124
Xalqın psixoloji-mənəvi və tarixi yaddaşı
na “Davam edir 37” əsərindən daha gur işıq düşür. Xəlil Rza “otun,
suyun, torpağın da, söndürülmüş ocağın da” yaddaşını oyadır,
fikrimizi geriyə - tarixin keçib-gəldiyi yola qaytarır, “haqq” bağırıb
boğazlara qurquşun tökdürən markaryanlar, qriqoryanlar,
topuridzelər və cincəfərlərin əməllərini xatirimizə gətirir,
yaddaşımızı oyaq saxlayır:
Yox, unuda bilmərik biz iş başında omba duran
gürzələri.
Naxçıvanda DTK-da çirrnək qollu dilavəri,
Alnı kərpic, gözləri tum... mirzələri.
Əllərində daşdan keçən casusnamə ərizələri,
Tribunadan “Vətən” deyə, “Millət” deyə vəz
eləyən hərzələri.
Şair vətən taleyini, xalqa dəyən maddi-mənəvi zərbələri
ümumiləşdirmək üçün sosial-siyasi hadisə və faktlara fərdi
münasibət bildirir. Onun fərdiləşdirmələrində “bircə üskük şöhrət,
göz dikdiyi sərvət üçün mənliyini satanlar, “daloy-muğam, tar, saz,
hətta, papaq deyib ...lığa batan”lar, “xəyanətə qurban gedən tər
bənövşə, bahar Müşfiq”lər inikas etdirilir:
Xəyanətə qurban getdi neçə igid,
Pensnelli, zər əsalı, nur heykəlli ulu Cavid.
Qurban getdi dağ büllurlu Yusif Vəzir
Yalçın qaya Əhməd Cavad
Qoç Koroğlu Sanı oğlu Hacı Kərim
Ulduzları salxım kimi göydən dərən Çobanzadə
Bəkirimiz.
Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz.
(“Davam
edir
37”)
Təpəri, kəsəri, hünəri güllələnmiş xalq tarixi keçmişindən ibrət
dərsləri götürür, taleyi və idealları haqqında düşünür. Düşünür ki,
bəlkə “o dəhşətli yanğınlar” bitdi. Fəqət bitdimi? Elə bilmə o
dəhşətli yanğm bitdi, bitdi, getdi. Hələ durur, davam cdir 37.
Şair qəlbi Xalqından, Vətənindən nigarandır, onun bu
125
günündən arxayın deyildir. Çünki:
Nə qədər ki, bir milləti yetmiş yerə
bölənlər var
Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var.
Nə qədər ki, kabineti, vəzifəni
Gözlərinə təpənlər var,
Nə qədər ki,
Demokrati!
Aşkarlama! - deyə-deyə boğaz yırtır
bu züyçülər, zurnaçılar, şeypurçular,
Nəqədər ki, cəzasızdır
Xankəndində evlər yıxan, ürək yıxan yırtıcılar,
Davam edir 37-
Daha kəskin, daha ciddi!
Sənətkar ruhu qırılmayan, haqsızlığa üsyan qaldıran xalqını
ayıq-sayıq olmağa, haqsızlıqlara boyun əyməməyə, siyasi səbata,
əzmə və mübarizəyə çağırır:
Diqqət! Diqqət!
Qapamasın gözlərini haray-həşir, çığır-bağır.
Qəzetləri lal eləmək xalqı lal etməkdən ağır...
Ruhun hələ ölməmişsə hayqır-bağır:
Nə qədər ki, sıxıb məni limon kimi sümürən var,
Sümüyümü gəmirən var,
Nə qədər ki, Ovçarenko dəstəkləyir Balayanı,
Milli gəda Boroviki, Ağanbekyan min ilanı,
Nə qədər ki, canımızda qan sorucu min gənə var,
Mənim isti sözlərimə soyuq baxan biganə var,
O xəyanət sanma bitd
Davam edir 37.
Xəlil Rza Ulutürk xalqı ideoloji-siyasi cəbhədə birliyə çağırır. Onu
azadlığına, tarixi ideallarına qovuşdurmaq üçün yenidən hazırlamağın
zəruri olduğunu dərk edir, ideologiya cəbhəsinə keçir, “Kişi bətni”
əsərində sosial-siyasi həyatın, hakimiyyət strukturlarının oynadığı
oyunlara ümumiləşdirici
126
nəzər yetirən şair “qananlara qurdu ulayan qanmazlar, alçaqlar,
xalqı öz əli ilə susduran kütlər, qəbrini özünə qazdırmaq üçün irəli
çəkdirdiyi vəzifəbaz, xalq üçün düşməndən də qorxulu olan milli
simasını itirmişlər, pul basıb satqınlar şəbəkəsini bərkidənlər, qan
ləkələrini ört-basdır etmək üçün döşünə medallar basanlar” arasına
tarixi ziddiyyətləri görür, onların mahiyyətinə, səbəb və
nəticələrinə varır, qəti hökm çıxarır ki:
Ürəyim qışqırır! Ağlım deyir: - Sus!
Bu qədər soyğunçu, bu qədər casus.
Bu qədər qəlbi kar, ürəyi çopur,
Bunca ikiüzlü, üçüzlü, hətta
Yüzsifət, minsifət varsa həyatda,
Demək, bu dağılmış dağılmalıdır!
Yeni bir, cəmiyyət doğulmalıdır!
Şair qəti əmindir ki, “gediş böylə gedə bilməz, belə gediş tez-
gec boğulmalıdır”:
İşlər böylə getsə... böylə getməsin!
Getsə bu gedişi boğacağam mən.
Bütün Azərbaycan övladlarını
Öz kişi bətnimdən boğacağam mən!
80-ci illərin əsərləri içərisində “Yaşasın Xalq Cəbhəsi” (1989),
“Gəlir böyük Azərbaycan” (1986-90) şeirləri Ulutürk idealını, xalq
taleyi, vətənçilik və xalqçılığın ifadəsi olan şerlər kimi xüsusi yer
tııtur. Həmin əsərlərdə çağdaş zamanın -80-ci illər milli azadlıq
hərəkatının siyasi-psixoloji doğuşu po-etikləşdirilir.
“Gəlir böyük Azərbaycan” əsərində xalqın istiqlal məfkurəsi,
mövqelər, cəbhələr, ideologiyalar müəyyənləşir. Tarixin həqiqətləri
təzadlarda, antoqonist ziddiyyətlərdə, əksliklərin mübarizəsi və
vəhdətində üzə çıxdığına görə şair də təzadlara üstünlük verərək,
xalqın gücünü, səbatını, sarsılmazlığını, əyilməzliyini təcəssüm
etdirir. Özü isə xalq, azadlıq, müstəqillik məfkurəsini yaşatmaq və
uğrunda mübarizə aparmaq məqamında müəyyənləşir.
Xalqçı şair inanır ki, xalqla milli “Mən”i arasında qalan,