Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə34/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   30   31   32   33   34   35   36   37   ...   131

 

106


mənəvi yaddaşı kimi qiymətləndirilir: 

Cövhərini səndən aldı 

Neçə yaqut, neçə kaşı, 

Ey iki min beş yüz illik 

Səmərqəndin özül daşı! 

Dinlə, mənə nələr deyir 

Canımdakı şəlalə qan! 

Qızıl qala, Canbaz qala, 

Kiçik təpə, Sarı kurqan. 

Daşkənd, Bozad, Göyçə, 

Şorgöl, Bori qazqan, 

Tənir qazqan. 

Varlığıma qüvvət gəlir 

Adlardakı doğmalıqdan.  

X.R.Ulutürkün türk qövmləri haqqında  şeirləri, onlardan 

qiymətli tərcümələri həm estetik, həm də ideoloji olaraq sənətkarın 

türkçülük məfkurəsini canlı və təravətli əks etdirir. 



Vətənçilik. Türkçülük, xalqçılıq və vətənçilik əslində biri digəri 

ilə qarşılıqlı  və asılı münasibətlərdə olan məfkurələr sistemidir. 

Türkçülük və xalqçılıqdan  əvvəl vətənçilik müəyyənliyi vardır. 

Vətənçilik  əslində  fərdin türkçülük və xalqçılıqdan  əvvəl 

seçmədiyi, lakin tale, tanrı yazısı kimi qəbul etdiyi məkanı, yurd-

ocağıdır. Vətənçilik geniş anlamda türk dünyasına - türk yurdları 

və ellə-rinə, turançılığa nəsib olmuş ortaq başlanğıc və sonucdur. 

Lakin Vətənçilik təkcə tanrı, tale yazısı ilə müəyyən ərazi daxilində 

yaşamaq yox, ictimai-tarixi və  xəlqi normalar daxilində  şüurlu, 

məqsədyönlü fəaliyyət məfkurəsidir.  Şübhəsiz, Vətənçilik anlamı 

könüllü məkan seçimi demək deyildir. Vətənçilik ruhu və 

düşüncəsini fərdin vətən  əxlaqı  və  təfəkkürü hazırlayır. Vətən 

əxlaqı daha geniş ölçüdə mahiyyət və  məzmun daşıyır. Bunu 

sistemli surətdə ifadə etmiş olsaq, buraya borc, məsuliyyət, ədalət, 

həqiqət, sədaqət, əxlaqi münasibət, şüur, mərhəmət, vəzifə, 

 

  




 

107


məhəbbət, alicənablıq, adət-ənənə, davranış, həyat normaları, 

hüquqi, dini və siyasi vərdişlər, xeyirxahlıq, xeyir-şər, haqq, 

bəşərilik, sinfilik, millilik, milli mənlik  şüuru, tərbiyə, təhsil, 

kamillik, psixoloji-mənəvi münasibətlər daxildir. Vətən  əxlaqı 

tərbiyə  və idrak prosesində gündəlik yığılan psixoloji-mənəvi və 

sosial münasibətlərin məcmusudur. 

Vətənçilik və ya vətən  əxlaqının hazırlanması  bədii  şüur və 

təfəkkür sahəsində xalq yaradıcılığından, bayatılarımızdan tutmuş 

N.Gəncəvinin “Xəmsə”  əsərləri, N.Tusinin “Əxlaqi Nasiri”, 

Nəsimi və Xətainin “Nəsihətnamə”ləri, A.Bakıxanovun “Təhzibül-

əxlaq”, “Kitabi-nəsayeh”, “Riyazül-qüds”, “Eynül-mizan” əsərləri, 

Q.Zakir və S.Ə.Şirvaninin mənzum  əxlaqi hekayələri, B.Va-

habzadənin didaktik şeirlərinə  qədər və çağdaş  ədəbiyyatımızda 

yaranmaqda olan əsərləri qeyd etmək olar. Vətənçilik  əxlaqının 

formalaşmasında bədii  şüur sahibi olan ziyalılar  əhəmiyyətli rol 

oynayırlar. 

Vətən əxlaqı geniş mənada dünyəvi xarakterdə olsa da, əslində 

nə  qədər ki siniflər, ictimai mülkiyyətlər, münasibətlər, istehsal 

üsulu, iqtisadi-sosial quruluşlar mövcuddur, o qədər vətən  əxlaqı, 

vətənçilik sinfi, milli səciyyə daşıyır; o, milli həyatın səciyyəvi 

xüsusiyyəti kimi meydana çıxaraq, milli əxlaq və özünüdərkdə 

təcəssüm olunur. Bu baxımdan dünyəvi-milli  şairlərin təlqin 

etdikləri vətənçilik ideyaları  və ruhu təbii olaraq, sinfi, milli və 

siyasi xarakter daşıyır. Bu baxımdan vətənçilik məfhumu nisbətən 

məhdud mənada türkçülük, turançılıq məfhumudur. Türkçülüyün 

böyük vətəni  əslində Turandır, turançılıqdır. Vətənçilik milli-

spesifik səciyyə daşıdığından  əslində elə o, həm də 

azərbaycançılıqdır. Çünki azərbaycançılıq geniş 

mənada 

türkçülükdür. Azərbaycançılıq milli mahiyyətdə olduğu qədər 



xalqçılıqdır. 

Vətənçilikdə müəyyən mənada azərbaycançılıq ehtiva 

olunduğuna görə o, həm də siyasi məqsədlər izləyir, yəni 

 

  




 

108


mənəvi-milli azadlıq, müstəqillik, milli mənlik şüuru, ictimai-tarixi 

borc və  vəzifə, bəşəriyyətin tarixində layiqli yer tutmaq, milli 

özünüdərk və dövlətçilik təfəkkürü, özünütəsdiq və cəhd idealları, 

məsləki daşıyır. Azərbaycançılıq geniş  mənada türkçülük, 

islamçılıq və ümmətçilik olduğu üçün həm də xalqçılıqdır. Deməli, 

Vətənçilik də xalqçılıqdır. 

Xəlil Rza Ulutürk yaradıcılığında vətənçilik, xalqçılıq və 

türkçülük önəmli görünən məfkurədir.  Şairin türkçülük və  Vətən 

əxlaqı  məsələləri ilə bağlı  bədii  şüur və ideyalar sistemi 

araşdırıldığından burada yalnız Vətənin bütövlüyü probleminin 

bədii qoyuluşunu araşdırmaq məqsədini izləyəcəyik. 

Vətən taleyi Xəlil Rza Ulutürkün şəxsiyyət və yaradıcılığında 

ciddiyyəti ilə görünən fikir qaynağıdır. Vətənin bütövlüyü yalnız 

əxlaqi-estetik keyfiyyət deyildir, o, hər  şeydən  əvvəl milli tarixi 

vicdanı oyatmaq və özünəqayıdışdır. Ciddi, ağır istiqlalçılıq borc 

və vəzifəsi dünya-bəşər tarixində şərəfli yer tutmaq, yaşamaq haqqı 

və  əzmidir. Buna görə  də bu kəsik məmləkətin “vəhdəti-vücudu” 

zaman-zaman  şair ruhunu əzmişdir. Cənubi Azərbaycan (Güney) 

mövzusu X.R.Ulutürk yaradıcılığında aparıcı mövzulardan 

olmuşdur. 

Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra ölkənin 

Cənubu 


İran 

ərazisinə qatılmışdır. 

İstiqlalçı yazıçı 

Y.V.Çəmənzəminlinin yazdığı kimi, “biz türklər rus qılıncı zoru ilə 

Rusiyaya tabe olmuşuq. Amma bu yüz ildə  bəzi barədən 

istiqlaliyyətimizi əsla unutmadıq” [42, s.30]. 

Zaman keçdikcə  İran hökuməti Cənubi Azərbaycan  əhalisi və 

ərazisi olmasın deyə onu ostanlara ayırmış  və azərbaycanlıları 

farslar içərisində  əritmək siyasəti yeritmişdir. M.İbrahimov 

demişkən, “Azərbaycanın bütün hakim və  məmurları farslardan 

təyin edilir. Azərbaycan xalqı milli zülm altında saxlanılır. Bütün 

bunlar Azərbaycan xalqında mürtəcelərə  və hakim fars 

şovinistlərinə qarşı 

 

  




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə