106
mənəvi yaddaşı kimi qiymətləndirilir:
Cövhərini səndən aldı
Neçə yaqut, neçə kaşı,
Ey iki min beş yüz illik
Səmərqəndin özül daşı!
Dinlə, mənə nələr deyir
Canımdakı şəlalə qan!
Qızıl qala, Canbaz qala,
Kiçik təpə, Sarı kurqan.
Daşkənd, Bozad, Göyçə,
Şorgöl, Bori qazqan,
Tənir qazqan.
Varlığıma qüvvət gəlir
Adlardakı doğmalıqdan.
X.R.Ulutürkün türk qövmləri haqqında şeirləri, onlardan
qiymətli tərcümələri həm estetik, həm də ideoloji olaraq sənətkarın
türkçülük məfkurəsini canlı və təravətli əks etdirir.
Vətənçilik. Türkçülük, xalqçılıq və vətənçilik əslində biri
digəri
ilə qarşılıqlı və asılı münasibətlərdə olan məfkurələr sistemidir.
Türkçülük və xalqçılıqdan əvvəl vətənçilik müəyyənliyi vardır.
Vətənçilik əslində fərdin türkçülük və xalqçılıqdan əvvəl
seçmədiyi, lakin tale, tanrı yazısı kimi qəbul etdiyi məkanı, yurd-
ocağıdır. Vətənçilik geniş anlamda türk dünyasına - türk yurdları
və ellə-rinə, turançılığa nəsib olmuş ortaq başlanğıc və sonucdur.
Lakin Vətənçilik təkcə tanrı, tale yazısı ilə müəyyən ərazi daxilində
yaşamaq yox, ictimai-tarixi və xəlqi normalar daxilində şüurlu,
məqsədyönlü fəaliyyət məfkurəsidir. Şübhəsiz, Vətənçilik anlamı
könüllü məkan seçimi demək deyildir. Vətənçilik ruhu və
düşüncəsini fərdin vətən əxlaqı və təfəkkürü hazırlayır. Vətən
əxlaqı daha geniş ölçüdə mahiyyət və məzmun daşıyır. Bunu
sistemli surətdə ifadə etmiş olsaq, buraya borc, məsuliyyət, ədalət,
həqiqət, sədaqət, əxlaqi münasibət, şüur, mərhəmət, vəzifə,
107
məhəbbət, alicənablıq, adət-ənənə, davranış, həyat normaları,
hüquqi, dini və siyasi vərdişlər, xeyirxahlıq, xeyir-şər, haqq,
bəşərilik, sinfilik, millilik, milli mənlik şüuru, tərbiyə, təhsil,
kamillik, psixoloji-mənəvi münasibətlər daxildir. Vətən əxlaqı
tərbiyə və idrak prosesində gündəlik yığılan psixoloji-mənəvi və
sosial münasibətlərin məcmusudur.
Vətənçilik və ya vətən əxlaqının hazırlanması bədii şüur və
təfəkkür sahəsində xalq yaradıcılığından, bayatılarımızdan tutmuş
N.Gəncəvinin “Xəmsə” əsərləri, N.Tusinin “Əxlaqi Nasiri”,
Nəsimi və Xətainin “Nəsihətnamə”ləri, A.Bakıxanovun “Təhzibül-
əxlaq”, “Kitabi-nəsayeh”, “Riyazül-qüds”, “Eynül-mizan” əsərləri,
Q.Zakir və S.Ə.Şirvaninin mənzum əxlaqi hekayələri, B.Va-
habzadənin didaktik şeirlərinə qədər və çağdaş ədəbiyyatımızda
yaranmaqda olan əsərləri qeyd etmək olar. Vətənçilik əxlaqının
formalaşmasında bədii şüur sahibi olan ziyalılar əhəmiyyətli rol
oynayırlar.
Vətən əxlaqı geniş mənada dünyəvi xarakterdə olsa da, əslində
nə qədər ki siniflər, ictimai mülkiyyətlər, münasibətlər, istehsal
üsulu, iqtisadi-sosial quruluşlar mövcuddur, o qədər vətən əxlaqı,
vətənçilik sinfi, milli səciyyə daşıyır; o, milli həyatın səciyyəvi
xüsusiyyəti kimi meydana çıxaraq, milli əxlaq və özünüdərkdə
təcəssüm olunur. Bu baxımdan dünyəvi-milli şairlərin təlqin
etdikləri vətənçilik ideyaları və ruhu təbii olaraq, sinfi, milli və
siyasi xarakter daşıyır. Bu baxımdan vətənçilik məfhumu nisbətən
məhdud mənada türkçülük, turançılıq məfhumudur. Türkçülüyün
böyük vətəni əslində Turandır, turançılıqdır. Vətənçilik milli-
spesifik səciyyə daşıdığından əslində elə o, həm də
azərbaycançılıqdır. Çünki azərbaycançılıq geniş
mənada
türkçülükdür. Azərbaycançılıq milli mahiyyətdə olduğu qədər
xalqçılıqdır.
Vətənçilikdə müəyyən mənada azərbaycançılıq ehtiva
olunduğuna görə o, həm də siyasi məqsədlər izləyir, yəni
108
mənəvi-milli azadlıq,
müstəqillik, milli mənlik şüuru, ictimai-tarixi
borc və vəzifə, bəşəriyyətin tarixində layiqli yer tutmaq, milli
özünüdərk və dövlətçilik təfəkkürü, özünütəsdiq və cəhd idealları,
məsləki daşıyır. Azərbaycançılıq geniş mənada türkçülük,
islamçılıq və ümmətçilik olduğu üçün həm də xalqçılıqdır. Deməli,
Vətənçilik də xalqçılıqdır.
Xəlil Rza Ulutürk yaradıcılığında vətənçilik, xalqçılıq və
türkçülük önəmli görünən məfkurədir. Şairin türkçülük və Vətən
əxlaqı məsələləri ilə bağlı bədii şüur və ideyalar sistemi
araşdırıldığından burada yalnız Vətənin bütövlüyü probleminin
bədii qoyuluşunu araşdırmaq məqsədini izləyəcəyik.
Vətən taleyi Xəlil Rza Ulutürkün şəxsiyyət və yaradıcılığında
ciddiyyəti ilə görünən fikir qaynağıdır. Vətənin bütövlüyü yalnız
əxlaqi-estetik keyfiyyət deyildir, o, hər şeydən əvvəl milli tarixi
vicdanı oyatmaq və özünəqayıdışdır. Ciddi, ağır istiqlalçılıq borc
və vəzifəsi dünya-bəşər tarixində şərəfli yer tutmaq, yaşamaq haqqı
və əzmidir. Buna görə də bu kəsik məmləkətin “vəhdəti-vücudu”
zaman-zaman şair ruhunu əzmişdir. Cənubi Azərbaycan (Güney)
mövzusu X.R.Ulutürk yaradıcılığında aparıcı mövzulardan
olmuşdur.
Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra ölkənin
Cənubu
İran
ərazisinə qatılmışdır.
İstiqlalçı yazıçı
Y.V.Çəmənzəminlinin yazdığı kimi, “biz türklər rus qılıncı zoru ilə
Rusiyaya tabe olmuşuq. Amma bu yüz ildə bəzi barədən
istiqlaliyyətimizi əsla unutmadıq” [42, s.30].
Zaman keçdikcə İran hökuməti Cənubi Azərbaycan əhalisi və
ərazisi olmasın deyə onu ostanlara ayırmış və azərbaycanlıları
farslar içərisində əritmək siyasəti yeritmişdir. M.İbrahimov
demişkən, “Azərbaycanın bütün hakim və məmurları farslardan
təyin edilir. Azərbaycan xalqı milli zülm altında saxlanılır. Bütün
bunlar Azərbaycan xalqında mürtəcelərə və hakim fars
şovinistlərinə qarşı