Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə51/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   47   48   49   50   51   52   53   54   ...   131

 

158


 

qətli Yasir Ərəfatı qoyur, millətçilərə ibrət dərsi götürməyi təlqin 

edir. “Qrenada, Qrenada” şeirində isə 80-ci illərdə  qəsbkarların 

dünyanı yenidən silkələmək cəhdlərini pisləyir. Etiraz edir ki, 

dünyanı tutan, dişlərindən qan daman yırtıcıların quduz tamahları, 

iştahaları sönmür, onlar kiçik uzaq adaya belə “təyyarə və tanklarla 

dəstə-dəstə  gələrək bombalarını  uşaq bağçalarına belə salmaqdan 

çəkinmirlər”.  Qrenadanın torpağından keçən ağrı  şairin də 

ürəyindən keçir, onun duyğu və düşüncələrini hərəkətə  gətirir: 

milli başlanğıcdan bəşəri, dünyəvi ma-hiyyət,  İnsan taleyi, 

millətlərin taleyi nəşət alır:  

Əriyirsən varlığının qəzəbində, qürurunda  

Dəniz içrə qan gölünə çevrilməsin Qrenada.  

Arxayın ol, ey xalqların boğazına keçən caynaq,  

Götürdüyüm qanlı çanaq öz başında çatlayacaq.  

Qoca tarix çox görübdür millətləri qıranı da,  

Sizi nifrət divarına mıxlayacaq Qrenada.  

Xəlil Rza Ulutürk milli mövzular çərçivəsindən qlobal, bəşəri 

hadisələrə baxır, beynəlxalq hadisələrdən yazanda isə milliliyə üz 

tutur. Buna görə də şair 15 noyabr 1962-ci il gündəliyində yazırdı: 

“Milli xüsusiyyətin meyarı Vətəndir, ana dilidir. Hansı xüsusiyyət 

ki, Vətənin tərəqqisinə,   ana  dilinin  gözəlləşməsinə,   

çiçəklənməsinə yardım edir, o əsl milli xüsusiyyətdir, yaşamaq 

haqqına malikdir”[318]. 

X.Rzanın lirik qəhrəmanı narazılıqlarını ifadə edəndə, özünü 

axtaranda müsbət idealı  bəkləyir. O, mənfiliklərə etiraz yönündən 

“iç” həqiqətlərini: arzu və amalını, estetik idealını təzahür etdirir:  

Bu gün mənim sözümə  

güləcək bir yaşlı göz  

Bu gün mənim silləmdən 

od tutacaq boz bir üz.  

Bu gün cəbrin cəbhəsi 

yarılacaq hardasa, 

  



 

159


Bir əsarət zənciri 

qırılacaq hardasa. 

(“Ən gözəl gün”)  

X.R.Ulutürkün milli ideala, xalq taleyinə, milli azadlıq 

hərəkatına gəlişi, bir az “kənardan”, dolayısı ilədir. Şair bəhanələr

vasitələr araya-araya, mətnarası  və  sətiraltı  məqamlar güdə-güdə 

birbaşa milli ideala doğru yol gəlmişdir. Avropa, Asiya və Afrika 

xalqlarının azadlıq hərəkatlarına nəzər yetirən, hadisələr  ətrafında 

təfərrüatlara varan, süjetə meyl edən və ideyaları çözən sənətkarlar, 

həm də konkret xalqların: Vyetnam, Kuba, Qrenada, Fələstinin 

istiqlal tarixinə  fərdi yanaşmış, onlan bədii cəhətdən 

ümumiləşdirmişlər. Fövqəl dövlətlərin müstəmlə-kəçilik siyasətini 

pisləyən, bəşəriyyətin taleyindən nigaran qalan şair sətiraltı 

eyhamlarla öz xalqının taleyindən də ciddi narahatdır: 



Buludlarda batdı Ay... 

mənsə yata bilmirəm.  

Lülədə güllə kimi 

ürəyimdə qəzəb, qəm.  

Qırmızı çay od olub 

axır mənim qanımda  

Hərraca qoyulubdur 

bir millətin taleyi  

Qudurğan bir dövlətin 

siyasət meydanında. 

(“Rədd olun Vyetnamdan”)  

Dünyaya üz tutub milli idealına işarələr vuran lirik qəhrəman 

deyir: 

Azadlıq eşqilə çırpınır torpaq,  

Çaylar dənizlərə qaynar qan verir.  

XX əsrin önündə hər xalq,  

Azadlıq fənnindən imtahan verir. 

(“Rədd olun Vyetnamdan”)  

Amerikanın istismar dünyasını ifşa edən “Qəzəb mar- 

 



 

160


şı” (1967) əsərində lirik qəhrəman hadisə və təfərrüatlar haqqında 

məlumat verir, təsvir və  təhkiyəyə yeri gəldikcə müdaxilə edilir; 

bəzən şair müdaxilələri ilə təhkiyə əvəzlənir. 

Xalq taleyi, xalq birliyi ideyasının toxumları, rişələri də 60-cı 

illərin əsərlərindədir. “Oğlum Təbrizə” (1964), “Anam layla çalır” 

(1966)  əsərlərində real həyat lövhələrinə, təfərrüatlara varan şair 

müdrik, yığcam xalq bayatılarında da öz idealını, xalq taleyini 

mətnarası, sətiraltı anlamlarda ifadə edir. Ana yanıqlı laylalar 

çağırır: 

Aşıq haradan gəldi

Səni yaradan gəldi. 

Nə duman var, nə çiskin 

Bu sel haradan gəldi. 

 

Qar yağıbdır dizəcən,  

Bakıdan Təbrizəcən.  

Yolunu gözləyərəm  

Mən gələn Novruzacan. 

 

Laylamın adı qardaş, 

Ağzımın dadı qardaş. 

Mənə qardaş oimasan 

Götürrəm yadı qardas.  

60-cı illərin poetik nümunələrini gözdən keçirərkən, bir qənaət 

aydın görünür: Xəlil Rza Ulutürk təbiətə aludə şairdir. Onun təbiət 

şeirləri həm obyektiv, həm də mühakiməli, analitik məzmunda, 

təsvirlərdədir. “Bahar” (1960), “Yeni pəncərələr” (1960), 

“Göygöldə sübh açılır” (1961), “Mən Dneprə vurulmuşam” (1961), 

“Riqa körfəzində günəşin qürubu” “Günəşin yarısı görünür ancaq” 

(1961), “Bir dəstə çiçək” (1961), “Bakı bağları” (1961), “Bahar 

kimi” (1962), “Qızıl balıq və  şəlalə” (1962), “Sonsuz qüvvət” 

(1962), “Ömrümdə Kür çayını bu rəngdə görməmişdim” (1962), 

“Göyçayda payız 

  



 

161


səhəri” (1963), “Dəlidağ” (1963), “Uşaq bağçası dənizdə” (1964), 

“Quba bağları” (1960 - 68), “Güldəstə toplayıram” (1965), “Aç 

qoynunu, ana torpaq” (1965), “Gül bağında düşüncələr” (1966), 

“Qobustan qayaları” (1966), “Bütün fəsillərdə bahar yaşayır” 

(1967), “Gəncənin çinarları” (1967), “Dəniz səni çağırır” (1967), 

“Dəniz kimi yaşamaq” (1967), “Xəzərdən ayrıla bilmirəm” (1967), 

“Qar altında bahar” (1968), “Çağırır Göyçay məni”, “Daşın  ətri” 

(1968), “Sən mənə  bənzəyirsən” (1969), “Babalar yatan yerdə” 

(1969), “Baharda (1969), “Həftədə bir kərə, ayda bir kərə” (1969) 

şeirlərində həm idilliya, bədii dekor, həm də təbiətə müdaxiləli ve 

münasibətli baxış güclüdür. 

“Mən Dneprə vurulmuşam” (1960-61) şeiri Dneprin, “Riqa 

körfəzində günəşin qürubu” (1961) şeiri günəşin, “Göygöldə sübh 

açılır” (1961) şeiri Göygölün gözəlliyinə  həsr olunmuşdur. 

Nümunələrdə gözəlliyin mənalandırıl-ması 

səciyyəvi 

xüsusiyyətdir. Məsnəvi təhkiyəsi üzərində qurulmuş  əsərlərdə 

Göygölə, Dneprə  əyanilik görümü verən təsvir vasitələri  əsasən 

təşbeh və metaforalardır: 

Sübhün gur şəfəqləri ağ bir alov nəhridir, 

Dilim-dilim doğrayıb qaranlığı qəhr edir! 

Odur, aşdı təpədən, töküldü gülə-gülə 

Tül pərdəli Göygölə. 

Göygöl çıxır pərdədən gəlin gedən qız kimi, 

Bütün yer kürəsinə deyilməli söz kimi! 

(“Göygöldə sübh açılır”) 

Mikayıl Müşfiqin “Küləklər” şeiri kimi, 3 - 3 - 3 - 3 bölgüsündə 

yazılmış “Bahar” (1961) ehtizazlı  tərənnüm  şeiridir. Lirik 

qəhrəman yaz gözəlliklərini buya-duya, yaşaya-yaşaya onu 

dəyərləndirir: 

Sən mənim qismətim, sən mənim ömrümsən, 

Durulan Göy gölüm, bulanan Kürümsən. 

Omründə nə qədər dövranlar görmüsən, 

Olubmu belə bir xoş çağın, ay bahar? 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə