_________Milli Kitabxana_________
63
XX əsrin əvvəllərində Ermənistanda yaşayan azərbaycanlı
əhalinin geniş təbəqəsi təhsil almaqdan məhrum idi. Müstəmləkə-
çilik siyasəti yeridən çar hökuməti yerli mürtəce siniflərin kömə-
yilə Azərbaycan xalqını cəhalət və nadanlıq içərisində saxlayırdı.
Ermənistanda azərbaycanlılar üçün birinci məktəb 1880-ci ildə
Uluxanlı kəndində açılmışdı. Bu məktəbdə cəmi 22 şagird oxu-
yurdu. 1904-cü ildə cəmi 4 ibtidai məktəb açılmışdı. Bu məktəb-
lərdə isə rus məmurlarının, yerli bəy, xan, tacir və mülkədarların
uşaqları oxuyurdular. Sonrakı illərdə də Ermənistsanda azərbay-
canlı məktəbləri çox zəif inkişaf etmişdi. 1914-1915-ci illərədək
İbadulla bəy, Mirzə Cabbar, Mirzə Rza, Mirzə Qafar, Mirzə Əli
və başqaları tərəfindən 500-dək şagirdi əhatə edən cəmi 30 ibtidai
məktəb açılmışdı. Həmin məktəblərlə yanaşı heç proqramı və təd-
ris planı olmayan məscid məktəbləri – mollaxanalar da vardı. Bu
məktəblərdə həqiqi elmlərdən xəbəri olmayan mollalar falaqqa-
çubuğun köməyilə azərbaycanlı uşaqlarına onların başa düşmə-
dikləri yad ərəb və fars dillərini, insan ləyaqətini alçaldan və təh-
qir edən dini qanunları və İslam ehkamlarını öyrədirdilər.
Birinci orta məktəb Ermənistan adlandırılan ərazidə yalnız
1876-cı ildə açılmış, 1914-cü ildə bunların sayı 18-ə çatmışdı.
Azərbaycanlı uşaqlar azlıq təşkil edirdi. Oxuyanların da hamısı
əhalinin varlı təbəqəsinə mənsub idi. 1905-ci ildə İrəvanın azər-
baycanlı xalq müəllimləri adından çar hökumətinə bir ərizə veril-
mişdi. Irəvan müəllimləri bu ərizədə ana dilində (rus dilinə xüsusi
fikir verməklə) rus məktəblərinə bənzər məktəb təşkil olunmasını,
azərbaycanlı uşaqların hər iki cinsi üçün ümumi ibtidai təhsilin
həyata keçirilməsini tələb edirdilər.
Müəllimlərin mütərəqqi baxışlıları mollaxana məktəblərinin və
mədrəsələrin əleyhinə çıxış edirdilər. Onlar xalq düşmənlərini –
Azərbaycan xalqının ana dilini, milli mədəniyyətini, özünə məxsus
milli tarixini inkar edənləri ifşa edirdilər. Ancaq onların təşəbbüsləri
əhalinin savadsızlığı üzündən əhəmiyyətli bir nəticə verə bilmirdi.
Keçmişdə savadsızlıq, avamlıq, cəhalət ağır və dözülməz bir
dərd idi. Bu cəhətdən qızların vəziyyəti daha pis, daha fəlakətli idi.
_________Milli Kitabxana_________
64
Qara qüvvələr azərbaycanlı qızları ilə elm və maarif arasında,
məktəb və ictimai həyat arasında uçulmaz sədlər çəkməyə can atır-
dılar. Bu sədlər çar hökumətinin qoyduğu məhdudiyyətlərdən, köh-
nə adət və mövhumatdan, cəhalətpərəst valideynlərin çürük görüş-
lərindən ibarət idi. Azərbaycanlı qızlar arasında təhsil işi tamamilə
yarıtmaz idi. 1899-1900-cü dərs ilində İrəvandakı ikisinifli şəhər qız
məktəbində oxuyan 120 şagirddən iki nəfəri azərbaycanlı qız idi.
1875-ci ildən 1900-cü ilədək müqəddəs Nina qız məktəbində
təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bun-
lardan ikisi notarius İsmayıl bəyin qızları, ikisi isə Ələşrəf bəyin
qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı cəmiyyətin
bütün tərəqqipərvər üzvlərini düşündürürdü [164].
Məscid məktəblərinin get-gedə bağlanması prosesi başlamış-
dı. İyirmidən çox məktəb bağlanmış, bunun əvəzinə “Təzə üsul
ilə elm və ədəb” təhsil edən məktəblər azərilər yaşayan kəndlərdə
[131] də açılmağa başlamışdı. İmanşalıda (1883), Zodda (1884),
Uluxanlıda (1881), Böyük Vedidə (1889), Qəmərlidə (1905),
Ağahəmzəlidə (1908) fəaliyyətə başlayan məktəblərə maraq get-
gedə artırdı.
Uluxanlı məktəbi barədə: “Kаvkаzskiy kаlеndаr” məcmuə-
sinin 1892-ci il tarixli nömrəsində Irəvan quberniyasında Ulu-
xanlı məktəbinin ilk yeni tipli məktəblərdən biri olması və 1881-
ci ildə fəaliyyətə başlaması barədə məlumat verilmişdir. Al-
lahverdi Hacı Hüseyn oğlunun evində yerləşən bu məktəbin ilk
müdiri o zamanın tanınmış maarifçisi Muxin olmuşdur. Xanlar
bəy Həsənbəyov fənn müəllimi, Hacı Məşədi Hüseyn oğlu şəriət
müəllimi, Məmməd bəy Lütfəli bəy oğlu Qazıyev, Əbdüləli Bağır
oğlu Muxtarov, Rəhim Xəlilov və başqaları burada işləmişdir.
Tanınmış ədəbiyyatşünaslardan və tənqidçilərdən Əziz Şərifin
“Molla Nəsrəddinin yaranması” və Qulam Məmmədlinin “Molla
Nəsrəddin” kitabında qeyd olunur ki, “keçən əsrin 80-ci illərində
(XIX əsr nəzərdə tutulur – Z.M.) Uluxanlı kəndində ilk dünyəvi
məktəb açıldı. Görkəmli maarifçi Cəlil Məmmədquluzadə müəl-
limlik fəaliyyətinə Uluxanlı məktəbində başlamışdır”.
_________Milli Kitabxana_________
65
Əziz Şərif “Molla Nəsrəddinin yaranması” kitabında bu
məktəb haqqında lazımi məlumatlar vermişdir.
Mədəni irsimizə hörmət əlaməti olaraq respublikada yüksək
səviyyədə həyata keçirilən tədbirlər sırasında Uluxanlı məktəbi-
nin 125 illik yubileyinin qeyd olunması, məktəbin keçdiyi yol,
məzunları və burada müəllim işləmiş böyük ədib və dramaturq
Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə ithaf
olunan “Zülmət səltənətində məşəl” adlı ensiklopedik toplu- ki-
tabın 2006-cı ildə nəşr olunması təqdirəlayiq haldır [184] [179].
Kitab Uluxanlı məktəbinin keçmiş direktorlarından biri olmuş İs-
mayıl Abdulla oğlu İsmayılov və dünyasını çox cavan yaşlarında
dəyişmiş Eldar Hüseyn oğlu Həsənovun birgə müəllifliyi ilə işıq
üzü görmüşdür. Burada Azərbaycanın ictimai-siyasi və mədəni
həyatında əvəzsiz xidmətləri olan ünlü ziyalıların tərcümeyi-hal –
oçerkləri oxuculara təqdim edilmişdir.
Böyük Vedi məktəbi barədə: Qərbi Azərbaycanın Ağrı da-
ğı vadisinin mərkəz hissəsinin böyük sahəsində yerləşən İrəvan
xanlığının İrəvan şəhərindən şərqə doğru Naxçıvan MR-nın Sədə-
rək rayonunun sərhədinə kimi olan ərazidə yerləşən Vedibasar,
Qəmərli və Zəngibasar rayonlarında təhsil ocaqları, daha doğru-
su, məktəblər XIX əsrin ortalarında yaranmağa başlamışdır. Əv-
vəl İrəvan şəhərində Mirzə Məmmədvəli Qəmərlinskinin müəllim
işlədiyi rus-tatar seminariyası, sonralar Zəngibasarın ən böyük
yaşayış kəndi olan, Cəlil Məmmədquluzadənin işlədiyi Uluxanlı
məktəbi, daha sonra da Bedibasarın Böyük Vedi kəndində dördil-
lik rus-tatar məktəbi fəaliyyətə başlamışdır. Böyük Vedi dördillik
məktəbinin ilk müəllimi və məktəbin təşkilatçılarından biri, əslən
Böyük Vedidən olan Fərəməz Mahmudbəyov olmuşdur. Həmin
məktəbdə ilk təhsilə başlayanlardan Abbasqulu bəy Şadlinski,
Məmməd Kərimov, Seyfulla Süleymanov, Ağamirzə Mahmudbə-
yov və başqalarının adları indi də yaşlı nəslin nümayəndələri tə-
rəfindən yad edilir. Bunlardan sonra həmin məktəbdə təhsil alan-
lardan Cəfər Kərimov, Müseyib Mahmudbəyov, Cəbrayıl Hacı-
yev, Əli Eyvazov, Hüseyn Şadlinski, Əlirza Rzayev, Abdulla Kə-
Dostları ilə paylaş: |