359
müqayisələr elmi nəticələrə aparıb çıxara bilir. Misirə bu
mədəniyyətin Liviyadan, Liviyaya isə Saxaradan keçməsi haqqında
fikirlər var. Bu barədə ətraflı məlumat almaq üçün Q.Linde və
E.Bretşneyderin “Do prixoda beloqo çeloveka” kitabını oxumaq
olar. Skandinaviyada Buquslen qayalarında da günəş gəmisi
fəsilləri vardır. Orada 15-20, bizdə isə 30 günəş gəmisi var.
Bizimkilər daha qədimdir. Bunu ondan bilmək olur ki, burada
adamlar sadə xətt ilə çəkilmişlər, həm də silahsız. Lena çayı
boyunda, Şişkin çaylarında da belə gəmilər az deyil, amma
günəşsiz. İslandiyada, Fransada, Alp dağında, bütün Sibirdə bu cür
gəmilərə rast gəlmək olur. Ancaq heyf ki, günəş gəmiləri lazımınca
tədqiq olunmamışdır, mənası tam açılmamışdır” (Şairin arxivindən,
1976,-VII-VIII-IX cild) [318].
Məqalədə Qaraquşla bağlı rəsmlər də mənəvi dəyərlərimizin
qədimliyindən, totemizm dövündən xəbər verir. Ən qədim
etiqadlarımız barəsində ilkin məlumatları da Qobustan qayaları
deyir. Məqalədə oxuyuruq: “Qaranquş vasitəsilə totem olmuşdur.
Onun ziyarətinə getmişlər. Qaradağın üstündə haçadağ var. Ruslar
ona “Bakinskie uşi” deyirlər. Azərbaycanlılar isə onun bir haçasını
Kərkəs, o biri haçasını Şonqar adlandırırlar. Başında tükü olmadığı
üçün bizdə Kərkəsə həmişə keçəl Kərkəs deyirlər. Şonqar kimi o
da müqəddəs quş sayılır. İndi fakir vermək lazımdır ki, o dağın
başında ziyarətgah varmı? Ehtimal üzrə belə ziyarətgahlar
olmalıdır. Qəribədir ki, Misir kosmosunun təsvirində də baş-başa
yaşayan qaraquş şəkilləri, dənizdə üzən balıqların əksi vardır...
Bizdə Cingirdağ, Yazılı təpə, Kiçikdaş dağı müqəddəs sayılır.
Cingirbabaya uzun müddət ziyarətə gəliblər. Baba sözünün mənası
“pir” deməkdir. Cingir baba - yəni Cingirpir. Cingirdağda
Sarıbaba, Sofihəmid pirləri də vardır. İlanvuranları sağaltmaq üçün
Sofihəmid pirlərinə aparırlar. Orada bir daşın üstündə bu cümlə
həkk olunmuşdur. Umad Şaki dua qoftrət (“Umad Şaki dua edib
getdi”) (Şai-
360
rin arxivindən. 1967, VII-VIII-IX cild) [318].
Məqalə ciddi həqiqətlərin qaya yaddaşını oyadan faktlarla
zəncindir. Məqalədə daha sonra oxuyuruq: “Daşlardan birinin
üstündə bu sözlər yazılmışdır: İmperator Domitiano Sezar Avqust.
Germonik. İyulius. Maksimum Legion XII. Fulminat. - Domitian
Roma imperatoru olmuşdur. Senat ilə hesablaşmayan böyük
hökmdar hakimi mütləqmiş. Arvadının əli ilə öldürüldükdən sonra
Domitianın adı ilə bağlı olan bütün izlər, nişanələr imperiya
hüdudları daxilində məhv edilmişdir. Əgər Azərbaycanda
Domitiananın adı ilə bağlı bu daş salamat qalıbsa, bu o deməkdir
ki, Azərbaycan o zaman Roma imperiyasından asılı olmamışdır.
Roma sərkərdəsi bura öz ordusunu göstərmiş, ancaq uzun müddət
duruş gətirə bilməmişdir. Yalnız yadigarını qoyub getməyə macal
tapmışdır. Belə bir daş başqa bir qüdrətli millətin, tutaq ki,
gürcülərin əlinə düşsə, onu göz bəbəyi kimi mühafizə edərlər...
Görəsən romalılar nə üçün məhz Qobustandan gəlib keçmiş-lər?
Bəlkə o zaman məşhur olan Şamaxıya doğru gedirlərmiş. Bəlkə
bulaqları olduğuna görə burada düşərgə salmışlar (Şairin
arxivindən. 1967, VII-VIII-IX cildlər) [318].
X.R.Ulutürk 6 noyabr 1968-ci ildə “Niyazi düz deyir” adlı
məqalə yazmış və həmin məqaləyə görə çox incidilmişdir. O, bu
məqaləsində “xanım”, “bəy” sözlərinə mənəvi dəyər verir və
işlədilməsini təklif edirdi. Bütün başqa soyad şəkilçilərimizə qarşı
“lı, li, lu, lü” şəkilçilərini qoyurdu. Məqalədə deyilirdi: “Cəfər
Cabbarlı, Firudin bəy Köçərli, Ənvər Əlibəyli, Əfrasiyab
Bədəlbəyli, Şəm-si Bədəlbəyli, Fərhad Belədbəyli, Fəridə
Əliyarbəyli, Mikayıl Rəfili, Nigar Rəfibəyli, Novruz Gəncəli,
İslam Səfərli, Əliağa Kürçaylı kimi ad və sayadlardakı gözəlliyə,
biçim səliqəsinə fikir verin. “Li” şəkilçisi fonetik maneəyə rast
gələndə (Məs. Əlili demək yaxşı səslənmir), “bəyli” şəklini
işlətmək xalq zövqünə və xalq dilinə
361
tam uyğundur” (Şairin arxivindən. Xəlil Rza Xəlilbəyli. 6 noyabr
1968-ci il) [318].
60-cı illərin ikinci yarısında yazılmış ədəbi-publisistik
məqalələr böyük insanlar və tarixi şəxsiyyətlərlə bağlıdır.
“Pofessor Əkrəm Cəfər danışır” (5 dekabr 1969-cu il) məqaləsi
Əkrəm Cəfər, “Qızıl gül düşür yada” (8 dekabr 1969-cu il)
məqaləsi prof. Abbas Zamanov, “Yusif Ziya Şirvanlı” (20 dekabr
1969-cu il) məqaləsi Y.Z.Şirvanlı, “Səidə-xoşbəxt deməkdir” (4
dekabr 1969-cu il) məqaləsi M.Şeyxzadənin bacısı Səidə xanım
Şeyxzadə, “Saz və tüfəng ilə” (1967) məqaləsi Laçınlı şair Səyyah
Məhəmməd, “Səngərdə doğulmuş sətirlər” (1 may 1967-ci il)
məqaləsi müharibə veteranı, Qafqaz, Ukrayna, Belarusiya və
Polşada döyüşən Əhməd Əhmədov, “Öləndən sonra da yaşayır
insan” (5 fevral 1969-cu il) məqaləsi şair İlyas İbrahim,
“Unudulmaz saatlar” (noyabr 1968-ci il) məqaləsi Hökumə Bülluri,
Söhrab Tahir, “Əyyub Şirinzadə” (24 dekabr 1969-cu il) məqaləsi
Ə.Şirinzadənin M.Şeyxzadə ilə dostluğu, “Şairin sevgilisi” (30
dekabr 1969-cu il) məqaləsi M.Şeyxzadənin həyat yoldaşı Səkinə
xanım Şeyxzadə, “Ənənə qol-budaq atır” (1968) məqaləsi
M.İbrahitmov, “Vaqif sənətinə yaraşan fırça” (18 oktyabr 1968-ci
il) məqaləsi Əli Mina Təbrizli haqqındadır. Azərbaycan minüatür
məktəbinin istedadlı nümayəndəsi olan Ə.M.Təbrizli sənətinə
yüksək qiymət verən X.Rza milli rəssamlığımızın ulu
keyfiyyətlərini bədii-publisistik axarda canlandırmışdır. Rəssamın
milli fəxrimiz Babəkə, məşhur filosof-şair Cəlaləddin Rumiyə,
dahi Xəyyama, Hafizə və Cami kimi poetik nəhənglərə, qələmi
qılıncından daha kəsərli Ş.İ.Xətaiyə, həmçinin Səttarxan və
Xiyabani kimi qəhrəman şəxiyyətlərə həsr etdiyi tablolar öz realist
qüvvəsi, xəlqçiliyi və bədii yetkinliyi və istedad işığı ilə
unudulmaz təsir bağışlayır” (Şairin arxivindən.18 oktyabr 1968-ci
il; XXI cild, oktyabr 1968 ci il, 13 yanvar 1969-cu il) [318].
Dostları ilə paylaş: |