67
Ərzin bağrındadır şeirin kökləri
Şair baxışından od-alov törər.
Addımı yerləri, əli göyləri,
İdrakı Vətəni genişləndirər.
(“Sevdiyim
sənətkara”)
Mövcud milli “Mən” özünün böyüməsini, inkişafını, çəkişib-
bərkiməsini Vətənə yaxınlaşmağında görür:
Nəyisə, kimisə qocaldır illər,
Mənsə çaylar kimi aşıb daşıram.
Nə qədər çəkişib-bərkiyirəmsə
Vətənə o qədər yaxınlaşıram.
(“Vətən”)
Xəlil Rza Ulutürkün mənlik şüuru, məslək və əqidə yaşantıları
60-cı illərin şeirlərindən başlamışdır (“Vurulmuşam mən sənə”
(1965), “Vətən”, “Saçlarıma dən düşür” və başqaları). Şairə görə
məsləkə, məfkurəyə yetəndə Vətən doğulur, milli özünüdərkə
çevrilir:
Məslək vuruşunda, səngər başında
Kişi qeyrətindən doğulan Vətən!...
* * *
Vətən - özümüzü dərk etməyimiz,
Daim
fikrimizin
yeniləsməsi.
Milli “Mən” yalnız Vətəni özünüdərklə hüdudlanmır. O, özünə
geniş mənada “Mən Şərqəm” fəlsəfi bütövlüyündə yanaşır. Qərbi
də özündə birləşdirməklə dünyanı, bəşəri dərkə can atır. Onun fikir
tutumunda Günəş - Tanrı kainatın, həyatın yaradıcısıdırsa, Şərq də
mədəniyyətlərin və nemətlərin beşiyidir. Çünki Günəş elmi
anlayışda həm də Şərqdən doğandır. Şərq və Şərq mədəniyyətləri
isə “Güqamış”dan (“Bılqamıs”) üzü bəri bütün elmin və
incəsənətin beyişidir. Qərbin özü bu mənada Şərqdən baş almış,
Qərbin mədəni-elmi inkişafı da Şərqdən başlanğıc
68
götürmüşdür:
Bu gün Şərq inqilablar, təlatümlər vətəni,
Mənsiz təsəvvür etmə bəşər səadətini
Şərqəm, elə Şərqəm ki, qərblilər də mənimdir
Hamlet öz doğma balam, Şekspir də mənimdir.
(“Mən Şərqəm”)
Xəlil Rza Ulutürkün anlamında mənlik şüuru - onu bəşəri
məhəbbətə, qurub-yaratmağa aparan başlanğıcdır. O, dərk
olunanda insan özünü tapa bilir:
Sən ey Mənliyini dərk edən İnsan,
Özünü dünyanın bəxtəvəri san.
Qanında məhəbbət atəşi varsa,
Aləmin ikinci yaradanısan.
(“Dördlüklər”)
Milli mənlik şüurunun təzahürü vətəndaşlıqdır. X.R.Ulutürkdə
Vətəndaş ideyasının da mənbəyi Vətən və xalqdır. Bu ideya milli
ideal, məfkurə və xalq taleyinin daşıyıcısı kimi qərarlaşır.
X.R.Ulutürk yaradıcılığında milli-azadlıq hərəkatının doğuşunda
həmin ideyanın tarixi rolu olmuşdur. Şair Azərbaycanı vətəndaş
oğullarına görə sevir:
Vətəndaş olmasa, boş şeydir Vətən!
Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı oğullarıdır!
(“Tamam doğmayan günəş”)
İnsanın dəyər və meyarı mənlikdir. Əxlaqi keyfiyyət olan mənlik şair
düşüncələrində xislət deyil, şüur formasıdır, millətə mənsub olan
müəyyənlikdir. Mənlik şairin humanizmində bəşəri mahiyyətdə, dünyəvi
dərkdədir:
Mənliyi olmasa fırlanarmı Yer,
Yaşada bilərmi bəşəriyyəti.
Ulu kainata sən bir fikir ver,
Mənlikdən yaranmış onun qüdrəti!
(“Mənlik”)
X.R.Ulutürkün milli mənlik şüuru həm öyüd-nəsihət, di-
69
daktika, həm də təbliği, səfərbəredici ruhdadır. Bunlar çox zaman
ortaq başlanğıcda təzahür edir:
Bəli, nə poladdır, nə pambıq, nə neft,
Vətən - susdurulmaz kişi ruhudur.
Sən öz mənliyini döyüşdə kəşf et,
Mənliyi yoxdursa, şir də ahudur.
Lirik qəhrəman Vətən əxlaqı və şəxsiyyətin bütövlüyündə -
vətəndaş kimi reallaşır. O, tədricən milli xarakter olaraq
yetkinləşir, həyat və mövcudatla nəfəs alır, xarakterləşir, bədii
keyfiyyətə çevrilir:
Kişi mənliyindən başlanır Vətən,
Vətən susdurulmaz kişi ruhudur.
Lirik qəhrəman özünün mənəvi dəyərlərini: nifrət və sevgisini
ifadə edəndə milli mənsubiyyətə görə müəyyənləşmir, məhdud
səciyyə daşımır. O, dünyəvi mahiyyətdə duyulur, dərk olunur, ona
görə şairin milli xarakterində bəşəri dəyərlər müəyyənləşir. X. R.
Ulutürkün lirik qəhrəmanı milli xarakterə, oradan da bəşəri olana
doğru üz tutur:
Möhtacı deyiləm hələ heç kimin,
Mənim nifrətimin, mənim eşqimin
Kökləri dünyanın mərkəzindədir.
(“Mənim keçmişimi tərifəyirsən”)
Xəlil Rzanın baş qəhrəmam Azərbaycandır. Şairin “Mən”i və
mənliyi də ona görə müəyyənləşir. Azərbaycan - Vətən
ideyalarının əsasında milli ideal, xalq taleyi dayanır:
Sən elə bilmə ki, baxıb Araza,
Ayna
qabağında dayanır Vətən.
Yaşı milyardsa da... mərd bir oğlunu
Taparkən... yenidən yaranır Vətən!
Sənətkar Azərbaycan, xalq, millət haqqında düşünəndə təbii olaraq
doğma ana dili haqqında da düşünür - 60-cı illərin əvvəlindən alıb gəldiyi
ideyam vətəndaşlıq mövqeyini daha ciddi əks etdirir. “30 il öncə şairin
ana dilinin saflığı, təmizliyi uğrunda mübarizəsi – “Ana dili” şeirinə
edilən haqsız hücumlara görəsən Xəlil Rza necə dözüb? “Məndən başlanır
Vətən”