Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə46/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   42   43   44   45   46   47   48   49   ...   131

 

142


hissiyyatlarla gələn ideyalar şəklində  təcəssüm olunur. Burada 

sənətkar ruhunun ehtirasları, sarsıntı  və sevinc emosiyaları 

poetikləşdirilir.  Şair dərdinin, kədərinin səciyyəsi fərdi deyil

Vətənə məxsus olan müqəddəs ictimai kədərdir. Biz şairin obrazlar 

silsiləsində qədim Albaniya, Turan müharibələri, Dumanlı Təbriz, 

Çənli Zəncan, Xiyabani, Doktor Ərani,  İsfahan, Beyləqanı  və 

Naxçıvan abidələrini - tarixi keçmişi ideya şəklində  xəyal edirik. 

Milli Azərbaycan kədəri tarixi nikbinlik işığında  əzəmətli təsir 

bağışlayır: 

Ey cahan, bir daha sən məni dinlə, 

Göz, könül dolusu hələ gülməyən, 

Min yol öldürülən, yenə ölməyən 

Əzəli, əbədi Azərbaycanam!  

“Sən hansı  cəbhədənsən” (1979) şeirində xalqın müəyyənliyi 

psixoloji-mənəvi məqamlarda görünür. Adamlarda özünü göstərən 

mənəvi naqislik nəticə etibarilə xalqa dəyir. İnsan yalan danışırsa, 

susmaq vacib olanda hay-haray qoparırsa, danışmaq lazım gələndə 

lal-kar olursa, xalqı üçün haqqına olanı demirsə, şair bunu mənəvi 

“qısırlıq”, “cəbhəsizlik” hesab edir. Müəllifə görə xalqına, 

torpağına yad baxanlarda milli hissiyyatlar, mənəvi dəyərlər 

korşalanda xalq unudulur. 

“Qayalar  şahid olsun” (1979) əsərində qayalar aləmini seyrə 

dalan, oxucu ilə  həsb-hal edən sənətkar mühakimələr yürüdür, 

vətənçiliklə vətənsizliyi qarşılaşdırır: 



Hesabla gör nə qədər 

Sözdə “Vətən” söyləyən 

Vətən dəyyusları var. 

Qoparaq dargözləri, 

Ataq ürəksizləri 

Silək məsləksizləri, 

Ölkənin ayağından, 

görək nə qalır onda,  

Xəlil Rza buqələmun tək rəng alanları, hörümçək kimi 

 



 

143


tor qurub qan soranları, yalnız kürsülərdən el dərdinə qalanları, 

təfəkkürü qotur olanları, “baş” sayılan başsızları, müasir 

müaviyələri,  şöhrət üçün vəzifə üstündə  əsənləri, rüşvətlə can 

bəsləyib pambıqla baş kəsənləri, xalqın sinə-sində xərçəng olanları, 

Vətən, millət adından kürsüyə dartmanları xalq içərisindən ayırıb 

oxucuya təqdim edir, “yurddaşın” mürəkkəb aləmini, naqis 

xislətini damğalayır. Belələrini “vətənbaz hərzələr, insanvari 

gürzələr” adlandırır. 

Bütün bunlara qarşı  şair Azərbaycan, Vətən idealını qoyur, 

xalqın mürəkkəb, ziddiyyətli psixoloji xüsusiyyətlərini emosional 

təzahür etdirir: 

Azərbaycan!  

 Köksümdə arzuların Xəzəri! 

Mənim gözümün zəri, ürəyimin atəşi, 

Gecəli-gündüzüm, yuxum! 

Həyəcanım və qorxum! 

 

 

 

Məhəbbətim və nifrətim! 

Görünməz yarasından 

 

  Araz 

uzunluğunda qan axsa da

Sarğısı açılmayan Vətənim! 

Hələ mərdi namərddən 

 

 

 

seçilməyən Vətənim!  

80-ci illərin əsərləri içərisində “Məndən başlanır vətən” (1983), 

“Azərbaycan” (1988), “Gəlir Böyük Azərbaycan” (1986-90) 

əsərləri azərbaycançılıq idealı, xalq taieyi, vətənçilik və xalqçılığın 

poetik ifadəsi olan əsərlər kimi xüsusi yer tutur. 

“Gəlir böyük Azərbaycan”  əsəri Azərbaycanın müstəqil 

dövlətçilik ideologiyası, xalqın gücü və  səbatının poetik 

təcəssümüdür. Bu qəbildən olan əsərlərdə şair xalq, tarix, azadlıq, 

müstəqillik məfkurəsini yaşatmaq və  uğrunda mübarizə aparmaq 

məramında müəyyənləşir: 



...Sən deyirsən: Gəmiriblər, sümürüblər 

Çox didilib, çox talanıb 

 


 

144


Dönə-dönə şaqqalanıb, 

Neçə yerə parçalanıb, 

Mən deyirəm: - Kül altında qalan qordu, 

Gözlərimdə yanan nurdu 

Yalnız Araz, ya Kür deyil, 

Ərzi qucan ekvatordu 

   

 

məmləkətim. 

...Sən deyirsən: - Havalanma! 

Kəmnəfəsdir, o kəmnəfəs 

Məndeyirəm: neçə-neçə uluslara 

  

öz qanını bağışlayan 

  

dahi millət ölə bilməz! 

 

 

 

(“Gəlir böyük Azərbaycan”) 

Xəlil Rzanin lirik-epiks) hissi-romantik təsvirlərində mənəvi 

birlik ideyası bütün millətə, hər vətəndaşa ünvanlanır, milli şüura, 

məfkurəyə doğru yönəlir, bütün insanları mənəvi axtarışlara 

səsləyir:

 

Mən yardıma səsləyirəm! 



   

Hər nəfəri, hər milləti,  

Hər fitnəni yuvasında haqlamalı!  

  

Yalnız mətbu sözləri yox,  

  

ürəkləri, şüurları, 

   

şüuraltı düşüncəni yoxlamalı!  

Millətləri udmaq üçün gizli nəşə çəkənləri  

  

rüsvayçılıq divarına,  

  

boş məzara mıxlamalı!  

Xəlil Rza Azərbaycanı başqa ruhda təsəvvür edir. Azerbaycarı 

Məsləki onun İdealıdır. O, əmindir ki, cəsurluğu və qəhrəmanlığı 

ilə Azərbaycan Dövlət müstəqilliyini əldə edəcək və dünya 

meridianlarına qovuşacaqdır:  

Bu məsləkin havasıyla  

  

yaşa dolur Azərbaycan!  

Zirvələrdən üzü bəri  

   

gəlir məğrur Azərbaycan!

        

 

 

gəlir cəsur Azərbaycan! 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə