61
Turanın vicdanı bir,
Dini
bir,
vatanı bir,
Fəqət həpsi ayrılır,
Olmasa
lisanı bir.
Vaxtilə dilə etinasızlığı Sabir və Abbas Səhhət əsərlərində
poetik qüvvətlə səsləndirmişlər. M.Ə.Sabir istehza ilə: “Türk qəzeti
versə də əqlə ziya, Mən onu almam əlimə mütləqa”, A Səhhət isə:
“Türk dilini sevməyir, nə “Həqiqət”, nə də “Günəş” oxuyur,
Yalandan Homer, Kant, Marks, Bualo deyir” - deyə yazmışdır.
Xalq şairi S.Vurğun İran irticasının dilə olan etinasızlığına qarşı
belə demişdi:
“Söylə, səni xor baxırsan mənim ana dilimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli.
Sənmi türkə “xər” deyirsən, ulusuma, elimə
Qoca
Şərqin şöhrətidir Füzulinin qəzəli”.
Ana dilini bilməyənlər, bəyənməyənlər, işlətməyənlər və ona
hücum edənlərə qarşı Ə.Kərim, B.Vahabzadə, S.Tahir,
N.Həsənzadə də kəskin mövqedə dayanmışdır. S.Rüstəmin: “Mən
sənin dilinə dəymirəm, cəllad, gəl sən də bu ana dilimə dəymə”
misraları təhdid xarakteri daşıyırdı. B.Vahabzadə yabançılara:
“Özgəyə dilini öyrən deyirsən, özünsə, bu dili bəyənməyirsən” –
deyə lağ edirdi. S.Tahirin etirazı da kəskin idi: “Mən istərəm:
güllələrlə, nidalarla dola dilim, başqasının əlində yox, öz ağzımda
ola dilim”. O, doğma ana dilində qılınc tiyəsi kimi itilik, layla
nəğməsi qədər həzinlik, zəriflik hiss etmişdir. İnqilabın qapısını
tay-tay açan dilim mənim. O qılıncın tiyəsinə, o laylanın
nəğməsinə bələklənib gələn dildir”. N.Həsənzadənin də ana dili
haqqında fikirləri, onu milli sərvət kimi dəyərləndirməsi də
əhəmiyyətlidir: “Dil xalqın verdiyi ən böyük əsər, onun qoynu isti,
qanı təmizdir. Adicə vurğular, ya işarələr min illik mənəvi
sərvətimizdir”.
Şəhriyar dilə etinasızlara Arazın o tayından belə çağı-
62
rış, xitab etmişdir: “Türkün dili tək sevgili, ehzazlı dil olmaz”.
X.Rza 60-cı illərdə “Ana dili” (“Laylam mənim, nərəm
mənim”) “Dəlidağ”, “Məftillə sarınmış yaralar” kimi əsərlərinə
görə ictimai-bədii mühitdən mümkün qədər təcrid edilmiş, o isə
mövqeyindən dönməyərək, dissident olmaq dərəcəsinə gəlmişdir.
Faktlara müraciət edək:
“Məni hər addım başı təhlükə gözləyir - dərrakəsi, Vətən eşqi,
partiya əqidəsi olmayan miskin adamlar tərəfindən olan təhlükə.
Lakin bundan ötəri bütöv bir ailəni məgər üç gün qan-yaş içində
qoymağın faydası varmı?
Axı mən Lənkəranda, Astarada, Masallıda elə bir söz
deməmişdim ki, bundan ötəri məsələm müzakirə olunsun. Bəlkə
sən (bədxahları, əleyhdarları nəzərdə tutulur -Ə.Ə.) mənimlə
Naxçıvan, Ordubad, Şahbuz görüşlərinə getmiş olaydın? Mən o
yerlərdəki çıxışlarımda ehkamçılara, dargözlərə, partiya deyə-deyə
partiyaya zərbə vurmağa hazır olanlara qarşı nifrətimi gur səslə
elan etmişəm. Mən hələ də o yerlərdən məktublar almaqdayam. O
məktublar belə bəd ayaqda mənə qüvvət verir. Tutduğum yolun
doğruluğuna məni inandırır. Mən bəzən belə bir axmaq fikrə
düşürəm ki, bir halda ki, Azərbaycanda qüdrətli adamların sayı bu
qədər azdır, baş götürüb Özbəkistana, yaxud qeyri yerə
getməliyəm. Məni bundan sonra da sıxışdırsalar, çap imkanı
verməsələr başqa çarəm qalmayacaqdır” (Şairin arxivindən. Xəlil
R. 2 mart 1962. B.,)[318]
Əlbəttə, Xəlil Rza öz xalqının vətənpərvəri olmuş, öz ömrünü
xarici ölkələrdə yaşamaqda, dissident olmaqda yox, Lefortovolara
gedilən yolda görmüş və bundan saqınmamış, usanmamışdır.
Sənətkar ana dilinə münasibətini bir sıra əsərində ifadə etmişdir.
“Ata borcu” şeirində şair “Mən”i ata ocağından güc alır, hər cür
sərvətdən imtina edir. Onun poetik baxışında ana dili bala ruhuna
ana südü kimi içirilməlidir.
63
Lirik “Mən” öz dilini yaşatmaq üçün başqa dillərin öyrənilməsini
də gərəkli bilir. Ona görə Təbər, Xəzər, Quzğun, Urqut, Heydər
Baba, Elbrus və Qoşqar doğma ana dilinin şöhrət zirvələridir. Şair
“Mən”i ikinci dünyası bildiyi ana dilinin sabahından da nigarandır.
“Xiyabani yurdunda” şeirində fil olub, belində tülküləri daşıyan
xalqının, Nəsimiləri dünyaya sığmayan millətinin cənubda dörd
sinifli anadilli bir məktəbi olmadığına belə dözə bilmir. Buna görə
də Təbriz valisinə xəbərdarlıq edir ki: “Dilimə xor baxanın
qopardaram dilini”, “Laylam mənim, nərəm mənim” şeirində layla,
bayatı həlimliyində bildiyi ana dilini həm də zamandan-zamana,
əsrdən-əsrə vuruşa-vuruşa yol gələn davamlı bir dil bilir, ona
Babək qılıncının davamı, o sahili bu sahilə birləşdirən polad körpü,
qılınc və günəş kimi baxır və iftixar hissi keçirir.
X.R.Ulutürkün poeziyasında dil əxlaqda, mənəviyyatda
özüldür. Milli dilə verilən qiymət yalnız milli düşüncənin şüurdakı
səviyyəsini əks etdirmir, o, həm də məfkurədir, özəli və əbədi olan
varlıqdır:
Mənim dilim Göygöyl, Xəzər,
Mənim dilim Şahdağımdır!
Qoy dilçilər öcəşsinlər,
yoxdur bəhsə meylim mənim.
Heç bir dildən əskik deyil,
Bəsərin dil ağacının
Şah budağı dilim mənim!
(“Laylam mənim, nərəm mənim”)
XX əsr Azərbaycan poeziyasının milli dəyərləri özünü, əsasən,
60-cı illərdən qabarıq təzahür etdirmişdir. Lakin bu, o demək deyil
ki, milli cizgilər ədəbiyyata həmin illərdə gəlmişdir. Bütün
dövrlərdə Azərbaycan sənətkarlarının bədii təfəkküründə folklora,
milli ənənələrə söykənmə keyfiyyətləri güclü olmuşdur. Bu,
S.Vurğun və O.Sarıvəlli yaradıcılığının xəlqiliyini şərtləndirmişdir.
Ümumtürk bədii təfəkküründə C.Məmmədquluzadənin
Dostları ilə paylaş: |