118
ləyaqətlidir. Çünki “nəfəs haqdan gələndə sal qayanı da dəlir”:
Döyüş gedir cahanda, şərəf naminə döyüş,
Silah düşsə əlindən dişlə, dırnaqla döyüş!
Dırnaqların üzülsə, kirpiklərinlə döyüş
Kirpiyin külə dönsə, yan, ciyərinlə döyüş!
Sənin ki, od nəfəsin bir az dərindən gəlir
Alov, atəş yurdunun öz təndirindən gəlir.
Nəfəs haqdan gələndə sal qayanı da dəlir!
“Bizim Zeynal” şeirində xalq doğruya, düzlüyə olan bağlılığın
bədii təcəssümü kimi canlanır. Şəxsiyyətlər həyatı, əməlləri və
nurlu taleləri ilə xalqı aldatmayıblar. Şeirin də müasirlik məziyyəti
budur ki, hakimiyyətlə xalq arasında birlik, tənasüblük olmalı,
hakimiyyəti təmsil edənlər xalqı aldatmamalıdırlar. Ucalığın
meyarı düzlük və təmizlik olmalıdır:
Xalq içində hörmətlilər doğruluğu tanrı sayıb,
Heç vaxt xalqı aldatmayıb, heç vaxt yalan danışmayıb.
Şairin hakimiyyət və sənətkar qarşısında qoyduğu tələb budur:
Çəkməçidən nazirədək dərk eləsin hamı bunu -
El gözündə ucalanın neçin uca olduğunu.
Şah İsmayıl Xətaiyə həsr olunmuş “Göylərdən gələn kişi”
əsərində xalqa məxsus olan müəyyənlik vüqar və iqtidar, qılınc və
qələm, birlik və vəhdət, haqq və vicdandır! Xalqın milli qürurunu,
azadlıq və mənliyini tərbiyə edənlər tarixi qəhrəmanlar, yanar
zəkalardır! Onların timsalında təcəssüm olunan milli özünüdərk və
əbədiyaşarlıqdır!
Sənətkar, naqis olana qarşı milli idealı qoyur. Dövrün psixoloji
təzadlarını milli vətəndaşa çatdırmaqla həqiqəti, ideal olanı dərk
etdirmək istəyir. İstəyir ki:
Xalqın yaman günündə, qan qaraldan günündə,
Məhəbbət qıtlaşanda, sədaqət qıtlaşanda,
Hiyləgərlik, tülkülük öz həddini aşanda,
Bazarda balla şorun qiyməti bir olanda,
Məhkəmədə canivlə hakim əlbir olanda,
119
Alimi susduranda bir nadanın öyüdü,
Qorxaq ələ salanda qəhrəmanı, igidi,
Qara ağdan, namərdlər mərddən seçilməyəndə,
Mənliyi olmayanlar, “mənəm-mənəm” deyəndə,
Namus qızıl taxtından, qeyrət gözdən düşəndə,
Odu, közü hər yetən öz önünə eşəndə
Qızılgülün yerində qaratikan bitəndə,
Sözün, şeirin meyarı ilim-ilim itəndə,
Lapdan çıxır ortaya, gəlişi möcüzəli,
Şah İsmayıl Xətai, ya Məhəmməd Füzuli!
Xətai və Füzuli, Qılınc və Qələm - bu birlikdəki vəhdət zamanı
silkələyəndir! Xalqa, millətə “Dur! Qalx! Ya da öl!” - deyəndir.
Fəqət:
Gözü götürməyənlər, iman gətirməyənlər,
Başı gora əsənlər, yıgmağa tələsənlər,
Tanqahının üstündə əsim-əsim əsənlər,
Ziyankar cücü kimi sucaqda yaşayanlar
Qoltuqda girlənənlər, qucaqda yaşayanlar,
Qoyma! Məlundur- deyə haray-həşir təpərlər,
Zəncir çeynər, tələsik od üstə su səpərlər.
Fəqət sönməz, qaralmaz xalqın, haqqın vicdanı -
Şah İsmayıl Xətai, Xiyabani, Ərani.
Sənətkarın qənaəti budur: xalq ləkə götürmür. Xalq işi haqq
işidir! Xalqın birliyinə, yüksəlişinə mane olanlar “zəqqumlar, kor
qaranlıqlardır”!
80-ci illərin əsərlərində Xəlil Rza Ulutürk ifşaçı, cəmiyyətə
müxalif şair mövqeyi ilə fərdiləşdiyinə, milli ideoloq və məfkurə
carçısı olduğuna görə həmin əsərlərin fitrətində də “Xalqın, haqqın
vicdanı” - mövcud milli “Mən” - ideal dayanır.
Mütəfəkkir şair ideoloq, mücahid kimi milli idealını, şüur və
məfkurəsini təcəssüm etdirir. Onun milli “Mən”ində xalq məfhumu
və mənasının ifadəsi qüvvətlidir. “Mənə bənzə” (1981) əsərində
müəllif xalq adından proqramını, məramnaməsini obrazlı surətdə
elan edir:
120
Ömrüm, günüm, mən hardayam gör bu gün də
Qətran buludlara qarşı ildırımlar yürüşündə!
Ciyərimi bac istəyən ölüm-dirim döyüşündə. ...
…İlkallahım, son allahım, mübarizə!Mənə bənzə!
Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə,
Məramımdır mübarizə! Mənə bənzə!
Xəlil Rza antipodların simasızlığını, ləyaqətsizliyini
göstərərkən, vətəndən, xalqdan, stuldan xeyirləri üçün istifadə edən
hiyləgərlərin obrazını yaradarkən, mənfinin əməllərini müxtəlif
psixoloji məqamlarda ifadə edir, qəti mövqeyini bildirir. Onun
qələmində mənfi tip “vətənin cəsur oğullarını şikəst etmək üçün
tələ quranlardır, dünən güllə ilə vurulanların nəslini indi sözlə
vurmağa hazır olanlardır”, mənəvi cılızlar, xəbislər, miskinvə
dargözlərdir:
O dar gözlərini aç, məni tanı,
Mikayıl Müşfiq yox, Xəlil Rzayam.
Otuz yeddidə yox, səksən yeddidə
Açan qanlı güləm, eşqəm, arzuyam.
(“Haçan,
hansı yerdə”)
Vətən və xalq sənətkar dünyabaxışında tanıdır, bütövdür, bu
səbəbdən də ona özünü bütövlükdə həsr edir:
Haçan, hansı yerdə bu məmləkəti
Özümə ən yüksək bayraq seçmədim?
Sərvəti, şöhrəti, eyşi-işrəti
Çürük xəzəl kimi basıb keçmədim?
(“Haçan,
hansı yerdə”)
Sənətkar özünü xalqın həyatına, xidmətinə verdiyinə görə onun
adından danışmağı da haqlı, səlahiyyətli bilir:
Vətənmi? Silsilə dağlardır vətən,
Bəlkə də ən yüksək zirvəsi mənəm.
Nəsihət verməsin mənə hər yetən
Mən özüm az qala xalqam, vətənəm.
(“Haçan,
hansı yerdə”)
İfşaçı şair 80-ci illərdə (1985-1987) yazdığı şeirlərində düzgün
qiymətləndirir ki, xalqı geri qoyanlar, onun adını hör-
Dostları ilə paylaş: |