindən tərcümə edilərək 37
hissədən – kitabdan ibarət “Əlifleyla” (Min bir gecə) nağılları
folklor irsimizdə özünə əsaslı yer tapan nəşrlər olmuşlar.
Müəllif bu və bu qəbildən olan onlarla folklor toplusunun
nəşr tarixindən yüz ilə yaxın bir dövr keçdiyini vurğulayır. Mə-
nəvi-mədəni xəzinəmizin bu ilkin örnəklərinin əldə edilməsi istə-
nilən səviyyədə deyildir. Onların kitab halında olan az bir hissəsi
qorunmuş, əksəriyyəti isə mikrofilm, foto-surət saxlanıldığından
faydalanılması çətinlik törətmişdir.
Azərbaycanşünaslıq, xüsusilə folklorşünaslıq sahəsində apa-
rılmış çoxillik araşdırmaların əksəriyyətində bu ədəbi-mədəni işə
müraciət dolayı yolla həyata keçirilmişdir. İlkin qaynağa istinad
edənlərin ədəbiyyat göstəriciləri isə sonrakı tədqiqat işlərində
“özününküləşdirilmiş”, araşdırmadan-araşdırmaya köçürülmüşdür.
Poetik söz xəzinəmizin bu nadir incilərini yenidən nəşr edib
elmi-ictimai fikrin istifadəsinə vermək çağdaş folklorşünaslarımı-
zın vacib məsələlərindən sayıla bilər. Bu mənada Azərbaycan
MEA Folklor İnstitutunun həyata keçirdiyi “Azərbaycan folkloru-
nun ilkin nəşrləri” seriyası xüsusi əhəmiyyət kəsb edir.
Tarixən Qədbi Azərbaycanda, türk diyarı kimi İrəvanda canlı
ictimai-siyasi həyat tərzi davam etmiş, XIX əsrin sonları, XX əs-
Dostları ilə paylaş: |