Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə38/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   34   35   36   37   38   39   40   41   ...   131

 

118


ləyaqətlidir. Çünki “nəfəs haqdan gələndə sal qayanı da dəlir”: 

Döyüş gedir cahanda, şərəf naminə döyüş

Silah düşsə əlindən dişlə, dırnaqla döyüş! 

Dırnaqların üzülsə, kirpiklərinlə döyüş 

Kirpiyin külə dönsə, yan, ciyərinlə döyüş! 

Sənin ki, od nəfəsin bir az dərindən gəlir 

Alov, atəş yurdunun öz təndirindən gəlir. 

Nəfəs haqdan gələndə sal qayanı da dəlir!  

“Bizim Zeynal” şeirində xalq doğruya, düzlüyə olan bağlılığın 

bədii təcəssümü kimi canlanır.  Şəxsiyyətlər həyatı,  əməlləri və 

nurlu taleləri ilə xalqı aldatmayıblar. Şeirin də müasirlik məziyyəti 

budur ki, hakimiyyətlə xalq arasında birlik, tənasüblük olmalı, 

hakimiyyəti təmsil edənlər xalqı aldatmamalıdırlar. Ucalığın 

meyarı düzlük və təmizlik olmalıdır: 

Xalq içində hörmətlilər doğruluğu tanrı sayıb, 

Heç vaxt xalqı aldatmayıb, heç vaxt yalan danışmayıb.  

Şairin hakimiyyət və sənətkar qarşısında qoyduğu tələb budur: 



Çəkməçidən nazirədək dərk eləsin hamı bunu - 

El gözündə ucalanın neçin uca olduğunu.  

Şah  İsmayıl Xətaiyə  həsr olunmuş “Göylərdən gələn kişi” 

əsərində xalqa məxsus olan müəyyənlik vüqar və iqtidar, qılınc və 

qələm, birlik və vəhdət, haqq və vicdandır! Xalqın milli qürurunu, 

azadlıq və  mənliyini tərbiyə edənlər tarixi qəhrəmanlar, yanar 

zəkalardır! Onların timsalında təcəssüm olunan milli özünüdərk və 

əbədiyaşarlıqdır! 

Sənətkar, naqis olana qarşı milli idealı qoyur. Dövrün psixoloji 

təzadlarını milli vətəndaşa çatdırmaqla həqiqəti, ideal olanı  dərk 

etdirmək istəyir. İstəyir ki: 



Xalqın yaman günündə, qan qaraldan günündə

Məhəbbət qıtlaşanda, sədaqət qıtlaşanda, 

Hiyləgərlik, tülkülük öz həddini aşanda, 

Bazarda balla şorun qiyməti bir olanda, 

Məhkəmədə canivlə hakim əlbir olanda, 

  



 

119


Alimi susduranda bir nadanın öyüdü, 

Qorxaq ələ salanda qəhrəmanı, igidi, 

Qara ağdan, namərdlər mərddən seçilməyəndə, 

Mənliyi olmayanlar, “mənəm-mənəm” deyəndə, 

Namus qızıl taxtından, qeyrət gözdən düşəndə, 

Odu, közü hər yetən öz önünə eşəndə 

Qızılgülün yerində qaratikan bitəndə, 

Sözün, şeirin meyarı ilim-ilim itəndə, 

Lapdan çıxır ortaya, gəlişi möcüzəli, 

Şah İsmayıl Xətai, ya Məhəmməd Füzuli! 

Xətai və Füzuli, Qılınc və Qələm - bu birlikdəki vəhdət zamanı 

silkələyəndir! Xalqa, millətə “Dur! Qalx! Ya da öl!” - deyəndir. 

Fəqət: 


Gözü götürməyənlər, iman gətirməyənlər, 

Başı gora əsənlər, yıgmağa tələsənlər, 

Tanqahının üstündə əsim-əsim əsənlər

Ziyankar cücü kimi sucaqda yaşayanlar 

Qoltuqda girlənənlər, qucaqda yaşayanlar, 

Qoyma! Məlundur- deyə haray-həşir təpərlər, 

Zəncir çeynər, tələsik od üstə su səpərlər. 

Fəqət sönməz, qaralmaz xalqın, haqqın vicdanı - 

Şah İsmayıl Xətai, Xiyabani, Ərani.  

Sənətkarın qənaəti budur: xalq ləkə götürmür. Xalq işi haqq 

işidir! Xalqın birliyinə, yüksəlişinə mane olanlar “zəqqumlar, kor 

qaranlıqlardır”! 

80-ci illərin  əsərlərində  Xəlil Rza Ulutürk ifşaçı, cəmiyyətə 

müxalif  şair mövqeyi ilə  fərdiləşdiyinə, milli ideoloq və  məfkurə 

carçısı olduğuna görə həmin əsərlərin fitrətində də “Xalqın, haqqın 

vicdanı” - mövcud milli “Mən” - ideal dayanır. 

Mütəfəkkir  şair ideoloq, mücahid kimi milli idealını,  şüur və 

məfkurəsini təcəssüm etdirir. Onun milli “Mən”ində xalq məfhumu 

və  mənasının ifadəsi qüvvətlidir. “Mənə  bənzə” (1981) əsərində 

müəllif xalq adından proqramını, məramnaməsini obrazlı surətdə 

elan edir: 



 

120


 Ömrüm, günüm, mən hardayam gör bu gün də  

Qətran buludlara qarşı ildırımlar yürüşündə!  

Ciyərimi bac istəyən ölüm-dirim döyüşündə. ...  

…İlkallahım, son allahım, mübarizə!Mənə bənzə!  

Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə,  

Məramımdır mübarizə! Mənə bənzə!  

Xəlil Rza antipodların simasızlığını, ləyaqətsizliyini 

göstərərkən, vətəndən, xalqdan, stuldan xeyirləri üçün istifadə edən 

hiyləgərlərin obrazını yaradarkən, mənfinin  əməllərini müxtəlif 

psixoloji məqamlarda ifadə edir, qəti mövqeyini bildirir. Onun 

qələmində  mənfi tip “vətənin cəsur oğullarını  şikəst etmək üçün 

tələ quranlardır, dünən güllə ilə vurulanların nəslini indi sözlə 

vurmağa hazır olanlardır”, mənəvi cılızlar, xəbislər, miskinvə 

dargözlərdir: 

O dar gözlərini aç, məni tanı,  

Mikayıl Müşfiq yox, Xəlil Rzayam.  

Otuz yeddidə yox, səksən yeddidə  

Açan qanlı güləm, eşqəm, arzuyam. 

 

   (“Haçan, 

hansı yerdə”)  

Vətən  və xalq sənətkar dünyabaxışında tanıdır, bütövdür, bu 

səbəbdən də ona özünü bütövlükdə həsr edir:  

Haçan, hansı yerdə bu məmləkəti  

Özümə ən yüksək bayraq seçmədim?  

Sərvəti, şöhrəti, eyşi-işrəti  

Çürük xəzəl kimi basıb keçmədim? 

 

   (“Haçan, 

hansı yerdə”)  

Sənətkar özünü xalqın həyatına, xidmətinə verdiyinə görə onun 

adından danışmağı da haqlı, səlahiyyətli bilir:  

Vətənmi? Silsilə dağlardır vətən,  

Bəlkə də ən yüksək zirvəsi mənəm.  

Nəsihət verməsin mənə hər yetən  

Mən özüm az qala xalqam, vətənəm. 

 

   (“Haçan, 

hansı yerdə”) 

İfşaçı  şair 80-ci illərdə (1985-1987) yazdığı  şeirlərində düzgün 

qiymətləndirir ki, xalqı geri qoyanlar, onun adını hör- 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə