Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə60/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   56   57   58   59   60   61   62   63   ...   131

 

190


Əsərdə fəlsəfi mənalandırma genişdir: “Daşlar parçalanıb, sınıb, 

ovulub, Ciyərlər dağlayan hönkürtülərlə. Dodaqla öpülüb, gözlə 

öpülüb, Ağaclar göyərib həsrət yerinə”.  Şairə görə dünyəvilik, 

daimi yaşantı  hər kəsin öz əlindədir. Yalnız öz fəaliyyəti

xidmətləri onu yaşada bilər: “Ölən öz-özünü yaşatmayırsa, onu heç 

bir qüvvə yaşada bilmir”. Yer, torpaq var ki, dərd, qubar gətirir. 

Yer də, torpaq da var ki, şöhrətə dönür! Bu şöhrət torpağa düşən 

məzarlara görədir; məzar var mamır, yosun basır, məzar da var... 

Nizami, Sabir torpağın qoynunda xəzinə olub! Şairin gəldiyi fəlsəfi 

qənaət belədir: “Tarix ölməzləri yetirənlərin göstərdiyi yolla 

gedib... gedəcəkdir”. 

“Cahana sığmayan  şair” Nəsiminin yubileyi münasibətilə 

yazılmışdır. Fəlsəfi qənaət budur ki, dünya sədəfdirsə, insan onun 

gövhəridir. O, insan kimi yaşayanda, kamilləşəndə Tanrıya 

yaxınlaşır. Dünya yalnız ruh, ağıl və hikməti olanındır. “Sultanlara 

qalmadı yox, Nəsimiyə qaldı Dünya!” 

“Kentavr” kimi şeirlərdə başlıca fəlsəfi qənaət “Cahana 

sığmayan şair” şeirinin davamıdır: dünyanın cövhərində, fitrətində 

işıq dayanır. Yalnız ağıl və idrakın işığı insanı kamilləşdirə, 

Tanrıya yaxınlaşdıra bilər! 

“Düzlük”  əxlaqi-estetik dəyərlərlə  aşılanmış  şeirdir.  İnsan 

ömrünün mənəvi-əxlaqi dəyərləri ülviləşdirilir. Həmin ülviyyətin 

daşıyıcısı lirik qəhrəmandır. O özü ilə dünya arasında bağlar arayır, 

əzəmət və vüqarını təcəssüm etdirmək üçün tapıntılara cəhd edir:  



Körpə uşağa da bircə soyuq söz,  

Bircə kəlmə desəm qeyri-səmimi,  

Elə bil düzlüyün polad əlləri  

Köksümdən qopardar ciyərlərimi. 

Lirik qəhrəmanda  ən qiymətli xəzinə - əxlaqi dəyər təmiz 

yaşamaqdır, düzlük və ləyaqətdir:  

Görünür, dünyada təmiz yaşamaq  

Çörəyim, suyumdur, havamdır mənim. 

  



 

191


Paxır götürməyən düzlük, açıqlıq  

Sarsılmaz qalamdır, yuvamdır mənim. 

 

Sevirəm qasırğa, tufan içində 

Kişi yerişini əyməyənləri 

Hətta zirzəmidə gün keçirsə də 

Saflığı gül kimi iyləyənləri.  

“Silkələnmə”  şeirində  fəlsəfi-əxlaqi dəyər ifadə olunsa da, 

fikirlər bədii forma tutumuna, obrazlılığa zəif daxil olduğundan 

güclü təsir bağışlamır, X.R.Ulutürk yaradıcılığından aşağı 

səviyyədə görünür. 

Poeziyada “od” mövzusu bir silsilə  təşkil edir. 50-ci illərdən 

başlayaraq “daş”, “od” obrazları poeziyada intensivləşmişdir. 

“Poeziyanın “daşlarla” görüşü  Əli Kərimin “Daş”  şeiri ilə 

başlamışdır. Sonralar “daş” xüsusən fəlsəfi lirikada yayılmış, ötən 

poeziya ilinin səciyyəvi bədii detalına çevrilmişdir” [99, s.38]. 

“Od” və “daş” mövzuları M.Araz, H.Arif, Ə.Kərim, R.Rza, 

F.Qoca,  İ.İsmayılzadə,  Ə.Kürçaylı poeziyasında fərdilik tapmışdır 

(F.Qoca “Tanış səslər”, M.Araz “Daş qartal”, “Ərim gəldi qayası”, 

“İnsan qayalar”, “Ağlayan qayalar”, H.Arif “Daş ürək”, 

İ.İsmayılzadə “Od”, Ə.Kürçaylı “Daşlar” silsiləsi və s.). 

X.R.Ulutürkün “Günəşi içənlərin türküsü”, “Sarsılma”, 

“Yanardağ”, “Mərdlik məktəbi”, “Mən diplomat deyiləm”, “Od” 

kimi  əsərlərində “od” poetikləşdirilmiş-dir. Həmin  şeirlərdə Od - 

vətən,  şüur, məfkurə, vətəndaş, yanğı, sevgi anlamlarında 

mənalandırılır; “od” və “daş” mövzuları tarixə, dünyaya, yaradana 

fəlsəfi, simvolik baxışdır. “Günəşi içənlərin türküsü”ndə 

N.Hikmətə söykənən  şair  Şuşada, Daşaltıda müşahidə etdiyi 

Günəşi, onun tanrısal nurunu poetikləşdirir. “Yanardağ”  əsərində 

hər  şeyin təbiətində od dayandığını ifadə edən sənətkar odu çıxış 

nöqtəsi kimi alaraq, Vətənimizin, tariximizin ilkinliyinə üz tutur,   

mühakimələr yürüdür. Bizi odumuza-oca- 

  

 



 

192


ğımıza tapındıraraq mənalandırır ki: 

Deyirəm dünyanın özəyi oddur, 

Bəlkə buna görə tab etmədi buz. 

Bəlkə buna görə bizə bu qədər 

Əzizdi, doğmadı Odlar yurdumuz. 

“Yanardağ”ın ideyasında Vətən və onun tarixi keçmişinə “od” 

misalında fəlsəfi baxış vardırsa, “Mən diplomat deyiləm”, 

“Mərdlik məktəbi” şeirlərinin məzmununda “od” lirik qəhrəmanın 

varlığı  təsirini bağışlayır. Yəni lirik qəhrəmanda təcəssüm olunan 

“od”  qanını dolaşan çınqı, qələmin ucundakı  işıq, dəmirçi 

zindanından qopan qığılcımdır. “Od” lirik qəhrəmanda yanmış 

ciyərdir, kirpiklə açılan səhərdir, gecədir, tufanlar qoynundakı 

addımlardır, göz nurudur, oğullara qalan dədə qürurudur, 

qaraqartımış çaxmaq daşını yaran toxumdur, Babəkin qaldırdığı 

bayraqdır, Füzuliyə od vuran “Baba-Gurgur”un simvoludur, 

rəmzdir. Lakin: 

Günəşin də işığı yetə bilməz dadına  

Kişinin öz varlığı əgər şölə saçmasa.  

Od, səmimiyyət insanın fitrətindən gələndə yalana, riyaya yer 

qalmır. Buna görə  də “dahi ozanları yetirən bir xalq diplomat 

ozanlar yetirməyibdir”:  

Gəlin, alqış deyək büllur fitrətə,  

Mən də bir günəşəm, qaram, yağışam.  

Bəşər can atırsa, səmimiyyətə,  

Mən o səadətə çoxdan çatmışam.  

“Od” “Mən diplomat deyiləm”, “Mərdlik məktəbi” şeirlərindəki 

ideyanın   davamı, inkişafıdır: Ürəyi, zəkası nur saçanları tufan da, 

səmum da söndürə bilməz!”. 

XX  əsr Azərbaycan poeziyasında  əsasən 60-cı illərdən 

başlanğıc götürən  İnsan mövzusu geniş planda, orijinal poetik 

təsvirdə, zəngin bədii mündəricədə ifadə olunmuşdur. Bu 

baxımdan R.Rzanın “Mən insanam” (1957), “Vaxt var ikən” 

(1961), N.Həsənzadənin “Cavabdehəm”, “Ata sərvəti”, 

C.Novruzun “İnsan himnləri”, “İnsan, in- 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə