_________Milli Kitabxana_________
11
buatın inkişaf etdirilməsi sahəsində vaxtı ilə həyata keçirilən,
ötən əsrlərin Qafqazla bağlı mətbu orqanlarında öz əksini tapan,
lakin dövrün ictimai-siyasi durumunun qanunlarının qoyduğu qa-
dağaların tələbləri baxımından araşdırılmayan, yalnız və yalnız
arxiv sənədlərində yatıb qalan maraqlı məlumatların üzə çıxarıl-
masına daha çox əhəmiyyət verilmişdir. Mühitin ictimai-siyasi və
ədəbi tarixinə nəzər yetirilmiş, həm yazılı, həm də şifahi xalq
ədəbiyyatının nümayəndələrinin İrəvan xanlığının əhatə etdiyi
ərazilərdə yaradıcılıqlarının bu və ya digər cəhətlərinin bədii nü-
munələr əsasında səciyyələndirilməsi, sənətkarlıq məsələlərinin
təfsiri tədqiqatın əsas predmetidir.
Monoqrafiyada ilk dəfə olaraq göstərilən dövrün ictimai-si-
yasi hadisələrınin bilavasitə iştirakçısı və şahidi olan, gördükləri-
ni qələmə alan, İrəvan xanlığında dünyaya göz açan, lakin zama-
nın siyasi olaylarından başqa-başqa diyarlarda yaşamağa məhkum
olan, öz vətənini yalnız nisbələrində yaşadan məşhur “İrəvani-
lər”in həyat və fəaliyyətləri, aşıqların, el şairlərinin, elm, maarif,
teatr sahəsində xalqının maddi və mənəvi dəyərlərə yiyələnməsini
fəaliyyətlərinin başlıca mənası sayan məktəbdar, demokratik ruh-
lu ziyalıların əməli işləri ümumiləşdirilmişdir. Qafqaz mühitində,
xüsusən də Tiflis mühitində təhsil alıb formalaşan və Azərbayca-
nın böyük dövlətlərin bilavasitə siyasi maraqları üzündən salın-
mış olduğu mövcud durumundan hər hansı vasitə ilə çıxarmaq
üçün ədəbi-bədii mübarizədə əllərindən gələni əsirgəməyən mütə-
fəkkirlərin rolu həddindən artıq böyük olmuşdur. Tiflisdə və İrə-
vanda fəaliyyət göstərən “Molla Nəsrəddinçi”lərin, o cümlədən
ilk yazılı mətbuat abidəsi kimi İrəvanda işıq üzü görən “Lək-lək”,
“Bürhani-həqiqət” jurnalları ətrafında cəmləşənlərin yaradıcılıq-
ları, tərcümeyi-halları dürüst şəkildə diqqətə cəlb edilmişdir. Eyni
zamanda, Qərbi Azərbaycan ədəbi mühitinin XIX əsrdə və XX
əsrin 20-ci illərindəki dövrünün sənət həyatı, istər yazılı, istərsə
də şifahi ədəbiyyatın ənənə, novatorluq və bu anlayışların qarşı-
lıqlı əlaqəsi, ədəbiyyatın, incəsənətin, mədəniyyətin inkişafı sahə-
_________Milli Kitabxana_________
12
sində araşdırmaların nəticələri barədə elmi-nəzəri qənaət və mü-
lahizələr irəli sürülmüşdür.
İrəvan ədəbi mühitinin XIX əsrdə və XX əsrin 20-ci illərin-
dəki dövrü, həmçinin Aşıq Ələsgərin, Şişqayalı Aydının həyat və
yaradıcılıq yolu öyrənildiyi halda, Qərbi Azərbaycandan çıxan
çoxsaylı ədəbi simalar barədə bu və ya digər elmi-tədqiqat əsərlə-
rində ötəri söhbət açılsa da, onların yaradıcılıqları hələ geniş təh-
lilini gözləyir. Qərbi Azərbaycan ədəbi mühitinin XIX əsrdə və
XX əsrin 20-ci illərindəki dövrünün öyrənilməsi zaman-zaman
itirdiyimiz əzəli Azərbaycan torpaqlarını, ermənilər tərəfindən
xalqımızın başına gətirilən min bir fəlakətlərin unudulmaması,
gələcək nəsillərin qan yaddaşından silinməməsi, öz tarixini, əzəli,
əbədi dədə-baba yurdlarına qayıdışlarını yaddan çıxarmamaq
üçün təcrübi əhəmiyyətə malikdir. Bu araşdırmanın Dağlıq Qara-
bağın, onunla həmsərhəd olan ərazilərimizin Ermənistanın silahlı
qüvvələri tərəfindən qeyri-qanuni işğal altında saxlanıldığı indiki
zamanda orta və ali təhsil ocaqlarında öyrənilməsi də əhəmiyyət-
lidir.
_________Milli Kitabxana_________
13
I FƏSİL
İRƏVAN ƏDƏBİ, İCTİMAİ-SİYASİ,
MƏDƏNİ MÜHİTİNİN TARİXİ VƏ REGİONAL
ÖZÜNƏMƏXSUSLUĞU
Hər hansı ölkənin tarixən kimin Vətəni olmasını sübut edən
bir sıra dəlillər vardır. Bu amilləri çoxları həmin ərazilərdə gedən
tarixi proseslərin kimin həyatında baş verməsi ilə, bəziləri həmin
ərazilərdə yayılan coğrafi adların saxlanması ilə sübut edirlər.
Bunların hər ikisi mühüm əhəmiyyətə malik olan faktorlar kimi
diqqəti cəlb edir. Daha doğrusu, o amillər ki, dəyişkəndir və də-
yişdirilə biləndir, onlardan əldə edilən nəticələri əks tərəf bəzən
qəbul etməyə bilər. Çünki hər hansı qəsbkar zəbt etdiyi ərazidə
yer adlarını tez surətdə dəyişdirib, o yerləri “özününkü” edə bilər.
Və ya özünün intellektual və texniki vasitələrindən istifadə edə-
rək onları dəyişdirib, köhnə tarixlə nəşr edib buraxmaqla, son
dövrlərin coğrafi adlarının əsassız olduğunu “sübut edə” bilər.
Beləliklə, indiki yer adlarının dəyişdirilməsinin mümkünlüyü nə-
zərdə tutulan məqsədi poza bilər. Ona görə də bu və ya digər əra-
zinin kimin olmasını sübut etmək üçün dəyişdirilməsi mümkün
olmayan elə tarixi faktlardan istifadə etmək lazımdır ki, onu də-
yişdirmək və özününküləşdirmək mümkün olmasın. Zənnimcə,
belə bir fakt həmin yerdən çıxmış alimlər və dövlət xadimləridir
ki, onlar vətənlərini özlərinə soyad (nisbə, məkani təxəllüs) kimi
qəbul edərək özlərini vətənləşdiriblər.
Belə bir əzəli Azərbaycan torpağı İrəvan vilayətidir və onun
paytaxtı İrəvan şəhəridir. İrəvanda tarixən yaşamış oğuz türkləri-
nin soyadlarını əbədiləşdirən övladları haqqında xeyli məlumatlar
vardır. Bu barədə onlarla kitablar, kitabça və məqalələr yazılmış-
dır. Bu problemlər içərisində yerli kadrların vətənləşmə dərəcələ-
rini aydınlaşdıran yazılar yoxdur. Vətənləşmə yerli kadrlar arasın-
da olsa da, bu məsələ haqqında maraqlananlar çox az olmuşdur.
Yüksək sosial yetişkənliyi olan şüurlu, əqidəli hər bir insan mənə-
_________Milli Kitabxana_________
14
viyyatca vətənləşir. Vətənləşmə ideyası öz vətənini özünün adın-
da, soyadında həkk etməsindədir. Bu cəhətdən vətəndə yaşayan-
lar özlərinin doğulduğu, bəzən də yaşayıb-yaratdığı yaşayış mən-
təqəsini və ya ölkəni özünə nisbə (məkani təxəllüs) götürürlər.
Onlar dünya mədəniyyətindən bəhrələnərək, bəşəriyyətin zehniy-
yətini artırmaq üçün əllərindən gələni əsirgəmirlər.
Bu məqsədlə, məsələn, professor E.Q.Mehrəliyev tarixin də-
rinliklərinə baş vurmadan bir sıra İrəvanilər haqqında az-çox mə-
lumatları xalqa çatdırmağı özünə borc bilmişdir. Onun oxuculara
çatdırmaq istədiyi İrəvanilərdən dəfələrlə çox bu nisbədə yaşayıb-
yaratmış İrəvanilər (habelə “İrəvani” nisbəlilər) yetişmişdir. Həm
də ola bilər ki, elə böyük alimlər olub ki, İrəvani nisbəsi deyil,
onun öz dövrü üçün mühüm olan başqa bir şəhərdən (və ya əyalət-
dən) çıxan şəxs özünə həmin yeri nisbə götürmüşdür. Bu adamlar
da öz vətənlərinin əzəli Azərbaycan torpaqları olmasını sübut edən
bir fakt kimi özlərinə nisbə, “təxəllüs” seçmişlər. Belə şəxslərdən
biri haqqında məşhur tədqiqatçı Malik Mahmudov (1983) xəbər
verir ki, qədim zamanlarda yaşamış Əbül-Fədl İsmayıl ibn Əli ibn
İbrahim əl-Gəncəvi kimi böyük alim fiqh və hədis elmlərini Əli əl-
Masisi kimi mötəbər alimdən dərs almışdır. Əli əl-Masisi on
birinci yüzillikdə yaşamış böyük alim olmuşdur [132, 188].
Yuxarıdakı fakt onu göstərir ki, təkcə “İrəvani” nisbəli deyil,
Qərbi Azərbaycanda olan hər bir yerdən çıxıb, vətənini özünə nis-
bə götürən başqa alimlər də olmuşdur. Bütün bu torpaqların özü-
nün əzəli yurdu olmasını özlərinin nisbələri ilə tarixdə saxlayan
şəxslər haqqında arxivləri araşdırmaqla, qaldırmaqla onları tanıt-
maq çox zərüridir. Bu barədə yeri gəldikcə monoqrafiyanın mü-
vafiq səhifələrində söhbət açılacaqdır.
Tarixi-coğrafi mövqeyinə gəlincə qədim yaşayış məskənlə-
rindən olan İrəvan şəhəri hələ Qaraqoyunluların və Ağqoyunlula-
rın hökmranlığı dövründən Çuxur Səd viyayətinin inzibati mər-
kəzi olmuşdur.
“İrəvan xanlığının tarixinə qısa bir nəzər salsaq görərik ki,
İran və Osmanlı dövlətləri arasında döyüş meydanına çevrilən və
Dostları ilə paylaş: |