Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə35/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   31   32   33   34   35   36   37   38   ...   131

 

109


böyük nifrət doğurur. Azərbaycan xalqında milli azadlıq hissləri 

oyanır. Bundan bərk xofa düşən Tehran mürtəceləri  İrandakı 

azərbaycanlıları gəlişigözəl yağlı sözlərlə dilə tutaraq, “vahid İran 

millətindən” danışır, azərbaycanlıların milli tarix və dilini danırlar” 

[108, VII c, s.50]. Lakin Azərbaycan xalqının Cənub tərəfi 

məsləkindən, idealından, taleyindən dönməmiş, özünün milli 

hüquqları, azadlıqları  uğrunda mübarizəyə qalxmış,  Şimali 

Azərbaycana (Quzey) birləşmək şüuruna, ideyasına yiyələnmişlər. 

Azərbaycan  şairlərinin böyük əksəriyyəti Cənubi Azərbaycan 

mövzusunda  əsərlər yazmışlar. S.Vurğun, S.Rüstəm, O.Sanvəlli, 

R.Rza, M.Rahim, Ə.Cəmil, M.Araz, B.Vahabzadə,  İ.Qabil, 

C.Novruz, S.Tahir, Ə.Tudə, B.Azəroğlu, N.Həsənzadə, R.Behrudi 

və başqalarının yaradıcılığı  səciyyəvi sayıla bilər. Hətta, 1941-ci 

ildə S.Rüstəm, O.Sarıvəlli, M.İbrahimov, C.Xəndan, 

Ə.Məmmədxanlı, M.Rahim və başqaları İrana gələrək, orada hərbi 

müxbir sifətilə  işləmiş  və “Vətən uğrunda” cəbhə  qəzetini 

buraxmışlar. 

Müharibədən sonra da yaşlı  nəsillə  bərabər, gənc sənətkarlar 

eyni mövzular, ənənəvi problemlər səviyyəsindən Arazın o tayına 

baxmış, güclü bədii  əsərlər yaratmışlar. M.Arazın “Dünyadan bir 

Araz axır”, “Astaraçay”, “Haçadağ”, “Yenə Arazı gördüm”, “Araz 

yadıma düşüb” (1960), “Arazın işıqları” (1968), C.Novruzun “İran 

qadınlarına heyrət məktubu”, “Yuxumda o taya keçdim bu gecə”, 

“Mən sərhəd görmüşəm” (1961), B.Vahabzadənin “Neytral zona” 

(1970), “Qəribədir” (1970), “İki yol” (1972), N.Həsənzadənin 

“İran  şahına məktub”, Məmməd  İsmayılın “Nə döyüb döşünə 

Vətən deyirsən” (1981), “Savalanda yatan igid” (1983), 

S.Rüstəmxanlının “Tarixi yaradanlar” (1983), H.Arifin “Bakıdan 

Təbrizəcən”, “Araz sahilində” (1959), “Təbrizim” və başqaları belə 

əsərlər sırasındadır. 

 

  



 

110


Xəlil Rza Ulutürkün Cənubi Azərbaycan (Güney) mövzusunda 

yazdığı əsərləri də bədii siqləti ilə seçilən nümunələrdir. Şair 60-cı 

illərdən başlayaraq Cənub (Güney) mövzusuna gah bilavasitə, gah 

da bilvasitə müraciət etmişdir. “Sağlıq, yaxud vəsiyyət”  şeirində 

(1962) Cənuba münasibət sətiraltı, mətnarası anlamda deyildir, 

birbaşa vətənin bütövlüyünə münasibət  əsasında yazılmış  əsərdir. 

Sənətkar böyük kədərini açıq-aydın ifadə etməkdən 

çəkinməmişdir. Şairin həsrət, hicran yarası vardır. Bu yara Vətənin 

birliyi dərdi, qəmidir.  Şair “Mən”i müqəddəs torpağın sağlığına 

badə qaldırmışdır. Bu badə  məst olmaq badəsi deyildir, şair 

“doğma Azərbaycanı, qanlı Arazı unutmamaq, yadda daha yaxşı 

saxlamaq naminə badə qaldırmışdır”.  Şair Arazboyu haradasa 

saralıb düşmüş bircə yarpağın naminə sağlıq deyir. O, Araza doğru 

uzanıb gedən cığırın - o taya doğru uzanan qolların sağlığına badə 

qaldırmışdır. Vəsiyyət edir ki, əgər Ölsəm, məzarıma gülab, ətir 

səpməyin, vəslə yetmiş  Vətəndə Arazdan bircə ovuc su götürüb 

üstümə çiləyin. O vaxtacan Arazın suları durulmasa, heç olmasa 

doğma ana dilində mənə rəhmət deyin, rəhmət diləyin. 

“Oğlum Təbrizə” (1964) hissiyyatlı, ehtizazlı şeirdir. Ata-şairlə 

bala-Təbriz Azərbaycanın cüt qanadları - o tay, bu tay hesab 

olunur. Qanad - uçuş deməkdir.  Şair Azərbaycanın inkişafını ilk 

öncə özündə, oğlunda görür, sonra ətrafa baxır. “Mən nəyəm ki, ey 

Vətən” (1964) şeirində “Vətən ölməzdir” hökmü “ümman”, 

“Gülüstan”, “Füzuli”, “Sabir”, “ay”, “ulduz”, “qılınc”, “kaşı”, 

“kainat”, “Ərk qalası” kimi poetik obrazlarla mənalandırılır. 

“Qardaşım oğlu Babəkə” (1965) əsərində isə deyilir ki, “hər cocuq 

bir parça Vətən deməkdir”.  Şairə görə  Vətənin doğuşu - insanın 

doğuşudur.  İnsan və  Vətən eyni vaxtda qanad tapır. Nəsillər 

Vətəndə yetişməklə  bərabər, həm də onun dadına yetənlərdir. 

Xalqın taleyi də maddi və mənəvi birlikdə qüdrət kəsb edir: 

  



 

111


Bunu ela bilin ki, yalnız və yalnız  

Birlik qüdrətində yaşayır Vətən. 

 

 

 

 

(“Qardaşım oğlu Babəkə”)  

“Təbrizim mənim” (1965-75) şeirində  Təbrizi özünə  işıq, 

pərvanə bilənləri, həsrətindən divanə olanları xatırlayan şair ona əl 

yellədən biganələri də unutmur, diqqətdən yayındırmır, oğlu 

Təbrizə üz tutaraq Vətəni evi, cibi boyda bilənləri yada saldıqdan 

sonra bildirir ki, Təbrizə gedən yollar sərhəddən yox, həm də 

gözdən-könüldən keçir. Ellə  nəfəs-nəfəsə boy atdıqca varlığında 

kədər də, dərd də rişələnəcək, Vətən məhəbbətindən bəbəklərində 

şimşəklər yanacaq. Onda Vətəni xəritələrdə deyil, öz könlündəki 

cəsarətdə, hünərdə axtar: 



Soruş, cavab verim mən, hardan başlanır Vətən: 

 

    vicdanın öz səsindən.  

Zülmətdə bir cüt gözün ildırım qüvvəsindən!  

Min haqsıza baş əyməz bir haqlının əzmindən! 

 

 

 

 

 

(“Təbrizim mənim”)  

Şair oğluna - Vətən övladına öyüdlər verir. Bu öyüdlər sadəcə 

söz deyil, həyat təcrübəsindən, ömür yaşantılarından doğmuş 

müdrik, pirani öyüdlərdir: 



Nə meyxanə bucağı, nə mey tasıdır Vətən. 

Milyon-milyon idrakın 

Eyni amal uğrunda çarpışmasıdır Vətən! 

Ayrılsan bu dənizdən, damcı tək itəcəksən. 

Qovuşsan bu dənizə, 

özündə milyard tonluq qüvvət kəşf 

 

 

 

 

 

edəcəksən.  

 

 

 

 

 

(“Təbrizim mənim”)  

Şair Təbrizi özü üçün susmaz mübariz bilir. Bu mübariz Ərani

Xiyabani, Səttarxan ruhundan doğulub. Buna görə  də onun 

əzmində  və inadında da vətən müqəddəsləri yaşamalıdır. Bu, 

mübariz torpağın min-min itkilərinin yerinə tapılmış dürdür. O, 

yalnız alilik, ülvilik üçün doğulmuşdur: 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə