_________Milli Kitabxana_________
8
vun Cəlil Məmmədquluzadəyə həsr etdiyi “Böyük demokrat”, Şı-
xəli Qurbanovun “Puşkin və Azərbaycan poeziyası”, “XIX əsrdə
Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri”, Şamil
Qurbanovun “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbay-
can-rus ədəbi əlaqələri”, “Açılmamış səhifələr”, Alməmməd Al-
məmmədovun “XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əla-
qələri”, Dilarə Əliyevanın “Azərbaycan-gürcü ədəbi əlaqələri ta-
rixindən” adlı elmi-tədqiqat əsərlərində Tiflis ədəbi mühitinin
işıqlandırılmasına, onun Azərbaycan ədəbiyyatının inkişafındakı
roluna, qarşılıqlı ədəbi əlaqələr tarixinə dair geniş fikir və zəngin
material vardır. Qocaman jurnalist Qulam Məmmədlinin “Molla
Nəsrəddin” adlı salnaməsi və “Azərbaycan teatrının salnaməsi”
kitabları da Tiflis ədəbi mühitini işıqlandıran faktlarla zəngindir”
(Abbas Hacıyev. “Tiflis ədəbi mühiti”, Bakı, 1980, səh.6). Alim-
lərimiz adları çəkilən bu elmi-tədqiqat əsərlərində İrəvan ədəbi
mühiti ilə bağlı olan məsələlərin qeyd olunmasına, qələm sahiblə-
rinin yaradıcılığının ədəbi istiqamətlərinə yeri gəldikcə münasi-
bətlərini bildirmişlər. Eyni zamanda, Azərbaycanın Abbasqulu
ağa Bakıxanov Qüdsi, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh,
M.F.Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə
xan Ləli, Sultanməcid Qənizadə, Xanqızı Natəvan, Firudin bəy
Köçərli, İsa Sultan Şahtaxtlı, Məhəmməd ağa Şahtaxtlı, Eynəli
bəy Sultanov, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdi-
yev, Hüseyn Cavid, Salman Mümtaz, Abdulla Sur, Əli Nəzmi,
Məmməd Səid Ordubadi və b. bir çox yaradıcı qələm sahib-
lərinin, ictimai xadimlərinin yorulmadan xalqın iqtisadi, mədəni
cəhətdən tərəqqisinə çalışdıqlarını diqqətə çatdırmaqda əllərindən
gələni etmişlər.
İrəvan ədəbi mühiti ümumi Azərbaycan ədəbi mühitinin apa-
rıcı qollarından biri olmaqla, bu və ya digər ədəbi simaların yara-
dıcılığı timsalında, həmçinin Göyçə aşıq mühitinin müxtəlif dövr-
lərini əks etdirən “Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları”
(1972), “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” (1997),
“Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları” (2003), “İrəvan
_________Milli Kitabxana_________
9
ədəbi mühiti (1920-1950ci illər)” (2008) və digər mövzularında
elmi monoqrafiyalar yazılmış, namizədlik və doktorluq dissertasi-
yaları müdafiə edilmişdir. Bu iş indi də davam etdirilir. Bütöv
Azərbaycanı əhatə edən ayrı-ayrı regionların tədqiqindən əldə
olunan nəticələrin ümumiləşdirilməsi və konkret yaradıcı şəxsiy-
yətlərin yaradıcılıq özgünlüyü və önəmli cəhətlərin nəzərə alın-
ması şərtilə dövrün ictimai-bədii və mədəni inkişaf səviyyəsi haq-
da qənaətləndirici fikir söyləmək olar.
XIX əsrin ilk onilliklərindən başlamış ta XX əsrin iyiriminci
illərinədək olan müddətdə Azərbaycanın qərbində, xüsusilə də İrə-
van quberniyasında ictimai-bədii təfəkkürün xarakterik xüsusiy-
yətlərini özündə kifayət qədər əks etdirən regionlardan biri İrəvan
ictimai-siyasi, mədəni və ədəbi mühitidir. İrəvanın quberniya mər-
kəzi olması, burada ədəbi mühitin milli-mənəvi oyanışı və milli
özünüdərk prosesinin milli mənlik şüuru səviyyəsinə çatıb, xalqı
əlindən alınan istiqlal mübarizəsinə qaldırmaqda oynadığı rol ədə-
bi-bədii tariximizin araşdırıcılarının diqqətini cəlb etdi. Maarifçilik
fəaliyyəti bilavasitə İrəvanla bağlı olan Firudinbəy Köçərli özünün
1926-cı ildə işıq üzü görən iki cildlik “Azərbaycan ədəbiyyatı ta-
rixi materialları”nda İrəvanda ədəbi mühit və İrəvan şairləri haq-
qında kifayət qədər məlumat [115, 219] vermişdir.
Yuxarıda adları çəkilən dissertasiyalarda əhatə edilən dövrün
ictimai-siyasi hadisələri, ermənilərin xalqımızın başına açdığı
amansız vəhşiliklər, qəddarlıqlar, qətliamlar, kütləvi qırğınlar, iş-
ğallar barədə tarixi faktlara söykənən həqiqətlər öz əksini
tapmış və bu tədqiqatda da yeri gəldikcə diqqətə çatdırılır.
Irəvan ədəbi mühitindən söhbət açanda, ilk növbədə, sözün ge-
niş mənasında, təbii, ekoloji, iqtisadi, demoqrafik, mədəni, mənəvi,
siyasi, elmi, ədəbi atmosfer başa düşülür. Ədəbi mühit bütövlükdə
bu atmosferin tərkib hissəsi olmaqla, cəmiyyət həyatının mənəvi
dünyasının məcmusudur [47, 9]. Bu mənəvi dünyanın qorunub sax-
lanması, gələcək nəsillərə çatdırılması bədii və publisistik əsərlər,
ədəbi yığıncaq, məclis-dərnəklər və daha önəmli vasitələrlə həyata
keçir. Məkdəbdarlıq və maarifçilik sahəsində həyata keçirilən işlər
_________Milli Kitabxana_________
10
də ədəbi mühitlə bilavasitə bağlıdır. Şübhəsiz ki, ədəbi mühit müəy-
yən konkret zaman və məkan çərçivəsində xalqın milli-mədəni tə-
fəkkür, düşüncə və dünyabaxışının ictimai-bədii ifadəsini özündə
əks etdirən, daim inkişafda olan canlı orqanizmdir. [47]
Bu monoqrafiyada bizim əsas tədqiqat predmetimiz XIX-XX
əsrlərdə İrəvan ictimai-siyasi, mədəni və ədəbi mühitində yazıb-
yaradan qələm sahiblərinin həyat və yaradıcılıqlarıdır. Tədqiqatda
həmin dövrün ictimai-siyasi hadisələrinin bədii yaradıcılıqda əks-
sədası, elm, mədəniyyət, məktəbdarlıq sahəsində yaradıcı ziyalı-
ların apardıqları mütərəqqi fəaliyyətlərinin əsas istiqamətləri diq-
qət mərkəzində saxlanılır. Irəvan xanlığının müxtəlif ərazilərində-
ki sənət adamlarının, el şairlərinin, aşıqların yaradıcılıqlarının
mahiyyətini araşdırmaq, tarixi-estetik məzmununun müasir səciy-
yəsini vermək əsas məqsədlərimizdəndir.
İrəvan ədəbi mühitinin mövzu üzrə nəzərdə tutulan dövrünün
araşdırılması olduqca əhəmiyyətlidir. Ermənilər tərəfindən xalqı-
mızın başına gətirilən bəlaların tarixilik baxımından gələcək nəsil-
lərin yaddaşından silinməməsi, İrəvan xanlığının qədim və əzəli
Türk-Oğuz ellərinə məxsus olduğunu dünya tarixçilərinin, alim-
lərinin və səyyahlarının əsərlərində verilən faktlar əsasında ümu-
miləşdirmək tədqiqatımızın əsas məqsəd və vəzifələrindəndir.
1800-1920-ci illər arasında baş vermiş ictimai-siyasi hadisə-
lərin törətdiyi fəsadları, bunların yaratdığı ümumi nəticələrini er-
mənilərin Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə, tarixi
memarlıq abidələrinə vurduğu amansız zərbələri təkzibolunmaz
faktlar əsasında qaynaqlardan araşdırmaya cəlb etmək, milli
münasibətlərin kəskinləşməsində əsas səbəbləri üzə çıxarmaq,
mühitin üzləşdiyi problemlərin yaratdığı sosial-iqtisadi və mənəvi
çətinliklərini xarakterizə etmək də əsas məqsədlərimizdəndir.
İrəvan ədəbi mühitinin tədqiqatda nəzərdə tutulan dövründə
İrəvan xanlığınının tarixi özünəməxsusluğunu görkəmli sənət
adamlarının həyat və yaradıcılığı timsalında araşdırılması da əsas
məqsəd kimi qarşıya qoyulmuş, məktəbdarlıq, kitab nəşri, maarif-
çilik, rəssamlıq, nəccarlıq, teatr truppalarının yaradılması, mət-
Dostları ilə paylaş: |