_________Milli Kitabxana_________
18
gah edən və adını tarix səhifəsinə “Paskeviç-İrəvanski” kimi yazdı-
ran rus generalının hüzuruna göndərmişdir. Şərəf bəy generala
layiqli hədiyyələr verdikdən sonra, rus təbəəliyini qəbul edərək,
bəylik silkini, bəylik xanədanını, mal-mülkünü qorumaqla yanaşı,
azərbaycanlılar yaşayan kəndlərin də İrana köç etməsinin qarşısını
almışdır. Bu, həmin Mahmud ağa və Şərəf bəydir ki, onların səcərə
rişələrindən və qol-budaqlarından düzü-dünyanı dolduran məşhur
“Hacılar nəsli” törəmiş və həmin törəmələrdən biri də ömrü mü-
barizələrdə və doğma xalqına sədaqətlə xidmətdə keçən Eyyub ağa
və onun oğlu Maqsud Hacıyev [77, 16] olmuşdur.”
Vaxtilə İrəvan xanlığı ərazisinə səfər etmiş fransız səyyahları
Jan Batist Taverniye (1655), Jan Şarden (1665) və digər Avropa
səyyahları öz yol qeydlərində İrəvan qalasından, burada yaşayan
[60, 273] əhalinin milli mənsubiyyətindən söhbət açmışdır. Səyya-
hlardan biri şəhər qalasında 800 evin olmasını və orada yalnız mü-
səlmanların yaşadığını yazmışdr: “Şəhər torpaqlarını cənub-qərb-
dən axan Qırxbulaq və şimal-şərqdən axan Zəngi çayları suvarır.
Sərdarın sarayı çox gözəl, möhtəşəm bir imarətdir...” Səyyahlar
“Xan sarayı”nın şüşəbəndli-güzgülü salonu, qalada ucaldılmış qo-
şa-qoşa əzəmətli məscidlər, iki-üç mərtəbəli imarətlər, karvansara-
lar, meydanlar, mərmər hovuzlar, fəvvarələr, möhtəşəm abidələr,
bağ-bağçalar, İrəvan həyat tərzi, onun sakinləri haqqında heyran-
lıqla məlumat vermişlər. Lakin XVII əsrin yetmişinci illərində zəl-
zələ nəticəsində yerlə-yeksan olmuş İrəvan Təbrizdən gələn Azər-
baycan vəziri Mirzə İbrahimin rəhbərliyi ilə yenidən tikildi. Şəhər
dirçəldi, əhali bərpa olunmuş evlərə qayıtmağa başladı". XVIII
əsrin ortalarında İrəvan xanlığının yaradıldığı, xanlığın əsasının
Mir Mehdi xan tərəfindən qoyulduğu, ərazisinin Ağrı vadisi, Də-
rələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşdiyi və naiblər
tərəfindən idarə olunan on beş mahalı əhatə etdiyi, İrəvan şəhərinin
bu xanlığın mərkəzi olduğu, buranın daimi aborigen əhalisinin
hamısını türklər təşkil etdiyi təkzibolunmaz tarixi faktdır.
XVIII əsrin sonlarında Hüseynəli xan və onun oğlu Məhəm-
məd xan dövründə memar Mirzə Cəfər sarayda yeni tikinti işləri
_________Milli Kitabxana_________
19
aparmış, onu daha baxımlı etmək üçün memarlığın mövcud im-
kanlarından bacarıqla istifadə etmişdi.
Səfəvilər imperiyasının süqutuna bir sıra obyektiv səbəblər-
dən şərait yaranmışdi. Şiəlik həddindən artıq şişirdildiyindən bu,
islam mühitinin daxilində parçalanmaya gətirib çıxarmış, Azər-
baycanda dini zəmində eyni bir xalqın qırılmasına, türk dünyası-
nın parçalanmasına və onun milli-tarixi birliyinin zəifləməsinə,
qardaş qırğınlarına, müharibələrə səbəb olmuşdur. Hərbi və dini
hakimiyyətin ön plana çəkilməsi Azərbaycanın təsərrüfat həyatı-
na laqeydlik göstərilməsi və həyat tərzinin tənəzzülü ilə nəticə-
ləndi. Səfəvilərin Avropa diplomatiyasının əlində vasitəyə çevri-
lərək Qərb kapitalının Şərqə, xüsusilə Türkiyə və Azərbaycana
maraqlarının mahiyyətinə varmaması nəticəsində XVII əsrdən
sonra Azərbaycan dövlətçiliyinin XX əsrə qədər davam edən tə-
nəzzülü başlandı. XVIII əsrdə uzaqgörən siyasətçi Quba xanı Fə-
təli xanın Azərbaycanı vahid dövlət kimi birləşdirmək uğrunda
inadkar mübarizəsi baş tutmadı. Bu xalqın xanlıqları arasında Av-
ropanın, xüsusilə Rusiyanın soyuq küləkləri cövlan edirdi. Özünü
imperiya elan etmiş Rusiyada bu dövlətin siyasi strategiyasını əks
etdirən I Pyotrun “Vəsiyyətnamə”si yazılmış, beyinləri şiəlik təri-
qəti ilə zəhərlənmiş fars feodalları Azərbaycanın varlığı ilə heç
cür hesablaşmaq istəmir. Həticədə formal bir müharibədən sonra
XIX əsrin əvvəllərində Azərbaycan ikiyə bölündü, həm coğrafi,
həm də dövlət müstəqilliyini itirdi. 1918-ci il mayın 28-nə, Şimali
Azərbaycanda milli dövlət yaranana qədər müstəqilliyimiz, milli
varlığımız laylaların, bayatıların ümidinə qaldı, muğamın ürək-
parçalayan hücrələrində daldalandı, həsrətlə, gizli-gizli Araza göz
yaşı axıtdı [168-100]. Hələ 1896-cı ildə Dərbəndi ələ keçirən rus
qoşunları bir neçə istiqamətdə Zaqafqaziyaya hərəkətə başlaya-
raq, ilk növbədə Gürcüstanı Rusiyanın tabeliyinə qəbul etdi.
Təəssüf ki, Quba xanı Fətəli xanın xanlıqları vahid dövlət kimi
birləşdirmək barədəki uzaqgörən, inadkar mübarizəsi uğur qazan-
madı, o dövrdə kifayət qədər gücü olan Azərbaycan xanlıqları
“mənəmlik” iddiasından yurdu yağıya qurban etdi. “Mənəm-mə-
_________Milli Kitabxana_________
20
nəm” deyən xanlardan yalnız ikisi – Gəncə xanı Cavad xan və
İrəvan xanı Hüseynqulu xan axıra qədər ruslara müqavimət gös-
tərdilər, mərdliklə vuruşdular. Gürcü əsilli rus generalı Sisianovla
Cavad xanın məktublaşması bu baxımdan ibrətamizdir.
Gəncə yaxınlığında “ Kürəkçay” müqaviləsinin (1805-ci il)
imzalanması, bu müqaviləyə görə Qarabağ xanlığının Rusiyanın
tabeliyinə keçirilməsi, Naxçıvan xanlığının tərkibində olan Meğri
nahiyəsi istisna olmaqla Zəngəzurun böyük bir hissəsinin Rusiya-
nın tabeliyinə verilməsi, 1806-cı ildən etibarən Rusiya-İran mü-
haribəsinin yenidən qızışması, rus generalı P.Kotlyarevskinin qo-
şunlarının İran şahzadəsi Abbas Mirzəni məğlub etməsi, Şəki,
Şirvan və Talış xanlıqlarını tutması, 1813-cü ilin yanvarında Lən-
kəran qalasının süqut etməsi, nəhayət, Qarabağın Gülüstan kən-
dində Rusiya və Iran arasında ikinci sülh müqaviləsinin (1813-cü
il oktyabrın 12-də) bağlanması Azərbaycanın iki imperiya arasın-
da bölüşdürülməsinin əsasını qoydu, bu, tarixə “ Gülüstan” mü-
qaviləsi kimi daxil olan sənəd imzalandı. Buna baxmayaraq, yenə
İran İngiltərənin təhriki ilə 1826-cı ildə müharibəni yenidən qızış-
dırdı, rus qoşunları tərəfindən həlledici hücumlar İran qoşunlarını
geriyə çəkilməyə məcbur etdi. Ən qanlı hücumlar isə İrəvan xan-
lığı ərazisində gedirdi. İrəvan sərdarı Hüseynqulu xan və onun
qardaşı Həsən xan qəhrəmanlıqla müqavimət göstərirdilər. Gene-
ral Paskeviçin komandanlıq etdiyi çar ordusu hissələrinin 1827-ci
il martın 13-də Eçmiədzinə daxil olması, həmin ilin iyunun 7-də
Naxçıvanı tutması, iyulun 7-də Abbasabad qalasının süqut etmə-
si, İrəvan sərdarı Hüseynqulu xanın müqavimət göstərməsinə
baxmayaraq, 1827-ci il sentyabrın 20-də Sərdarabad qalası, ok-
tyabrın 1-də isə İrəvan qalası [121-387] xaç yürüşünün [45] so-
nuncu qurbanlığı oldu.
Bu barədə S.N.Qlinka azərbaycanda məskunlaşan ermənilə-
rin Rusiya hüdudlarına köçürülməsi barədəki əsərinin əvvəlində,
xüsusən də 17-18-ci cəhifədə vəziyyət barədə geniş şərh verərək
yazmışdır: “...Paskeviçin gələcəyi görmə qabiliyyəti yenə də özü-
nü göstərdi. Lazerevin Təbrizin komendatı təyin olunması xəbəri
Dostları ilə paylaş: |