Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə59/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   55   56   57   58   59   60   61   62   ...   131

 

186


XX əsrdə 

qovuşurkən insanlıq  

hər arzuya, mətləbə,  

Nəsimisi dünyaya 

sığışmayan milləti 

Kimlərdi həsrət qoyan 

barı dördcə sinifli  

ana dilli məktəbə?!  

Yad məktəbə verilir 

umudumun qalası – 

O qaraqaş, qaragöz 

Azərbaycan balası... 

( “Xiyabani yurdunda”)  

Lirik qəhrəman yalnız milli həyatın yaramazlıqlarına qarşı 

deyil, o, ümumən  bəşəriyyəti narahat  edən mətləblər haqqında 

düşünür, Afrika, Asiya və Avropanın müstəmləkəçilik həyatından 

ciddi narahat olur:  

Məngənədə sıxılır 

neçə yurd, neçə ölkə,  

Əlli milyonluq bəşər 

həlolik müstəmləkə.  

Bu kor, bu kar, bu çopur, 

eybəcər müstəmləkə  

Bütün ərz üçün ləkə, 

bütün əsr üçün ləkə. 

Qırdı qandallarını 

qara pələng - Afrika.  

Fəqət didir bağrını 

hələ nifaq, təfriqə. 

(“Mən bu gecə oyağam”)  

Şair yazır: “İmperializm can verir, dağılır. Son çağlaradək siyasi 

meydanda izi-tozu da qalmayan kiçik millətlər milli istiqlal qazanır! 

Ümumbəşəri tarixi hadisələrdə daha qızğm iştirak etməyə başlayırlar. Bu 

işdə ölkəmizin maddi və mənəvi yardımı başlıca rol oynayır. Digər tə- 

  



 

187


rəfdən ölkəmizin içərisində gedən öncül proseslər, onların dərin 

fəlsəfi mənası  sənətimizdə  fəlsəfi dərinliyin güclənməsinə, həyata 

dialektik baxışın artmasına yol açır. Bir sözlə, sənət və  həyat 

problemi mürəkkəb, çalpaşıq, ciddi bədii axtarışlar tələb edir. 

Dövrün mahiyyətini bədii biçimdə dərk etmək və tərənnüm etmək 

üçün artıq üzəvari biliklə yetinmək olmaz. Burada güclü analitik 

təfəkkür ilə  bədii ehtiras, fəlsəfi genişlik ilə poetik konkretlik 

birləşməlidir” (Şairin arxivindən. Xəlil Rza Od. Bakı, 9 noyabr 

1971) [290]. 

X.R.Ulutürkün ictimai etirazları  əsərlərindəki lirik-publisistik 

təhkiyədə, kainat, dünya, ölkə, milli heyat, insanın daxili aləminin 

psixoloji-mənəvi təhlilində üzə  çıxır (“İrəli”, “Qorxu”, “Tikan”, 

“Səməndər quşu kimi”, “Ata borcu”, “Hava kimi, su kimi”, “And 

içirəm”, “Xiyabani yurdunda” və başqaları). 

60-cı iliərin axırları 70-ci illərin əvvəllərindən başlayaraq Xəlil 

Rza yaradıcılığında fəlsəfi-etik məzmun konkret şəkil almağa 

başlamış, vaxt keçdikcə güclənmişdir. Fəlsəfi düşüncələr 

mücərrəd, xəyali deyil, həyati zəminə, realizmə əsaslanmışdır. 

Şairə görə ruhun fəlsəfəsi belədir ki, o, insam kamala dolmağa, 

özünüdərkə çağırır.  İnsanın böyüklüyü, ululuğu, imrəliyi də lirik 

qəhrəmanın fikirlərində, təxəyyülündə yer tutur: 

Burax, bu fəlsəfə səni sıxmasın! 

Görünür, tükənir cismin növbəsi. 

Təki bu dünyada əldən çıxmasın 

Ruhun, təfəkkürün çiçəklənməsi! 

(“İki fəslin ayrıcında”) 

Xəlil Rzanın  lirik qəhrəmanı  islam  ehkamlarından, 

doqmalardan fərqli olaraq, səbrşükranlıqla deyil, mübarizə fəlsəfəsi 

ilə yaşayır. O özündə Yunus Əmrə ömrü, Mərifət və Həqiqət elmi 

yaşadır: 

  

 




 

188


Yazıq qalacaqsan həyatın boyu,  

Rütbə qoltuğuna qısılan qorxaq!  

Çün mərifət meyi, dirilik suyu,  

Cəsurluq kişiyə verilir ancaq. 

(“Sükan dalındayam”)  

X.R.Ulutürkün fikir dünyasında mey Xəyyam fəlsəfəsində 

olduğu kimidir: yəni mey dünyanı, Allahı, ideal başlanğıcı  dərk 

etmək vasitəsidir, rəmzdir, işarədir. Bu, dünyaya aludə olanlar 

üçün ruhi qida deyil, xıltdır: Dünyanı dördəlli qamarlayanlar Bir 

gün ayılsa da, gec anlayacaq: Taleyin onlara tulladığı pay Mey 

deyil, bulaşıq xılt imiş ancaq! 

(“Sükan dalındayam”)  

İnsan fəlsəfəsində fikir və  qəib azadlığı milli azadlığa gedilən 

yol,  mənəvi-ruhi təkandır (“Sükan arxasında”, “Ömrüm”): 

Fikir azadlığı, qəlb azadlığı  

Olmayan anlarmı səadət nədir?  

Mən içdim günəşi səma camında,  

Tamarzı qəlblərdən qara qan gedir. 

(“Sükan arxasında”)  

Birincilər şeirində Füzuli, Üzeyir milli yaddaşın, mənəviyyatın 

mənbəyi kimi təqdim olunur: muğamla hikmət, fəlsəfə çulğaşır, 

İnsanın həyat eşqini artırır:  



Axşam dinləyən zaman muğamat əsrarını,  

Mən dumanlar içində seyrə daldım onları – 

Füzuli sətri kimi, Üzeyir xətti kimi  

Dərinliyə kök atmış ömürlük sütunları. 

(“Birincilər”)  

İctimai-fəlsəfi, etik-estetik düşüncələrin ifadəsi baxımından 

“İgidlər, dahilər”  şeiri xarakterikdir. B.Vahabzadə yazmışdır: 

“Qəhrəmanların və yaradıcı idrak sahiblərinin ölümdən güclü 

olması ideyası bu şeirdə çox sərrast ifadəsini tapmışdır: 



 

189


Dahilər torpağa Ölü kimi yox, 

Bəlkə basdırılır xəzinə kimi.  

Şeirin hər bəndi bu fikri genişləndirir, dərinləşdirir: 



Qədim Şıx düzündə ayaq saxla, dur, 

Ölməz sənətkarı yada sal bir an 

Ölüm elə bil ki, qurd oğlu qurddur. 

Qorxur dahilərin göz işığından!  

Dahilər dünyaya idrak işığı saçır, bu işıq qurd təbiətliləri 

qorxudur.  Şeirdə  həll edilən ikinci məsələ böyük şəxsiyyətlərin 

Vətən ləyaqətini təmsil etməsidir. Tariximizdə VII əsr Babəkin, 

XII  əsr Xaqani və Nizami, XIV əsr Nəsiminin adı ilə 

şöhrətlənməyibmi? 



Nəsimi alnında qanlı bir qürur 

Baxır kainata öz dan yerindən. 

On dördüncü əsr yıxılır, durur, 

Tutur o ustadın ətəklərindən.  

Bu, böyük bədii ümumiləşdirmədir, yüksək poeziyadır, əsl şeir 

örnəyidir” [310, s.4-5]. 

“İgidlər, dahilər” S.Vurğunun “Unudulmuş  tək məzar”  şeiri 

ruhundadır. Xəlil Rza qəbiristanı seyrə dalmışdır.  Şairin fəlsəfi-

əxlaqi düşüncələri hərəkətə  gəlmişdir. Sənətkar ölümsüzlüyün, 

əbədiyyətin yolları haqqında düşünür: 

Gedən yer üzünə bir daha gəlmir. 

Həyatdan hamını qoparır ölüm. 

Yalnız dahilərə toxuna bilmir. 

Yalnız igidlərə toxuna bilmir!  

Şair varlığı adi olmaqdan qorxur. Çünki adilikdə ölüm var, 

həyat yoxdur. Şair mənalandırır ki, hər bir vəhdətdə əkslik var, işıq 

qaranlığa, xeyir şərə, yaxşı pisə qarşı mübarizədədir. Dahilər işığın, 

cırlar və xəbislər qaranlığın timsalıdır. İşığın güclənməsi qaranlığın 

yığılması, çəkilməsidir. Buna görə də: 



Olüm elə bil ki, qurd oğlu qurddur, 

Qorxur dahiiərin göz işığından, - deyir. 

 

  




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə