Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə48/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   44   45   46   47   48   49   50   51   ...   131

 

149


şizmin hər cür təzahürünə qarşı barışmaz mövqe tutan

imperializmin buxovlarını  qıran bir sıra ölkələrin rnübarizə  əzmi, 

üsyankar ruhu çox sərrast və qüvvətli ifadə olunmuşdur” [310, s.3]. 

Həmin illərdə B.Vahabzadə “Sökün çəpərləri” (1965), R.Rza 

“Lüban oğlu Şəkib (1967), “Vyana xatirələri”, C.Novruz “Zamanın 

səsi”,  Ə.Cəmil “Kuba vətənpərvərlərinə”, N.Həsənzadə “Fələstin 

nəğmələri” şeirlərini yazmışdı. 

60-cı illərde Xəlil Rza yüzlərlə  əsər yazmış, üç kitab çap 

etdirmişdir (“Məhəbbət dastanı”, “Mənim günəşim”, “Qollarını 

geniş aç”). 

60-cı illərin poeziyasında motiv əlvanlığı güclü olmuş, başlıca 

mövzular dostluq, təbiət, ana, ata, ocaq, torpaq, xəzər, vəten, 

vətəndaşlıq, beynəlxalq Cənubi Azərbaycan və müharibə ilə bağlı 

olmuşdur. Ümumən “Müasir şairlərin lirikasında özünəxas, orijinal 

yazı manerası, üslubu, deyim tərzi, hadisəyə, fakta, obyektə 

münasibət, estetik duyum, zövq və idrak baxımı mövcuddur... Lirik 

şeirin gözəl hər cəhətdən mükəmməl nümunələrində yeni ruh, yeni 

fikir, məna və məzmun, forma yeniliyi, bədii tamlıq, emosionallıq 

müşahidə olunur, müasir insanın istək və arzuları: onları 

düşündürən ictimai-fəlsəfi, etik-əxlaqi məsələlər ön plana çəkilərək 

məhəlli, məhdud tərzdə deyil, ümumiləşdirici, bəşəri bir əhatə  və 

vüsətlə bədiiləşdirilir” [22, s.333]. 

Xəlil Rza fərdi  şüuru oyatmağa və  fəallaşdırmağa psixoloji 

məqamlardan başlamışdır. 70-80-ci illərin poeziyasında aparıcı 

bədii keyfiyyət olan psixoloji-mənəvi məqamların poeziyası 

mənbəyini  əslində 60-cı illərin ilk nümunələrindən tapmışdır. Bu 

baxımdan “Nifrətim var” (1960), “And içirəm” (1962), “Şəlalə 

kimi” (1962), “Ermitaj və Avrora”, “Ürək qızıl gülə  bənzər” 

(1962),  Əyilmə” (1962), “Qonaq cağırıram bəşəriyyəti” (1963), 

“Vəzifə” (1967), “Mən  Şərqəm” (1968), “Bir dostun öyüdü” 

(1968) şeirləri səciyyəvidir. Nümunələrdə mövc- 

  

 



  


 

150


ud mühitə qarşı etiraz motivləri aşkarlanmağa başlamışdır. Onun 

müharibələrə etirazı  həm də  məhkum millətin istismarçı 

imperiyaya qarşı etirazları anlamındadır: 

Qalsan belə susuz, ac, 

Yavan çörəyə möhtac, 

Boğazına ilan tək, 

Sarılsa da ehtiyac, 

Ehtiyac ürəyini 

Köksündən qoparsa da, 

Odu, suyu, havanı, 

Evindən aparsa da, 

Ağız açma namərdə! 

Ürəyində dərd, yaşa. 

Sən insansan! Əyilmə! 

Yoxsul yasa. 

   

 

Mərd yaşa. 

 

 

 

 

(“Əyilmə”) 

“Vətən, ya ölüm” (1960 - 1962) şeirinin mövzusu Kuba 

xalqının azadlıq mübarizəsindən, “Kürd şairinə  məktub” (1963) 

şeirinin movzusu isə kürd xalqının həyatından alınmışdır. Kuba 

rəhbəri F.Kastronun eyni adlı fikrini (Vətən, ya ölüm!) şeirə başlıq 

verən  şair beynəlxalq mövzu və motivlərə keçid etmiş, həyat və 

bədii təzadı əsas götürərək, azadlıq ideyasını, əslində milli olanı - 

öz inam və idealını fərdiləşdirmişdir: 



Basılarmı, söylə heç 

Qız-gəlini, anası, 

Hər mahnısı, laylası silahlanmış bir Vətən?! 

Dinlə, qəlbimdən qopan bu alovlu sözləri: 

Haqqa güvənənlərin yerə gəlməz dizləri! 

- Vətən, ya ölüm dedin. Budur məramın! 

   

 

 

 

 

Ancaq 

Ölüm - düşmənimizin, Vətən - sizin olacaq!  

Xəlil Rzanm poetik “Mən”i lirik qəhrəmana keçidini də 60-cı 

illərdən: “Mənim şeirim” (1962) və “Əbədi mə- 



 

151


şəl”dən (1963-1964) alır. Sənətkarın yaradıcılığında sakit, təmkinli 

görünən lirik “Mən” tərənnümə, vüqar və  əzəmətə uyğun olaraq 

“böyüyür”, “qəhrəmanlaşır”. Akademik M.Arif demişkən, “Mən, 

biz, bütün dünya bir adamın sinəsində çarpazlaşır və  bəşəriyyətin 

səadəti naminə qüvvətli, coşğun, ehtiraslı bir ürək kimi vurur. 

Arxayınlıq, ictimai laqeydlik, meşşan istirahəti demək olar ki

lirikamızın qəhrəmanına yaddır. Bu qəhrəman narahatdır. Onu 

“dünyanın dərdi, torpağın ağrısı yatmağa qoymur” (R.Rza), o “tək 

özü üçün yaşamaq istəmir” (C.Novruz), o, ən böyük səadəti - 

ömrünü xalqa verməkdə, bəşər səadətində görə bilməkdə, zəhməti 

ilə ölkəsini sevindirməkdə axtarır. X.Rza deyir: 

Bu dünyaya, 

Bu xalqa verə bilsəm ömrümü

Bəşər səadətində görə bilsəm ömrümü 

Zəhmətimlə sevinsə vurulduğum məmləkət, 

Mənimçin ola bilməz 

Bundan böyük səadət. [12, s. 77]  

Lirik qəhrəmanın cəbhəsi, məramın səngəri  əslində, amalı, 

idealı hazırlayır, bu amalda Vətən eşqi, əxlaqı və istiqlalı bəklənir. 

Vüsal şair poeziyasının istiqlalıdır: 



Həyatımı verərəm 

Bircə sənin yolunda, 

Sənin özünü isə 

Bu Vətənin yolunda! 

Ürəyimin aynası, 

Qəlbimin amalısan. 

Mən öləndən sonra da 

Məni yaşatmalısan! 

Mənim şerim vüsalı, 

İstiqlalı alqışlar. 

Şerimin davamıdır, 

Salondakı alqışlar! 

 

 

 

 

(“Mənim serim”) 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə